50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə10/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

canın 1 nömrəli televiziyasının işçiləriydik. Bunu elə‑belə xa‑
tırlatmadım, məqsədim var.
2000‑ci il idi. Montajdaydım. Baş redaktor Həsən Həsənov
məni təcili otağına çağırdı:
– Mahir, nə oyun çıxarmısan Təhsil Nazirliyində?
– Heç nə. Başım xarabdır? Bilmirəm ki, təhsil nazirini əvəz
edən Əhməd Abdinov kimdir?
– Bəs niyə səndən sədrə şikayət edib?
– Bilmirəm.
– Onda Mülatif müəllimlə gedib yerində ayırd edin. Nizami
müəllim də, mən də inanmırıq ki, sən belə hərəkət edəsən.
Nə “hərəkət”? Hansı “hərəkət”? Mülatif müəllimin otağına
girdim. Dedi ki, maşın çağırmışam, gödəkçəni geyin, çıx
“enerqoblok”un qabağına. Dediyi kimi də elədim. RAF‑a
minib yol aldıq “Domsovet”ə. O vaxt Təhsil Nazirliyi Höku‑
mət evində yerləşirdi.  Pörtmüşdüm. Həyəcan keçirirdim ki,
axı neyləmişəm ki, təhsil nazirini əvəz edən Əhməd Abdinov
məndən gələcək qudası Nizami Xudiyevə şikayət edib...
AzTV‑də Əhməd Abdinov “xatalı adamlar” siyahısındaydı.
Bir sözü bəs edə bilərdi ki, Nizami müəllimin qəzəbinə tuş
gələsən. Artıq üç nəfər və o cümlədən “Xəbərlər”in redaktoru
Əli Nəcəfxanlı da töhmət almaq “şərəfinə” layiq görülmüşdü‑
lər. Səhv etmirəmsə “iclas” sözünün yerinə səhvən “kollegiya
iclası” yazdığına görə. Bunları bilirdim. Ona görə də üç gün
qabaq Təhsil Nazirliyinin kollegiya iclasını çəkməyə gedəndə
“gələcək qohuma” qarşı çox diqqətli idim. Bu da axırı. Hüquq‑
mühafizə orqanlarının diliylə desək, “üzləşməyə” aparırdılar.
Fikirləşirdim ki, görəsən Əhməd Abdinovun şikayəti nə olub?
Başladım çəkiliş gününü anbaan yadıma salaraq göz
önümdən keçirməyə: “Deməli operator Esmira Məmmədo‑
M A H İ R   Q A B İ L O Ğ L U
40


vayla maşına mindik. Getdik. Orda düşdük, maşını buraxdıq.
Yuxarı qalxdıq. Bizi mətbuat katibi olan bir qadın mehriban‑
lıqla qarşıladı. Həmişə çəkiliş apardığımız zala girdik. Bu
dəm mənim yadıma sədrimizin “1‑ci sırada oturun!” tapşırığı
düşdü. Heç vaxt yadıma düşməzdi e... amma, indi nədənsə
yadıma düşdü. Birinci sırada olan on yerdən birini seçib
küncdə əyləşdim. Zal da yavaş‑yavaş dolmağa başladı. Bu
dəm zala  daxil olanlardan biri mənə yaxınlaşıb “Bura mənim
yerimdir, dur yerimdən!” dedi. Əvvəl sədrimizdən sitat gəti‑
rib ayağa qalxmaq istəmədim. Hələ üstəlik nümayişkaranə
olaraq “Əhməd müəllimin gələcək qohumunun işçisinə bu
nə hörmətsizlikdir edirsiniz?” söyləmək istədim. Amma sus‑
dum, yerimdən də durmadım. Həmin şəxs təkid etdi. Mən də
onun acığına nə etsəm yaxşıdır? Durub dəhlizə çıxdım, mət‑
buat katibinin otağından stul götürüb, yenidən zala qayıtdım.
Stulu düz həmin adamın qarşısında qoyub oturdum. Bir‑iki
dəfə də dönüb turşumuş bürokrat sifətinə baxdım ki, bir çırt‑
mırt eləsin, cavabını verim. Cınqırını da çıxarmadı. Hirsim
soyumadı. Gedib ikinci stulu da gətirdim – operator üçün. Öz
stulumla yanaşı qoydum.
Sonra Əhməd müəllim və digərləri zala daxil olub rəyasət
heyətində əyləşdilər. Kollegiya iclası başladı. Mən də qeydlə‑
rimi apardım. On beş dəqiqə keçmişdi ki, Əhməd müəllim
böyük hörmətlə “iclasımızı AzTV‑nin “Xəbərlər” proqramın‑
dan işıqlandırmağa gəliblər. Onlara minnətdarlığımızı bildi‑
ririk. Mətbuat katibi, xahiş edirik, qonaqları yola salasınız”.
Zaldan çıxdıq. Operator mənə baxdı. Birdən pıqqıltımız gö‑
türdü dəhlizi.
– Esmira, bu nə danışır?  Nə “yola sal!”. Başım xarabdır?
Nizami müəllim eşitsə işdən qovar e... bizi.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
41


Demə Əhməd müəllim “yola sal”ı əsli mənada, “maşın
verin, getsinlər” deyibmiş, mən də məcazi mənada “hörmət
eləyin”, yəni ki, “şirinlik qoyun ciblərinə” (əvvəldə dedim də,
maaşa – 4 “şirvana” – gündə bir xurmayla dolana bilərdin?)
mənasında başa düşmüşəm. Bu sözümü mətbuat katibi də
eşitdi.  Xülasə, aşağı düşüb maşına əyləşdik. Qayıtdıq işə. Üç
dəqiqəlik, gələcək qohuma layiq təmtəraqlı bir mətn yazdım.
Qoydum baş redaktorun stolunun üstünə. O da mətnin üç‑
dəbirini pozub elədi 50 saniyə. Qorxumdan tüklərim biz‑biz
durdu:
– Həsən müəllim, neyləyirsən? Əhməd Abdinovun tədbi‑
riydi e...
– Bilirəm. Get montaj elə.
Heç nə demədim. Montajı eləyib, Həsən müəllimə xrono‑
metrajı barədə məlumat verdim. Baxdım ki, plana salınmayıb.
“Xəbərlər”in 20.00 buraxılışına da az qalıb. Həsən müəllimə
Əhməd Abdinovun tədbirini çəkdiyimi bir də xatırladıb otaq‑
dan çıxdım. Getdim evə. Səhər işə gələndə gördüm ki, süjet
efirə getməyib. Həsən müəllim gələn kimi yenə otağına girdim.
– Mahir, materialın efirə gedib‑getməməyi sənlik deyil.
– Ay Həsən müəllim, bu Əhməd Abdinov “xatalı adam‑
dır”, vallah bir zibili çıxacaq.
– Şair oğlu, narahat olma. Nizami müəllimin də xəbəri var.
Onun iştirakıyla olan süjet bir gün qabaq getdiyi üçün, Ni‑
zami müəllimlə belə qərara gəldik ki, iki gündən sonra verək.
Özü də kollegiya iclasıdır. Geciksə də olar.
Düzü anlamırdım kollegiya iclasıyla tədbirin fərqini.
Amma Həsən müəllim, Nizami müəllim böyük olduğundan
gedib sakitcə oturdum yerimdə. İki gündən sonra isə süjet nə‑
hayət ki, efirə getdi”.
M A H İ R   Q A B İ L O Ğ L U
42


Başqa heç nə yadıma sala bilmədim. Başa düşmədim ki,
məni niyə “üzləşməyə” aparırlar.Təhsil Nazirliyinə çatana
qədər yenə də  anbaan bütün hər şeyi göz önümdə canlan‑
dırdım. Amma neqativ bir şey tapmadım. Nə edəcəkdim bir‑
dən Əhməd Abdinov üzümə desəydi ki, “bəs Mahir pul
istəyib”. Dedi dedi də... Üç nəfər ona görə töhmət alıb, dör‑
düncü də olum mən. Hələ mən Allahıma şükür etməliyəm ki,
Nizami müəllim həmən qərar verməyib. Məsələni araşdır‑
mağı ağsaqqal Mülatif müəllimə tapşırıb. Beynimdə əks plan‑
lar cızmağa başladım. Birdən şərləsə, atama deyəcəyəm. O da
bilir kimə deyəcək. Düzdür mən AzTV‑dən çıxacam, amma
Əhməd Abdinovun da təhsil naziri olmaq arzusu ürəyində
qalacaq, hələ müavinlikdə qalıb‑qalmayacağını demirəm.
Daxilimdə Əhməd Abdinova müharibə elan edə‑edə gəl‑
dik nazirliyə. Qalxdıq kabinetinə. Paltomuzu soyunduq. Ka‑
tibə deyəndə ki, “buyurun, keçin içəri”, səhərdən təmkinini
pozmayan, məndən heç bir izahat istəməyən Mülatif müəllim
qəbul otağında gözləməyimi əmr etdi. Artıq əsəbimdən tir‑tir
əsirdim. Bunu görürdü Mülatif müəllim. Onun dediyi kimi
də elədim. Oturdum qəbul otağında. Üstündən on dəqiqə
keçmişdi ki, Mülatif müəllim kabinetdən çıxdı. Katibəylə sa‑
ğollaşandan sonra:
– Mahir, getdik, – dedi və qəbul otağından çıxdıq.
Mülatif müəllim, bəs mən..?
– Sənə dedim ki, getdik. Mən əvvəldən başa düşürdüm ki,
anlaşılmazlıq olub. Söhbət bitdi. Əhməd müəllim də zəng
edib Nizami müəllimlə danışdı.
Nə “anlaşılmazlıq”, nə “söhbət bitdi”? Mən indi‑indi “mü‑
haribəyə başlamaq” istəyirdim. İşə qayıtdıq. Mülatif müəlli‑
min otağında həmişə yaxşı çayı, şokolad konfetləri olurdu.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
43


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə