ginlik ayrı-ayrı şeylərdir; var-dövlət topfamaq bacarığı təsərrüfat
sahəsinə aiddir, lakin ticarət fəaliyyəti mülkiyyəti hər yolla deyil,
yalnız mübadilə yolu ilə meydana çıxarır. Aydındır ki, ticarətin işi
əsas etibari ilə pul nişanları ilədir, bu da lazımi şey kimi işlədilir,
həm də hər hansı bir mübadilənin məqsədidir. Həmin var-dövlət
toplamaq bacarığına uyğunlaşmaq nəticəsində yaranmış zənginli-
yinsə heç bir həddi yoxdur. İnsanın sağlamlığını mütləqləşdirmək
üçün tibbin məqsədi hədsiz olduğu kimi, eləcə də hər bir bacarıq
öz məqsədinə müvəffəq olmaq üçün hədsizdir və buna onlar hər
şeydən çox cəhd göstərirlər, lakin bu vasitələr, hansılar ki, ba-
canğı müvəffəqiyyətlə onu məqsədinə doğru aparır, məhduddur,
çünki bu halda məqsədin özü hər bir bacanq üçün son həddir.
Bunun kimi var-dövlət toplamaq bacarığında da heç vaxt məq-
sədə yetməkdən ötrü hədd olmur, burdakı məqsəd isə zənginlik
və pul əldə etməkdən ibarətdir. 18. Əksinə, var-dövlət toplamaq
bacarığında deyil, təsərrüfat sahəsində hədd vardır, belə ki,
təsərrüfat pul toplamaq üçün deyil. Bununla bərabər aydındır ki,
hər bir zənginliyin gərək öz həddi olsun, lakin, əslində, biz bunun
əksinin baş verdiyini görürük: bütün pul dövriyyəsi ilə məşğul
olanlar pulun miqdarını hədsiz dərəcəyə qədər artırmağa can
atırlar. Buna səbəb hər iki sahənin sıx yaxınlığıdır: həm bu, həm
də digəri öz məqsədinə nail olmaq üçün eyni vasitələrin tətbiqi
zamanı bir-biri ilə toqquşur. Həm bu, həm də digər sahədə bir bə-
rabərdə olmasa da eyni mülkiyyətdən istifadə olunur: bir halda
məqsəd-nəsə başqadır, digərində-məhz onun özünü artırmaqdır.
Buna görə də bəziləri bunu təsərrüfat sahəsinin son məqsədi
hesab edir və bunda israr edirlər ki, əldə olunan pul vəsaitini ya
saxlamaq, ya da bunu hətta hədsiz dərəcəyə qədər artırmaq üçün
səy göstərmək lazımdır.
19.
Bunun əsasında yaxşı həyata deyil, ümumiyyətlə, hə-
yata can atmaq durur; bu yanğı hədsiz olduğundan həmin yan-
26
ğını söndürməyə səbəb olan vəsaitlərə can atmaq həvəsi də
hədsizdir. Hətta, yaxşı həyata can atan insanlar da onu axtarır-
lar ki, bu onlara cismani zövq bəxş edir və necə ki, onların
təsəvvürünə görə bunu həyata keçirmək üçün vəsaiti mülkiyyət
verir, onda bu cür insanların bütün fəaliyyəti yığmağa yönəlir.
İkinci tərz var-dövlət toplamaq bacarığı bax bu yolla öz inki-
şafına çatmışdır. Cismani zövq bolluqdan yarandığı üçün həmin
insanlar da onlara həddindən artıq zövq gətirə biləcək vəsaitləri
axtarırlar. Əgər insanlar var-dövlət toplamaq bacarığının kö-
məkliyi ilə öz məqsədlərinə yetə bilmirlərsə, onda onlar buna
başqa yollarla cəhd göstərirlər və bundan ötrü hətta təbiətin
ziddinə olsa da belə bütün imkanlarını işə salırlar. 20. Belə ki,
məsələn, igidlik pul yığmaqdan deyil, şücaətdən ibarətdir, eləcə
də hərb və həkimlik sənətləri pul yığmağı deyil, birinci-qələbə
qazanmağı, ikinci-sağlamlıq gətirməyi nəzərdə tutur. Lakin bu
insanlar özlərinin bütün qabiliyyətlərini pul yığmağa yönəldirlər,
guya bu, məqsəddir, məqsədə yetmək üçün isə hər şeyə get-
mək lazım gəlir.
Mən zəruri olan var-dövlət toplamaq bacarığı haqqında
bunları deməyi lazım bildim; mən, zatən onu təsvir etdim və o
səbəbləri göstərdim ki, bunlara görə ona tərəf can atırıq. Zəruri
olan var-dövlət toplamaq bacarığına gəldikdə mən onun qeyri-
zəruri bacarıqdan fərqini göstərdim: zəruri bacarıq təsərrüfat
sahəsinə aiddir, o, təbiətlə əlaqədardır, yaşamaq üçün vəsait-
lərin əldə olunmasına doğru istiqamətləndirilmişdir və qeyri-
zəruri bacarıq kimi hədsiz deyil, çünki özünün hüdudları vardır.
21.
İndi əvvəldə qoyulan suala cavab da aydındır: var-
dövlət toplamaq bacarığı təsərrüfat başçısının və dövlət xadimi-
nin fəaliyyət sahəsinə aiddir, yoxsa daha yox? Doğrudur, zənn
etmək olar ki, bu bacarıq artıq mövcud həqiqətdir. Axı siyasət
də insanları yaratmır, lakin onları təbiət necə yaratmışsa elə də
27
qəbul edir. Eləcə təbiət də - torpaq, dəniz və s. - insanı gərək
zəruri qida ilə təmin etsin; təsərrüfat başçısının vəzifəsi isə bun-
dan ibarətdir ki, bu mənbələrdən nə əldə edilirsə, onlara mü-
vafiq təyinat versin. Beləcə, toxuculuq sənətinin işi yun istehsal
etmək deyil, yalnız hansı yunun keyfiyyətli və yararlı, hansının
keyfiyyətsiz və yararsız olduğunu müəyyənləşdirməkdir.
22. Yenə də bir sual qoymaq mümkündür: nə üçün var-
dövlət toplamaq bacarığı təsərrüfat sahəsinə aiddir, tibb isə
yox? Axı sağlamlıq da qida və buna müvafiq həyati tələbatlar
kimi ailə üzvləri üçün zəruridir. Bir tərəfdən təsərrüfat başçısı və
hökmdar öz tabeçiliklərində olanların sağlamlığına qayğı göstər-
məlidir, digər tərəfdən isə bu iş onları deyil, həkimi qayğılandır-
malıdır; eləcə də pula münasibətdə: bir tərəfdən pul vəsaitlərini
təşkil etmək təsərrüfat başçısının ixtiyarındadır, digər tərəfdən-
yox, lakin yardımçı təsərrüfat fəaliyyəti dairəsinə daxil olur; çox
vaxt isə bu, əvvəldə qeyd edildiyi kimi, gərək əslində, belə də
olsun. Axı təbiət yaratdığı məxluqun qida əldə etməsinin qayğı-
sını çəkir. Hər bir belə məxluq öz qidasını sanki irsən o məxluq-
dan alır ki, hansı ki, onu həyata o gətirmişdir. Buna görə də
hamı üçün təbiətlə uyğunluq təşkil edən yığmaq bacarığı bar-
bəhərdən və heyvanlardan faydalanmaqdan ibarətdir.
23. Bu bacarıq, biz dediyimiz kimi, iki cür olur: bir tərəfdən
o, ticarət sahəsinə aiddir, digər tərəfdən təsərrüfat sahəsinə,
həm də nəzərə almaq lazımdır ki, axırıncı zərurətdən irəli gəlir
və tərifə layiqdir, mübadilə fəaliyyəti isə qeyri-təbii səbəblərlə
şərtləndiyindən haqqına pislənir, halbuki, [insanlar arasındakı]
qarşılıqlı mübadilə [zərurət əsasında meydana çıxmışdır]. Buna
görə də sələmçiiik əsaslı surətdə nifrət doğurur, belə ki, bu,
pulu mülkiyyətə çevirir, bununla da özünün o rolunu itirir ki,
hansı ki, onlar bundan ötrü təşkil edilmişdi: axı onlar mübadilə
ticarətindən ötrü meydana gəlmişdi, faizlərin alınması isə bila-
28
vasitə pul artımına gətirib çıxarır. Buradan da o, öz adını
almışdır4; necə ki, uşaqlar öz valideynlərinə öxşamaq istəyirlər,
eləcə də faizlər puldan əmələ gəlmiş puldur. Bu cür yığım çox
vaxt təbiətin ziddinə olur.
IV.
1. Var-dövlət toplamaq bacarığı nəzəriyyəsini kifayət
qədərtəhlil etdikdən sonra, biz gərək məsələnin təcrübi tərəfınə
keçək. Nəzəriyyədə bütün bu cür şeylər geniş meydan açır,
halbuki təcrübə hər bir halda müəyyən şəraitlə bağlıdır. Var-döv-
lət toplamaq bacarığının təcrübi tərəfı işdə sahiblik edilən şeylə-
rin əldə olunması təcrübəsinin mənimsənilməsindən ibarətdir:
onlardan hansılar daha xeyirlidir, onları harda və necə əldə et-
mək olar; məsələn, at, inək, qoyun, eləcə də digər ev heyvanla-
rını alarkən, onu bilmək lazımdır ki, bu heyvanlardan hansı daha
çox xeyir gətirir, onların hansıları hansı tərəflərdə olur, çünki ev
heyvanlarından bəziləri bir yerdə daha çox artırlar, digərləri-baş-
qa yerdə; buna görə əkinçilik haqqında, bundan başqa, sadəcə
olaraq meyvəçilik, həmçinin arıçılıq və mənfəət əldə etmək
mümkün oian digər üzən və uçan heyvanlar haqqında məlumatlı
olmaq lazımdır.
2.
Sozün əsil mənasında var-dövlət toplamaq bacarığının
əsas mühüm sahələri bax bunlardır. Mübadilə fəailiyyətinin ən
mühüm sahəsi isə ticarətdir. Bu da üç hissədən ibarətdir: dəniz
ticarəti, tranzit ticarət və pərakəndə ticarət. Bunlar bir-birindən
onunla fərqlənir ki, bəziləri daha az risklə bağlıdır, digərləri isə
daha çox qazanc gətirir. Mübadilə fəaliyyətinin ikinci sahəsi
pulu artıma verməkdən ibarətdir; üçüncü - öz əməyini pula
satır; bu axırıncı öz tətbiqini qismən peşələrdə, qismən də o
insanlarda tapır ki, onlar peşə qazanmaqda iqtidarlı deyillər və
özlərini yalnız fıziki əməyin hesabına dolandırırlar. Nəhayət,
var-dövlət toplamaq bacarığının üçüncü sahəsi bu sahə ilə
29
Dostları ilə paylaş: |