676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

Məlum olduğu kimi,oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib ol-muşlar.Tarixçi-
etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində
“Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün
izdivacından döğulduğunu qeyd etmişdir.Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri
abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları
aypara formasında təsvir edilmişdir.
Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi
yer tutmuşdur.Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarı-lan fiqurların bir çoxu
məhz öküz başı formasındadır.Belə fiqurlar Cənubi Azər -baycan və şimali Qafqaz ərazisindən
də tapılmışdır.Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və
Şərqdə geniş yayılmışdı.Azərbaycan ərazisində hətta öküzün xüsusi hö rmət və təmtəraqla dəfn
edilməsi halına da rast -lanmışdır.Məsələn,arxeoloq Resler Xocalı kurqanında apardığı
qazıntılar zamanı belə bir məzara rast gəlmişdir.Burada dəfn edilmiş öküzün başına bütöv
ayın rəmzi
olan dairəvi disk bərkidilmişdi.”(35.24).
Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim
zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.Bu alimlər bu halda
“Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:
“Olsun dedilər.Onun anqağusu budur.”(10.124).
“ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təs-
vir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu,
yəni ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul
edilə bilməz.Çünki o,mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki
sözlü təsviri ilə üst-üstə düşmür.Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:
“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın üzü göy idi.Ağzı
atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi.Gözəllikdə mələkdən də gözəl idi…
…Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə,köksü ayı köksünə
bənzəyirdi.” (10.124).


Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu
təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri
“Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir.Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və
Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının
cızdıqlarını söyləmişlər.Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil -yazıdan
getdiyini elm aləmində şərti olaraq “7gözəl”adlanan petroqlif də sübut
etməkdədir.
Şərti olaraq, “7 gözəl”adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir
edilmişdir. Burada öküz oğuz xalqını,8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir.Nəzərə
alsaq ki,ilk soybirləşmələri məhz Mezolit dövründə formalaş mışdır və bu birliklərdə birləşən
soyların başında qadınlar dururdu,tam cəsarətlə deyə bilərik ki,burada söhbət 8 oğuz soyunun
birləşməsini ifadə edən böyük bir qəbilədən,daha doğrusu bu qəbilənin özünü ifadəsindən
gedir.
Orxon-Yenisey mətnlərində Üçok,Onok,Onuyğur,Otuztatar,Üçoğuz, Altıo-
ğuz,Doqquzoğuz,Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir -
ləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir
cümlə yer almaqdadır:
“Səkkizoğuz,Otuztatar qal madı gəldi…” (11.150 ).
Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8 -cinin
isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri “7 gözəl adlandırmışlar.
Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq
bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir.
Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların,
deməli, həm də ayrı-ayrı soyların qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə
etməkdədir.
Elmdə kutilərin dilini Elam-Zaqroş(?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur.
Bu barədə Nizami Xudiyev yazır:
“Ön Asiyanın qədim dillərində-yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan
ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki,bu, türk etnoslarının


Azərbaycanda, ümumən Ön Asiyada…müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan
ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer
və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan
münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər.
Azərbaycan ərazisində mövcud olan…bu ən qədim tayfaların dil mənsubi yyəti barədə daha
hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab
edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q.Hüzinq lullubi, həm də kuti dilini elam dilinə,
sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q.Kameron həmin dillərin elam dilinə
aid olduğunu göstərmişdir. A.Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə
əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir.
Q.A.Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr-elam dil qrupuna daxil etmiş və
həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E.Hersfeld elamları
elamları,kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ.M.
Dyakonov kuti və elam dillərinə aid etmiş və eyni xamanda kutilərin dili ilə Qafqaz
albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun
mövcudluğunu inkar edib kutilərin dilini şimal -şərqi Qafqaz qrupuna daxil etmişdir. İ.Əliyev
kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və
i.a.” (70.15).
Maraqlıdır ki, bu gün dilçilik elminə nə “Elam-Zaqroş”, nə də “Zaqr-elam” adlı dil qrupları
məlum deyildir. Bu “qrupları” böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində
tam diletant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası
yoxdur (100.304-329). Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu
barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər hə min dili dravid dilinə qohum
sayırlar (1.86).
Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar
üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş
professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm
də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri maraq doğurmaqdadır:
“Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq
və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və
bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə