adından sən im i təşəkkürünü və minnətdarlığını bildir
di.
Yubiley mərasimini yekunlaşdıran akademik
A zad Mirzəcanzadə son sözündə Azərbaycanın müstə
qilliyi şəraitində RETK-nm kollektivi qarşısında çox
böyük vəzifələr durduğunu qeyd etdi O, qısa müddət
ərzində oxuculara xidm ət işinin daha da yaxşılaşdırıl
masım, kitabxana kitabının hər bir oxucuya çatdırılma
sın
/,
kitabxana işinin kompüterləşdirilməsini, RETK-
nm internet şəbəkəsinə qoşulmasını
,
kitabxananın
maddi-texniki bazasının möhkəmləndirilməsini,
o
cümlədən müasir texniki avadanlıqların alınmasını, y e
n i düşüncə tərzinə malik gənc kitabxanaçı kadrların işə
cəlb edilməsini m əsləhət gördü, kitabxana kollektivinə
gələcək fəaliyyətində böyük uğurlar arzuladı.
Respublika Elmi-Texniki Kitabxanasının 70 il
liyinə bəsr olunmuş yubiley mərasimi əsl bayram əh
val-ruhiyyəsində və elm i yaradıcılıq şəraitində keçdi.
* * *
в
AZƏRBAYCAN
ELMİ-TEXNİKİ FİKRİNİN XƏZİNƏSİ
Ölkəmizin respublika əhəmiyyətli statusa malik
olan kitabxanalan içərisində Respublika Elmi-Texniki
Kitabxanasının özünəməxsus yeri və tarixi rolu olmuş
dur. Əsası 30-cu illərdə qoyulmuş bu kitabxana res
publikamızın mədəni inkişafında, elmi-texniki fikrin
təbliğində, texniki ziyalıların yetişdirilməsində, əha
liyə kitabxana xidmətinin təşkilində xüsusi xidmətlər
göstərmiş, minlərlə oxucunun sevimli elm məbədgahı-
na çevrilmişdir. Oxucu nəsilləri bir-birini əvəz etdikcə
kitabxana da daim yeniləşmişdir. Geniş oxucu kütləsi
nin, elmi ictimaiyyətin, ziyalıların hədsiz hörmətini
qazanan, yüksək humanist və demokratik prinsiplərə
xidmət edən Respublika Elmi-Texniki Kitabxanası
fəaliyyət göstərdiyi 70 il müddətində böyük tarixi yol
keçmiş, kitabxana tariximizi öz qiymətli təcrübəsi ilə
zənginləşdirmişdir.
Respublika Elmi-Texniki Kitabxanasının əsası
1923-cü ildə Azərbaycan Mərkəzi İdarəsinin «Neft
çilər» klubu yanında qoyulmuşdu. Bu kitabxana
1930-cu ilə qədər ancaq klubun üzvlərinə xidmət
edirdi və cəmisi 300 nəfər oxucıısu var idi.
_
30-cu illərdə texniki ədəbiyyata artan geniş tələ
batla əlaqədar böyük texniki kitabxanaların yaradılması
zərurəti meydana çıxmışdı. Respublikamızda ağır sə
nayenin, xüsusilə neft, maşınqayırma sənayesinin inki
şafı, yeni-yeni fabrik və zavodların meydana gəlməsi,
texniki tərəqqinin sürətlə genişlənməsi, fəhlələr,
mühəndislər, texniki ziyalılar arasında texniki biliyin
7
təbliği məsələsini ön plana çəkmişdi. Belə bir şəraitdə
7 30-cu ildə «Nefçilər» klubunun kitabxanası müstəqil
kitabxanada çevrildi, geniş oxucu kütləsinə, o cümlə
dən neftçilərə, neft üzrə ali və orta ixtisas məktəbləri
nin tələbələrinə xidmət etməyə başladı. Kitabxana neft
fəhlələrinin texniki ədəbiyyata olan böyük tələbatını
nəzərə alaraq kitabı bilavasitə onlara yaxınlaşdırmaq
məqsədi ilə 1932-ci ildən başlayaraq böyük texniki
müəssisələrin yanında filiallar yaratmağa başladı. Fili
alların təşkili istehsalatla kitabxananın əlaqəsini ge
nişləndirdi. 30-cu illərdə kitabxananın maddi-texniki
bazaısınm möhkəmləndirilməsinə, kitab fondunun
müntəzəm olaraq yeni ədəbiyyatla zənginləşdirilməsi-
nə xüsusi diqqət yetirilirdi. Görülən işlər nəticəsiz
qalmadı. Əgər müstəqil kitabxana kimi fəaliyyətə baş
layarkən fondunda 9.000 nüsxə kitab var idisə, artıq
1932-ci ildə onların sayı 35.000 nüsxəyə çatdırılmışdı.
Oxucuların sayı dı xeyli çoxalaraq 4257 nəfərə çatmış
dı.
1932-ci ildə kitabxananın fəaliyyəti xüsusi qiy
mətə layiq görüldü və SSRİ Elmi-Texniki Kitabxana
sının filialına çevrildi. Bundan sonra kitabxananın fun
ksiyaları xeyli artmldı və neft kitabxanalarının metodik
mərkəzinə çevrildi. 1934-cü ilin iyıın ayında Ümıı-
mıttıfaq neft texniki stansiyası kitabxananın müstəqil
və dayaq dövlət elmi kitabxanasına çevrilməsi haqqın
da sərəncam verdi. Bu vaxtdan da kitabxana bilavasitə
Ümumittifaq neft-texniki stansiyasına tabe oldu. Bu
tədbir kitabxananın gələcək inkişafı üçün çox böyük
əhəmiyyət kəsb etdi. Kitabxana neft üzrə SSRİ-də
dayaq kitabxanası kimi fəaliyyət göstərməyə başladı.
8
Kitabxana Azərbaycan Neft Sənayesinin fəhlə, qulluq
çu və mütəxəssisləri ilə yanaşı, digər neft ra -
yonlanna da xidmət etməyə başladı. O, Qroznı,
Krasnodar, Kuybışev, Batumi və s. şəhərlərdəki neft
kitabxanalarına metodik köməklik göstərməklə yanaşı,
kitabxanalararası abonement vasitəsi ilə də kitabla
xidmət edirdi. Kitabxana 1939-cu ildə 45 kitabxanala-
rarası abonement vasitəsi ilə 697 kitab göndərmişdi.
Kitabxananın dayaq kitabxanasına çevrilməsi
onun qarşısına yeni vəzifələr: filial kitabxanalarının
işini yenidən qurmaq, kitabxanalararası abonementi
yaxşılaşdırmaq, onun xidmət coğrafiyasını genişlən
dirmək və respublikanın texniki kitabxana şəbəkəsinə
metodiki rəhbərliyi təkmilləşdirmək vəzifələrini qoy
muşdu. Bu vəzifələri yerinə yetirmək üçün kitabxana
30-cu illərdə öz fəaliyyətini xeyli genişləndirmiş,
maddi-texniki bazasım möhkəmləndirmişdi. Əgər ki
tabxananın fondunda 1933-cü ildə 31.(334 nüsxə ədə
biyyat var idisə, onların sayı 1938-ci ildə 49.481
nüsxəyə, 1940-cı ildə isə 56.240 nüsxəyə çatmışdı.
Beləliklə, 30-cu illərin ikinci yansında kitabxananın
fondu 2 dəfəyə qədər artmışdı ki, bu da kitabxananın
fəaliyyətinin genişlənməsi, ilk növbədə isə neft fəh
lələrinə və mühəndislərə kitabxana xidmətinin yaxşı
laşdırılması üçün əlverişli şərait yaratmışdı. Müharibə
dən əvvəlki illərdə kitabxana öz fəaliyyətini bilavasitə
Azərbaycan neftçilərinin yüksək neft məhsulu əldə
etmək uğrunda apardıqları mübarizəyə lıəsr etmiş, tex
niki tərəqqiyə, əmək məhsuldarlığının yüksəldilməsi
prosesinə xidmət etmişdir. Bu dövrdə kitabxananın
fəaliyyətinin əsas göstəricisi olan oxuculara xidmət
9