Kitabxana 1946-1951-ci illər arasında 41.798
nüsxə veni ədəbiyyat almağa müvəffəq olmuşdu. Ki
tabxana fondu 1946-cı ildəki 76.525 nüsxədən 1952-ci
ildə İl*7.401 nüsxəyə çatmışdı. Neft sənayesinin bər
pası V ə inkişaf etdirilməsi ilə əlaqədar mütəxəssislərdə
vcnı texniki ixtiralara, texniki tərəqqi sahəsində ən son
elmi-məlumatlara böyük tələbat əmələ gəlmişdi. Belə
məlumatlara isə bilavasitə dövri nəşrlərdə yer veril
diyindən mütəxəssis oxuculann dövri nəşrlərə sorğusu
xeyli çoxalmışdı. Kitabxana öz oxucularının tələbatını
ödəmək məqsədi ilə Sovet İttifaqında nəşr edilən tex
niki jurnallara, xüsusilə neftə dair dövri nəşrlərin əldə
edilməsinə diqqət yetirirdi. Belə nəşrlərin əldə edil
məsinə böyük vəsait tələb edilməsinə baxmayaraq
«Azəmeft» bu iş üçün xeyli vəsait ayırmışdı. Kitabxa
na 1946-1951-ci ildə 7.614 nüsxə texniki jurnal almışdı
к
l
bu da o dövr üçün çox böyük rəqəm idi.
kitabxana müharibədən sonrakı illərdə oxuculara
xidmət işini yaxşılaşdırmağa müvəffəq olmuş, xidmət
ışıntn keyfiyyətini yüksəltmişdi.
Kitabxanaya yeni oxucular, xüsusilə neft sənaye
sində işləməyə başlamış gənc oxucular gəlməyə baş
lamışdı. Kitabxana gənclərin oxucular sırasına qəbul
edilməsinə, kitabxananın filiallarında, zavodlarda, tex
niki müəssisələrdə gənclərə xidmət işinə xüsusi qayğı
göstərirdi. Kitabxananın gördüyü tədbirlər nəticəsiz
qalmırdı. Onun oxuculan ilbəil artır, kitab verilişi ço
xalırdı. Kitabxananın daimi oxucularının sayının artma
sı kitab dövriyyəsinin çoxalmasına, texniki-tərəqqidə
i/fırak edən mühəndis texniki işçilərin və yenilikçi
И
fəhlələrin ümumi səviyyəsinin yüksəldilməsinə səbəb
olurdu.
Kitabxana 6 il müddətində 8.802 oxucuya xidmət
etmiş, onlara 700 min nüsxəyə qədər kitab vermişdi.
Bu, kitabxananın yüksək xidmət fəaliyyətini xarakteri
zə edən rəqəmdir.
Kitabxananın müharibədən sonrakı illərindəki
fəaliyyətində məlumat-biblioqrafiya, informasiya işi
nin təşkili və texniki kitabxana şəbəkəsinə metodik
rəhbərlik mühüm yer tuturdu. Bu dövrdə aparılan ye
nidənqurma işləri kitabxana oxucularında informasi
yaya olduqca böyük tələbat əmələ gətirmişdi.
Kitabxana köhnə ənənəvi üsullarla bu böyük işin öh
dəsindən gələ bilmədiyi üçün oxucuların informasiy
aya olan tələbatını ödəmək məqsədi ilə bu işi xeyli
canlandırmış, yeni iş forma və metodlarından istifadə
etməyə başlamışdı. Kitabxana texnikanın müxtəlif sa
hələrinə dair biblioqrafik göstəricilər, tövsiyə siyahıla
rı, yeni ədəbiyyat bülletenləri tərtib edir, müxtəlif elm
sahələrinə dair biblioqrafik kartotekalar yaradır, infor
masiya vasitələrindən istifadə etmək qaydalarını öy
rənmək üçün söhbətlər, metodik müşavirələr keçirirdi.
Yeni ədəbiyyatın sərgisinin təşkil edilməsinə və kitab
xanaya daxil olan yeni ədəbiyyatın bülleteninin tərtib
edilib müəssisələrə göndərilməsinə xüsusi diqqət yeti
rilirdi.
Həmçinin kitabxana "Azəmeft" Birliyinə tabe
olan texniki kitabxanalara metodik rəhbərlik edir, onla
rın işinin yaxşılaşdırılması üçün xüsusi tədbirlər hazır
layıb həyata keçirirdi. Vaxtaşırı keçirilən metodik
müşavirələr, yoxlamalar, kitabxanalara göndərilən
15
metodik məktublar, tövsiyə siyahılan əsas iş formala
rından idi. Beləliklə, kitabxanaçılar da öz sadə əməklə
ri ilə • bilavasitə elmi-texniki tərəqqidə, cəmiyyətin
ümummədəni səviyyəsinin yüksəldilməsində iştirak
cdır, kitabxananın mədəniyyətimizin, elmimizin, tex
nikamızın inkişafında mühüm müəssisə kimi fəaliyyə
tini daha da inkişaf etdirirdilər.
50-cı illər respublikamızda iqtisadiyyatın, elmin,
mədəniyyətin, elmi-texniki tərəqqinin daha siir'ətlə
inkişaf etdiyi illər olmuşdur. Məhz bu illər mədə
niyyətimizin ayrılmaz hissəsi olan kitabxana işi sahə
sində tərəqqi və inkişaf illəri kimi xarakterizə olunur.
Respublikamızda sənayenin sürətlə inkişafı, fabriklər
də və zavodlarda, mədənlərdə və tikintilərdə yeni tex
nikanın tətbiqi, texniki və ali ixtisas məktəblərinin
artması, texniki ziyalıların sayının çoxalması və elmi-
texniki tərəqqinin daha böyük miqyas alması nəticə
sində texniki ədəbiyyata, texniki biliklərin təbliğinə
daha böyük tələbat əmələ gəlmişdi. Bu böyük tələbatı
ödəmək üçün ayn-ayrı nazirliklər, idarə və müəssisə
lər, fabrik və zavodlar texniki kitabxanalar təşkil et
məyə başlamışdılar. Artıq 1958-ci ildə respublikamız
da sənaye müəssisələrinin 175 elmi-texniki, texniki və
tədris kitabxanalan var idi. Bu kitabxanaların 35-i Neft
Sənaye Nazirliyində, 140- ı isə digəı sənaye müəssi
sələrində yerləşirdi. 50-ci illərdə elmi-texniki kitabxa
naların maddi-texniki bazasının möhkəmlənməsi, yeni
binalarla, ixtisaslı kadrlarla təmin edilməsi sahəsində
çox ış görülmüşdü. Bu kitabxanalar içərisində aparıcı
rolu respublika Neft Sənayesi nazirliyinin Mərkəzi
f imi-Texniki Kitabxanası
oynayırdı. Bu kitabxana
16
nəinki respublikamızda, demək olar ki, SSRİ-də ən
böyük neft kitabxanalarından biri idi. Müharibədən so
nrakı illərdə kitabxana bütün texniki sahələrin mərkəzi
kitabxanasına çevrilmişdi. Kitabxananın komplektləş-
dirilməsinə, elm və texnika sahəsinə dair ədəbiyyat
almasına diqqət yetirilməsi onu universal elmi - texniki
kitabxanaya göndərmişdi.
Məhz buna görədir ki, 1957-ci ildə Azərbaycan
SSR Nazirlər Soveti çox haqlı olaraq bu kitabxananın
Respublika Elmi-Texniki Kitabxanasına çevrilməsi və
ona rəhbərliyin Azərbaycan SSR Nazirlər Sovetinin
Elm və Texnika Komitəsinə verilməsi haqqında qərar
qəbul etdi.
Bu qərarla həmçinin Respublika Elmi-
Texniki Kitabxanalarına metodik rəhbərkk bıı kitabxa
naya həvalə edildi. Heç şübhəsiz ki, kitabxananın res
publika statusu alnıası, onun gələcək inkişafını təmin
etməklə yanaşı qarşısında respublika əhəmiyyətli ki
tabxana kimi çox böyük vəzifələr qoydu. Bu vəzifələri
yerinə yetirmək üçün kitabxana yem oxucuların:
fəhlələrin,
səmərələşdiricilərin,
mühəndislərin,
alimlərin, tələbələrin cəlb edilməsinə xüsusi diqqət
yetirir, onların kitaba və dövri mətbuata tələbatlarını
qüsursuz yerinə yetirməyə çalışırdı. Bu vəzifələr ki
tabxana fəaliyyətinin xarakter və xüsusiyyət-lərini
dəyişmiş, onu daha da səmərələşdirmişdir. Kitabxana
nın Respublika Elmi-Texniki Kitabxanasına çevrilməsi
onun xidmət miqyasını, fondunun profilini və oxucula
rın tərkibini də dəyişdirdi. Kitabxananın fondu univer
sal xarakter daşımağa başladı və sürətlə artdı. Əgər
kitabxananın fondunda 1953-cü ildə 89. 010 nüsxə ki-
I
................
. , . 4 . t u x l u t l ı t < i j . i t
17