676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

Yeni Türk Ensiklopediyasında yazılanlara görə, kağızı kəşf edərək, onu uzun müddət öz
monopoliyasında saxlayan uyğurlar ilk mətbəələri də kəşf edən və onlardan istifadə edən xalq
olmuşlar (86.Xll.4482-4483). Hazırda Uyğurustan (Şərqi Türküstan) Çinin tərkibində olduğu
üçün türklərin bir çox kəşfləri kimi barıt, kağız , mətbəə və kitabın kəşfi də çinlilərin adına
çıxılır. Fakt isə budur ki, elmə məlum ən qədim kağız kitablar,eləcə də mətbəədə basılmış
kitablar türkcədir. Uyğurustanın (Şərqi Türküstanın) xarabalıqlarından indiyə qədər yüzlərlə
kitab tapılmışdır və bu gün də tapılmaqda davam edir (86.Xll.4483).
İstər buddist, istərsə də manixeist mətnlərin dili kimi uyğur dili də xaqaniyyə türkcəsidir. Bu
üzdən də onlardan öncəki ədəbiyyat uyğur ədəbiyyatı nümunələri, bu nümunələrin dili də
uyğur dili hesab edilir (112.269). Halbuki, uyğurlar Şərqi Türküstana V-Vl əsrlərdə gəlmişlər
və burada dövlət də (Vlll-lX əsrlər) qura bimişlər (112.268). Bundan öncə onlar Şərqi Avropa
və Qafqazda yaşamışlar. Odur ki, yuxarıda haqqında söz açılan ədəbiyyat uyğurlaraqədərki
türk soy və boylarına: saklara, kuşanlılara və hunlara aiddir.
Konkret olaraq buddist məzmunlu və türk dilli ədəbiyyatın yaradıcıları olan saklara gəlincə,
onlar uzun müddət Hindistanda yaşadıqları və hind mədəniyyətinin təsiri altında olduqları
üçün dillərinə çox sayda hind mənşəli söz və ifadə keçmişdir. Elə bu üzdən də sak ədəbiyyatı
hind kəlmələri ilə doludur. Mahmud Kaşğarlı həmin dili “xotən” (xotan) dili adlandırır və
xotanları türklərdən (uyğurlardan) fərqləndirərək onların ayrı dili (ləhcəsi) və yazısı (brahmi?)
olduğunu, dillərinin də hind dilinin təsirinə məruz qaldığını qeyd edir və daha s onra yazır:
“Xotənlər və kəncəklər sözün əvvəlindəki əlifləri “h” hərfi ilə əvəzləyirlər. Türk dilində
olmayan bu hərfi dillərinə qatdıqlarına görə biz onları türk hesab etmirik. Məsələn, onlar
ataya “hata”, anaya “hana” deyirlər.” (210.324).
Mahmud Kaşğari sadəcə dillərində “h” hərfi olması üzündən “xotən” (xotan) adlandırdığı
sakları türklərə aid etməmişdir. Əlbəttə ki, bu doğru deyildir və sak dilinin şərq şivəsi olan
xotan dili türk dilinin bir ləhcəsi, saklar isə türkdürlər. Buna heç bir şübhə ola bilm əz. Xotan-
sak dilində (sak dilinin şərq şivəsində) müşahidə edilən hala gəlincə, bu barədə tanınmış dilçi
alim Firidun Ağasıoğlu yazır:
“Türk dillərində saitlə başlanan bəzi sözlərin q,k,x,h ilə başlanan variantları da var.
Doğrudur, belə sözlərdə bəzi variantlar arasında qrammatik və ya semantik fərq


yaranmışdır, lakin onların eyni yuvadan törəməsi şübhə doğurmur. Məsələn, im-him, in-hin,
uç-uş-quş, aş-kaş-xaş(ıl), o-ho-qo, en-gen və s.
Bu tip sözlərin tuva dilində bəzən farinqal saitlə və başqa xalqların dilinə samit başlanğıcla
keçməsi halları da özünü göstərir:
at-a”t (tuva), axt (sarı uyqur), hat (xalac)
ot-o”t (tuva), oxt (sarı uyqur), xot (erməni)
o-qo (sarı uyqur), ho (azər dialektləri)
aş-a”ş (tuva), kaş (kumuk), kaş, xaşıl (azər dialektləri)” (7.214).
Fikrimizcə, “xotən” (xotan) adı qərb saklarına onların Xotan ərazisində məskunlaşmalarından
sonra kənardan verilmiş addır. Onlar isə özlərini “şakı” adlandırmışlar və onların dili uyğur
dilindən çoxsaylı hind mənşəli sözlərə sahib olması və “a” saiti ilə başlayan sözlərin önündə
“h” səsinin tələffüz edilməsi ilə fərqlənmişdir. Başqa fərq olmamışdır. Odur ki, bu dili uyğur
dilinin fərqli bir variantı saymaq olar. Hər halda, brahmi əlifbası ilə türkcə yazılmış mətnlər,
eləcə də digər buddist məzmunlu mətnlər türkoloqlar tərəfindən uyğur dili abidələri kimi
qəbul edilir. Görkəmli türkoloq Fərhad Zeynalov yazmışdır:
“Şərqi Türküstandan qədim uyğur dilini səciyyələndirən irili -xırdalı 4000-ə qədər əlyazması,
fraqmentlər, ksiloqraflar toplanmışdır…Bu abidələr içərisində buddizmlə əlaqədar olanları
üstünlük təşkil edir.” (112.269).
Məlumat üçün bildirək ki, xotənlərin böyük əksəriyyəti sonrakı əsrlərdə İslamı qəbul etmiş və
uyğurların içində ərimişdir. Buddizmdən dönməyənlər isə qədim ləhcələrini saxlamaqda və
xotən adı altında Monqolustanda yaşamaqdadır. Brukun yazdığna görə, XX əsrin 80 -ci illrinin
başında bu türkdilli xalqın sayı cəmi 3000 nəfər idi və hazırda monqol dilinə keçmişlər. (398 -
399.179).
Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda
onlar “oqur”, “saraoqur”, “kotriqurlar”, “onoqur” və s. adlarla qeyd edilmişlər (112.268).
İrəlidə görəcəyimiz kimi, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz


və Şərqi Avropada yaşayan hunların tərkib ində yad etmişlər. Qədim Çin mənbələrində
hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak)
və yuecilərin (kuşanlıların) adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır.
yalnız sonrakı mənbələrdə onlardan “vey-ho”, “hun-ho” və vey-vu-rh” adı ilə bəhs edilir. Bu
isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç
etmişlər (11.390).
Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan -Uyğur Muxtar Vilayətində, qismən də
Qazaxıstan və Özbəkistanda yaşayırlar.Rəsmi statistikaya görə,sayları 15 milyon
civarındadır.Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında
göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz
xaqanlığı olduğu hesab edilir.Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan
ərazilərini əhatə etmişdir.Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol
oynamışlar (112.268,269). On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına
Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:
”Su…orada qalmış xalq onuyğur,doqquzoğuz xalqlarının üzərində yüz il
oturub…Orxon çayı…” ( Moyunçur abidəsi, 3-cü sətir)(11.149).
Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən “Selenqa daşı” da
adlanır.Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744 -
759-cu illər arasında qoyulmuşdur (11.134-135).
Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir.Bu
isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən
Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir.İstər qədim erməni
abidələrində, istər Musa Kağankatlının “Alban tarixi”ndə, istərsə də bir çox başqa mənbədə
onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir.Bu mənbələrdə onların adı
“honoğur”, “onoqur” kimi qeyd edilmişdir (53.139;119.41-68). Yeri gəlmişkən qeyd edək ki,
Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azərbaycanın 4 -cü şahı Toqarmanın 10 oğlundan
biri olan Uyğurun soyu kimi təqdim edilməkdədir (7.29).
Tarixi mənbələrdən onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin
qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz
dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur (20.472-473).Görünür, öncələr Albaniyada


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə