A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə97/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

Lap  əwəldən  müəyyənləşdirmək  lazım  idi  ki,  biz,  məhz 
hansı  dostluğu  müzakirə edirik.  Belə  düşünmək  qəbul olunmuş- 
du  ki,  dostluq Allahla  və  cansız  əşyalarla  olur.  Bu  düz  deyil.  Biz 
təsdiq  edirik  ki,  qarşı  tərəfdən  məhəbbət  (antiphileisthai) 
mümkün  olan  yerdə  dostluq  olur.  Ancaq  Allahla  dostluqdan 
qarşı  tərəfdən  məhəbbətə,  ümumiyyətlə  isə,  heç  bir məhəbbətə 
yol  verilmir.  Axı  kimdənsə  onun  «Zevslə  dostluq  etməsini» 
eşitmək  (philein  ton  Dia)  mənasızdır.  Eləcə  də  cansız  əşyalar 
tərəfindən  qarşılıqlı  məhəbbət ola  bilməz.  Amma  cansız şeylərə 
də  məhəbbət  (philia)  olur,  məsələn,  şəraba  və  ya  daha  nə  isə 
bir şeyə.  Beləliklə,  biz Allahla  və  cansız  şeylərlə  dostluğu  deyil, 
ancaq  canlı  şeylərin  dostluğunu  müzakirə  edirik,  həm  də  elələ- 
rini  ki,  onlar  tərəfindən  qarşılıqlı  məhəbbət  mümkündür.  Əgər 
indi  nəzər yetirsək ki,  özünə  qarşı  məhəbbət doğuran  şey nədir, 
onda  görərik  ki,  o,  yaxşı  şeydən  başqa  bir şey  deyil.  Məhəbbət 
doğuran  şey  (phileton)  özünə  qarşı  məhəbbət  tələb  edən  şey 
(phileteon)  deyil,  eləcə  də  istəkli  şey  (boyleton)  arzu  olunan 
şey  (boyleteon)  deyil.  İstəkli  şey  -   özlüyündə  yaxşı  şeydir, 
arzu  olunan  şey -   bəlli  adam  üçün  yaxşı  olan  yaxşı  şeydir.  Elə- 
cə  də  məhəbbət  doğuran  şey  özü-özlüyündə  yaxşı  şeydir,  mə- 
həbbət  tələb  edilən  şey  isə  -   bəlli  adamın  özü  üçün  yaxşı 
şeydir;  buna  görə  özünə  qarşı  məhəbbət  tələb  edən  şey  hə- 
mişə  özünə  qarşı  məhəbbət  doğuran  şeylə  birlikdə  ola  bilər, 
lakin  məhəbbət doğuran  şey  özünə  qarşı  məhəbbət tələb  edən 
şeylə  bir-birinə  uyğun  gəlmir.  Bununla  bir sual  bağlıdır:  ləyaqətli 
adamla  yaramaz  adamın  dostluğu  olurmu,  yoxsa  yox?  Doğ- 
rudan  da,  bəlli  adam  üçün,  öz  sahibindən  ötrü  yaxşı  olan  yaxşı 
şey,  ümumiyyətlə,  yaxşı  şey ilə  bir növ  bağlıdır,  eləcə  də özünə 
qarşı  məhəbbət  doğuran  nə  ilə  bağlıdırsa,  özünə  qarşı  məhəb- 
bət  tələb  edən  də  həmin  şeylə  bağlıdır,  ancaq  yaxşı  şey  ilə 
bağlı  və  ona  həmrah  olan  xüsusiyyət  xoşagələn  və  faydalı  ol-
390
maqdır.  Ləyaqətli  adamların  dostluğu  onların  bir-birinə  olan 
qarşılıqlı  məhəbbətidir  (antiphilösin).  Onlar  bir-birini  özlərinə 
qarşı  məhəbbət  doğuran  kimi  sevirlər,  onların  məhəbbət  oyat- 
maları  isə  [yaxşı]  olmaları  ilə  əlaqədardır.  Belə  ki,  soru- 
şacaqlar,  ləyaqətli  adamla  yaramazın  dostluğu  olmayacaqmı? 
Hər  halda  olacaq.  Yaxşı  şeyə  fayda  (to  sympheron)  və  xoşa 
gəlimlilik  (to  hedy)  həmrahdır;  yaramaz  isə  -   nə  dərəcədə 
xoşagələndirsə,  o  dərəcədə  dostdur;  O,  nə  qədər yararlıdırsa, 
yenə  də  dostdur.  Amma  bu  cür  dostluq,  əlbəttə,  özünə  qarşı 
məhəbbət  doğuran  şeyə  (phileton)  əsaslanmır.  Özünə  qarşı 
məhəbbət  doğuranı  biz  yaxşı  şey  kimi  müəyyənləşdirdik, 
yaramaz  isə  özünə  qarşı  məhəbbət  doğurmur.  Bu  dostluğun 
təməli  [məhəbbət  doğuran  yox],  ancaq  özünə  qarşı  məhəbbət 
tələb  edəndir,  -   [istəkli  şey  yox,  ancaq  arzu  olunandır]. 
Həqiqətən,  yaxşı  adamlar  arasında  olan  bütünlüklə  həmin  o 
dostluqdan  dostluğun  bütün  bu  [formaları]  baş  verir:  zövdən 
ötrü  dostluq  və faydadan  ötrü  dostluq.  Bəxş  edilən  zövqə  görə 
məhəbbət  ifadə  edənin,  eləcə  də  fayda  sevənin  dostluğunun 
əsasını  yaxşı  şey  təşkil  etmir.  Əsasını  yaxşı  şey,  zövq  və 
fayda  təşkil  edən  dostluğun  bu  formaları  oxşar olmasa  da,  bir- 
birinə  də  yabançı  deyil,  bunlar  bir  növ  ümumi  bir  şeyə  gedib 
çıxır.  Məsələn,  biz  deyirik,  qayçı  müalicə  edir,  insan  müalicə 
edir,  elm  müalicə  edir,  lakin  bu  sözlərin  mənası  eyni  deyil: 
bıçaq  xüsusunda  o  mənada  danışılır  ki,  o,  müalicə  zamanı 
istifadə  edilir,  insan  barəsində  o  mənada  danışılır  ki,  o, 
müalicə  edir,  elm  xüsusunda  o  mənada  danışılır  ki,  o,  səbəb 
və  əsasdır.  Eyni  surətdə  yaxşı  şeyə  əsaslanan  yaxşı  adam- 
ların  dostluğu  ilə  zövq  və  fayda  ilə  nəticələnən  dostluğun  ox- 
şarlığı  yoxdur.  Dostluğun  bu  formaları  sadəcə  olaraq  ononim 
deyil:  onlar eyni  olmasa  da,  ancaq  hardasa  eyni  bir  şeylə  əla- 
qədardırlar,  həm  də  eyni  bir  şeydən  əmələ  gəliblər.  Doğrudan
391


da,  əgər  birisi  desə:  zövqdən  ötrü  sevən  bu  adamın  dostu 
deyil,  çünki  burda  dostluğun  əsasını  yaxşı  şey  təşkil  etmir, 
onda  bu  əlavə  olaraq  yaxşı  adamların  dostluğuna  əsaslanır, 
hansı  ki,  özündə  dostluğun  bütün  bu  formalarını  birləşdirir: 
yaxşı  şeyə,  zövqə,  faydaya  əsaslanan  dostluq.  O  adam  ger- 
çəkdən,  belə  dostluqda  bulunmur,  ancaq  elə  dostluqda 
bulunur ki,  beləsi  xoş  bir şey və fayda  axtarır.
Yaxşı  yaxşının  dostu  olacaqmı?  Bənzərin,  deyirlər,  özünə 
bənzər olan  heç bir şeyə  ehtiyacı  olmur.  Bu  əsas  fayda  axtaran 
dostluğu  nəzərdə  tutur.  Əgər  dostlar  bir-birinə  nə  qədər  la- 
zımdır,  o  qədər  də  dostluq  edirsə,  onların  dostluğu  faydaya 
əsaslanan  dostluqdur.  Lakin  biz  artıq  xeyirxahlığa  əsaslanan 
dostluğu  ya  zövq,  ya  da  fayda  axtaran  dostluqdan  fərqli  olan 
dostluq  kimi  müəyyənləşdirmişik.  Ləyaqətli,  həqiqətən,  yaxşının 
dostudur,  həm  də  nəzərə  almaq  lazımdır  ki,  bu  dostluq  dost- 
luğun  digər formalarından  çox-çox tutarlıdır:  axı  bu  dostluğa  hər 
şey  daxildir:  həm  yaxşı  şey,  həm  xoş  bir  şey,  həm  də  fayda. 
Lakin  yaxşı  yaramazla  dost olacaqmı? -  Əlbəttə,  o,  hansı  dərə- 
cədə  onun  xoşuna  gəlirsə,  o  dərəcədə  də  onun  dostu  olacaq. 
Bəs  yaramaz  yaramazla  dost  olacaqmı?  -   Onlara  eyni  bir  şey 
nə  qədər  sərfəlidirsə,  onlar  bir  o  qədər  dostdurlar;  onlara  eyni 
bir  şey  sərfəli  olduqda,  biz  bunu  hər  dəfə  müşahidə  edirik; 
onları  bir-birinə  dost  edən  faydadır və  yaramaz  adamlara  da  nə 
isə  bir şeydə  eyni faydanı tapmağa  heç nə  mane  olmur.
Beləliklə,  ən  möhkəm,  etibarlı  və  ən  gözəl  dostluq  -   əsa- 
sını,  təbii  olaraq,  xeyirxahlıq  və  yaxşı  şey  təşkil  edən  yaxşı 
adamların  qarşılıqlı  məhəbbətidir.  Bu  cür  dostluğun  əsaslandığı 
xeyirxahlıq  daimidir,  belə  ki,  dostluğun  özü  də  daimidir.  Fayda 
isə  heç  vaxt  daimi  olmur,  buna  görə  fayda  axtaran  dostluq 
möhkəm  deyil  və  faydadan  asılı  olaraq  dəyişilir.  Bu,  əsasını 
zövq təşkil  edən  dostluğa  da aiddir.
392
Ən  yaxşı  adamların  dostluğu  xeyirxahlığa  əsaslanır,  ək- 
səriyyətin  dostluğu  -   faydaya,  kobud  (phortikois)  və  adi 
(tykhoysin) adamların  dostluğu  isə alınan  həzdən  asılıdır.
Pis  dostlara  rast  gələrkən  adamlar,  adətən,  qeyzlənir  və 
təəccüb  edirlər.  Amma  o  şey  ki,  onlara  üz  verir,  onda  heç  bir 
qəribəlik  yoxdur.  Əgər  bu  adamlar  zövqdən  və  faydadan  ötrü 
dost  olublarsa,  onda  dostluğa  son  qoyulan  kimi  onlara  gözdən 
itmək  lazımdır.  Tez-tez  belə  olur:  dostluq  davam  edir,  lakin  dost 
dostla  pis  dolanır,  bu  isə  narazılığa  səbəb  olur.  Burda  gözlənil- 
məz  heç  bir şey  yoxdur:  sənin  onunla  olan  dostluğun  xeyirxah- 
lığa  əsaslanmamışdır  və  onun  özünü  pis  aparmasında  da  heç 
bir  qəribəlik  yoxdur.  Bu  cür  hallarda  narazılıq  edən  adamlar, 
haqsızdır.  Onların  dostluğu  zövq  arayarkən  başlayıb,  ancaq 
düşünürlər  ki,  o,  xeyirxahlığa  əsaslanan  dostluq  olmalıdır,  bu 
isə  mümkün  deyil.  Xoş  bir  şey  və  fayda  axtaran  dostluq  xeyir- 
xahlıqla  bağlı  deyil.  Onlarzövqdən  ötrü  dostlaşaraq  [özlüyündə 
dostluqda  nə  isə  bir]  yaxşı  şey axtarırlar,  lakin  bu  düzgün  deyil: 
harda  zövq  və fayda  var,  orda  xeyirxahlıq  yoxdur;  əksinə,  harda 
xeyirxahlıq  var,  orda  ona  zövq  və  fayda  həmrah  olur.  Ləya- 
qətliyə  hamıdan  xoş  gələn  ləyaqətlidir,  bunu  danmaq  məna- 
sızdır,  çünki  hətta  yaramazlar  bir-birinə  xoş  gəlir,  necə  ki, 
Yevripid  onlar  haqqında  deyir:  «Yaramaz  yaramazı  tapır»;  doğ- 
rudan  da,  həzz  xeyirxahlığa  deyil,  ancaq  xeyirxahlıq  həzzə 
səbəb olur.
Ləyaqətli  adamlar  arasındakı  dostluqda  zövq  olmalıdırmı, 
yoxsa  yox?  Guya  olmamalıdır,  bunu  təsdiq  etmək  mənasızdır. 
Əgər  onlar  bir-birinə  xoş  gəlmək  xüsusiyyətindən  məhrum 
edilsə,  bu  o  deməkdir  ki,  onlar  [bir-birilə  deyil],  başqaları  ilə, 
xoşlarına  gələn  dostlarla  əlaqə  saxlamalıdır,  çünki  birgə  həyat 
üçün  bir-birinin  xoşuna  gəlməkdən  mühüm  heç  nə  yoxdur. 
Guya  ləyaqətlilər  bir  yerdə  yola  getməməlidir,  bunu  düşünmək
393


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə