A. N. Abbasbəyli, S. Z. Yusifzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23311
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
119
şəkildə müəyyənləşdirmişdi: «Almaniya Prussiyanın liberalizminə yox, qüudrətinə möhtacdır. Zamanın böyük 
məsələləri parlament qətnamələri və  çıxışlarla həll olunmur – bu 1848-49-cu illərin səhvləri idi – «dəmir və 
qanla» həll olunur».  
Bismark bir qədər sonralar - 1864-cü ildə daha qəti mövqedən çıxış edərək yazırdı ki, «dövlət 
quruculuğu məsələləri son anda süngülərin köməyi ilə həll olunur». Tarixi – politoloji ədəbiyyatda Bismarkın 
«dəmir kansler» ləqəbini nə zaman qazandığı mübahisəlidir, lakin bir məsələ şubhəsizdir ki, bu ifadə Bismarkın 
Almaniyanın birləşdirilməsinə «dəmir və qanla» nail olmaq anlamı ilə bağlıdır. Buna oxşar ifadəni Bismark hələ 
1858-ci ildəki məktublarından birində latınca «odla və dəmirlə» şəklində işlətmişdi. 
Təsadüfi deyildi ki, Prussiya kralı IV Vilhelm hələ 1848-ci ildə Berlində baş vermiş  iğtişaşlar 
yatırıldıqdan sonra Bismarkın  şəxsi işinin üzərinə öz əlilə  aşağıdalkı  məşhur qeydi etmişdi: «Bismark qatı 
mühafizəkardır, qan iyi verir, sonralar istifadə etmək üçün qoruyub saxlamaq lazımdır». 
1851-ci ilin mayında Bismark Frankfurtda-Maynda yerləşmiş  İtsifaq Seyminə Prussiyanın  əvvəlcə 
müşaviri, sonra isə elçi sifətilə göndərilmiş, onun buradakı fəaliyyəti 1851-1859-cu illər arasındakı 8 illik dövrü 
əhatə etmişdir. 
İttifaq Seymi Vyana konqresini qərarı ilə 1815-ci ildə yaradılmışdı. Bu 38 alman dövlətini birləşdirən 
Alman ittifaqının mərkəzi aparatı idi. İttifaq Seyminə Avstriya başçılıq edirdi, Alman ittifaqı 1848- 1849-ci illər 
inqilabları dövrünə qədər mövcud olmuş, 1850-ci ildə Olmyuts sazişinə əsasən fəaliyyətini bərpa etmiş və 1866-
cı ildə isə  ləğv edilərək  əvəzində yeni birlik yaradılmışdı.  İttifaq Seymini «tülkü yuvası» adlandıran Bismark 
burada fəaliyyət göstərdiyi 8 il ərzində diplomatik işin bütün incəliklərini öyrənmiş, Avropa diplomatiyasının 
ənənələri ilə tanış olmuş, Vyanada olduğu qısa müddət  ərzində isə Metternix diplomatik məktəbinin bütün 
intriqalarına yiyələnmişdi. 
Bismark diplomatiyasında Rusiya və İngiltərəyə xüsusi diqqət yetirilirdi.Təsadüfi deyildi ki, 1850-1862-
ci illərdə Prussiyanın Rusiyada səfiri olmuş Bismark rus diplomtiya məktəbinin  ənənələri ilə yaxından tanış 
olmuş, görkəmli natiq və diplomat, Rusiyanın Xarici İşlər Naziri  A.M.Qorçakovdan dərs almışdı. Qorçakovun 
inamını qazanan Bismark gündəlik diplomatik poçtla (depeyşa ilə)  tanış olmaq imkanı qazanmışdı. Peterburqda 
olduğu  zaman Bismark II Aleksandrın da hörmətini qazanmış, hətta çar ona Rusiyanın xidmətinə keçməyi təklif 
etmişdi. 
1862-ci ildə Parisə  səfir göndərilmiş Bismark fransız diplomatiyasının da bütün nailiyyətlərindən 
bəhrələnmişdi. Təsadüfi deyildi ki, F.Engels Bismarkı Prussiyanın Lui Napoleonu adlandırırdı. Beləliklə, 
Bismark Almaniyanın əhatəsinə olduğu dörd böyük dövlətin –Avstriyanın, Fransanın, İngiltərənin və Rusiyanın 
diplomatiyasını öyrənməklə böyük təcrübə qazanmış oldu ki, bu təcrübə Almaniyanın birləşdirilməsi prosesində 
böyük rol oynamışdı. 
Tarixi və diplomatik ədəbiyyatlarda Bismark tez-tez Taleyran Periqorla müqayisə edilir, doğrudur, hər 
iki diplomatın ümumi cəhətləri çoxdur, lakin onları şəxsi keyfiyyətləri bir-birindən qəti şəkildə ayırır. Taleyran 
pula kifayət qədər həris adam idi, I Napoleonun sirlərini və planlarını satmaqla əvəzində pul alırdı. Məs., 
Rusiyadan – I Aleksandrdan bir neçə dəfə belə xidmətlərin əvəzində iri məbləğdə «bəxşişlər» almışdı. Bismarkı 
isə pulla satın almaq qeyri-mümkün idi. Xarici dövlətlərin diplomatlarının onu ələ almaq cəhdləri dəfələrlə boşa 
çıxmışdı. Bismark I Vilhelmi ona, yəni Bismarka həmişə  bəraət qazandırmaq qabiliyyətinə malik idi. 
İmperatorun razılaşmadığı vaxtlar da Bismark istefa tələb edir və beləliklə onu razı salmağa müvəffəq olurdu. 
Bismark Avropa diplomatiyasının ənənələrini bütün incəliklərinə qədər bilir və lazım gəldikdə kifayət 
qədər səbrli olmağı da bacarırdı. Belə ki, Avstriya ilə müharibəyə hazırlaşdığı zaman Fransanı neytrallaşdırmaq 
üçün Bismark əvəzində Lüksemburq və Belçikanı Fransaya təklif etdi (söhbət 1866-cı ildən gedir), III Napoleon 
dərhal buna razılıq verdi.  Həmin təklifi  əsas tutan Fransa səfiri Benedetti bir neçə  dəfə Berlində Bismarkın 
qonağı oldu. Bismark görüş zamanı  həmin təklifin sənəd  şəklində imperatora təqdim edilməsinin zəruri 
olduğunu bildirdi və belə bir sənədi səfirdən aldıqdan sonra onu özündə saxladı. Az sonra səfirə bildirdi ki, I 
Vilhelm Fransanın təklifinə razıdır, lakin onun həyata keçirilməsi  İngiltərənin mövqeyindən asılıdır. Bismark 
yaxşı bilirdi ki, İngiltərə Belçika və Lüksemburqun Fransaya verilməsi ilə heç vaxt razılaşmayacaq. Fransız 
diplomatiyası çox tezliklə Bismark tərəfindən aldanlıdığını başa düşdü, lakin artıq Avstriya Almaniya tərəfindən 
məğlub edilmiş, Avstriya diplomatiyasının Fransanın dəstəyini  əldə etmək cəhdi isə  uğursuzluqla 
nəticələnmişdi.  
Fransa səfirinin verdiyi sənədi isə Bismark yalnız 1870-ci ildə Fransa Prussiya qarşı müharibə elan 
etdikdən sonra seyfdən çıxardı  və onun surətini bütün dövlətlərə göndərdi, sənədin bir surəti isə  İngiltərənin 
«Tayms» qəzetində nəşr edildi və Fransanın hörmətdən düşməsində az rol oynamadı. Təsadüfi deyildi ki, 1870-
ci il iyunun 19-da  Prussiya topları Fransanın ərazilərini atəşə tutarkən, Prus orduları fransız qarnizonlarını yerlə 
yeksan edərkən Avropa diplomatiyası susur və hadisələri yalnız müşahidə etməklə kifayətlənirdi.  
Başqa diplomatlardan, o cümlədən də Metternixdən və Taleyrandan Bismarkı fərqləndirən başlıca cəhət 
onun mətbuata xüsusi fikir verməsi idi. Bismark qəzeti sevmir, hətta ona nifrət edirdi. «Mətbəə  rəngləri ilə 
ləkələnmiş kağızın» satqın, yalançı  və prinsipsiz olduğu dönə-dönə qeyd edən Bismark onun ictimai rəyə 
göstərdiyi təsiri düzgün qiymətləndirməyi bacarır və mətbuat ilə sıx əlaqə saxlayırdı. Ətrafındakılardan heç kəs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə