A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
120
bilmirdi ki, hələ landtaqın deputatı olduğu vaxtlardan gizli təxəllüsdən istifadə edən Bismark jurnalistika 
fəaliyyəti ilə  məşğul olurdu. Hakimiyyət başına gəldikdən sonra Bismark burjua-yunker mətbuatının  əsas 
hissəsinin dövlətin xidmətinə keçirməyə müvəffəq olmuşdu. Məlumdur ki, qəzet redaksiyalarına göndərilən 
materiallar bəzən xüsusi məktubla müşayət olunurdu ki, həmin məktubda da materialın dövlət sənədi kimi 
dəyişdirilmədən çap edilməsi tələb edilirdi. Qəzet vasitəsilə Bismark ictimai rəyi müəyyən bir məsələ üzərinə 
yönəltməyi və ya həmin məsələdən yayındırmağı bacarırdı. Hətta istefaya çıxdığı dövrdə belə Bismark 
mətbuatın xidmətindən məharətlə istfadə edir, 1888-ci ildə hakimiyyətə gəlmiş Alman imperatoru II Vilhelmin 
xarici siyasət sahəsində «yeni kursunu», onun Rusiyadan uzaqlaşması  və  İngiltərə ilə yaxınlaşması siyasətini 
amansız tənqid edərək bu siyasətin Almaniyaya fəlakət gətirəcəyini irəlicədən proqnozlaşdırırdı.  
Bismark hakimiyyətə hərbi nazir, feldmarşal Albrext fon Roonun tövsiyyəsi ilə gətirilmişdi. Avstriyanın 
müqaviməti üzündən Almaniyanın birləşdirilməsi məsələsini öz əlinə ala bilməyən Prussiya hökuməti ordunun 
yenidən qurulması  məsələsini ortaya atdı. Xüsusilə, 1859-cu il səfərbərliyi pruss ordusunun hazırlıqsızlığını 
göstərirdi. Buna görə, hərbi nazir Roon ordunun yenidən qurulması üçün landtandan kredit almaq üçün 1861 və 
1862-ci illərdə iki dəfə    layihə  təqdim etmişdi. Lakin landtaq hər dəfə bunu rədd etmiş  və kral da hər dəfə 
landtaqı buraxmaq haqqında fərman verməyə  məcbur olmuşdu. Yaranmış  şəraitdə I Vilhelm özü də istefa 
verməyi planlaşdırırdı. Lakin hərbi nazir Roonun təklifi ilə I Vilhelmi nazir-prezident postuna 1862-ci il 23 
sentyabrda «vəhşi yunker» Bismarkı dəvət etdi.  
 Bismark isə qısa müddətə hakimiyyət böhranını aradan qaldırldı, landtaqın mövcudluğuna ümumiyyətlə 
əhəmiyyət verməyərək hərbi büdcəni yuxarı palatadan keçirdi və onu həyata keçirməyə başladı. Xarici siyasət 
sahəsindəki uğurlar Bismarka imkan verdi ki, 1862-1866-cı illər «konstitusiya münaqişəsini» öz xeyrinə  həll 
etsin. 1866-cı ildə parlament «İndemnitet haqqında» qanun qəbul etdi, yəni hökumət silahlanma və  hərbi işlə 
əlaqədar dövlət vəsaitini büdcələşdirmədən xərcləmək hüququ qazanmış oldu, parlament isə bu büdcəni 7 ildə 
bir dəfə təsdiq etməli idi. 
Bismark aydın görürdü ki, hərbi-bürokratik monarxiya şəraitində kralın və hərbi elitanın yardımı ilə hər 
hansı tədbiri həyata keçirmək mümkündür. O zaman Almaniya hərbi elitasında iki sima xüsusi nüfuza malik idi: 
adını qeyd etdiyimiz hərbi nazir feldmarşal Albrext fon Roon və Prussiya Böyük baş  qərargahının rəisi qraf 
Helmut  fon Moltke. 
Qraf Moltke Prussiya taxt-tacını varisinin – I Vilhelmin tərbiyəçisi olmuş, buna görə  də müasirləri 
tərəfindən «saray rəqqası» adlandırılmışdı. O, 1875-ci ildə Böyük baş qərargahın rəisi təyin edilmiş, bu zaman 
onun «Hərbi təlim» əsəri ortaya çıxmışdı.Həmin əsər bu günədək alman militarizminin başlıca  ideya mənbəyi 
hesab edilir. Moltke yazırdı ki, «Bizim diplomatlar həmişə bizi bəlaya salmış, bizim generallar isə həmişə bizi 
xilas etmişlər». 
Bismark hakimiyyətə gəldikdən  az sonra və onun səyi ilə Prussiya kralı başda olmaqla hərbi elitanın da 
daxil olduğu «militarist triumvirat» – I Vilhelm-Bismark-Moltke «üçlüyü» yaradıldı ki, Almaniyanın bütün 
daxili və xarici siyasəti məsələləri bu «üçlüyün» əlində toplanmışdı. 
1863-cü il Polşa üsyanı və Prussiyanın Rusiyaya bu üsyanı yatırmaqda etdiyi yardım Şlezviq-Qolşteyn 
məsələsində Rusiyanın bitərəfliyinə səbəb oldu. Fransanın Meksika avanturasına qoşulması (1862-1867-ci ildə 
III Napoleon Meksika respubliksına qarşı müdaxilə  təşkil etmiş, lakin müvəffəqiyyətsizliyə  uğramışdı) isə 
Almaniyanın vəziyyətini daha da yüngüləşdirdi. Bismark xatirələrində dönə-dönə qeyd edirdi ki, siyasi xidmətə 
görə haqqa verilməlidir. Bu mənada Bismarkın Rusiyadan bitərəflik tələb etməyə hüququ var idi. İri 
dövlətlərdən yalnız  İngiltərə Bismarkın fəaliyyətinə qarşı  çıxırdı, lakin Avropada yerləşən iri dövlətlərin heç 
birindən yardım almayan İngiltərənin etirazının heç bir praktiki əhəmiyyəti yox idi. O. Bismark məhz bununla 
əlaqədar Qorçakovla söhbətdə açıq surətdə etiraf etmişdi ki, Avropa siyasəti baxımından hər  şey Rusiyanın 
mövqeyindən asılıdır, o, ya böyük hersoqu (yəni Danimarkanı) müdafiə etməli, ya da mübahisədən 
yayınmalıdır.  
Beləliklə, Rusiya və Fransanın bitrəfliyinə nail olan Prussiya İngiltərənin etirazına baxmayaraq 
Avstriyanı da öz arxasınca sürükləməklə  Şlezviq və Qolşteyni Danimarkanın  əlindən vurub çıxardı. Bismark 
həmin qayda ilə Avstriyanın da Alman ittifaqından vurub çıxardı. Hələ müharibə ərəfəsində Bismark öz xarici 
siyasətinin başlıca nəticəsi kimi Almaniyanın birləşdirilməsini son məqsəd elan etmişdi.  
Danimarka və Avstriya ilə müharibədən sonra 1866-cı ildə yaradılmış  Şimali Alman ittifaqından 
kənarda yalnız Bavariya, Vyurtemberq, Baden və Hessen kimi alman dövlətləri qalmışdı. Bismark aydın 
görürdü ki, bu dövlətlərin Alman ittifaqına daxil edilməsi üçün Fransa ilə müharibə etmək lazım gələcək, çünki 
bu kiçik alman knyazlıqları milli baxımdın alman olsalar da, dini baxımdan katolik idilər (Fransa da katolik idi) 
və Fransa ilə Prussiya arasında bufer knyazlıqlar rolunu oynayırdılar. Fransa bu knyazlıqlar vasitəsilə lazım 
gəldikdə Alman ittifaqına təsir etmək üçün istifadə edirdi.  
Məhz bu dövrdən etibarən alman baş  qərargahı preventiv müharibə (müharibəyə hazırlaşan düşmənin 
hücumunun qarşısının almaq məqsədi daşıyan müharibə – önləyici müharibə) strategiyasının hazırlanmasına 
başladı ki, bu strategiyada Bismarkın və Moltkenin böyük rolu olmuşdu. Priventiv müharibə strategiyası 
Almaniyaya imkan verdi ki, Fransa ilə qarşıdakı müharibəyə hazırlığı daha tez başa çatdırsın. 1870-ci ilin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə