bütövlükdə müstəqilliyə çatmış və həyati təlabatlar naminə
meydana çıxsa da, lakin yaxşı həyat qazanmaq naminə möv-
cüddür. Buradan belə çıxır ki, hər bir dövlət ilkin münasibətlər
kimi zərurətin təbii məhsuludur: bu, onların tamamlanması, bu
tamamlanmada isə mahiyyət vardır. Axı biz onu hər hansı bir
şeyin mahiyyəti adlandırırıq ki, - məsələn götürək insanın, atın,
ailənin mahiyyəti-onun vəziyyəti inkişafının sonunda məlum
olsun. Üstəlik, son məqsədə yetişməkdən ötrü tamamlanma
yüksək səviyyədə olmalıdır, müstəqil yaşamaqsa həm tamam-
lanmış, həm də ən yüksək səviyyəli mövcudluqdur.
9. Bütün deyilənlərdən məlum olur ki, dövlət zatən kim
mövcuddursa, ona aiddir və insan öz mahiyyətinə görə siyasi
varlıqdır, kim də təsadüfi hallar nəticəsində deyil, öz xüsusiyyə-
tinə görə dövlətdən kənarda yaşayır-ya mənəvi cəhətdən
inkişaf etməmişdir, ya da fövqəlbəşərdir: onu da Homer söyüb
deyir ki, «Əsilsiz-nəsilsiz, tayfasız, qanunsuz, yurdsuz-yuvasız-
dır»; bu cür adam, əslində, yalnız müharibə arzu edir; onu oyun
taxtası üzərində təcrid edilmiş piyada ilə müqayisə etmək olar.
10. Arılara və sürüylə yaşayan hər hansı qəbildən olan hey-
vanlara nisbətən insanın daha çox cəmiyyətin övladı olması aşa-
ğıdakından aydındır: təbiət, biztəsdiq etdiyimiz kimi, heç nəyi na-
haqdan etmir; həmçinin bütün canlı məxluqlar arasında yalnız
insan nitq qabiliyyətinə malikdir. Səs kədər və sevinci ifadə edir,
bu digər canlı məxluqlar üçün də xarakterikdir (belə ki, onların
təbii xüsusiyyətləri o dərəcəyə qədər inkişaf etmişdir ki, sevinc
və kədəri hiss edib, bu hisləri bir-birinə ötürə bilirlər). Amma nitq,
həmçinin nəyin xeyirli və nəyin zərərli, eynən də nəyin haqiı və
nəyin haqsız olduğunu bildirməyə də qabildir. 11. İnsanlara məx-
sus bu xüsusiyyət onları digər canlı məxluqlardan fərqləndirir:
belə ki, yalnız insan xeyirxahlıq və yamanlıq, haqlı və haqsız və
s. anlayışları dərk etməyə qabildir. Bütün bunlarınsa məcmusu
10
ailənin və dövlətin əsasını təşkil edir. Mahiyyətinə görə dövlət
ailə və hər birimizlə müqayisədə öndə durur, çünki tamın
hissələrdən qabaqda olması zəruridir. Canlı məxluqu bütünlüklə
məhv etsən, onun nə ayağı, nə də əli olacaq, yalnız adı qalacaq.
Buna, müvafiq olaraq biz «daş əl» deyirik; axı bədəndən ayrılmış
əl də, məhz daş əl kimi olacaq. Hər hansı bir şey yerinə yetirdiyi
hərəkətlə və bu hərəkəti yerinə yetirmək imkanı ilə müəyyənləş-
dirilir, əgər bu xassələr həmin şeydə itibsə, onda ondan olduğu
kimi danışmaq lazım deyil: bunu yalnız qeyd etmək qalır.
12. Beləliklə, göründüyü kimi dövlət, zatən mövcuddur və zatən
hər insandan öndədir; nə qədər ki, axırıncı təcrid edilmiş vəziyyə-
tə düşüb, müstəqil məxluq deyil, onun dövlətə münasibəti, hər
hansı hissənin özünün tamına olan münasibəti kimidir. Bir kəs ki,
münasibət yaratmağa qadir deyil, yaxud özünü müstəqil varlıq
sayır, heç nəyə ehtiyac duymur, o, artıq dövlətin bir hissəsini təş-
kil etməyib ya heyvana, ya da bütə çevrilir.
Təbiət bütün insanlarda dövlətlə münasibətə bir meyl ya-
ratmışdır və ilk dəfə bu munasibəti təşkil edən adam bəşəriy-
yətə həddindən artıq böyük yaxşılıq etmişdir. Kamilliyə yetişmiş
insan canlı məxluqların ən mükəmməlidir və əksinə, qanun-
qaydadan kənarda yaşayan insan hamıdan pisdir, ona görə ki,
haqsızlıq hər şeydən ağırdır. Təbiət isə insanın əlinə əqli və
mənəvi güc kimi silahlar veribdir ki, bunlarla da əks istiqamətdə
işlər görmək mümkündür. Buna görə də yaxşı cəhətlərdən
məhrum olan insan özünün cinsi və zövq aldığı ehtiyaclarının
ödənməsindən ötrü ən şərəfsiz, alçaq və vəhşi məxluqa çevrilir.
Ədalət anlayışı dövlət anlayışı ilə bağlıdır, belə ki, hüquq
ədalətin meyarı kimi siyasi münasibəti tənzimləyən normadır.
II. 1. Dövlətin hansı hissələrdən ibarət olmasını müəyyən-
ləşdirmək üçün, biz hər şeydən öncə ailənin təşkili haqqında
11
danışmalıyıq, zira hər bir dövlət ayrı-ayrı ailələrdən ibarətdir.
Ailə öz növbəsində o hissələrdən təşkil edilmişdir ki, bunların
məcmusu onun özünü təşkil edir. Mükəmməl ailədə iki hissə
mövcuddur: qullar və sərbəstlər. Belə ki, hər hansı bir şeyin
təhlilinə öncə onu təşkil edən ən kiçik hissəciklərdən başlamaq
lazımdır, ailənin isə ən ilk və ən kiçik hissəcikləri ağa və qul, ər
və arvad, ata və oğul olduğundan elə bu üçlükdən başlayıb,
onların hər birinin özlüyündə nə kəsb etdiyinə və onların necə
olmasına nəzər salınmalıdır.
2.
[Göstərilən mövcud, üç cütün münasibətini xarakterizə
etmək olar] belə ki: ağalıq, kəbin (ər və arvadın bir yerdə həyat
sürməsini göstərmək üçün xüsusi termin yoxdur) və üçüncü
atalıq (həmçinin bu münasibət də xüsusi terminlə göstərilmir).
Qoy onlar bilavasitə biz sadalayan kimi üç olsun (ailənin bir his-
səciyi də mövcuddur ki, bir çoxlarının fikrincə bu, elə onu, digər-
lərinin təbirincə isə bu, onun əsas hissəsini təşkil edir; mən
necə deyərlər yığıb, dala atmaq bacarığını nəzərdə tuturam;
bunun nə olduğunu biz sonra araşdıracayıq).
Hər şeydən öncə, biz ağa və qul üzərində dayanaq və on-
ların qarşılıqlı əlaqəsinə təcrübi əhəmiyyət nöqteyi-nəzərindən
diqqət yetirək. Biz bu munasibəti izah etmək üçün mövcud olan
nəzəriyyələrə nisbətən daha düzgün nöqteyi-nəzər üstündə
dura bilərikmi? 3. İş ondadır ki, bir çoxlarının fikrincə ağanın qul
üzərində səlahiyyəti bir növ elmdir, biz artıq yuxarıda qeyd etdi-
yimiz kimi nəzərə də almaq lazımdır ki, həm bu səlahiyyət, həm
ailənin təşkili, həm döviət, həm də çar hakimiyyəti eyni-eyni
şeylərdir. Əksinə, digərlərinin fikrincə ağanın qul üzərində səla-
hiyyəti qeyri-normaldır; yalnız qanunla biri qul, digəri sərbəstdir,
mahiyyətcə isə heç bir təfavüt yoxdur. Buna görə ağanın qui
üzərində səlahiyyəti də, zora əsaslandığı üçün, ədalətsizdir.
12
4. Mülkiyyət evin bir hissəsidir və əldə edilmiş şey ailəni
təşkil etməyin bir hissəsidir: ən zəruri tələbat avadanlıqları ol-
madan nəinki yaxşı yaşamaq, ümumiyyətlə, yaşamaq mümkün
deyil. Bütün sənət sahələrində qarşıya qoyulmuş müəyyən
m əqsəd üçün müvafiq alətlər vardır, əgər işi axıra çatdırmaq
lazımdırsa və bu alətlərdən bəzisi canlı, bəzisi çansızdırsa (mə-
sələn, başçı üçün sükan cansız alət, sükançı isə canlıdır), bu
halda incəsənətdə sənətkar alət rolunu oynayır. Eləcə də ev
sahibi üçün mülkiyyət onun yaşamasından ötrü özünəməxsus
surətdə bir alətdir. Mülkiyyəti əldə etmək üçün çoxlu alət tələb
olunur, belə ki, qul-bir canlı mülkiyyətdir, necə ki, incəsənətdə,
ümumiyyətlə, hər hansı bir sənətkar bir alət kimi digər alətlər-
dən öndə durur. 5. Əgər hər hansı bir alət ona verilən əmrlə,
yaxud özü qabaqcadan duymaqla ona məxsus olan işi özü ye-
rinə yetirə bilsəydi, özlərini Dedalın heykəlinə, yaxud Hefestin
sacayaqlarına oxşatsaydılar - necə ki, şair onlar haqqında
deyib: «öz xoşları ilə (aytomatoys) allahların yığıncaqlarına
gəldilər»; əgər toxucu məkiklər özləri tikə, mizrablar3 isə
kifarada özləri ifa edə bilsəydi, onda memarlar işçilərə, ağalar
isə qullara ehtiyac duymazdılar. Necə ki, alətlər öz təyinatları
üzrə məhsuldar fəaliyyət (poietika) göstərir, xüsusi mülkiyyət
də aktiv fəaliyyətin (praktikon) aləti sayılır; axı toxuculuq
məkiklərindən istifadə etməklə, onun tətbiqinə aid olmayan
nəsə başqa şey alırıq, pal-paltar və yataq isə bizdən ötrü yalnız
istifadə əşyalarıdır. 6. Məhsuldar və aktiv fəaliyyətin spesifik
fərqi ilə əlaqədar, əlbəttə, müvafiq olaraq o alətlər müxtəlifdir ki,
bu və digər ehtiyacların ödənməsi üçün lazımlıdır. Lakin həyat-
aktiv fəaliyyətdir (praxis), məhsuldar fəaliyyət (poiesis) deyil;
demək, qul da nəyin xidmətində bulunursa, o aktiv fəaliyyət
sahəsinə aiddir. «Xüsusi mülkiyyət»i «hissə» sözünün mənası
kimi başa düşmək lazımdır. Hissə isə yalnız nəyinsə bir şeyin
13
Dostları ilə paylaş: |