A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə5/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   2   3   4   5   6   7   8   9   ...   104

göstərilən  axınncı  fikrin  tərəfdarları  onları  qul  adlandırmaq 
istəmirlər,  onlar  ancaq  barbarları  belə  çağırırlar.  Lakin  onda  ki, 
onlar bunu  deyirlər,  biz bunu  lap  əvvəlcədən  bildiyimiz  kimi,  əs- 
lində,  onlar  köləlikdən  başqa  heç  nə  axtarmırlar;  istər-istəməz 
razılaşmaq  lazım  gəlir  ki,  bəzi  adamlar hər yerdə  quldur,  digər- 
ləri  isə  heç bir yerdə  belə  deyil.
19.  Eynən  bu  surətlə  onlar əslin  nəcibliyi  haqqında  da  mü- 
hakimə  yürüdürlər.  Onlar özlərini  yalnız  öz  yerlərində  deyil,  həm 
də  hər yerdə,  barbarları  isə  yalnız  onların  öz vətənində  alicənab 
sayırlar,  guya bir halda şərtsiz alicənablıq və azadlıq  hökm  sürür, 
digərində-qeyri  şərtsiz.  Feodektdə  Yelena  da  bu  tərzdə  danışır: 
«Mən  hər  iki  tərəfdən  ilahi  nəsillərdən  törəndiyim  halda,  kimin 
cürəti  çatar  ki,  mənə  kölə  desin?»  Bunu  deməklə  onlar  insanı 
kölə  və  azad  olmaqla  iki  yerə,  nəcib  və  qeyri-nəcib  kökdən  olan 
insanları  yalnız  yaxşı  və  pis  əlamətlərinə  görə  bölürlər;  bununla 
belə  guman  edirlər  ki,  necə  ki,  insan  insandan  törənir,  heyvan 
da-heyvandan,  beləcə  yaxşı  valideynlərdən  də  yaxşı  törənir; 
təbiət isə tez-tez buna can atsa  da,  amma  buna nail ola biimir.
20.  Beləliklə,  deyilənlərdən  aydındır  ki,  [zatən  köləliyə  dair 
görüşlərdə] tərəddüd etməyin  bir çox əsasları  var:  bir tərəfdən  bə- 
ziləri,  zatən  kölə  deyil,  digərləri  isə-azad,  o  biri  tərəfdənsə  bəzi- 
iərində  bu  fərq  mövcuddur və  həm  də onlar üçün  birinin  köləlikdə, 
digərinin-ağalıqda  bulunması  faydalı  və  ədalətlidir,  ağalıq  etmək- 
dən  ötrü  isə  birinin  tabeçilikdə  olması,  digərinin  isə  təbiətin  onun 
üzərinə  qoyduğu  ağalığı  həyata  keçirmək  lazımdır.  Lakin  səla- 
hiyyətin  yaramaz  tətbiqi  nə  bir,  nə  də  digər  tərəfə  xeyir  gətirmir: 
axı  hissəyə  nə  xeyirdirsə,  tama  da  elə  o  xeyirlidir,  bədənə  nə  xe- 
yiıiidirsə,  ruha da o xeyirlidir,  qul  isə hansısa bir ağanın  hissəsi  sa- 
yılır, ayrıca bir canlı  məxluq olsa da onun  cisminin bir hissəsidir.
21.  Buna  görə  də  əgər  onların  qarşılıqlı  münasibəti  əzəl- 
dən  bu  köklər  üstündə  durursa,  qul  və  ağaya  qarşılıqlı  dostluq
18
münasibətində  bulunmaq  faydalıdır;  lakin  kimlərdə  bu,  belə 
deyilsə,  münasibətlər  qanun  və  zorakılığa  əsaslanırsa,  hər  şey 
tərsinə baş verir.
Yuxarıda  deyilənlərdən  aydın  olur ki,  ağanın  səlahiyyəti  ilə 
dövlət  xadiminin  səlahiyyəti  bəzilərinin  təsdiq  etdiyi  kimi  bütün 
digər  səlahiyyət  halları  ilə  eynilik  təşkil  edir.  Bir  səlahiyyət  -  
zatən  azad  insanlar,  digər səlahiyyət  qullar üzərindədir.  Ağanın 
ailədə  səlahiyyəti-monarxiyadır  (zira  hər  bir  ailə  öz  ağası  tərə- 
findən  monarx  sayağı  idarə  edilir),  dövlət  xadiminin  səlahiyyəti 
isə-azad  və  bərabər  insanlar  üzərində  səlahiyyətdir.  22.  İnsanı 
biliyinə  görə  deyil,  təbii  xüsusiyyətlərinə  görə  ağa  adlandırırlar; 
qullarda  və  azad  insanlarda  da  eynən  belədir.  Döğrüdür,  köləlik 
haqqında  olan  elm  kimi  ağanın  səlahiyyəti  haqqında  da  elm 
düşünmək  olar,  əvvəlinci-bir  növ  Sirakuzada  mövcud  olan  kimi, 
necə  ki,  bir nəfər insanlara  köləlikdən təlim  keçirdi:  məlum  muzd 
müqabilində  o  cavan  qullara  bilik  öyrədirdi.  Bu  cürə  təlim  digər 
sahələrə  də  istiqamətləndirilə  bilərdi,  məsələn,  kulınariya  sənəti- 
ni  və  digər buna  uyğun  ev xidmət işlərini  də  öyrətmək olardı.  Axı 
işlər  müxtəlif olur-bəziləri  daha  yüksək,  digərləri  daha  zəruri  xa- 
rakterlərdə,  necə  ki,  atalar  sözündə  deyilib:  «Qul  quldan,  ağa 
ağadan-fərqlidir».
23.  Quldan  necə  istifadə  etmək və  ağa olmaq  üçün,  bütün 
bu  kimi  elmlər-köləlik,  ağalıq  haqqında  elmlər-qullar əldə etmək 
üçün  deyil,  onlardan  necə  istifadə  etmək  üçündür.  Bu  elmdə 
heç bir böyük,  heç bir yüksək şey yoxdur:  axı  nəyi  ki,  qul  yerinə 
yetirməlidir,  ağa  da  onu  əmr etməyi  bacarmalıdır.  Buna  görə  də 
kimin  ki,  bu  cür  qayğılardan  qaçmaq  imkanı  var,  bu  vəzifəni 
işlər  müdiri  öz  üzərinə  götürür,  onlar  özləri  isə  siyasət,  yaxud 
fəlsəfə  ilə  məşğul  olurlar.  O  ki,  qaldı  qulların  əldə  olunması  el- 
minə  (o  dərəcədə  ki,  nə  qədər bu  ədalətlidir)  onda  bu,  harada- 
sa  müharibə  xüsusunda,  yaxud  ovçuluq  xüsusunda  olan  elm
19


kimi  yuxarıda  göstərilən  iki  şeydən  fərqiənir.  Bizim  qu!  və  ağa 
haqqında düşuncələrimiz bundan ibarətdir:
III. 
1.  İndi  isə  biz  özümüzün  qəbul  etdiyimiz  araşdırma 
üsullarını  rəhbər tutaraq  necə  ki,  qul  da  mülkiyyətin  bir  hissəsi- 
dir,  mülkiyyətin,  ümumiyyətlə,  nə  olduğunu  və  var-dövlət topla- 
maq  bacarığının  nədən  ibarət olduğunu  təhlil  edək.  Hər şeydən 
öncə  ortaya  sual  çıxa  bilər:  var-dövlət  toplamaq  bacarığı  təsər- 
rüfat  haqqında  olan  elmlə  eynidirmi,  yoxsa  bu  bacarıq  həmin 
elmin  bir hissəsidir,  yaxud  onunla  münasibətdə  köməkçi  mövqe 
tutur,  əgər bu  belədirsə, 
ond a
  var-dövlət  toplamaq  bacarığı  tə- 
sərrüfat  haqqında  olan  elmlə  bu  münasibətdə  deyilmi,  necə  ki, 
toxuculuq  sənəti  üçün  toxuculuq  məkiki  düzəltmək  bacarığı  var, 
yaxud  heykəltaraşlıq  sənəti  üçün  tunc xəlitəsi  hazırlamaq  baca- 
rığı.  İş  bundadır  ki,  iki  axırıncı  bacarıq  onlara  bağlı  sənətlərlə 
eyni  xidməti  münasibətdə  deyildir,  belə  ki,  birinci-alətlə,  ikinci- 
xammalla  təmin  edir  (xammal  adı  altında  mən  substratı  [əsası] 
nəzərdə  tuturam  ki,  bunun  vasitəsi  ilə  hər  hansı  bir  iş  axıra 
çatdınla bilər, məsələn, toxucu üçün-yun,  heykəltaraş üçün-tunc).
2. 
Aydındır ki,  var-dövlət toplamaq  bacarığı  təsərrüfat  haq- 
qında  olan  elmlə  eyniyyət  təşkil  etmir:  bir  halda  söhbət  vəsait 
əldə  etməkdən  gedir,  digərində  -   bundan  istifadə  etmək  haq- 
qında;  doğrudan  da,  evdə olan  hər şeydən  istifadə  etmək  baca- 
rığı  təsərrüfat  haqqında  olan  elm  deyil,  bəs  nədir?  Lakin  iş 
ondadır  ki,  var-dövlət  toplamaq  bacarığı  təsərrüfat  haqqında 
olan  elmin  bir  hissəsini  təşkil  edirmi,  yoxsa  bu,  ondan  fərqli 
olan  xüsusi  bilik  sahəsidir,  əgər  hesab  etsək  ki,  göstərilən  ba- 
carıqlara  yiyələnən  hər  hansı  bir  insan  əmlakdan  yaranan  fira- 
vanlığın  mənbəyini  və  ümumiyyətlə,  mülkiyyətin  nədən  ibarət 
olduğunu  araşdıra  bilər,  onda  ortaya  çətinlik  çıxacaq.  «Mülkiy- 
yət»  və  «var-dövlət»  anlayışlarının  müxtəlif növləri  var.  Birincisi,
20
əkinçilik-bu,  təsərrüfat  haqqında  olan  elmin  bir  hissəsidirmi, 
yoxsa  xüsusi,  ondan  ayrı  bir  bilik  sahəsidir?  Həmin  bu  sualı, 
ümumiyyətlə,  dolanışacaq  vasitələrinə  və  onlan  əldə  etmək 
xüsusundakı qayğılara da aid etmək olar.
3. 
Necə  ki,  müxtəlif qida  növləri  mövcuddur,  eləcə  insan- 
ların  və  heyvanların  həyat  tərzi  də  müxtəlifdir;  yeməksiz  yaşa- 
maq  mümkün  olmadığından  qida  məhsullarının  növ  müxtəlifliyi 
heyvanların  həyat  tərzinin  müxtəlifliyinə  gətirib  çıxarır.  Heyvan- 
ların  bir  çoxunun  sürüylə,  digərlərinin  dağınıq  halda  yaşaması 
qida  əldə etmək üçün  hansı  həyat tərzinin  münasibliyi  ilə əlaqə- 
dardır,  belə  ki,  heyvanların  bir qismi  ətyeyən,  digərləri  otyeyən, 
üçüncülərsə  hər  şey  yeyən  heyvanlardır.  Təbiət  heyvanların 
həyat  tərzini  elə  təxminlə  müəyyənləşdirmişdir  ki,  onların  hər 
biri  özü  üçün  lazım olan  qidanı  çox asanlıqla əldə edə bilsin;  za- 
tən  eyni  bir qida  hər  bir  heyvan  üçün  deyil,  çünki  birinə  bir şey 
yarayır,  digərinə -   başqa  şey;  buna  görə  də  ətyeyən  heyvanla- 
rın  həyat  tərzi,  otyeyən  heyvanların  həyat  tərzindən  fərqlənir.
4.  Bu,  insanlar arasında  da  belədir.  Onların  həyat tərzi  olduqca 
müxtəlifdir.  Onlardan  ən  tənbəlləri  heç  bir  zəhmət  və  dərd 
çəkmədən  köçəri  həyat  tərzi  keçirib  ev  heyvanlarının  əti  ilə 
qidalanır,  belə  ki,  köçərilər  öz  sürüləri  üçün  otlaq  axtarışında 
bulunmaqla  həmişə köç yerlərini  dəyişirlər, 
am rna
  onlar özləri  də 
istər-istəməz sürünün  arxasınca gedirlər;  elə  bil ki, onlar oyanmış 
əkin  yerlərini  becərirlər.  Digər  insanlar  ovçuluqla  yaşayırlar, 
ovçuluğun  müxtəlif-cürbəcür  formaları  ilə;  məsələn,  bəzilərinin 
meyli  oğurluğa,  digərlərinin  balıqla  zəngin  göl,  bataqlıq,  çay,  ya- 
xud  dəniz  kənarında  yaşayanların  meyli  balıq  tutmağadır,  üçün- 
cülərsə  quş,  yaxud  vəhşi  heyvan  ovuna  çıxırlar.  5.  Yaşamaqdan 
ötrü  mübadilə və ticarətlə  deyil,  bilavasitə  həyatın  bəxş  etdikləri- 
lə-köçəri  həyat,  əkinçilik,  talançılıq,  balıqçılıq,  ovçuluqla  məşğul 
olanların  həyat  tərzi  təxminən  belədir.  Bəziləri  bu  tərzlərdən  bu
21


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə