A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə98/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   94   95   96   97   98   99   100   101   ...   104

mənasızdır.  Bununla  belə  adamlar,  haçan  ki,  bu  onlara  xoş 
olur,  o  zaman  yola  gedirlər.  Deməli,  xoşa  gəlmək  xüsusiyyəti, 
məhz yaxşılara  daha  çox xas olmalıdır.
Dostluq  bizdə  üç  yerə  bölünmüşdü  və  bir  sual  çətinlik 
törədirdi:  onların  dostluğu  bərabərliyə,  yaxud  bərabərsizliyə 
əsaslanırmı?  Buna  indi  cavab  verək:  o  həm  buna,  həm  də  o 
birinə  əsaslanır.  Oxşarlıqdan  yaranmış  dostluq  -   ləyaqətli 
adamların  dostluğu  olub,  mükəmməl  dostluqdur,  bənzərsizliyə 
əsaslanan  dostluq  fayda  arayan  dostluqdur.  Yoxsul  -   varlının 
dostudur,  cünki  onda  kifayət  etməyən  nədirsə,  varlı  onunla 
təmin  olunub.  Pis  də  elə  bu  səbəbdən-yaxşının  dostudur:  çünki 
özündə  kifayət  etməyən  xeyirxahlığı  ondan  əxz  eləməyə  ümid 
edir.  Deməli,  oxşar  olmayanlar  arasındakı  dostluq  faydaya 
əsaslanır  və  Yevripid  əbəs  yerə  demir:  «Torpaq  quru  olduqda, 
onun  yağışı  mildir13»,  nəzərdə  tutaraq  ki,  bu  iki  əkslik  arasında 
faydaya  əsaslanan  dostluq  əmələ  gəlir.  Ən  ifrat  əksliyi  -   su  ilə 
odu  götür  və  [görəcəksən  ki,]  onlar  bir-birinə  faydalıdır.  Od, 
deyirlər,  rütubət  olmasa  sönür,  axı  o,  guman  edildiyi  kimi, 
alovun  üstün  gəldiyi  miqdarda  götürüldükdə,  onun  yanmasına 
səbəb  olur.  Əgər  rütubət  çoxdursa,  o  güc  gəlib  odu  söndürə- 
cək,  lakin  onun  miqdarı  əgər  uyğundursa,  onda  bu  onu  qüvvət- 
ləndirəcək14.  Beləliklə,  görünür ki,  ən  zidd  şeylər arasında  dost- 
luq  yaranır,  bu  dostluq  isə  faydadan  ötrüdür.  Bərabərlik  və  bə- 
rabərsizlik  əsasında  olan  bütün  dostluq  münasibətləri  [bizim 
etdiyimiz]  üç növ ayırmaya  daxildir.
Dostluğun  bütün  formalarında  olan  qarşılıqlı  münasibətlər- 
də  fərq  var.  Dostlar  sevməyi,  xeyirxahlıq  etməyi,  əl  tutmağı, 
yaxud  daha  nə  isə  bu  qəbildən  olan  şeyləri  eyni  qaydada  etmir- 
lər.  Haçan  ki,  biri  can  yandırır,  digəri  isə  etinasızlıq  göstərir, 
onda  etinasızlıq  üstündə  [onu]  danlayıb,  məzəmmət  edirlər. 
Haçan  ki,  dostlar  ümumi  məqsəd  güdür,  məsələn,  əgər  onlar
394
faydadan,  zövqdən,  xeyirxahlıqdan  ötrü  dostluq  edirlərsə, 
dostların  biri  tərəfindən  olan  etinasızlıq  özünü  çox açıq  göstərir. 
Əgər  sən  mənə,  mən  sənə  etdiyimdən  daha  çox  yaxşılıq  edir- 
sənsə,  onda  mübahisə  etmirəm,  mən  səni  daha  çox  sevməli- 
yəm.  Ancaq  biz  əgər  ümumi  bir  şeydən  ötrü  dostluq  etmiriksə, 
onda  fikir ayrılığı  daha  çox olur.  Belə  hallarda  dostların  biri  tərə- 
fındən  olan  etinasızlıq  az  dərəcədə  nəzərə  çarpır.  Məsələn, 
əgər  dostlardan  biri  zövq,  ikincisi  isə  -   fayda  gətirirsə,  onda 
burda  mübahisə  yaranır:  daha  çox fayda  gətirən  adam  düşünür 
ki,  o,  gətirdiyi  faydaya  layiq  zövq  almır,  daha  çox  xoş  ovqat 
gətirən  isə  hesab  edir ki,  həzzə  görə  əldə  etdiyi  qazanc -  yetə- 
rincə  deyil.  Bax  buna  görə  dostluğun  bu  formalarında  tez-tez 
fikir ayrılığı əmələ gəlir.
Dostlar  bərabər  olmadıqda,  kimin  var-dövləti  çoxdursa, 
yaxud  da  bu  qəbildən  olan  bir  şey  varsa,  düşünürlər  ki,  onlar 
özləri  sevməli  deyil,  amma  ki,  daha  kasıb  adamlar  onları  sev- 
məlidir.  Lakin  özünün  sevməsi,  sevimli  olmaqdan  daha  yax- 
şıdır;  sevmək  -   həzz,  həm  də  yaxşı  şey  bəxş  edən  (energeia 
tis  hedones)  nə  isə  bir  hərəkətdir,  sevimli  olmaq  isə  məhəb- 
bətin  özündə  heç  bir  fəaliyyət  doğurmur.  Həm  də:  dərk  etmək 
dərk edilən  olmaqdan  yaxşıdır,  axı  dərk edilən  olmaq  cansızlara 
da  xasdır,  dərk  etmək  və  sevmək  isə -   canlılara.  Həm  də:  xey- 
riyyəçi  olmaq,  olmamaqdan  daha  yaxşıdır.  Sevən  nə  qədər 
sevirsə,  bir o  qədər  də  xeyriyyəçilik  edir,  sevimli  isə  bir  sevimli 
kimi  xeyriyyəçilik  etmir.  Bununla  belə  adamlar  şöhrətpərəstlik 
üzündən  özləri  sevməyi  deyil,  sevimli  olmağı  daha  üstün  tu- 
turlar,  çünki  sevimli  olmaq  bir  üstünlüklə  bağlıdır,  sevimli  həmi- 
şə  həzdə  də,  vəsaitin  çoxluğunda  da,  xeyirxahlıqda  da  üstün- 
lüyə  malikdir,  şöhrətpərəst  isə  belə  bir  üstünlüyə  can  atır.  Və 
üstünlüyə  malik  olanlar  sevməyə  borclu  olduqlarını  düşünmür, 
hesab  edərək  ki,  onlar  sevənləri  onlardan  üstün  olduqları  şeylə
395


mükafatlandırırlar.  Həm  də:  əgər sevənlər aşağı  mövqedə  olan- 
lardırsa,  sevimlilər  düşünür  ki,  onlar  özləri  sevməli  deyillər, 
ancaq  sevgini  qəbul  etməlidirlər.  Kimə  ki,  pul,  zövq,  xeyirxahlıq 
çatmır,  o  adam  kimdə  hər  şey  boldursa,  bunlara  məftun  olub, 
onu  sevir,  guman  edərək ki,  bunu  ondan  alır və ya alacaq.
Birinə  canı  yanıb,  yaxşılıq  etmək  istəyilə  də  dostluq  olur. 
Lakin  yaranan  bu  dostluqda  [yuxarıda  göstərilən  xüsusiyyətlərin] 
hamısı  olmur:  biz  tez-tez  birinə  yaxşılıq  arzulayırıq,  lakin  bir 
başqası  ilə  ünsiyyət  saxlamaq  istəyirik.  Ümumiyyətlə,  bu  hisləri 
dostluğun  xüsusiyyəti  adlandırmaq  lazımdır,  yoxsa  yalnız  xeyir- 
xahlığa  əsaslanan  mükəmməl  dostluğu?  Bunların  hamısı  məhz 
dostluğun  axırıncı  formasına  xasdır:  xoşagəlimlilik  də,  fayda  da, 
xeyirxahlıq  da  ləyaqətli  adamda  birləşir  və  biz  heç  bir  başqa 
şəxslə  birlikdə yaşamaq  istəməzdik,  həm  də  biz,  məhz ona  xeyir, 
eyni zamanda da yalnız ona -  ömür və salamatlıq arzulayardıq.
insanın  öz-özü  ilə  dost  olub-olmamasının,  həm  də  özünə 
qarşı  məhəbbətin  olub-olmamasının  üstündən  biz  indi  keçə- 
cəyik,  lakin  sonralar  bu  barədə  danışacayıq.  Biz  öz-özümüzə 
hər  şey  arzulayırıq:  öz-özümüzlə  əlaqə  saxlamaq  (bu,  deyəsən 
həm  də  qaçılmazdır),  xoşbəxt  yaşamaq,  dolanmaq,  başqa  biri- 
sinə  deyil,  ancaq  özümüzə  xeyir  arzulamaq  istəyirik.  Özümüzə 
hamıdan  çox  canıyananlıq  edirik:  zədələnən  kimi,  yaxud  bu 
qəbildən  olan  başqa  bir şeyin  acısını  çəkərkən,  biz dərhal  kədə- 
rlənirik.  Bir  sözlə,  bu  nöqteyi-nəzərdən,  görünür  ki,  adamın  öz- 
özü  ilə dostluğu  olur.  Doğrudan  da,  canıyananlıq,  xoşbəxt yaşa- 
maq  arzusu  və  digər  bu  kimi  şeylər  haqqında  danışarkən  onları 
ya  öz-özü  ilə  dostluğa  aid  edirik,  ya  da  mükəmməl  dostluğa. 
Hər  iki  halda  bütün  bunlar olur:  burda  birgə  həyat da,  yaşamaq 
arzusu  da,  xoşbəxt yaşamaq  da,  salamatlıq  da var.
Çox  guman,  hesab  etmək  olar  ki,  ədalət  [münasibətləri] 
olan  hər  bir yerdə  dostluq  da  olur.  Buna  görə  ədalət  neçə  növ-
396
dürsə,  dostluğun  da  bir  o  qədər  forması  var.  Doğrudan  da, 
ədalət  əcnəbinin  vətəndaşa  qarşı,  qulun  ağaya  qarşı,  vətən- 
daşın  vətəndaşa  qarşı,  oğulun  ataya  qarşı,  arvadın  ərə  qarşı 
[münasibətində  özünü  göstərir]  və  ümumiyyətlə,  münasibətin 
neçə  forması  varsa,  dostluq  da  bir  bu  qədər  olur.  Əcnəbilərin 
dostluğu  görünür  ki,  hər  şeydən  möhkəm  olur:  onlar  nəyin 
'istündə  rəqabət  aparırsa,  vətəndaşlar  arasında  olduğu  kimi, 
ounda  onların  ümumi  məqsədi  yoxdur.  Birincilik  üstündə  rəqa- 
bət apardıqlarından  vətəndaşlar dost kimi  qalmırlar.
İndi,  yekun  vuraraq,  biz  deyə  bilərik  ki,  insanın  öz-özü  ilə. 
dostluğu  olur,  yoxsa yox.  Artıq  yuxarıda  qısaca  olaraq  dediyimiz 
kimi,  biz  görürük  ki,  dostluq  ona  yönələn  yaxşı  şeylərin  ayrı-ayrı 
növləri  ilə  məlum  olur,  bütün  bu  yaxşı  şeylərə  malik  olmağı  isə 
biz  hər şeydən  çox  özümüz  özümüzə  arzulayırıq:  özümüzə  xe- 
yir  də,  ömür  də,  xoşbəxt  həyat  da  arzu  edirik,  hamıdan  çox 
özümüzə  canımız  yanır,  hər  şeydən  çox  özümüzlə  güzəran  ke- 
çirmək  istəyirik.  Buna  görə,  əgər dostluq  yetirilmiş  olan  ayrı-ayrı 
yaxşı  şeylərin  növünə  görə  bilinirsə,  bütün  bu  yaxşı  şeylərə 
malik  olmağı  isə  biz  ancaq  özümüzə  arzu  edərdik,  onda  aydın- 
dır  ki,  özümüzün  özümüzlə  dostluğumuz  olur,  bunun  kimi  də, 
bizim  fikrimizcə,  özümüzün  özümüzə  qarşı  ədalətsizliyimiz  olur. 
Təhqir  edənlə  təhqir  edilmiş  -   başqa-başqa  şəxslər,  adam  özü 
isə  tək  olduğuna  görə  elə  görünür  ki,  öz-özünə  qarşı  ədalət- 
sizlik  olmur.  Bununla  belə  bu  olur,  necə  ki,  qəlbin  tərkibinə  daxil 
olan  hissələrə  nəzər  salıb,  biz  buna  əmin  olduq:  onlar  çoxdur 
və  onların  hər bir ixtilafı  zamanı  özümüzdə  özümüzə  qarşı  əda- 
lətsizlik  meydana  çıxır.  Bunun  kimi,  görünür  ki,  öz-özü  ilə  dost- 
luq  da  olur.  Əbəs  yerə  deyil  ki,  əgər  [bizim]  dostumuz  varsa, 
onda  hər  dəfə  onun  haqqında  böyük  dost  kimi  danışmaq  istə- 
yərkən  biz  deyirik:  «Bizim  qəlbimiz  onunla  birdir».  Madam  ki, 
qəlb  bir  neçə  hissədən  ibarətdir,  onda  ağılla  hislər  uzlaşdıqda
397


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə