50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   2   3   4   5   6   7   8   9   ...   85

palatka toylarının da iyi gəlmir onlardan. İndi deyəcəksiniz
ki, bunların o böyüklükdə sənətkar olan Zeynəb Xanlarovaya
nə dəxli? Bayaq statistika sözünü işlətdim. Bir sənətşünas
alim lazımdır ki, gedib otursun “Qoskonsert”in arxivində və
Zeynəb xanımın rayonbarayon, kəndbəkənd gəzərək açıq ha‑
vada verdiyi konsertlərin, qastrolların siyahısını çıxartsın. Və
rəqəm ortaya qoysun. Bəlkə bundan sonra Azərbaycanın Mə‑
dəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin təmir‑tikinti
işlərindən, turistlərdən başı ayılıb, qastrol, konsert sözünü də
leksikonuna qaytarmaq yadına düşə.
Sovet dövrü Zeynəb Xanlarovanın qastrolları böyük rezo‑
nans doğururdu. Bu gün ən kiçik bir tədbirin lentə alındığı
dövr olsa da, o vaxt belə imkanlar yox idi, daha doğrusu məh‑
dud idi. Zeynəb xanımın bütün xarici qastrolları, xaricdəki
konsertləri lentə alınaraq, sonradan Azərbaycan dövlət televi‑
ziyasında göstərilirdi. Təsadüfi deyil ki, Türkiyədəki konsertə
baxarkən atamın, Əliağa Kürçaylının və Salam Qədirzadənin
etdiyi bir iradı “Petux Hacıleylək” hekayəsində qeyd etmişəm.
Ürəyi təmiz insandır Zeynəb Xanlarova. Hardan biləydi ki,
Türkiyə tamaşaçısı bu qədər tərbiyəsiz. ÜÇ NÖQTƏ.
SİTAT: “Günlərin bir günü yenə də kolxoz sədriylə yeyib‑
içirdik. Televizorda SSRİ Xalq artisti Zeynəb Xanlarovanın
Türkiyədə verdiyi konsertin videosunu verirdilər. “Bülbü‑
lüm” mahnısını oxuyurdu.
Könlümün sirdaşısan, bülbülüm
Necə unudum səni, bülbülüm,
Gözlərimin yaşısan, bülbülüm
Necə unudum səni, bülbülüm.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
23


Bülbülüm, bülbülüm, bülbülüm,
Bülbülüm, bülbülüm, bülbülüm.
Zeynəb xanım oxuduqca, kişi tamaşaçıların gülüş‑fit səsləri
aləmi götürmüşdü. Nəqarəti bir yerdə oxuyurdular. Dəfə‑
lərlə bu mahnını yenidən xahiş edirdilər.
– Türklər çox sevirlər bizim Zeynəb xanımı,– deyə dilləndim.
– Nə “sevirlər”, ay uşaq. Nə vacibdir ki, bu mahnını oxu‑
yur? Yüz dənə başqası var. Əri, görəsən, başa salmır bunu?
Xudayar dayı əsəbiləşərək, ayağa durub televizoru söndürdü.
Mən də məəttəl qaldım onun bu hərəkətinə. Zeynəb Xanla‑
rovadan başqa kimsəyə qulaq asmazdı. Qonşu rayonlara
konsertə gələndə belə, gedib birinci bilet alardı. Amma bu, nə
hərəkət idi... anlamadım. Elə zənn etdim ki, tut arağının təsi‑
rindəndir”. (SON)
Bir cəhəti mənə bəs idi
Bir xüsusiyyəti mənə bəs edirdi ki, mən Zeynəb Xanlaro‑
vanı çox istəyəm. Sənətini qırağa qoyuram. Zeynəb xanım hə‑
yatı boyu bir toya da ayaq basmayıb. Əlbəttə ki, söhbət
müğənni Zeynəb xanımdan gedir. Hətta belə bir əhvalat da
danışırdılar sovet vaxtı:
“Qapı döyülür. İçəri bir nəfər daxil olur. Zeynəb xanım və
ailəsi onu mehribanlıqla qarşılayır. Kişi söhbətinə başlayır:
– Zeynəb xanım, gözümün ağı‑qarası bir oğlum var. Ana‑
dan olanda əhd eləmişdim ki, inşallah toyu olanda siz də o
toyda oxuyasınız. Sizi dəvət etməyə gəlmişəm. Bu da xələti,
– deyə qalın pul bağlamasını çıxarıb  stolun üstünə qoyur.
M A H İ R   Q A B İ L O Ğ L U
24


Zeynəb xanım heç nə demir. Ayağa durub mətbəxə keçir.
Çay dəmləyir. Qızıl podnosda, qızıl nəlbəkisi olan büllur stə‑
kanda, qızıl qaşıqla, bir sözlə qızıl servisi  gətirib stolun üs‑
tünə qoyur. Gələn adam bu qızıl əşyalara baxıb heç nə demir.
Qızarır. Pulu götürüb cibinə qoyaraq mənzildən çıxır”.
Bu əhvalatı mən belə eşitmişəm. Qızıl servisin də  hansısa xa‑
rici dövlət başçısından Zeynəb Xanlarovaya verilən hədiyyə
olduğu deyilirdi. Hər halda uşaq yaddaşım belə yadda sax‑
layıb. Lap həqiqətə uyğun olmasın, rəvayət olsun. Mən Zey‑
nəb Xanlarovanı toylara getmədiyinə görə çox istəyirəm. Əsl
sənətkar toyda oxumaz.
Mənim qəhrəmanım ZEYNƏB XANLAROVA
Mənim iki hekayəmin qəhrəmanlarından biridir Zeynəb
Xanlarova. Yox surət deyil. Sadəcə adını çəkib, mahnısından
misal gətirmişəm. Amma o, “Ərmən – Şuşanikin sevgisi” he‑
kayəmdə qəhrəman səviyyəsində bir obrazdır mənim 

çün.  Uşaqlıq yaddaşıma həkk olunan, amma uzun illər dərk
edə bilmədiyim. Zeynəb Xanlarovanın oxuduğu mahnıdan
iki misra misal çəkirəm:
SİTAT: “Qulaq asdıqları mahnılar da Azərbaycan mahnı‑
ları idi. Ölürdülər Zeynəb Xanlarovayla Məmmədbağır üçün.
Bəzən biz azərbaycanlılara acıq da verirdilər: “O Azərbayca‑
nın yox, bizim Ermənistanın Xalq artistidir”. Sonra da başla‑
yırdılar oxumağa:
Qardaş olub Hayastan,
Azərbaycan” (SON).
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
25


Hayastan. Bu söz sovet lüğətində yox idi. Hardan tapıb çı‑
xarmışdı bunu Zeynəb Xanlarova. Anlamırdım. Yaxşı, anla‑
mırdımsa, lap kobud desəm qanmırdımsa, niyə “Hayastan”
sözünün mənasını atamdan soruşmurdum? Bunun üçün nə
vaxtsa “Ərmən – Şuşanikin sevgisi” adlı hekayə yazmalıy‑
dımmı?  Sonra da bunu ermənilər tələm‑tələsik rus dilinə tər‑
cümə etməliydilərmi? Bu tərcümədə də mən bir müəllif kimi
bir tərcümə xətası görüb Zeynəb xanımın verdiyi notları başa
düşməliydim? Yox. Əgər mahnıdakı “qardaş olub” sözünü
əldə bayraq edirsinizsə, çox yanılırsınız. Bu iki misrada əsas
kəlmə “Hayastan”dır. Görün ermənilər bunu rus dilinə necə
tərcümə ediblər:
“Они слушали азербайджанские песни. Сходили с ума
по Зейнаб Ханларовой, Мамедбагиру. Даже злили нас,
говоря, что она народная артистка не Азербайджана, а
Армении, а потом начинали петь: “Стали братьями
Армения, Азербайджан”.
Bəs sovet vaxtı özlərinə erməni yox hay, respublikalarının
adını isə Ermənistan yox, rəsmi olaraq Hayastan çağıran er‑
mənilər niyə axı birdən‑birə “Hayastan”ı “Армения” kimi
tərcümə etdilər. Axı mahnıda Hayastandır, Ermənistan
yox.  Çünki ayılıblar. Hayastan kimi öz köklərini Azərbayca‑
nın qədim torpaqlarından uzaqlaşdırıb, gəlmə xalq olduqla‑
rını sübut edirmişlər. Amma “Армения”, düzgün tərcümə
etsək “Ermənistan” yox, “Ərməniyyə” bu ərazidə qədim türk
dövləti olub. Adına da “Velikaya Armeniya” – Böyük Ərmə‑
niyyə deyiblər. Hayları da elə Böyük Ermənistan adlı xül‑
yaya  elə bu tarixi fakt ruhlandırıb. Tarix də onların
tərəfindədir. Bəlkə mənfur qonşularımızın adını dəyişmək
M A H İ R   Q A B İ L O Ğ L U
26


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə