676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

UDUN
UTUN (ODUN)
ADA
ATA
DİRİQ
TERİK (DƏRİN)
TAQ
TAK (TƏK)
————————————————-
“Məsələn,şumerlər Tanrıya “Di nqir” dedikləri halda əski türk dilində bu kəlmə
“Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində
yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır. Şumercədəki “D”
cingiltili səsinə əski türkcədəki “T” kar samitinin uyğun gəlməsini dərin mənasında olan
“diriq-terik”qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K” qarşıdurması da
diqqəti çəkir.Eyni hal “taq-tak” münasibətlərində də özünü göstərir.”(48.207-208).
Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov həmin dilin morfologiyasına
istinadən “məsdər +k =isim”türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söyləyərək
maraqlı nəticələrə gəlmişdir:
Şumercə
Türkcə
—————————————————
URU
QURmaq,QURUluş
URUQ
QURĞU,tikili,şəhər
YÜZÜ
ÜZmək
YÜZÜK
ÜZGÜ,ÜZən,su quşu
EŞTİ
EŞİTmək


QEŞTUQ
qulaq
TURU
DİRİ olmaq
TURUQ
DİRİLİK,həyat
(48.207-208).
—————————————————-
Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu felə “q” sözdüzəldici
şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə yeni “uruq”kəlməsi yaranmışdır
ki,bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili,şəhər mənalarını da ifadə
edir.Eyni yolla,yəni “k” və ya “q” sözdüzəldici
şəkilçisinin artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən üzgü, üzgüçü vəya da
su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.
Bu sözlərdən göründüyü kimi ortada.5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə
bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük deyildir.Feldən isim düzəldilməsi
mexanizmi də,bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.
Elməddin Əlibəyzadə yazır:
“Artıq 19-cu əsridən dünya tarixində yeni bir elm sahəsi-Şumeşünaslıq yaranıb və
inkişaf etməkdədir.Dünyanın bi çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir.
Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi,hansı müasir xalqların əcdadları
olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və
söylənilir.Bu,təbiidir;lakin bir həqiqət gün kimi aydındır ki,əsas şumerşünasların fikir və
rəyləri üst-üstə düşür, bir -birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir:Şumerlər
dünyanın ilk sivilizasiyalı xalqıdır;şumerlər müasir türk xalqlarının əcdadlarıdır.”
(47.61).
Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer dilində türk
dilinə xas olan nümunəvi “imperativ + en və ya an şəkilçisi =keçmiş zaman feli sifəti “ sxemi
də mövcud olmuşdur.Bu isə ü mümi sintaktik quruluşdan xəbər verməkdədir.Ümumi
cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon -Yenisey


kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış et -məsidir.Eyni şəkilçi bu gün də dilimizdə
işlənir.Məsələn,ora,bura…
Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin
leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir.Özü də bu halda həmin 60 söz
Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən
seçilmişdir.Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində,yəni şümer dilində mövcud olmuş
sözlərin ən azı 60 faizi bu gün də öz yaşarlılığını sürdürməkdədir.Məsələn:
Şumercə
Türkcə
—————————————————
AB,EB
EV,OBA

EŞİK
ED
GET
ZAQQİN
YAXIN
QULŞE
GÜLÜŞ
ME
MƏN
QAŞ
QUŞ
DEŞ
DEŞİK

ÜÇ
HAME
NƏ,NƏMƏNƏ
EN
ƏN (48.195-203).
——————————————————-


Elməddin Əlibəyzadənin sözlərinə görə,Hazırda elmi ədəbiyyatda çox -çox qədim və
Şumerdən əzəli olan Kür-Araz mədəniyyətindən söz açılır.Kür-Araz mədəniyyəti,onun daha
qədimliyi, inkişafı.əhatə dairəsi barədə tədqiqat lar aparılır,fikir və mülahizələr söylənilir.
Azərbaycanın Kürlə Araz qoynuna sığınmış Qarabağında,bu ana torpağın dağlı – düzənli
yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu
mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni,
ocaqlarıdır.
Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:
“…Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün
ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik,leksik, və qrammatik
eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə
şərait yaradırsa,digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi
köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir.” (49.5).
Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq
səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili
ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir.Məsələn:
Şumercə
Türkcə
——————————————–
UZU
OZAN
UD
ÖD (zaman)

US, HUŞ (ağıl)

UŞAQ
İZİ
İSTİ
ARA
ARA (orta)
KAŞ
QAÇ(maq)


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə