676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   40   41   42   43   44   45   46   47   ...   51

yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə də elə bu din səbəb olmuşdur.
Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan
edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə
qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı (66.53 -55). Bu üzdən də başqa din və təriqətlərin
nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.
Nizami Xudiyev deyir:
“lX-Xll əsrlərdə ümumi türk dilinin inkişafında maniçi türk ədəbiyyatı müəyyən rol
oynamışdır.Bu ədəbiyyatın dili qədim türk dilidir.Bununla belə, həmin dil artıq başqa
mədəniyyət tipologiyasına xidmət edir.Üm umiyyətlə, lX-Xll əsrlərdə türklər qədim türk Tanrı
dininin yerinə islam, buddizm, maniçilik, xristianlıq kimi dinləri qəbul edirlər və qədim türk
dilinin əsas lüğət fondu, hətta ümumən leksikası dəyişmir.Eləcə də bir çox maniçi mətnlərdə
yeni dinin xüsusi terminologiyasına xas elementlərə rast gəlinmir.Yəni maniçilik türk
ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olunmuşdur.”(70.55).
Nizami Cəfərov isə deyir:
“Maninin təlimində qədim türk mifologiyası,xüsusilə dünyanın yaranması h aqqındakı
təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir.Tanrının qaranlığın, şərin, bədənin deyil,
məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda
təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması q ənaətinə gələn Mani,
görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim
təsəvvürlərdən, miflərdən də istifadə etmişdir.
Maniliyin Şərqi Türküstanda yayılmasının ən intensiv dövrü l minilliyin son əsrlərinə
düşdüyündən güman etmək olar ki, maniçi türk ədəbiyyatı da əsasən həmin əsrlərdə yaranıb
yayılmışdır.”(118.16).
Cavad Heyət yazır:
“Uyğur dili göytürkcənin davamıdır .Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur
edib yeni dinlərin təsirilə göytürklərdən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb
olmuşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türkcə adı verilmişdir…
… Tarım hövəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə ayrılır:


1.Maniçi ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat;
2.Buddaçı ədəbiyyat.
Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki yerə ayrılır.Maniçi şerlər daha çox
ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir.Bundan ba şqa ahəng ünsürü də
vardır.Bəzən iç qafiyə və iç alterasyon da vardır.Misralarda heca sayı eyni deyil, 3-dən 15-ə
qədər dəyişir.
Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədəbiyyatında müəllifi bəlli olan
ilk şerlər onun iki şeridir:
“Bizim Tenqrimiz edqüsi redni tiyor,
Bizim Tenqrimiz edqüsi redni tiyor.
Rednidə yig mening edqü Tenqrim, adlım,
bekrəgim,
Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim.
Beleküsuz yiti vajir tiyor.
Beleküsuz yiti vajir tiyor.
Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum
Vayirdə ötüy bilikligim,bilgəm,yanqam…”
Tərcüməs:
“Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,
Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,
Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.


İtilənməmiş itidir almaz deyirlər,
İtilənməmiş itidir almaz deyirlər.
Almazdan daha kəskindir mənim hikmət sahibim,əsillim,igidim,
Almazdan daha kəskindir mənim hikmət sahibim,müdrüküm,filim.” (73.87-
88).
Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətində və Sibir-Yenisey
Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran,
Orta Asiya və Avropada yayılmışdı.Təbii ki o dövrdə və o məkanda da manixey ədəbiyyatı
nümunələri yaranmamış deyildi.Ən azı bu dinin əsasını qoymuş Maninin şer yazdığı və öz
dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur.Lakin çox təssüflər olsun ki,
məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də “Manici türk ədəbiyyatı ”
adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya
başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.
Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki,Qafqaz Albaniyasında, yəni
Azərbaycanın Araz çayından şimalda yerləşən ərazilərində xristianlığı möhkəmləndirən
Vaçaqan cadugər, sehirbaz və büpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını
yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı.Müəllif həmin dövrdə Albaniya və
Ermənistanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir (66.53-55,79).
Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına
qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları
canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər.Belələrindən biri də
onuyğurlar idilər.
Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar,
yəni nestorianlar idilər.Maraqlıdır ki,bu təzyiqlər nəticəs ində Azərbaycanı tərk edərək Şərqə
üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi
öz kitablarını da özləri ilə aparmışdılar.


Uyğurların bir qismi əski dinlərinə-Göy Tenqri dininə sitayiş edir və Or xon-Yenisey
əlifbasından istifadə edirdilər. Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və
onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.
Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlifbanın yaradıcıları Orta Asiyada
yaşayan irandilli söğdlar idilər.Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən
sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində “uyğur əlifbası”
adı ilə məşhur olan əlifbadır.
Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini yazı tarixinin gözəl bilicisi
İohannes Fridrix də təsdiqləyir.O bu barədə yazır:
” Soğd yazısı…soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu
qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ
məlum olmayan formasından qaynaqlanır və bir -birindən müstəqil, lakin paralel inkişaf
etmişlər…
İndi uyğur yazısının soğd əlifbası əsasında yaradıldığı ehimalı daha ağlabatan görünür,
belə ki, uyğurlar da digər türk xalqları kimi “p” səsini “b” səsindən və “k” səsini “q”
səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası kimi bu səslər eyni işarələrlə -”p” və
“k” hərfləri ilə yazılırdı…Çünki soğd dilində “b” və “q” səsləri yox idi.Bundan başqa soğd
dilində “l” səsi də olmamışdır.Odur ki, onlar xarici sözlərdəki “l” səsini ifadə emək üçün “r”
hərfinin dəyişik formasından istifadə edirdilər…Uyğur yazısında da…”l” səsini ifadə etmək
üçün “r” hərfinin dəyişik formasından istifadə edilmişdir.” (28.167).
Maninin dinini qəbul emiş türklər isə elm aləmində “manixey əlifbası” adı ilə tanınan
və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu
əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əl ifbalarından fərqli
olaraq, bu əlifbada “p” və “b” səsləri, eləcə də “k” və “q” səsləri ayrı -ayrı hərflərlə ifadə
olunurdu. Bu əlifbada digər türk əlifbalarında olduğu kimi, “l” səsi üçün də ayrıca işarə var
idi.
İohannes Fridrixin yazır:
“Şərqi Türküstandan İran və şərqi türk dilləində , arami mənşəli ayrı -ayrı əlifbalarla
yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası adlanır.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə