İki hissədən ibarət olan əsərin ikinci hissəsində Aristotel
dostluq münasibətlərindən də söz açır və bu məsələni özünə-
məxsus surətdə araşdırır.
«Böyük etikanın» bu gün ana dilimizdə çap olunması
önəmli hadisədir. Çünki Azərbaycan oxucusu bütün dövrlərin
və xalqların ən böyük mütəfəkkiri sayılan Aristotelin bu əsəri ilə
hələ indiyə qədər öz ana dilimizdə tanış ola bilməmişdir.
Hər bir əsərin təcrüməsi istər-istəməz müəyyən itki ilə nə-
ticələnir. Söz yox ki, bizim tərcüməmiz də bundan kənarda qal-
mamışdır, hərçənd ki, biz bunu mümkün qədər orijinala yaxın
tərcümə etməyə çalışmışıq. Buna nə qədər nail olduğumuzu isə
yəqin ki, mütəxəssislərin dilindən eşidəcəyik.
6
S İ Y A S Ə T
BİRİNCİ KİTAB (A)
1. 1. Bir halda ki, biz gördüyümüz kimi hər bir dövlət
özündə bir növ münasibəti təmsil edir, bütün münasibətlər isə
hər hansı rifah naminə təşkil edilirsə (axı hər bir fəaliyyət
ehtimal olunan rifahı nəzərdə tutur), onda aydındır ki, bütün
münasibətlər bu və ya digər rifaha doğru yönəlir (stokhadzon-
tai), bununla belə hamıdan çox və bütün rifahlardan ən yüksə-
yinə o münasibət can atır ki, o hamısından daha çox vacibdir və
özündə bütün münasibətləri əhatə edir. Bü münasibət isə
dövlət, yaxud siyasi miinasibət adlanır.
2. «Dövlət xadimi», «çar», «təsərrüfat başçısı», «ağa» an-
layışlarını bir-birinin eyni sayan adamlar düz danışmırlar1. Axı
onlar hesab edirlər ki, bu anlayışlar bir-birindən keyfiyyət cəhət-
çə deyil, kəmiyyət cəhətçə seçilirlər; deyək ki, ağa o kəsdir ki,
onun tabeçiliyində az adam var; təsərrüfat başçısı o kəsdir ki,
onun tabeçiliyində çox adam var; lakin kimin tabeçiliyində daha
çox adam varsa o, dövlət xadimi, yaxud çardır; güya böyük ailə
və kiçik döviət arasında heç bir fərq yoxdur və güya dövlət xadi-
mi ilə çar arasında fərq ondan ibarətdir ki, çar şəxsən ona
məxsus olan səlahiyyətin gücü ilə idarə edir, dövlət xadimi isə
qismən hökm sürür, qismən müvafiq elmin-siyasətin əsaslarına
tabe olur. Amma bu, həqiqətdən uzaqdır. 3. Şərh etdiklərimiz
bizim vaxtı ilə mənimsədiyimiz üsulları nəzərdən keçirdikdən
sonra aydınlaşacaq: digər hallardakı kimi mürəkkəbi sadə ele-
mentlərə qədər parçalayıb (tamın ən xırda hissələri), dövlətin
7
nədən ibarət olduğunu təhlil edərkən, biz həm də sadalanan
anlayışlara nisbətərı daha yaxşı görəcəyik ki, onlar bir-birindən
nə ilə fərqlənir və onların hər birinin elmi izahını vermək müm-
kündürmü.
Burda da hər yerdə olduğu kimi nəzəriyyəni qurmaq üçün
ən yaxşı üsul şeylərin ilkin olaraq necə yaranmasını nəzərdən
keçirməkdən ibarət olmalıdır. 4. Belə ki, zərurət hər şeydən
öncə cüt-cüt o kəsləri birləşməyə vadar edir ki, onlar bir-birin-
dən
ayrı ya şaya
bilmirlər, - qadın və kişi nəsli davam etdirmək
naminə; və bu üyğunlaşma şüurlu surətdə edilmir, lakin təbii
cəhətdən asılıdır, özündən sonra özünəuyğun varlıq qoyub get-
mək həm də yerdə qalan digər canlılara və bitkilərə də xasdır.
[Eləcə də qarşılıqlı surətdə özünü saxlamaq məqsədilə
canlı məxluqlar üçün birləşmək zəruridir], başlıca olaraq ağalıq
edənlə və başlıca olaraq itaətdə bulunan məxluq. Birinci öz in-
tellektual xassələrinə görə uzağı görməyə qabildir, buna görə
də artıq öz başlıca xüsusiyyətinə görə ağalıq edən və hökm sü-
rən məxluqdur; ikinci isə necə ki, öz fiziki gücü hesabına yalnız
aldığı sərəncamları yerinə yetirməyi bacarır, o köləlikdə bulunan
və alçalan məxluqdur. Buna görə də ağa və qul üçün elə eyni
şeylər sərfəlidir. 5. Lakin qadın və qul öz xüsusiyyətlərinə görə
iki müxtəlif məxluqlardır: axı təbiətin yaradıcılıq işi dəmirçilərin
düzəltdiyi əhəmiyyətsiz «delfi bıçağına»2 hec cürə bənzəmir,
əksinə, təbiətdə hər şeyin öz təyinatı var. Belə ki, hər hansı bir
alət çox deyil, əgər bir işi görmək üçün nəzərdə tutularsa işin
öhdəsindən daha yaxşı gələcək. Barbarlarda qadın və qul eyni
mövqedə durur və bunu onunla izah edirlər ki, onlarda əzəldən
hakimiyyətə can atmaq meyli yoxdur. Onlarda yalnız bircə növ
münasibət var-qul və kəniz münasibəti. Buna görə də şair deyir:
«Yunanlann barbarlar üzərində ağalığı layiqlidir»; barbar və qul öz
başlıca xüsüsiyyətlərinə görə oxşar anlayışlardır. 6. Beləliklə,
8
göstərilən iki növ munasibətdən birinci növü ailə münasibətindən
ibarətdir. Gesiodun şeri düzgün səslənir: «Ailə hər şeydən öncə
həm həyat yoldaşı, həm yerşumlayan öküzdür» (kasıblarda öküz
qul əvəzinə işləyir). Müvafiq surətdə təbii yolla gündəlik tələbatı
təmin etməkdən ötrü meydana çıxan münasibət ailənin özüdür ki,
var, bu cur ailənin üzvləri haqqında Harond deyir ki, onlar eyni an-
bardan yeyir, Epimenid Kritli işə «onları eyni axurdan yeyənlər»
adlandırır.
7. Bir neçə ailənin arasında yaranmış və yalnız qısamüd-
dətli təminatların ödənməsi ilə başa çatmayan münasibət-
yaşayış məntəqəsidir. Yaşayış məntəqəsinə ailənin koloniyası
kimi baxmaq tamamilə təbiidir, bəziləri eyni yaşayış məntəqə-
sində həyat sürənləri «süd qardaşları», «oğuliarı», «nəvələri»
deyə adlandırırlar. Yunan dövlətləri əvvəllər ona görə çarlar
tərəfindən idarə edilirdi ki, (hal-hazırkı dövrdə biz bunu qeyri-
yunan olan tayfalarda da görürük) bunları çar hakimiyyətini qə-
bul edən adamlar yaratmışdı: axı hər bir ailədə onun böyüyü
çar səlahiyyətinə malikdir. Həm də ailə koloniyalarında-yaşayış
məntəqələrində qohumluq əlaqələrinin köməkliyilə onların üzv-
ləri arasında eynən həmin qayda mövcuddur. Homer «hər kəs
arvadlarını və uşaqlarını idarə edir» deyəndə, məhz bunu yada
salırdı, axı onlar ayrı-ayrı yaşayış məntəqələrində yaşayıblar,
necə ki, insanlar, ümumiyyətlə, lap qədim dövrlərdə yaşayırdı-
lar. Habelə, allahlar haqqında deyirlər, onlar çarların hakimiy-
yəti altındadır, çünki insanlar-bir qismi elə indi də, bir qismi isə
lap qədim zamanlarda çarlar tərəfindən idarə olunurdu, necə ki,
insanlar allahların xarici görünüşlərini özləninin görünüşlərinə
oxşadırlar, eynən onlar bu təsəw ürü allahların həyat tərzinə də
intişar edirlər.
8. Bir neçə yaşayış məntəqəsindən ibarət cəmiyyət tama-
milə bərqərar olmuş dövlətin özüdür ki var, bu da, demək olar,
9
Dostları ilə paylaş: |