Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
  1   2   3   4   5   6   7   8   9   ...   27


 



Hüseynbala MİRƏLƏMOV 

 

  

 



TALEDƏN QAÇMAQ OLMUR 

 

 



 

(Povest) 

 

Aprel  ayının  sonuncu  şənbə  gecəsi  idi.  Dəniz  səmtdən  əsən  sərt külək  sahil 



parkı  ilə  üzbəüz  yerləşən  köhnə  dördmərtəbəli  binanın  dəmir  damını  aramsız 

döyəcləyirdi. Zəhlətökən cırıltıdan  nəinki yuxarı  mərtəbədə, eləcə də çardaqda 

yaşayan  təzə  sakinlər  –  küləklər  şəhərinin  özünəxas  təbiətinə  nabələd  əcnəbi 

qonaqlar qara-qorxudan təşvişə düşmüşdülər, elə bil həqiqətən əli çəkicli-baltalı 

bir  dəstə  adam  yuxarıda  zühür  eləmişdi,  takka-tarakla  metal  örtüyü  yerli-dibli 

sökürdü. Yaraşıqlı memarlıq üslubu ilə diqqət çəkən bu qədim imarət təxminən 

bir  əsr  əvvəl  yerli  neft  maqnatlarından  birinin  sifarişi  ilə  gözünün  ağı-qarası 

yeganə  qızına  toy  cehizi  –  hədiyyəsi  kimi  inşa  edilmişdi.  O  zamanlar  Qızlar 

Gimnaziyasında  oxuyan  həmyaşıdları  həmin  qızı  yəqin  dünyanın  ən  bəxtəvəri 

sanıb,  dalınca  qibtə  eləməyi  də  unutmamışdılar.  Sonra  hamı  şahid  oldu  ki, 

həyatda  xoşbəxtlik,  bəxtəvərlik,  gəlinin  cehizinin  azlığıyla-çoxluğuyla 

ölçülmür.  Allah-təala  hansı  zümrədən  olursa-olsun  –  istə  varlı,  istər  kasıb 

dünyaya  təşrif  gətirən  hər  bir  zərif  məxluğu  xoşbəxtliyə  yetmək  üçün  yaradır. 

Həyatsa bəzən öz qeyri-standart qanunlarıyla adamı mat-məəttəl qoyur. Min bir 

dürlü naz-nemət, əlahiddə qayğı içində böyümüş milyonçu qızının taleyi üzünə 

gülməmişdi,  deyilənə  görə  yalnız  zifaf  gecəsini  atasının  hədiyyə  elədiyi 

malikanədə  keçirən  o  “bəxtəvər  gəlin”  ertəsi  gün  həmin  ali  təbəqəyə  məxsus 

kübar  sarayı,  hətta  şəhəri  gizlincə  tərk  etmək  məcburiyyətində  qalıbmış. 

(Məlum  Qırmızı  inqilab  zamanı  əmlakı  qeydsiz-şərtsiz  müsadirə  edilən  varlı-

karlı  maqnat  yeni  hökumət  tərəfindən  Sibirə  sürgünə  göndəriləcəyindən 




 

ehtiyatlanıb,  ailəsilə  birgə  Avropaya  üz  tutmuş,  ömrünün  sonunacan  orada 



yaşayıbmış.  Parisda  dünyasını  dəyişən  neft  milyonçusunun  qızı  uzun  bir 

mühacir  ömrü  sürsə  də,  ona  doğma  Bakıya  dönmək  səadəti  heç  vaxt  nəsib 

olmamışdı).  

Qədim  Qız  Qalasının  yaxınlığında  yerləşən  əski  bina  dənizin  sahilindən 

doğrudan  da  möhtəşəm  qala  kimi  görünürdü.  Köklü-köməcli  şəhərli  sayılan 

qanuni  ev-eşik  sahiblərinin  əksəriyyəti  elanlarından  bütün  şıltaqlığı  ilə  dəniz 

mənzərəsi  görünən  bu  yaraşıqlı  evdə  xeyli  müddətdi  yaşamırdılar.  Hündür 

talanlı,  dəhlizli,  geniş  otaqlı  mənzillərini  əcnəbilərə  kirayəyə  verib,  kimisi  bağ 

evinə,  kimisi  də  şəhərin  ucqar  yerlərində  ucuz  qiymətə  tutduğu  gecəqondulara 

köçmüşdülər.  

Dördüncü mərtəbədə it hürürdü, gecənin bu vədəsində Allah bilir nəyə hürür, 

bəlkə binanın dəmir damını aramsız döyəcləyən,  mənzilin dəniz tərəfinə baxan 

pəncərələrini taybatay açan küləyə acığı tutmuşdu? Yoxsa gecə barında əylənən 

harın  sahibinin  yolunu  gözləməkdən  təngə  gəlmişdi?  Həmin  mənzili  bir  ildən 

çox  idi ki, Cek adlı cılız, sısqa bir  ingilis kirayələmişdi. Qonşular bu  vaxtacan 

yaşı  çoxdan  otuzu  haqlamış  o  adamın  nə  arvad-uşağının,  nə  də  məşuqəsinin 

üzünü görmüşdülər. Gördükləri əzizləyə-əzizləyə saxladığı bu hürən boz it idi, 

bir də ağ rəngli qaşqa pişik. Cekin ingilissayağı yeritdiyi əmin-amanlıq siyasəti 

sayəsində itlə pişik mənzildə mütəffik kimi, dostluq şəraitində yola gedirdilər... 

Necə  deyərlər,  aralarından  su  keçmirdi.  Bəs  görəsən,  o  gecə  niyə  Cekin  iti 

qapının  ağzında  bərkdən  hürür,  pişiyi  açıq  qalmış  pəncərənin  qabağında 

miyoldayır, dil-boğaza qoymurdu?  

Bu sualı qədim binanın üçüncü qatında yaşayan Səlimzadələr ailəsinin böyük 

qızı  Fidan  özünə  verdi,  nədənsə,  qızın  gözlərinə  dan  yeri  sökülənəcən  yuxu 

getmədi,  o  gecə  Növrəstə  qız  səksəkə  içində  idi,  qəlbi  tələyə  düşmüş  quş  kimi 

çırpınır,  yatağında  tez-tez  qıvrınır,  ilanvuran  yatır,  o,  yatmırdı.  Sanki  uzaqdan 

naməlum  bir  səs  onu  köməyə  çağırırdı.  Gecənin  bu  aləmində  hətta  qalxıb 

yorğan-döşəyin  içində oturdu. Yata bilməyəcəyini  görüb pəncərəyə  yaxınlaşdı. 

Göy  üzünə  təkəm-seyrək  ulduzlar  görünsə  də,  Ayın  qabağını  karvanbasan 



 

quldur  kimi  bulud  kəsmişdi.  Şəhərin  lap  ucqarında  axşama  yaxın  sönən  işıqlar 



gecə  yarıdan  ötmüş  yandı.  Ətrafda  tək-tük  taksilər,  yük  maşınları  o  yan,  bu 

yana  şütüyürdü.  Küçələr  çırağban  idi,  ən  kiçik  dalanlar  da  işıq  selinə 

bürünmüşdü.  Yamyaşıl  qol-budağı  Fidangilin  şüşəbənd  eyvanına  çırpılan 

ucaboylu çinarın qapqara kölgəsi binanın həyətində var-gəl edən keşikçi əsgəri 

xatırladırdı.  Qız  pəncərəyə  söykənib  bir  xeyli  dəniz  tərəfə  tamaşa  etdi.  Sahilə 

yan  alan  köhnə  balıqçı  gəmisini  beşik  kimi  yırğalayan  dalğaların  səsini  ana 

laylası tək dinlədi, azca əvvəl qəlbinə hakim kəsilən qəribə  hisslər əriyib  yoxa 

çıxdı.  İt  daha  hürmür,  pişik  də  nəfəsini  içinə  çəkmişdi.  Yəqin  cənab  Cek  evə 

qayıtmış,  dilsiz-ağızsız  dostlarına  nəvaziş  göstərib  ovutmuş,  əsəbilərini 

sakitləşdirmişdi. 

Fidan əllərini sinəsində çarpazladı, nə düşündüsə başını bulayıb:  

- Axmaq ingilis, deyəsən, gəlib çıxdı, - dedi, - özünü ağıllı, hamıdan mədəni 

sayır,  amma  gecənin  bu  vədəsində  ac-yalavac  qoyduğu  ev  heyvanlarının 

qonşuları necə narahat elədiyinin fərqində belə deyil. 

Birdən iri qara gözlərini qıyıb şübhəli-şübhəli pıçıldadı:  

- Bəlkə... bəlkə o, bu gecəni...  

 

 

                  * * *  



 

 

Üç ay öncə ən yaxın rəfiqəsi Natəvanla evə qayıdan zaman itini dənizkənarı 



parka 

gəzdirməyə 

aparan 

Ceklə 


təsadüfən 

rastlaşmışdılar.  Natəvan 

azərbaycanlıya yaraşmayan gözlənilməz jestlə əyilib boz itin başını sığallayaraq 

süni  naz-qəmzəylə  sahibinin  üzünə  gülümsəmiş,  ilk  dəfə  gördüyü  bu  yad 

millətin nümayəndəsinə komplement söyləməkdən də çəkinməmişdi: 

- Ooo, mən bu iti çox sevdim.  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə