2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə222/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   218   219   220   221   222   223   224   225   ...   231

 

438 


«Onlara  nə  olur  ki,  bunu  söyləmirlər?»  deyə  qarşılıqlı  sual  verdi.  Alkamə  sözünə 

davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən 

olduğumuzu  da  qeyd  edirik».  Ata  onlara:  «Allah!  Allah!  Bu  şeytanın  hiylələrindən 

biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və 

bu xüsuslarda Peyğəmbər - sallallahu aleyhi və səlləm 

 ə müxalif olmalarını vəsvəsə 



edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər - sallallahu aleyhi və səlləm 

 in 



də bunu etdiyinin şahidi olmuşam»

1708


.  

Digər  bir  qrup  isə  hər  bir  şeydə  istisna  etməyə  başladılar  və  bu  məsələdə  həddi 

aşmışlar.  Məs:  Onlar  etdikləri  bütün  saleh  əməllərdə  də  istisna  etməyə  başladılar. 

«İnşəallah  mən  namaz  qıldım,  inşəallah  oruc  tutdum»  və  s.  sözlər  söyləməyə 

başladılar.  Yenə  onlardan  bir  çoxu  hər  şeydə  istisna  etməyə  başladılar.  «İnşəallah  bu 

paltardır, inşəallah bu ayaqqabıdır» və s. 

Lakin ən  gözəl  mövqe isə Sələfin  mövqeyidir. Allah Qurani Kərimdə  yəqin  olaraq 

baş  verən  bəzi  işləri  Allahın  diləməsinə  bağlayaraq  ifadə  edildiyini  açıq  göstərən  bir 

sıra  ayələr  vardır.  Məs:  «And  olsun  ki,  Allah  öz  peyğəmbərinin  (Məkkə  fəthi) 

röyasının  çin  olduğunu  təsdiq  etdi.  (Ey  möminlər!)  Siz,  inşəallah  əmin-amanlıq 

içində,  (bəziniz)  başınızı  qırxdırmış,  (bəziniz)  saçınızı  qısaltmış  halda  və 

(müşriklərdən)  qorxmadan  Məscidulhərama  daxil  olacaqsınız».  (əl-Fəth  27).  O, 

yürüyüb-qaçmaq  və  atasına  kömək  edə  bilmək  çağına  (on  üç  yaşında)  çatdıqda 

(İbrahim)  dedi:  «Oğlum!  Yuxuda  gördüm  ki,  səni  qurban  kəsirəm.  Bax  gör  (bu 

barədə)  nə  fikirləşirsən!  O,  dedi:  «Atacan!  Sənə  nə  əmr  olunursa,  onu  da  et. 

İnşəallah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey 

barəsində: «Mən onu sabah edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-

Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına 

basıb:  «İnşəallah  əmin-amanlıqla  Misirə  daxil  olun»  dedi.  (Yusif  99).  Aişə  – 

radıyallahu anhə 



 rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm 

 gecənin 



sonunda  Bəqi  qəbrsanlığına  girər  və  deyərdi:  «Ey  möminlər  topluluğunun  yurdu! 

Salam  üzərinizə  olsun.  Sizə  vəd  olunmuş  (ölüm)  gəlmişdir.  İnşəallah  biz  də  sizə 

qovuşacağıq.  Allahım!  Bəqi  qəbrsanlığında  yatanları  bağışla!».  Başqa  rəvayətdə 

Peyğəmbər - sallallahu aleyhi və səlləm 

 buyurdu: «Ey möminlərin və müsəlmanların 



yatdığı  yurdun  sakinləri!  Salam  üzərinizə  olsun!  İnşəallah  biz  də  sizə  qovuşacağıq!» 

1709


. Əbu Hureyrə – radıyallahu anhu 

 rəvayət  edir ki, Peyğəmbər - sallallahu aleyhi 



və səlləm 



 buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu 

duasını  etmişdir.  Lakin  mən  duamı  Qiyamət  günündə  ümmətimə  şəfaət  etmək  üçün 

saxladım.  Artıq  ümmətimdən  Allaha  heç  bir  şeyi  şərik  qoşmamış  olan  kimsələr 

inşəallah bu şəfaətə nail olacaqlar»

1710


. Əbu Hureyrə – radıyallahu anhu 

 rəvayət edir 



ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Süleyman  b.  Davud  (Allahın 

salamı  iksinin  də  üzərinə  olsun):  «Şübhəsiz  bu  gecə  yetmiş  (Bəzi  rəvayətlərdə  90

bəzilərində  99,  bəzilərində  100)  zövcəmi  (xanımlarımı)  dolaşacağam.  Zövcələrimdən 

hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) 

Ona:  «İnşəallah  de!»  dedi.  Lakin  o,  İnşəallah  deməyi  unutdu.  Bunundan  sonra  o, 

qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq doğdu». Sonra 

                                                

1708

 Xarizmi «Cəmiul Məsanid» 1/182, Aliyyul Kari – şərhu musnədi Əbu Hənifə s.378.  



1709

 Müslim, İmam Əhməd 6/71,111,180, Nəsəi 4/93,94, İbn  Məcə 1546,  əl-Albani «Əhkəmul-Cənaiz»  s. 239, «İrvəul 

Ğəlil» 3/236. 

1710


 Buxari, Müslim.  


 

439 


Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Nəfsim  əlində  olan  Allaha  and 

olsun  ki,  əgər  İnşəallah  demiş  olsaydı  hər  biri  Allah  yolunda  vuruşacaq  süvarilər 

doğardılar  (Başqa  rəvayətdə:  Əgər  İnşəallah  demiş  olsaydı  vədini  yerinə  yetirmiş 

olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümüdü olardı)»

1711


.  

Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə 

Əli – radıyallahu anhu 

 demişdir: «Bir kimsənin  mən  möminən deməsi bidətdir»



1712

İbn Məsud – radıyallahu anhu 



 deyir: «Hər kim mömin olduğuna dair şahitlik edərsə, 

özünün  Cənnətdə  olduğuna  da  şahidlik  etsin»

1713


.  Bir  nəfər  İbn  Məsud  –  radıyallahu 

anhu 

  nun  yanında  şübhəsiz  ki,  mən  möminəm  dedikdə  İbn  Məsud  ona:  «Onda  mən 



Cənnətliyəm  də  de!»  dedi.  Sonra  İbn  Məsud  –  radıyallahu  anhu 

  o,  adama:  «Lakin 



biz  Allaha,  Mələklərinə,  Kitablarına,  Peyğəmbərlərinə  inanırıq»

1714


.  Bir  nəfər  İbn 

Məsud – radıyallahu anhu 

 nun yanında şübhəsiz  ki, mən  möminəm  deyir: «Ey Əbu 



Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu 

 



onların bu sözlərinə: «Ondan bir soruşun  görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» 

Onlar  həmin  şəxsdən  bunu  soruşurlar.  Adam  da  onlara:  «Allah  ən  doğrusunu  bilir». 

Adamın  bu  cavabından  sonra  İbn  Məsud  –  radıyallahu  anhu 

  ona:  «İkincisini  (yəni 



Cənnətlik  və  ya  Cəhənnəmlik  olduğunu)  Allaha  həvalə  etdiyin  kimi  birincisini  də 

Allaha həvalə etsəydin?» dedi»

1715

. İmam Əhməd 





 rahmətullahi aleyhi 



 ə imana dair 

sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: 

«Adam  sən  möminsən?»  deyə  soruşarsa,  o:  «Bu  bir  bidətdir!»  deyə  cavab  vermişdir. 

Bu səfər ona:  «Yaxşı, beləsinə  necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» 

deyilir,  deyə  cavab  vermişdir.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  qəbr  əhlini 

ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, 

isə  yəqin  olaraq  öləcəyini  bildiyi  halda  istisna  etdi»

1716


.  Vəlid  b.  Müslim:  «Əvzai, 

Məlik  b.  Ənəs  və  Səid  b.  AbdulƏzizin  kişinin  mən  möminəm  deməsini  inkar 

etdiklərini,  inşəallah  mən  möminəm  deməsinə  isə  izn  verdiklərini  eşitdim»

1717


.  İmam 

Beyhəqi 




 rahmətullahi aleyhi 



 deyir ki: «Bunu – imanda istisna etməyi – səhabədən 

bir  qrupdan,  tabiinlərdən  və  sələfi  salihdən  rəvayət  etdik»

1718


.  İbrahim  ən-Nəhai 



 



rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bir  kimsənin  bir  nəfərə  –  Sən  möminsən  –  deyə 

soruşması  bidətdir»

1719


.  Sufyan  b.  Uyeynə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bir 

kimsəyə  sən  möminsən  deyə  soruşulduğu  zaman  istəyirsə  cavab  verməsin  və  belə 

desin:  «Sənin  mənə  belə  bir  sual  verməyin  bidətdir,  mən  imanımdan  şübhə  etmirəm. 

İman  artar  və  əskilər.  Mən  möminəm  inşallah  deyəni  isə  tənqid  etmə»

1720

.  İmam  əl-



Acurri 



 rahmətullahi aleyhi 



 deyir ki: «Sözünü  etdiyimiz  elm adamlarından  həqiqət 

əhlinin bir özəlliyi  də imanda istisna etmələridir. Bu şübhə üzərində  edilən bir istisna 

deyildir  –  imanda  şübhədən  Allaha  sığınırıq  –  Lakin  imanda  kamil  bir  mənaya  gələ 

biləcək  şəkildə  nəfislərini  təzkiyə  etməkdən  qorxduqları  və  imanın  həqiqətinə  layiq 

kimsələrdən  olub-olmadıqlarını  bilmədikləri  üçün  edilən  bir  istisnadır.  Bu səhabələrin 

                                                

1711

 Buxari 5242, Müslim 1654, Nəsəi 7/30,31, İmam Əhməd 2/229,275,506, Tirmizi 1532.  



1712

 Abdullah b. Əhməd «əs-Sünnə» 643, əl-Laləkai 1778. 

1713

 Abdullah b. Əhməd «əs-Sünnə» 711,721, əl-Laləkai 1779. 



1714

 Əbu Ubeyd «İman» 11, Abdullah b. Əhməd «əs-Sünnə» 655,668, Təbərani «əl-Kəbr» 9/8792, əl-Laləkai 1780.  

1715

 əl-Albani – Əbu Ubeydin «İman» kitabında səhih olduğunu qeyd edir. S. 67.  



1716

 əl-Laləkai «əs-Sunnə» 1798. 

1717

 Abdullah b. Əhməd «əs-Sünnə» 687,744.  



1718

 Beyhəqi «Şuabul İman» 1/212. 

1719

 İbn Batta «əl-İbanə» 2/880 (1212).  



1720

 İbn Batta «əl-İbanə» 2/881 (1213). 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə