2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə219/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   215   216   217   218   219   220   221   222   ...   231

 

432 


oğlu cihadda dünyasını dəyişmişdr. Onun yanına başsağlığı vermək üçün gələnlər onun 

ağladığını görüb soruşdular: «Səni ağladan nədir?». O: «Mən onun öldürülməsinə görə 

ağlamıram, mən ağlayıram ona görə ki, öldüyü zaman onun Allahdan razılığı necə idi». 

Bütün  bunlar  onu  göstərir  ki,  müsibətlərə,  bəlalara  razı  qalması  vacib  deyildir.  Bu 

bəyənilən,  müstəhəb  bir  əməldir.  Lakin  kim  razılığı  bacarmasa  qoy  səbrə  yönəlsin. 

Çünkü  səbr  etmək  vacibdir.  «Yalnız  (dünyada  Allah  yolunda  çətinliklərə)  səbr 



edənlərə  (axirətdə)  saysız-hesabsız  mükafat  veriləcəkdir!».  (əz-Zumər  10).  İnsan 

bacardığı  qədər  razılıq  dərəcəsini  qazanmağa  çalışmalıdır.  Həsənul  Bəsri 



 

rahmətullahi aleyhi 



 deyir ki: «Razılıq məqamı ağırdır. Lakin möminin sığınacaq yeri 

səbrdir».  Səbrin  mahiyyəti  odur  ki,  insanın  nəfsini  saxlaması,  qəzəblənməkdən  həps 

etməsi.  Lakin  bununla  yanaşı  qəlbində  ağrı  vrdır.  Razılıq  isə  müsibətlə  yanaşı 

köksünün  genişliyini  vacib  edir.  Hətta  qəlbdə  o,  ağrı  olsa  da  belə  razılıq  o,  ağrının 

hissiyatını yüngülləşdirir. Bəzəndə o, hissiyatı razılıq bütünlüklə aradan qaldırır.  

Ömər  b.  AbdulAziz,  Fudeyl  b.  İyad 



  Allah  Onlardan  Razı  Olsun 

  deyirlər  ki: 



«Razı insan o kəsdir ki, olduğu haldan (başına gələn müsibətdən) başqasını arzulamır. 

Səbr  edən  kimsə  isə  səbr  edir,  lakin  başqa  halı  arzulayır».  Səbr  müsibətin  ilk  anında 

olduğu  kimi,  razılıq  isə  müsibət  baş  verdikdən  sonra  olur.  Peyğəmbər 



  sallallahu 



aleyhi  və  səlləm 

  dualarında  buyurardı:  «Allahım!  Mən  səndən  Qəza  və  qədərindən 



sonra razı qalmağı diləyirəm». Kim bəla baş verəndən sonra razı qalarsa həqiqi razılıq 

da  elə  budur.  Kim  müsibət  zamanı  Allahın  təqdir  etdiyinə  qəzəblənərsə  onun  ağrı 

çəkməsi ilə yanaşı Allahın qəzəbi də vardır.  

Səbr 

 həps etmək deməkdir. Üç növdür. 1. Qəza və Qədər ilə təqdir edilənlərə səbr 



(bəla,  müsibətlər  və  s).  2.  Əmr  edilənlərə  səbr  etmək  (namaz,  oruc  və  s).  3.  Qadağan 

edilənlərə  səbr  (haramlara  qarşı  səbrli  olmaq).  «Ey  iman  gətirənlər!  Səbr  və  dua  ilə 



Allahdan  kömək  diləyin.  Allah  səbr  edənlərlədir».  (əl-Bəqərə  153).  «Ey  iman 

gətirənlər!  Səbr  edin,  dözün,  hazır  olun  və  Allahdan  qorxun  ki,  bəlkə  nicat 

tapasınız».  (Ali  İmran  200).  «And  olsun  ki,  biz  içərinizdəki  mücahidləri  və  səbr 

edənləri  ayırd  edib  bilmək  üçün  sizi  imtahana  çəkəcək  və  əməllərinizi  də 

yoxlayacağıq». (Məhəmməd 31). «Əlbəttə biz sizi bir az qorxu, aclıq, bir az malnan və 

məhsul  qıtlığı  ilə  imtahan  edərik.  Səbr  edən  şəxslərə  müjdə  ver».  (əl-Bəqərə  155). 

Ömər 




  radıyallahu  anhu 

  deyir  ki:  «Biz  gözəl  həyatı  səbrlə  hiss  etdik»  Buxari, 



Əhməd.  Əli 



  radıyallahu  anhu 

  deyir  ki:  «İmansız  səbr  başsız  adam  kimidir.  Səbri 



olmayanın imanı da olmaz». İbn Məsud 



  radıyallahu  anhu 

  deyir  ki:  «İnam  imanın 



hamısıdır. Səbr isə imanın yarısıdır».  

Səbr  Cənnətin  xəzinələrindən  bir  xəzinədir.  Allahda  bunu  yalnız  istədiyi  quluna, 

hörmətli  kimsəyə  nəsib  edir.  Meymun  b.  Məhrəm 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«Heç  kəs  hətta  Peyğəmbər  də,  ondan  aşağı  olan  kimsələrdə  böyük  bir  xeyiri  sbrdən 

başqası  ilə  almamışlar».  İbrahim  ət-Teymi 



  rahmətullahi  aleyhi 



  deyir  ki: 

«ƏgərAllah  insana  əziyyətə  qarşı  səbr  veribsə  o  kimsəyə  imandan  sonra  ən  üstün 

verilən nemət elə budur». Ömər b. AbdulƏziz 



 rahmətullahi aleyhi – deyir ki: «Əgər 

Allah bir bəndəsinə  nemət verdikdən sonra neməti alaraq əvəzinə  ona səbr verərsə bu 

alınan  nemətdən  daha  xeyirlidir».  Yəhyə  b.  Muaz  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Əgər sən Rəbbini sevirsənsə və Rəbbin səni ac qoyarsa və çılpaq edərsə sənə vacibdir 

ki,  buna  səbr  edib  başqalarından  da  gizlədəsən.  Çünkü  sevən  sevdiyinin  əziyyətinə 

dözər».  Ona  görə  də  dünya  müsibətləri  onlarda  nemətlər  yerində  idi.  Onlardan  biri 

deyir  ki:  «Bəlanı  nemət  saymayan  və  əmin-amanlığı  da  müsibət  saymayan  fəqih 




 

433 


deyildir».  Onlardan  digəri  isə:  «Mənim  başıma  bir  müsibət  gəldikdə  4  dəfə  Allaha 

həmd  edirəm.  1  Həmd  edirəm  ki,  Allah  bundan  böyük  müsibət  verməyib.  2  Həmd 

edirəm  ki,  bu  müsibətə  qarşı  səbr  vermişdir.  3.  Həmd  edirəm  ki,  məni  istircə:  «İnnə 

Lilləhi  Və  İnnə  İleyhi  Raciun»  kəlməsinə  müvəffəq  etdiyi  üçün.  4.  Həmd  edirəm  ki, 

bu müsibəti mənim dinimdə etməyib». 



10. Allahın Məsləhət Bildiyində Xeyir Vardır  

«Bəzən  xoşlamadığınız  bir  şey  sizin  üçün  xeyrli,  bəzən  də  xoşladığınız  bir  şey 

sizin  üçün  zərərli  ola  bilər.  (Onu)  Allah  bilir,  siz  bilməzsiniz».  (əl-Bəqərə  216). 

Qədərin  şirinliyini  ancaq  Allahın  qəza  və  qədərinə  inanan  insan  hiss  edə  bilər.  Nəfsi 

rahat  olar.  Çox  vaxt  mömin  insan  şərrin  baş  verməsi  haqqında  düşünmür.  İş  baş 

verərsə,  başına  müsibət  gələrsə  onu  fikirləri  ilə  bir  daha  da  şişirtmir.  Onu  rahatlıqla 

qarşılayır  və  müsibətin  itiliyini  söndürür.  Mömin  insan  şərri  gözləməklə,  şərri 

çoxaltmağı bir arada toplamır. Baş verən şeyləri rahatlıqla qarşılayır və bilir ki, Allahın 

təqdir etdiyində xeyir vardır və bunu Allah daha yaxşı bilir. "Möminlər (müttəfiqlərin) 

ordu  hissələrini  gördükdə  dedilər:  “Bu,  Allahın  və  Peyğəmbərinin  bizə  olan  (zəfər) 

vədidir.  (Biz  bununla  imtahana  çəkilirik.  Əgər  bu  imtahandan  yaxşı  çıxsaq,  zəfər 

çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi möminlərə kafirlər üzərində qalib olmağı 

vəd  etmişlər).  Allah  və  Peyğəmbəri  düz  buyurmuşlar!”  Bu  (vəziyyət)  onların  yalnız 

(Allaha)  imanını  və  itaətini  artırdı".  (əl-Əhzab  22).

 

Qəza  və  Qədərə  iman  gətirən 



müsəlman  bir  kimsə  heç  vaxt  müvəffəqiyyətsizlik  və  məğlubiyyətdən  sonra  ruhdan 

düşməz, çünki  o, qəti  olaraq yəqindir ki, hər bir müvəffəqiyyətsizlik  onu daha böyük 

itkidən və təhlükəli bəladan qurtarmışdır. O, götürdüyü səbəblər üzərində, öz halından 

və əməlindən düşünər. Əgər çata bimədiyi hədəf doğru, bu hədəfə çatmaq üçün istifadə 

etdiyi səbəblər halaldırsa bu zaman o, yeni güc və qüvvə ilə, Allaha ümüd və təvəkkül 

edərək bu işin asanlaşdırıl-masını diliyərək bu işə qol qoyar".  

 

İSLAM VƏ İMAN 

 

İmanın həqiqətini bəyan edən bir çox dəlillər vardır ki, bununla bəndənin qəlbində 



iman  ağacı  kamilləşir.  Bununla  imanın  səmərələrini  görürlər  və  tamını,  şirinliyini 

dadırlar. Bununla Allahın razılığını və Cənnətini qazanırlar. Bu o, naslardır ki, imanın 

həqiqətini və kamiliyyini bəyan  edir. Peyğəmbər 

– 

sallallahu aleyhi və səlləm 

 İslam 


və  İmanı  məşhur  Cəbrail 



  əleyhissəlam 

  hədisində  zikr  etdi.  Belə  ki,  səhabələrin 



əhatəsində  Cəbrail 



  əleyhissəlam 

  ondan  İslam  və  İman  barəsində  soruşdu.  Ömər  



radıyallahu anhu 

 rəvayət edir ki, bir gün Rasulullah 





sallallahu aleyhi və səlləm - in 

hüzurunda  oturmuşduq.  Bu  vaxt  paltarı  düm  ağ,  saçları  olduqca  qara,  üzərində  səfər 

əlaməti  görünməyən  və  aramızda  hec  kimsənin  tanımadığı  bir  nəfər  içəri  girib, 

Peyğəmbər 



sallallahu  aleyhi  və  səlləm  -  in  yanında  oturdu.  İki  dizini  onun  dizlərinə 

söykəyib,  əllərini  (öz)  dizlərinin  üstünə  qoyaraq:  «Ey  Muhəmməd!  Mənə  İslam 

haqqında  xəbər  ver!»  deyə  soruşdu.  (Peyğəmbər):  «(İslam)  Allahdan  başqa  ibadətə 

layiq  haqq  ilah  olmadığına,  Muhəmmədın  Allahın  elçisi  olduğuna  şəhadət  etmək, 

namaz  qılmaq,  zəkat  vermək,  Ramazanda  oruc  tutmaq,  imkan  olduqda  Beyti  həcc 

etməkdir»  deyə  buyurdu.  (Adam):  «Doğru  söylədin!»  deyə  cavab  verdi.  (Ömər)  dedi 

ki,  adama  heyrət  etdik.  Həm  ona  sual  verir,  həm  də  onun  söylədiklərini  təsdiq  edirdi. 

(Adam):  «Mənə  İman  haqqında  xəbər  ver!»  deyə  soruşdu.  (Peyğəmbər):  «(İman) 

Allaha,  Mələklərinə,  Kitablarına,  Peyğəmbərlərinə,  Axirət  gününə  və  Xeyir  və  Şərrin 

Allahdan  olmasına  inanmaqdır»  deyə  buyurdu…  (Peyğəmbər):  «O,  Cəbrail 



 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə