2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə221/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   217   218   219   220   221   222   223   224   ...   231

 

436 


və  bağlanmaq  qəsd  edilməkdədir.  Elm  adamları  buna  belə  deyirlər:  «Hər  mömin 

müsəlmandır,  lakin  hər  müsəlman  isə  mömin  deyildir».  İbn Teymiyyə  -  rahmətullahi 



aleyhi 



  də  İslam  və  İmana  tərif  verərək  deyir  ki,  əgər  bir  dəlildə  cəm  olarsa  məna 

tərəfdən  ayrılırlar.  Ayrı-ayrı  gələrlərsə  birləşirlər.  Məs:  Allah  buyurur:  «Bədəvi 

ərəblər:  «Biz  iman  gətirdik!»  dedilər.  (Ya  Peyğəmbər!  Onlara)  De ki:  «Siz  (qəlbən) 

iman  gətirmədiniz!  Ancaq:  «Biz  İslamı  qəbul  etdik!»  deyin».  (əl-Hucurat  14).  İbn 

Abbas – radıyallahu anhu 

 deyir ki, onların bütünlüklə  münafiq olmadığını, imanları 



zəif  kimsələr  olduğunu  açıqlamışdır.  İbn  Cərir  ət-Təbəri  -  rahmətullahi  aleyhi 



  bu 

ayənin təfsirində deyir ki, Allah Rəsulu - səllallahu aleyhi və səlləm 

 bədəvi ərəblərin 



yalnız İslam (təslim) olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq 

etmiş, lakin  qəlbləri  ilə təsdiq  etməmişlər. Buna görə  də  onlara yalnız  İslam  olduqları 

demələri əmr edildi. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək 

üçün  həm  söz,  həm  də  əməl  gərəkdir.  İbn  Qeyyim  -  rahmətullahi  aleyhi 



  bu  ayənin 

təfsirində  deyir  ki:  «Uca  Allah  bədəvilərin  imanını  inkar  edərkən  müsəlman 

olduqlarını,  Ona  və  Rəsuluna  itaət  etdiklərini  bildirmişdir.  Kamil  iman  deyilərkən  bu 

kəlimədə nə nəzərdə tutulursa ayədə o, rədd edilir

1704

«Allah kimi düz yola yönəltmək 



istəsə,  onun  köksünü  İslam  (dini)  üçün  açıb  genişləndirər.  Kimi  azdırmaq  istəsə, 

onun  ürəyini  daraldıb  sıxıntıya  salar.  O  sanki  (sıxıntının  şiddətindən)  göyə  çıxar. 

Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125). 

Bu  hədis  Əhli  Sünnə  Vəl  Cəmaatı  imanın  həqiqətinə  dair  gətirdiyi  ən  güclü 

dəlillərdəndir  ki,  İman  zahiri  əməlləri  də  əhatə  edir.  Çünki  bu  heyət  haram  aylarda 

gəlməkləri  ilə  yanaşı  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  dən  böyük  miqdarda 



bir  el  istəmişlər  ki,  ona  əməl  etsinlər  və  geridə  qalanlara  da  çatdırsınlar.  Rəsulullah 



 



sallallahu aleyhi və səlləm 

 də onlara İmanın həqiqəti barəsində xəbər vermişdir.  



 

İSLAMDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN 

MÜSƏLMANAM» DEMƏK 

 

İslamda  istisna  etmək  bir  kimsənin 





  İnşəallah  Mən  Müsəlmanam 

  deməsidir. 



Əhli Sünnə vəl Cəmaat istisnanı imanda caiz

1705


 görürlər.  İslamda  isə  caiz  görməzlər. 

Çünki  bildiyimiz  kimi  İslam  iman  deyildir.  İmanın  dərəcələri  vardır.  İnsanlar  iman 

mərtəbəsində  dərəcə-dərəcədirlər.  Onlardan  bir  qrupu  ehsan  dərəcəsindədir,  bir  qrupu 

mömindirlər, bir qrupu da müsəlmandırlar. Bu da dərəcənin ən aşağısıdır. Ondan aşağı 

küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman deyilsə kafirdir. Lakin müsəlman 

olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət kəlməsini söyləyən kimsə müsəlman 

olur və digər kafirlərdən fərqlənir. Beləcə onun haqqında İslamın hökümləri işlədilir.  

Şəri  dəlillər  İslamda  istisna  etmədən  –  Mən  müsəlmanam  –  deməyə  dəlalət  edir. 



«Allaha  tərəf  çağıran,  yaxşı  iş  görən  və  mən  müsəlman-lardanam  deyən  kəsdən 

daha  gözəl  danışan  kim  ola  bilər»  (əl-Fussilət  33).  «Bədəvi  ərəblər:  «Biz  iman 

gətirdik!»  dedilər.  (Ya  Peyğəmbər!  Onlara)  De  ki:  «Siz  (qəlbən)  iman  gətirmədiniz! 

Ancaq:  «Biz  İslamı  qəbul  etdik!»  deyin.  Hələ  iman  qəlblərinizə  daxil  olmamışdır. 

Əgər  Allah  və  Peyğəmbərinə  itaət  etsəniz  O,  sizin  əməllərinizdən  heç  bir  şeyi 

əskiltməz.  Həqiqətən  Allah  bağışlayan  və  rəhm  edəndir».  (əl-Hucurat  14).  İbn 

Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bu  ayə  İmam  Əhməd 



  rahmətullahi 

                                                

1704

 İbn Qeyyim «Kitabu Salət» s. 25. 



1705

 İcazə verilən.  




 

437 


aleyhi 



 və s. İslamda deyil, imanda istisna edilməsinin və böyük günah edənlərin iman 

mərtəbəsindən  çıxıb  islam  mərtəbəsinə  girdiklərinə  dair  sürdükləri  dəlillərdəndir».  əl-

Meymuni  dedi  ki:  «İmam  Əhməddən  -  Mən  İnşəallah  Möminəm 

  sözü  haqqında 



fikrin  nədir».  O:  «İnşəallah  möminəm  deyirəm.  Müsəlman  deyərkən  istisna  etmərəm. 

Mən:  «Sən,  islam  və  iman  arasında  ayrım  edirsən?»  dedim.  O:  «Bəli»  dedi.  Mən: 

«Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki: «Siz iman 

etmədiniz, müsəlman olduz deyin»

1706

.  


 

İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN 

MÖMİNƏM» DEMƏK 

 

Əhli  Sünnə  vəl  Cəmaat  imanda  istisna  etmək  –  yəni  «İnşəallah,  mən  möminəm» 



deməyin  və  özləri  haqqında  yəqin  olaraq  «Mən  möminəm»  deməyin  əleyhinədir.  Bu 

isə  onların  Allahdan  qorxmaları  və  qədərə  iman  etmələrinə  görədir.  Çünki  heç  kəs 

yəqin olaraq deyə bilməz ki, «mən  möminəm». Mütləq iman bütün itaətləri  etməyi  və 

bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu 

kəlməni  söyləməz.  Əgər  belə  etsə  onda  özünü  tərif  etmiş,  təmizə  çıxarmış  və  özünü 

Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən  olduğunu irəli sürmüş olur. Beləliklə də 

özünə  yəqin  olaraq  mömin  deyən  kimsə  özünün  Cənnət  əhlindən  olduğunu  da  irəli 

sürməlidir.  Bu  isə  mümkün  deyildir.  «Özünüzü  təmizə  çıxartmayın.  O,  Allahdan 



qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).  

İstisna Etmək 



 «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi 

bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu 

tuturlar.  

Müxaliflərin  qeyd  etdiyinə  görə  iman  tək  bir  şey  olub  əməl  və  sözdən  ibarət 

deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda 

da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət kəlməsini söylədiyimi bildiyim 

kimi,  mömin  olduğumu  da  bilirəm.  Onların  «Mən  möminəm»  deməyi,  «Mən 

müsəlmanam»  deməyi  kimidir  və  bu  məsələdə  «İnşəallah,  mən  möminəm»  deyənlərə 

də Şəkkak 

 şübhəçi adını verirlər.  



İmam  Əbu  Hənifə 



  rahmətullahi  aleyhi 



  də  imanda  inşəallah,  mən  möminəm 

deməyin  haram  olduğu  fikrindədir.  O,  deyir:  «Mömin  yəni  inanan  kimsə  həqiqətən 

mömindir,  kafir  də  həqiqətən  kafirdir.  Küfrdə  şübhə  olmadığı  kimi  imanda  da  şübhə 

yoxdur».  Allah  buyurur:  «Onlar  həqiqi  möminlərdir».  (əl-Ənfal  4).  «Bütün  bunlar 



həqiqətən  kafirdilər».  (ən-Nisa  151).  Muhəmməd  -  sallallahu  aleyhi  və  səlləm 

  in 



ümmətinin  günahkar  olan  kimsələrinin  hamısı  həqiqətən  mömin  olub,  kafir 

deyillər»

1707

.  İmam  Əbu  Hənifə 





  rahmətullahi  aleyhi 

,  Harisi  və  Haskəfinin 



rəvayətinə görə belə demişdir: «Alqamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». 

Alkamə  ona:  «Ey  Əbu  Muhəmməd!  Ölkəmizdə  imanlarını  özlərinə  nisbət  etməyə  və 

mən  möminəm  deməyi  xoş  qarşılamayan  bir  qrup  vardır»  dedi.  Ata  b.  Əbi  Rəbah: 

                                                

1706

 Məcmuu  Fətava 7/253 – İman  məxluqdur,  yoxsa  məxluq  deyildir?  Məsələsi  haqqında:  «Bu  məsələ bidətçilərin  və 



hava əhlinin çıxardığı Xalqul-Quran (Quran yaradılması) məsələsindən törənmişdir. Əhli Sünnə Quran Allahın kəlamı 

olduğuna, məxluq olmadığı görüşündə ittifaq etmişlər. Onun kəlamının sonu yoxdur. İman ilə Lə İləhə İlləllah – sözü 

kimi  Allahın  sifətindən  və  kəlamından  bir  şey  qəsd  edilirsə  iman  məxluq  deyildir.  İman  ilə  qulların  əməllərindən  və 

sifətlərindən  bir  şey  qəsd  edilirsə  onda  bütün  qulları  məxluqdur  və  onların  bütün  əməlləri  də  sifətləri  də  məxluqdur 

Məcmuu Fətava 6/313, 7/652, 8/422. 

1707


 əl-Vəsiyyə s.87, əl-Fikhul Əbsat s. 41,43,52.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə