A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə99/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

«qəlb bir olacaq»  (bu  cür yolla  o,  bütövləşəcək);  və əgər qəlbdə 
birlik  olsa,  özümüz özümüzə  dost olacayıq.  Yaxşı  adam  öz-özü 
ilə  belə  dost  olur:  yalnız  onun  qəlbində  tərkib  hissələri  yaxşı 
vəziyyətdədir  və  bir-birinin  ziddinə  getmir.  Pis  isə  heç  zaman 
özünün  dostu  olmur,  o,  həmişə  öz-özü  ilə  düşmənçilik  edir. 
Özbaşına  olan  adam  həzz  arayarkən,  nə  isə  bir  iş  çıxarırsa, 
sonra  peşman  olur  və  özünü  bədnam  edir.  Pis  öz-özü  ilə  düş- 
mənçilik  etməkdən  və  özünə  zidd  olmaqdan  əl  çəkməyərək, 
özünün  digər qüsurlarına  görə  də  bu  cür acı  çəkir.
Bərabərliyə  əsaslanan  dostluq  da  olur.  Məsələn,  yoldaşların 
dostluğu  miqdarına  və  dəyərinə  görə  onlann  mal-mülkünün  bə- 
rabər olmasını  nəzərdə  tutur:  yoldaşlardan  heç  biri  nə  miqdarına, 
nə  dəyərinə,  nə  də  ölçüsünə  görə  digərindən  daha  çox  əmlaka 
sahib olmamalıdır,  ancaq  hər şeydə  digərləri  ilə  bərabər olmalıdır. 
Bərabərsizliyə  əsaslanan  dostluq,  -   ata  ilə  oğulun,  tabeçilikdə 
bulunanla  başçının,  yaxşı  ilə  pisin,  arvadla  ərin  dostluğudur;  ümu- 
miyyətlə  isə,  bu,  dostlar  arasında,  harda  ki,  aşağı  və  yuxarı  pillə 
var,  bunların  hamısında  olur.  Bərabər  olmayan  belə  dostluq  pro- 
porsionallığı  nəzərdə  tutur.  Məsələn,  mal  payladıqda,  heç  kim 
bunu  yaxşı  ilə  pisə  bərabər  surətdə  ayırıb  vermir,  lakin  həmişə 
üstünlüyə  kim  malikdirsə,  ona  daha  çox  xeyir  verir.  Proporsional 
bərabərliyə  bununla  nail  olunur:  hardasa  az  xeyir  əldə  edən  pis 
daha çox xeyir əldə edən  yaxşı  ilə bərabərləşir.
12. 
Yuxarıda  göstərilən  bütün  dostluq  formalarında  hamı- 
sından  çox  məhəbbət  doğmaların  dostluğunda,  məhz  -   atanın 
oğula  münasibətindədir.  Lakin  nəyə  görə  atanın  oğula  olan 
məhəbbəti,  oğulun  ataya  olan  məhəbbətindən  güclüdür?  Ona 
görə  yoxmu  ki,  əlbəttə,  camaatı  nəzərə  alaraq,  bəzilərinin  doğ- 
ru  dediyi  kimi,  ata-oğulun  hamisidir,  baxmayaraq  ki,  iltifatına 
görə  oğul  ona  minnətdar olmalıdır?  Bu  səbəb,  görünür ki,  dost- 
luğun  faydaya  əsaslandığı  yerlərdə  də  qüvvəsini  saxlayır.  Bur-
398
da  iş  elədir ki,  biz  bunu  işə yararlıqda  da  (epistemas)  müşahi- 
də  edirik.  Mən  məqsədlə  işin  bir-birinə  uyğun  gəldiyini  və 
işdən  başqa  özgə  məqsədin  olmadığı  hallar  haqqında 
danışıram.  Fleytaçalanda,  məsələn,  onun  məqsədi  ilə  iş  üst- 
üstə  düşür  (axı  ondan  ötrü  fleytada  çalmaq  -   həm  məqsəd, 
həm  də  işdir),  inşaat  sənətində  isə  bunlar  bir-birinə  uyğun 
gəlmir,  çünki  burda  işdən  əlavə  xüsusi  məqsəd  mövcuddur. 
Dostluq  -   işdir və  onun  işdən  -   məhəbbətdən  savayı  özgə  bir 
məqsədi  yoxdur,  ancaq  və  ancaq  budur.  Ata  bu  mənada 
həmişə  elə  bil  oğuldan  daha  çox  iş  görür,  çünki  oğul  -   onun 
törəməsidir.  Bunu  biz  digər  hallarda  da  müşahidə  edirik:  hamı 
öz  törəməsinə  meyl  göstərir.  Ata  bir  növ  oğluna  yaradıb, 
hərəkətə  gətirdiyi,  həm  də  xatirə  və  ümidi  kimi  xeyirxahlıq 
göstərir.  Buna  görə  ata  oğulu,  oğul  atanı  istədiyindən  daha 
çox istəyir.
Dostluğun  o  formalarına  nəzər salmaq  lazımdır  ki,  bunlar 
dostluq  adlanır  və  dostluq  kimi  görünür,  bunlar  həqiqətənmi 
dostluqdur.  Məsələn,  rəğbəti  (eynoia)  dostluq  hesab  edirlər. 
Ümumiyyətlə,  rəğbət  görünür  ki,  dostluq  deyil.  Kimdəsə  yaxşı 
bir  şey  gördükdə,  yaxud  kiminsə  haqqında  yaxşı  bir  şey  eşit- 
dikdə  bizim  ona  addımbaşı  rəğbətimiz  olur,  ancaq  bundan  mə- 
gər  biz  artıq  dostuqmu?  Çox  guman,  yox.  Axı  kimsə  Persiyalı 
Daraya  mərhəmət  göstərsəydi,  belə  bir  şey  isə  ola  bilərdi, 
onda  buna  hələ  Dara  ilə  dostluq  demək  olmazdı.  Amma 
rəğbət,  görünür  ki,  dostluğun  başlanğıcı  ola  bilər;  bu  o  vaxt 
dostluq  ola  bilər  ki,  yaxşılıq  etməyə  qabiliyyəti  olan  insan 
rəğbəti  olduğu  adama  qarşı  yaxşılıq  etmək  arzusunu  rəğbətlə 
birləşdirsin.  Rəğbət  -   əxlaqi  keyfiyyətdir  və  əxlaqın  əsas 
prinsipinə  çevrilmişdir.  Axı  demirlər  ki,  insanın  ürəyindən 
şərab,  yaxud  cansız  olan  daha  nə  isə  yaxşı  bir  şey,  həm  də 
həzz  keçir.  O  adama  rəğbət  bəsləyirlər  ki,  o  yaxşı  əxlaqa
399


malikdir.  Rəğbət  dostluqdan  ayrılması  mümkün  olan  şey  deyil 
və  dostluq  özünü  nədə  göstərirsə,  o  da  özünü  onda  göstərir. 
Buna  görə  onu  dostluq  hesab  edirlər.
Əgər  həmfikirlik  (homonoia)  sözün  həqiqi  mənasında 
başa  düşülsə,  həmfikirlik  dostluğa  çox  yaxındır.  Tutaq  ki,  kim- 
dəsə  olan  anlayışlar  Empedoklda  olan  kimidir  və  Empedokl 
hansı  əsasları  qəbul  edirsə,  o  da  onları  qəbul  edir.  Belə  bir 
adam  Empedoklla  həmfikirdirmi?  Yoxsa,  daha  çox,  yox?  Doğ- 
rudan  da,  həmfikirlik  başqa  qəbildən  olan  şeyləri  nəzərdə 
tutur.  Hər  şeydən  öncə  o  abstrakt  mühakimədə  deyil,  əməli 
işdə,  həm  də  bu  axırıncıları  eyni  cür başa  düşdükdə yox,  onları 
eyni  cür  başa  düşüb,  işdə  düşündükləri  eyni  şeylərə  üstünlük 
verdikdə  özünü  göstərir.  Məsələn,  əgər  ikisi  də  hakimiyyət 
haqqında  xəyal  edirsə,  biri  özündən  ötrü,  digəri  də  özündən 
ötrü,  onda  onlar  həmfikirdirmi?  Çətin!  Lakin  əgər  mən  özüm 
hökm  sürmək  istəyirəmsə,  o  da  istəyir  ki,  mən  hökm  sürüm, 
onda  biz  həmfikirik.  Əməli  işlərdə  həmfikirlik  eyni  bir  şeyi 
istədikdə  olur.  Əməli  işlərdə  həmfikirlik  sözün  həqiqi  məna- 
sında  (kyriös  legomene)  eyni  bir  şəxsin  başçı  təyin 
edilməsinə  aiddir.
13. 
Madam  ki,  biz  iddia  etdiyimiz  kimi,  öz-özü  ilə  dostluq 
olur,  onda  yaxşı  adam  özünü  sevəcəkmi,  yoxsa  yox?  Ancaq 
özünü  sevən  adam  -   o  adamdır  ki,  o,  fayda  gətirən  işlərdə  hər 
şeyi  özü  üçün  edir.  Deməli,  ancaq  özünü  sevən  adam  pisdir, 
axı  o,  hər  şeyi  özü  üçün  edir:  yaxşı  isə  belə  deyil.  O,  ona  görə 
yaxşıdır ki,  başqası  üçün  iş görür,  deməli  o,  ancaq  özünü  sevən 
adam  deyil.  Bununla  belə  hamı  rifaha  can  atır  və  əmindilər  ki, 
məhz onlara  daha  çox firavanlıq  lazımdır.  Harda  ki,  məsələ  var- 
dövlətə və  hakimiyyətə  aiddir,  orada  bu  daha çox görünür:  yax- 
şı  adam  bunlardan  başqasının  xeyrinə  əl  çəkər,  lakin  ona  görə
400
yox ki,  o,  özü  bunlara  artıqlaması  ilə  malik  olmaq  istəmir,  ancaq 
ona  görə  ki,  o,  bir başqasının  bunlardan  daha  yaxşı  necə  istifa- 
də etmək bacarığı  olduğunu  görür.  Qalan  adamlar isə  ya  bilmə- 
məzlik  üzündən  (onlar bilmir  ki,  belə  şeylərlə  cinayət  edə  bilər- 
lər),  ya  da  şöhrətpərəstlikdən  hakimiyyətə  can  atdıqlarına  görə 
belə  hərəkət  etmirlər.  Lakin  nə  bu,  nə  də  digəri  yaxşı  adama 
təsir  etmir.  O,  nəticə  etibarı  ilə,  hər  halda  bu  kimi  şeylərə  gəl- 
dikdə  ancaq  özünü  sevən  adam  deyil.  Ancaq  əgər  o,  özünü 
sevirsə  də,  onda  o  yerdə  ki,  söhbət  orda  ən  yaxşı  haqqında 
gedir.  O,  yalnız burada  başqasına  güzəştə  getmir.  Faydadan  və 
həzdən  isə  əl  çəkir.  Əgər  ən  yaxşını  (tokalon)  seçmək  lazım 
gəlirsə,  onda  o,  özünü  sevir;  ancaq -  faydanı  və zövqü  seçmək 
lazım  gəlirsə,  onda  o deyil,  pis özünü  sevir.
14.  Yaxşı adam  özünü sevəcəkmi,  yoxsa yox? Bəzi  hallarda
o,  ən  çox  özünü  sevəcək,  digər  hallarda  -   yox.  Madam  ki,  biz 
iddia  etdiyimiz  kimi,  yaxşı  adam  fayda  gətirən  yaxşı  şeylərdən 
dostunun  xeyrinə  əl  çəkir,  o,  dostunu  sevəcək.  Bəli,  ancaq  o, 
bunlardan  dostuna  nə  qədər güzəştə  gedirsə,  bir o  qədər də  özü 
üçün  ən  yaxşını  əldə  edir.  Deməli,  bəzi  hallarda  o,  dostunu 
özündən  çox  sevir,  digər hallarda  -  özü  özünü.  Haçan  ki,  söhbət 
faydadan  gedir,  o,  dostunu  özündən  çox  çevir;  əgər  ki,  ən 
yaxşıdan  və  dəyərli  şeylərdən  gedirsə,  onda  özünü  daha  çox 
sevir,  axı  bu  şeyləri  -   bunlarsa,  əslində,  ən  yaxşılardır  -   o,  özü 
üçün  əldə  edir.  Deməli,  o,  ancaq  özünü  sevən  deyil,  xeyir 
sevəndir.  Əgər o,  özü-özünü  sevirsə,  onda  yalnız yaxşı  olduğuna 
görə  sevir.  Pis  isə ancaq  özünü  sevən  adamdır:  onda  heç bir şey 
yoxdur ki,  buna  görə özünü sevsin,  heç bir yaxşı  şey yoxdur,  lakin 
bunlar  olmadan  da  o,  özü-özünü  ona  görə  sevəcək  ki,  bu,  onun 
özüdür.  Buna  görə  onu  sözün  düzgün  mənasında  ancaq  özünü 
sevən adam (philaytos) adlandırmaq olar.
401


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə