2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə220/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   216   217   218   219   220   221   222   223   ...   231

 

434 


əleyhissəllam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi!» deyə buyurdu

1699


.  Bu hədisdən 

İslam  və  İman  arasında  fərq  olduğu  aydın  olur.  Peyğəmbər 



  sallallahu  aleyhi  və 

səlləm 

  dən  İslam  haqqında  soruşduqda  zahiri  əməlləri  zikr  etmiş,  İman  barəsində 



soruşduqda isə qəlbi (batini) əməlləri zikr etmişdir. Bununlada elm əhli arasında ixtilaf 

yaranmışdır. Alimlər demişlər ki, İslam başqa bir şeydir, İman isə tam başqa bir şeydir.  

İmanın həqiqəti bir dəlildən götrülmür. Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

 

bu hədisdə İmana qəlbi (batini) əməlləri zikr etdi. Başqa bir hədisdə isə zahiri əməlləri 



imana  vermişdir.  Yəni  İslama  verdiyi  tərifi  başqa  bir  hədisdə  İmana  vermişdir.  İbn 

Abbas  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  AbdulQeys



1700

 heyəti  Rəsulullah 



 

sallallahu aleyhi və səlləm 

 in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia 



qəbiləsindənik.  Səninlə  bizim  aramızda  Mudar  kafirlərindən  ibarət  bir  qəbilə  maneə 

olmuşdur. Buna görə də sənin yanına yalnız Haram aylarda

1701

 gələ bilirik. Buna görə 



də  bizə  qəti  bir  əmr  ver  ki,  onu  yerinə  yetirək  və  həm  də  geridə  qalanlara  onu  dəvət 

edək  Cənnətə  girək.  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  onlara  dörd  şeyi  əmr 



etdi və dörd şeydən də çəkindirdi. Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman 

etməyin  nə  olduğunu  bilirsinizmi?»  Onlar  Allah  və  Rəsulu  daha  gözəl  bilir!».  O, 

buyurdu:  «Allahdan  başqa  ilah  olmadığına,  Məhəmmədin  onun  Rəsulu  olduğuna 

şəhadət  etmək,  namaz  qılmaq,  zəkat  vermək  və  qənimətin  1/5-ni  verməkdir.  Sizləri 

Dubbadan,  Hantemdən,  Nakirdən  və  Muzzafərdən  çəkindirirəm»

1702


 Peyğəmbər 



 



sallallahu aleyhi və səlləm 

 Cəbrail 





 əleyhissəllam - ın hədisində İslama verdiyi tərifi 

bu hədisdə İmana vermişdir. Elm əhli isə bu hədislərdən belə bir nəticəyə gəlmişlər ki, 

İslam və İmanın deyiliş forması vardır. Yəni bunların həm xüsusi və ümumi mənaları 

vardır.  Ümumi  mənası  odur  ki,  bütün  dini  əhatə  edir.  Yəni  İman  ümumi  mənada 

gələrsə  bütün  dini  əhatə  edir.  Həmçinin  də  İslam  ümumi  mənada  gələrsə  bütün  dini 

əhatə edir. Bəzi sözlər də belədir. Məs: Miskin və Fəqir. Allah: «Sədəqələr (zəkatlar) 



Allah  tərəfindən  müəyyən  edilmiş  bir  fərz  (vacib  əməl)  olaraq  ancaq  fəqirlərə, 

(ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə 



.». (ət-Tövbə 60). 

Bir  dəlildə  həm  fəqir,  həm  də  miskin  ləfzi  işlədilmişdir.  Bunun  da  hər  birinin  həm 

xüsusi,  həm  də  ümumi  mənaları  vardır.  Fəqir  kəlməsi  işləndiyi  zaman  onun  içinə 

miskin də girər. Miskin kəlməsi də tək başına işləndiyi zaman onun içinə fəqir də girər. 

Lakin  iksinin  arası  birləşdiyi  zaman  isə  hər  biri  ayrı-ayrı  mənaları  ifadə  edər.  Fəqir 

sözü ayrı işlənərsə içərisinə miskin kəliməsi də daxildir. Həmçinin də Miskin sözü ayrı 

işlənərsə içərisinə fəqir kəliməsini də daxil edir. Lakin bir yerdə işləndiyinə görə ayrı-

                                                

1699


 Buxari 50, Müslim 8,10. 

1700


 Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

yanına  gəlmişlər.  Heyətin  böyüyü  Munziru  b.  Aiz  əl-Əsəri  idi.  Munzirin  üzündə  qılınc  və  ya  bıçaq  izi  olduğu  üçün 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  onu  əl-Eşecc  diyə  ləqəbləndirmişdir.  Bundan  sonra  o,  kimsə  Abdulqays 

Eşecci  ləqəbi  ilə  şöhrət  tapmışdır.  Heyəti  sayı  barəsində  bir  çox  rəqəmlər  vardır.  14,  40,  50  nəfərə  qədər  olduğu  da 

söylənilir.  

1701


 Haram Aylar – «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on 

ikidir.  Onlardan  dördü  (Rəcəb,  Zülqədə,  Zülhiccə  və  Məhərrəm)  haram  aylardır.  Bu  doğru  dindir.  Ona  görə  də 

həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi siz də onlarla vuruşun və bilin 

ki,  Allah  müttəqilərlədir!».  (ət-Tövbə  36).  Bu  aylarda  döyüşlər  etmək,  hücum  etmək,  ozünə  zülm  etmək  qadağan 

edilmişdir. Məhz buna görə də bu ayları haram aylar adlandırırlar.  

1702

 Bu  adları  çəkilən  dörd  kəlimə  o,  qövmün  içərisində  şərab  düzəltdikləri  qabların  adlarıdır.  Dubba  –  içi  ovulmuş 



balqabaqdır, Hantəm – saxsıdan düzəldilmiş qabdır, Nakir – içi ovulmuş ağac parçasıdır ki, içərisinə kiçik xurmalardan 

atır.  Sonra  içərisinə  su  tökərdilər.  Bir  müddətdən  sonra  onu  şərab  olaraq  alırdılar.  Muqayyər  –  qır  sürtülən  qabdır. 

Buxari, Müslim. 



 

435 


ayrı mənaları vardır. Lakin baxmayaraq ki, onlar ehtiyacda müştərəkdilər. Yəni ehtiyac 

sahibidirlər. Yanaşı gəldiklərinə görə aralarında fərq vardır.  

Lüğəti mənalarına görə İslam və İman ayrı-ayrı şeylərdir. Şəri mənaları ilə islam və 

iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih 

və  mötəbər  bir  iman  varsa  onunla  birlikdə  islam  da  vardır  və  ya  harada  islam  varsa 

onunla  birlikdə  iman  da  vardır.  Onlardan  hər  hansı  biri  tək  başına  işlədiləcək  olarsa, 

digəri  də  onun  içərisinə  girər  və  tək  başına  işlədilən  bu  isim  yenə  digər  ismin  tək 

başına  işlədilməsi  halında  dəlalət  etdiyi  şeylərə  dəlalət  edər.  Yəni  İslam  ləfzi  tək 

gələrsə  həm  qəlbi  (batini)  əmlləri,  həm  də  zahiri  əməlləri  əhatə  edər.  Həmçinin  İman 

ləfzi  də  tək  gələrsə  həm  zahiri,  həm  də  qəlbi  (batini)  əməlləri  əhatə  edir.  Çünki 

varlılıqları bir-birinə bağlıdır. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz 

zaman  üzünüzü  və  əllərinizi  dirsəklərinizə  qədər  (və  ya  dirsəkləriniz  də  daxil 

olmaqla)  yuyun,  (yaş  əlinizi)  başınıza  məsh  edin  (çəkin),  ayaqlarınızı  topuqlarınıza 

qədər  (topuqlarınız  da  daxil  olmaqla)  yuyun».  (əl-Maidə  6)  -  ayəsindəki  xitab  həm 

mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə 

möminlər  üçün  deyildir.  Müsəlmanların  da  dəstəmazsız  namaz  qılmaları  mümkün 

deyildir.  İman  islamı  əhatə  etdiyi  kimi,  islam  da  imanı  əhatə  edir.  Həmçinin:  «Məni 



müsəlman olaraq öldür



». (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» 

eyni zamanda «Məni  mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni  müsəlman olaraq 

öldür,  mömin  olaraq  öldürmə  -  mənasında  deyildir.  Çünki  Allah  bütün  möminlərin 

ancaq  müsəlman  olaraq  can  vermələrini  «Ey  iman  gətirənlər!  Allahdan  lazımınca 

qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər

1703


.  

Həmçinin İmanla yanaşı saleh əməl, İslam, təqva, düz durmaq əmri gələrsə burada 

birinci yəni İmanla qəsd olunan qəlbi (batini) əməllərdir. O, biri ilə (saleh əməl, İslam, 

təqva  və  s.)  qəsd  olunan  isə  zahiri  əməllərdir.  Həmçinin  də  əl-Muminun,  əl-Muminat 

sözü gəldikdə: «İman gətirib saleh əməl edən» deməkdir. Əgər «Əl» artikli ilə gələrsə 

əl-Muminun sözü: «İllələzinə Əmənu Və Amilus Salihət» deməkdir. Bu ayə də İmanla 

qəsd olunan batini, saleh əməl ilə zahiri əməllər qəsd olunur.  

Əgər  İman  ümumi  heç  bir  şeylə  yanaşı  gəlməzsə  onda  bütün  dini  əhatə  edir. 



«



Lakin  Allah  sizə  imanı  sevdirmiş,  onu  ürəklərinizdə  süsləmiş,  küfrə,  itaətdən 



çıxmağa  və  (Allaha)  asi  olmağa  qarşı  sizdə  nifrət  oyatmışdır.  Məhz  belələri  doğru 

yolda  olanlardır!».  (əl-Hucurat  7).  Bu  ayədə  İman  tək  gəldiyi  üçün  Allah  sizə  nəyi 

sevdirdi? Dini. «Allah yanında (məqbul olan) din əlbəttə İslamdır



». (Ali-İmran 19). 

«Kim  İslamdan  başqa  bir  din  ardınca  gedərsə  heç  vaxt  ondan  qəbul  olunmaz  və  o 

şəxs  axirətdə  zərər  çəkənlərdən  olar».  (Ali-İmran  85).  Burada  İslam  ilə  qəsd  olunan 

bütün dindir.  

Lakin  ikisi  bir  yerdə  zikr  olunarlarsa  (islam  və  iman)  aralarında  fərq  olur.  Bu 

vəziyyətdə İman ilə görünməyən (batini) etiqadlar (inanclar) qəsd edilməkdədir. Bunlar 

isə  Allaha,  mələklərə,  kitablara  və  Peyğəmbərlərə,  axirət  gününə,  qəza  və  qədərə, 

xeyrinə və şərrinə iman etməkdir. Yəni bütün bunlar qəlbin təsdiq etməsi, iqrar etməsi 

və bilməsidir. İslam ilə, şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və 

həcc  etmək  kimi  görünən  ibadətlər  yəni  əməllərlə  Allaha  təslim  olmaq,  boyun  əymək 

                                                

1703


 İbn  Məndə  «İman»  1/448,454,  Xattabi  «Məalimus  Sünən»  4/313,  İbn  Teymiyyə  «İman»  s.  148,222,  «Məcmuul 

Fətava»  7/167,259,260,  İbn  Kəsr  «Təfsirul-Quranil-Azim»  4/234,  İbn  Rəcəb  «Cəmiul-Ulum  vəl  Hikəm»  1/107,108, 

Nəvəvi «Şərh Səhih Müslim» 1/144-149, İbn Əbil İzz əl-Hənəfi «Şərh Əqidətul Təhaviyyə» s. 347-351 və s. alimlər öz 

əsərlərində İslam və İmanın ayrı-ayrı (nass və ya cümlədə) işlənərlərsə (göstərdikləri məna baxımından) birləşərək bir-

birinin yerini tutarlar. 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə