2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,62 Mb.
səhifə3/7
tarix19.11.2017
ölçüsü0,62 Mb.
#11139
1   2   3   4   5   6   7
Tağbir66 – deyilən bir şey gördüm. Onu insanları Qurandan uzaqlaşdırmaq istəyən zındıqlar ortaya çıxarmışlar»67. İbn Qeyyim rahmətullahi aleyhi - İmam Şafii – rahmətullahi aleyhi - nin bu sözlərini açıqlayaraq deyir ki: «Tağbir – dünyaya qarşı rəğbəti azaldan və bir müğənninin nəğməli olaraq şer söyləməsi və orada olanların əllərindəki çubuqla bir yerə vuraraq ritm tutmalarıdır. Allah belə bir pis şeyləri öyrənən kişidən və cahil abiddən razı olmaz»68. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Şafii – rahmətullahi aleyhi - nin söz etdiyi bu işin zındıqların icadları olduğu şəkilindəki açıqlamaları, İslamın əsaslarını çox yaxşı bilən bir imamın sözüdür. Nə zaman ki, qəlb qəsidə, beyt (şer) kimi şeylərə qulaq asmaqla ləzzət alarsa bu kimi şeylər sonda Qurani Kərimi sevməməyə gətirib çıxardır. Rəhmanın ayələrini dinləməyi onlar şeytanın sözlərini dinləməklə əvəz edirlər”. İbnur Ravendi69, Farabi70, İbn Sina və onlara bənzər zındıqlıqla ittiham edilmiş kimsələrdən başqa heç kimsə belə bir musiqi dinləməyə təşviq edib dəvət etməz. Əbu AbdurRahman əs-Sulemi «Məsələtus Səma» İbnur Ravendidən belə dediyini rəvayət edir: “Alimlər musiqi dinləmək haqqında fərqli görüşlərə sahibdirlər. Kimiləri bunu mübah qəbul etmiş, kimiləri məkruh görmüşlər. Mən isə bunu vacib qəbul edirəm»71. Şafii məzhəbindən olan İmam Əbu İshaq əş-Şirazi – rahmətullahi aleyhi – deyir ki: “Gitara, arfa (üçbucaq çərçivə şəklində barmaqla çalınan simli musiqi aləti), təbil, tütək və s. musiqi alətlərini istifadə etmək haramdır. Dəlil: «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Həqiqətən bu musiqi alətləridir”. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah mənim ümmətimə içkini, azart oyunları, təbil və bərabit (ud) qadağan etmişdir”72. İshaq b. İsa ət-Taba rəvayət edir ki, İmam Məlik – rahmətullahi aleyhi – dən Mədinəlilərin musiqi xüsusunda rüxsət vermələrinə dair sual soruşdum o: «Bunu ancaq fasiqlər edər» deyə cavab verdi73. Məliki məzhəbindən olan Qasım b. Muhəmməd deyir ki: “Qiyamət günü haqq ilə batil bir yerə cəm olduğu zaman musiqi batil arasında olacaqdır. Batil isə atəşdədir”74. Vəki b. Cərrah – rahmətullahi aleyhi - deyir ki: «(Musiqi alətini) al və sahibinin başında qır. Çünki İbn Ömər - radıyallahu anhu – belə edərdi»75. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbdə münafiqlik yetişdirir»76. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Tütək, zurna, tabur, ud, kamança və bənzəri şeylər haramdır»77. İmam Əhməd – rahmətullahi aleyhi - nin oğlu Abdullah deyir ki, atamdan mahnı barəsində soruşdum o: “Mahnı qəlbdə münafiqlik yetişdirir və mən onu sevmirəm”78. Hənbəli məzhəbindən olan İbn Qudamə – rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətləri üç növdür və onların hər biri də qadağandır. Bu alətlərdən: Simli alətlər, nəfəs və zərb alətləridir. Kim inadkarlıq edib bunlara qulaq asarsa o, rədd olunmalıdır”79. Əbu Bəkr əl-Mərvəzi – rahmətullahi aleyhi - deyir ki, Əbu Abdullah (İmam Əhməd – rahmətullahi aleyhi – dən) soruşdum: «Küçədən keçərkən davul satıldığını gördüm. Onları qırımmı?». O: «Sənin gücünün çatacağını zənn etmirəm. Gücün çatarsa nə gözəl» deyə cavab verdi. Sonra yenə də soruşdum ki: «Ölü yumağa çağrıldığımda bir davul səsi eşitdim. Nə edim?”. Cavabı: «Sındıra bilsən sındır, gücün çatmazsa çölə çıx»80. Şabi – rahmətullahi aleyhi - deyir ki: «Allah müğənniyə və musiqi dinləyənə lənət etsin»81. Dahhaq – rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbləri pozar və Rəbbi qəzəbləndirər»82. Əbu Qasım Diməşqi deyir ki, Əbu Ali Ruzebariyə: «Əyləncə və musiqini dinləyən mənə halaldır, çünki mən elə bir dərəcəyə çatdım ki, artıq mənə təsir etmir» deyən kimsədən soruşuldu. Əbu Ali: «Bəli, o dərəcələrə çatdı, lakin Cəhənnəm dərəcələrindən Sakara» dedi. Əbul Həsən deyir ki, bir nəfər başqa birisinin gitarasını qırdı. Gitarası qırılan Qazı Şureyhin yanına gələrək şikayət etdi. Şureyh də gitaranı qırana hər hansı bir təzminat ödətmədi»83.

Qəsidələr dinləmək bəzi kimsələrin qəlblərində Quranı dinləməkdən daha üstün tutuldu. Qəsidə dinləyən zaman incələnən qəlb Quranı dinləməklə əsla yumşalmadı. Bu da onu göstərir ki, gizli bir hava onların qəlblərinə yerləşmiş və onları məğlub etmişdir. Onlar isə tam başqa şey zənn edirlər. Əbu Hüseyn Dərrac deyir ki: Bağdatda Yusuf b. Hüseyn Razini ziyarət etmək istədim. Şəhərə daxil olduqda onun evini soruşdum. Soruşduğum hər kəs: O, zındığı sən neynirsən? Deyə soruşdular. Onların bu sözlərindən köksüm daraldı. O, kecə məsciddə gecələdim. Sonra öz-özümə bu şəhərə onu ziyarət etmək üçün gəldim. Onu ziyarət etmədən də dönməyəcəyəm dedim. Təkrar onu soruşmağa başladım. Ta ki, məscidə çatdım. Əlində Quran oxuyan birinin onun qarşısında mihrabda oturduğunu gördüm. Ona yaxınlaşdım və salam verdim. Salamımı aldı və: Haradan gəlirsən? Deyə soruşdu. Mən: «Filan yerdən» dedim. Şeyxi ziyarət etmək üçün gəldim. O: «Gözəl bir şer oxumağı bilirsənmi?» dedi. Mən: «Bəli» dedim və bir şer söylədim. O, mushafı bağladı və ağlamağa başladı. Çox ağlamaqdan saqqalı və əbası islandı. Mənə: «Ey oğul! Şəhər əhlinin Yusuf b. Hüseynə zındığ demələrini pis qarşıladın. Lakin namaz vaxtından bəri Quran oxuyuram, gözümdən bir damla yaş da gəlmədi. Lakin bu beytlə Qiyamətim az qala qopdu». İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Musiqi və çalğı alətlərini dinləmək şeytanın vəsvəsəsini gücləndirən şeylərin ən böyüküdür. Bu müşriklərin dinləyişidir»84. Möminlərin əmiri Yəzid b. əl-Vəlid b. Abdul Məlik deyir ki: «Ey Umeyyə oğulları! Musiqidən çəkinin. Çünki o, həyanı azaldır, şəhvəti artırır, kişiliyi yox edir. O, içkinin yerinə keçir və sərxoşluğun etdiyini edir. Çünki musiqi zinanın dəhlizidir»85. İbnul Cövzi rahmətullahi aleyhi - deyir ki: «Bilinməlidir ki, musiqi dinləmək iki şeyi bir yerə cəm edir. Qəlbi Allahın əzəmətini düşünməkdən və ona xidmətdən uzaqlaşdırması və qəlbi ən çox hissi şəhvətləri yerinə yetirməyə, ani ləzzətlərə meyl etdirməsidir… Zina ilə musiqi arasında bir münasibət vardır. Çünki musiqi ruhun zövqü, zina isə nəfsin ən böyük zövqüdür. Buna görə də musiqi zinanın dəvətçisidir… Şeytan abidlərdən haram səsləri eşitməkdən ümüdünü kəsincə ud və bənzəri alətlərə yönəltdi. Onlara bunu xoş göstərdi. Məqsədi isə bir şeydən digər bir şeyə doğru yavaş-yavaş yönəltməkdir»86.



Zahid tabiin Muhəmməd b. əl-Munkər rahmətullahi aleyhi - deyir ki: «Qiyamət günü gəldikdə biri səsləyərək: Özlərini və qulaqlarını Ləhvəl (əyləncə, oyun, boş şey) uzaq olanlar haradadırlar? Onları misk baxçalarına yerləşdirin. Sonra mələklərə deyilir: Onlara mənim mərhəmətimi duyurun. Orada qorxu olmadığını və üzülməyəcəklərini bildirin»87. Əbu Tayyib ət-Təbəri rahmətullahi aleyhi - deyir ki: «Musiqi dinləyənin ağlı və həyası əskilər. Müsiqi dinləmədən əvvəl nifrət etdiyi çox danışmaq, yalan, qəh-qəhə ilə gülmək, çırtma çalmaq, ayağı yerə vurmaq kimi əməlləri bəyənməyə başlayar»88. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Çalğılar, nəfslərin içkisidir. Onlar nəfslərə içkidən daha pis təsir edirlər (Başqa rəvayətdə: Musiqi zinanın yolçusudur. O, zinanın meydana gəlməsində ən böyük səbəblərdəndir)»89. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Dinin həqiqətindən, qəlblərin hallarından, zövqlərindən və həyacanlarından xəbərdar olan kimsə fit verib, əl çalmaq (musiqi dinləməyin) zərəri və fəsadı xaric, qəlblərə hər hansı bir fayda və xeyiri olmadığını bilir. İçki bədən üçün nə isə musiqi dinləmək də ruh üçün odur. Buna görə də mahnı oxumağa düşkün olanlar şərabın sərxoşluğundan daha çox sərxoş olurlar. Onlar eyni ilə içki içənin duyduğu ləzzəti duyurlar. Hətta içki içənin duyduğundan daha çox və böyük bir zövq alırlar. Bu onları Allahı anmaqdan və namazdan, içkinin uzaqlaşdırdığından daha çox uzaqlaşdırar. İçkidən daha çox aralarında kin və düşmənçilik salır»90. İmam Tartuşi rahmətullahi aleyhi - dən: «Bir yerdə bir qrup yığışaraq Quran oxuduqdan sonra bir kimsənin qalxıb onlara şer oxuyub rəks etməsi, cuşa gəlməsi, dəf və qaval çalan kimsələrin durumu və bunlarla birlikdə oturmağın halal olması və olmaması deyə soruşulduqda o: «Sufilərin getdikləri bu yol sapıqlıqdır. İslam sadəcə Allahın Kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsidir. Rəks və cuşa gəlməyə gəlincə isə onu ilk edənlər Samirinin yoldaşlarıdır. Samiri onlara cansız bir cəsəd olaraq bir buzov heykəli etdikdə, onlarda onun ətrafında rəks edib cuşa gəldilər. Rəks isə kafirlərin və buzova tapınanların dinidir… Allaha və Axirət gününə iman edən bir kimsənin onlarla birlikdə olması və onlara kömək etməsi halal olmaz. İmam Məlik, Şəfii, Əbu Hənifə, İmam Əhməd və başqa müsəlmanların imamlarının məzhəbi budur»91. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: «Əylənmək üçün (musiqi alətləri ilə edilən) bir şeyi əhatə edən musiqiləri dinləmək evdə və ya minikdə, toplantıda, məclislərdə, istər kişi olsun, istər qadın dinləyən hər kəsə haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). Çünki o, qəlb üçün bir fitnədir, onu pisliyə həvəsləndirər, yaxşılıqdan çevirər, insanın vaxtını zay edər». Əbu Abdullah b. Batta əl-Ukberi belə deyir: «Bir nəfər mənim yanıma gələrək musiqi dinləməyin hökmünü soruşdu. Mən də onu bundan nəhy etdim və alimlərin bu işi pis gördüklərini, səfehlərin isə xoş gördüklərini söylədim. Bunu ancaq sufilərdən bir qrup edər. Zahid olduqlarını izhar edərlər. Sevgi və məhəbbəti iddia edərlər, qorxu və ümüdü itirərlər. Gənclərdən və qadınlardan dinləyirlər. Coşurlar, bağırırlar və bayılıb özlərindən gedirlər. Zənn edirlər ki, bütün bunlar Rəblərinə olan sevginin şiddətindəndir. Allah onların söylədiklərindən münəzzəhdir». Şeyx Usymin, Şeyx Albani rahmətullahi aleyhi - deyirlər ki: «Musiqi dinləmək haramdır»92 demişlər. Şeyx əl-Albani rahmətullahi aleyhi - öz başına gələn bir hadisəni belə anladır: «Mən Dəməşqdə öz dükanımda saat təmir edirdim. Tələbə olan bir müştəri mənə yaxınlaşdı. Başında Suriyada tanınan abani (ipək parça sarı cizgilərlə) kimi bir sarğı vardı. Qoltuğunun altında olan cihaz diqqətimi çəkdi. (Musiqi) dinləmək üçün cihaz olduğunu zənn etdim. Nə olduğunu soruşduqda təmin etdiyim kimi mənə cavab verdi. Mən də heyrətlə: Sən müğənnisən? deyə soruşdum. O: Xeyr, lakin, dinləyirəm dedi. Mən: Məgər sən dörd imamın haram olduğunu görüş birliyi ilə ifadə etdiklərini bilmirsən? dedim. O: Mən yaxşı bir niyyətlə bu işi edirəm, dedi. Mən: Bu necə olur? Deyə soruşdum. O: Mən əlimdə təsbeh olduğu halda oturur Allahı təsbih və zikr edirəm. Bu arada Ummu Gülsümün mahnılarını da dinləyirəm. Onun şirin səsi ilə Cənnətdə olan Cənnət qadınlarının səslərini xatırladıram. Bu sözlərinə lazımı cavabı verdim. Lakin indi ona nə dediklərimi tam xatırlamıram. Bir həftədən sonra təmir edilmiş saatını almaq üçün gəldi. Yanında da daha güclü elm tələbəsini gətirmişdir. Bu kişi Rabidatul Uləma cəmiyyətinə mənsub tanınmış birisi idi. Yoldaşını dəstəkliyərək mövzu ilə bağlı açıqlamalar etdi. Gözəl niyyətinə görə məzurdur dedi. Mən: İnsanı Allaha yaxınlaşdırması bir qırağa dursun, yaxşı niyyətin haramı halal edə bilməz, dedim. Bir müsəlman Cənnət şərabını xatırlamaq idiasıyla şərab içməyi halal qəbul edərsə bu haqda nə deyirsən? Eyni şeyi zina üçün də söyləyə bilərəm. Allahdan qorx, Allahın haram etdiyini halal etmə! Hətta ən bəsit bir hiylə ilə Allaha yaxınlaşma və Allahın haramlarını halal edən qapını insanlara açma, dedim. Bundan sonra o, kimsə söyləyəcək bir söz tapmadı»93.

Musiqinin Haram Olması Barədə İcma94 Vardır - Bilinməlidir ki, hər zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi rahmətullahi aleyhi - deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur»95. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Ud və bənzəri musiqi alətləri və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər»96. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə bərabər beytləri dinləmək üçün bir yerə yığışıb toplanmalarını din etməmişdir»97. İbnus Salahda, dəf və qaval ilə birlikdə mahnı oxumağı, bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal və Allaha yaxınlaşdıran bir əməl və ibadətlərin ən fəzilətlilərindən olduğuna inananların hökmü haqqında verilən bir suala bu fətvanı vermişdir: Bu kimsələr Uca Allaha iftira etmişlər. Onlar bu sözləriylə inkarçı, batinilərin yolu ilə getmiş, müsəlmanların icmasına müxalif olmuşlar. Müsəlmanların icmasına müxalif olan bir kimsə haqqında isə Uca Allah: «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115)98. İmam Şatibi, bir yerə toplanaraq cəmaat şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən bir topluluğa dair verilən suala belə cavab vermişdir: «Bütün bunlar Peyğəmbər sallallahu aleyhi və səlləm in yoluna, səhabələrini və onlara gözəl bir şəkildə tabe olanların getdikləri yola müxalif olmaq, sonradan uydurulmuş bidətlərdir». İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o, səfehlərdən sayılar və şəhadəti qəbul edilməz». İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Bu musiqi haramdır və çirkindir. Müsəlmanlardan heç kimsə onu mübah görməz. Üzündən həya pərdəsini və din örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı açıqca çirkinlikləri söyləyənlərdən başqası onu gözəl görməz. Bu kimi pisliklərə sahib olan musiqinin çirkinliyi insanların fitrətində də yer tutmuşdur. Belə ki, kafirlər də bundan ötrü müsəlmanları və dinlərini ayıblayırlar. Bəli, müsəlman alimləri, İslam dini ağıl və din xüsusunda, məhrəm qadınlar və uşaqlar haqqında bir çox pisliklərə səbəb olan bu musiqi dinləməkdən uzaqdırlar. Belə bir musiqi dinləmək dini nə qədər ifsad etmiş, neçə sünnətin ölməsinə səbəb olmuş, nə qədər həyasızlıq və bidətin canlanmasına səbəb olmuşdur?99

Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil!

Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil!

Bax, musiqi və çalğıda necə coşdurur!

Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular!

Musiqinin qəlblərdə, ruhlarda və dinlərdə səbəb olduğu pisliklər sayılmayacaq qədər çoxdur. Mahmud əl-Alusi rahmətullahi aleyhi - deyir ki: «Digər İslam ölkələrində və bəzi bölgələrdə musiqi bəlası hər tərəfi bürümüşdür. Məscidlər və başqa yerlər də bu şeydən qorunmamış-dır. Hətta bəzi vaxtlarda minarələrdə mahnı oxuyan müğənnilər təyin edilmişdir. Bunlar da içkini, meyxanaları və haram sayılan daha bir çox şerləri oxuyurlar. Bununla bərabər belələrinə vəkfdən bəlli bir pay da ayrılmışdır… Bundan daha çirkin sufilərin iblislərinin və azğınlarının etdikləridir. Digər tərəfdən onlar söylədikləri mahnıların və oxuduqları şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər: Bizlər (şərab) ilə İlahi sevgini, ən böyük sevgili olan Allahı qəsd edirik. Lakin belə bir fəhm hörmətsizlikdir. Çünki Allah: «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar». (əl-Əraf 180). Onların oxuduqları şerlərin çoxu oxuna biləcək şerlərin ən pisidir. Buna baxmayaraq onlar bu işin Allaha yaxınlaşdıran bir əməl olduğuna inanır və bu işi ən çox istəyən və arzu edənlərin Allahın nemətini ən çox istəyən, əzabından ən çox qorxan kimsələr olduğunu iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»100.



«Bu gün sizin dininizi tamamladım» (əl-Maidə 3) deyə buyurmaqdadır. Əgər əyləndirici musiqi alətlərini çalmaq yaxud da dinləmək dinin bir parçasını təşkil etsə və aləmlərin Rəbbinə yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu açıqlayar və ümmətinə ən mükəmməl şəkildə izah edərdi. Lakin heç bir Peyğəmbər belə bir şeyi əmr etməmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olana and olsun ki, sizi Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə əmr etdim və sizi Cəhənnəmə yaxınlaşdıracaq, Cənnətdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə qadağan etdim»101102. Alləmə İbn Həcər Heysəmi rahmətullahi aleyhi - deyir ki: «Tabur, ud, telli saz, kamança, santur (kanona bənzər alət) əylənməyi sevən və günahkar kimsələr tərəfindən bilinən başqa alətlərin hamısı ixtilafsız haramdır. Bunlarda ixtilaf olduğunu söyləyən xəta etmiş və nəfsi-istəyinə uymuşdur. Belə ki, bu halı onu kor və kar hala gətirmiş və onu təqvadan ayırmışdır…»103. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). Bu ayədə Allah möminlərin yolundan çıxaraq başqa yola sapan kimsənin gedəcəyi yerin Cəhənnəm olduğunu Allah qorusun bildirməkdədir. Müsəlmanların icması haqdır. O, möminlərin yoludur. Onların icmasına qarşı çıxana ayədə təhdid vardır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənim ümmətimi sapıqlıqla bir araya gətirməz. Allahın əli cəmaat üzərindədir. Allahın əli cəmaat üzərindədir. Kim (söz, əməl və etiqad) olaraq cəmaatdan ayrılarsa Cəhənnəmə doğru ayrılmış olar»104.

Yuxarıda söylənilən səhabə, tabiin, ətbəu tabiin və sələfdən və onlardan sonra gələn alimlərin böyük bir qisminin sözlərindən aydın oldu ki, onlar çalğı və musiqinin haram olunduğunu icma etmişlər. Heç biri rüxsət verdiyini söyləmədi, istifadə etmələrini şiddətlə qadağan etdilər və musiqi alətlərinin qırılmasını əmr etdilər və: Onları qırdığına görə heç bir təzminat da ödənilməz105.



Nə Üçün Musiqi Digər Günahlar Arasında Münafiqliyi Yetişdirir? İbn Qeyyim rahmətullahi aleyhi - daha öncə keçən İbn Məsud radıyallahu anhu nun: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»106 hədisini açıqlayarkən deyir: «Əgər səndən digər günahlar arasında musiqinin münafiqliyi yetişdirməsi necə açıqlanır? deyə soruşularsa onda: Bu səhabələrin qəlblərin hallarını və əməlləri ən yaxşı şəkildə qavradıqlarına, qəlbin xəstəliklərini və müalicə yollarını ən yaxşı bildiklərinə, Səhabələrin qəlblərin təbibləri olduqlarına ən açıq dəlillərdən biridir… Lakin vaxt keçdikcə təbiblərin azlığı və xəstələrin çoxluğu keçmişdə görülməyən yeni xəstəliklərin çıxmasına səbəb oldu. Bunu da bil ki, musiqinin qəlbi münafiqliklə boyaması, əkinin su ilə yetişməsi kimi münafiqliyin qəlbdə yetişməsinin bir çox özəllikləri vardır. Bu özəlliklərdən bəziləri: Musiqi qəlbi əyləndirir və Quranı qavramaqdan, onun üzərində düşünməkdən, Quranda olan hökmlərə lazımınca əməl etməkdən yayındırır. Şünhəsiz ki, Quran və musiqi əbədiyyən qəlbdə bir arada ola bilməzlər. Çünki Quran havaya (faydasız şeylərə) uymağı qadağan edir. Quran iffəti, nəfslərin şəhvət və arzularından uzaq olmağı, azğınlıq yollarından uzaqlaşmağı əmr edər, şeytanın addımlarının ardıyca getməyi qadağan edərkən, musiqi bütün bunların əksini əmr edər və bunları gözəl göstərir. Nəfslərdə azğın arzuları hərəkətə gətirir. Gizli olanlarını hərəkətə gətirir. Sakit duranlarını coşdurur, nəfsi çirkin olan hər bir şeyə doğru təhrik edər. Hər gözəl qadına və ya kişiyə yaxınlaşmağa meyl etdirər. Musiqi və şərab eyni südü əmmişlər. Hər ikisi də çirkinliklərə, arzuları oyandırmaqda birbirilə yarışırlar. Şübhəsiz musiqi içkinin əksi, süd qardaşı, onun vəkili, onun müttəfiqi, onun sirdaşı, onun yoldaşıdır. Şeytan bu ikisi arasında pozulmayan bir qardaşlıq bağı qurmuşdur. Musiqi qəlbin cəsusu, ondakı mərdliyi oğurlayan, ağlın qurdudur. Qəlblərin dərinliklərinə nüfuz edər, qəlbdəki gizlilikləri kəşf edər. Qəlbdə olan hava, şəhvət, həyasızlıq, məntiqsizlik, axmaqlıq kimi halları hərəkətə gətirir. Bir kimsəni ağır təbiətli, gözəl əxlaqlı, imanlı olduğunu, üzərində İslamın cizgiləri və Quranın şirinliyinin əlamətlərini daşıdığını görürsən. Eyni adam musiqi dinləyib, ona meyl etdiyi təqdirdə ağlının azalması, həyasının getməsi, mərdliyinin yox olması, gözəl sifətlərin ondan getməsi, şeytanın onun halına sevindiyini, imanının isə Allaha şikayət etməsi, Quran oxumağın ona ağır gəlməsi, artıq o, kimsə musiqi dinləməkdən əvvəl çirkin gördüyü şeyləri gözəl görməyə başlayıb, ağır təbiətlikdən və əxlaqdan, çox danışmağa, yalan söyləməyə, təkəbbürlənməyə, barmaqlarını çırtlamağa, başını sağa-sola əyməyə, çiyinlərini sallamağa, ayaqlarını yerə, əllərini qadınlar kimi çırpar, cuşa gəldikdə isə öküzdən daha betər olar. Kimi zaman kədərli kimi ah çəkər, kimi zaman da dəlilər kimi fəryad edər. Ariflər deyirlər ki: «Musiqi dinləmək kimisində münafiqliyi, kimisində inadkarlığı, kimisində yalançılığı, kimisində həyasızlığı, kimilərində də axmaqlığı yetişdirir»107. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Arif insan səbəbləri götürən, nəticələri fikirləşən, məqsədləri və sonunda yetişəcəyi nöqtə üzərində düşünən kimsədir. Haramlara götürən yolları bağlamaqda şəriətin məqsədlərini bilən bir kimsə bu şəkildə musiqi dinləməyin haram olduğunu qəti qəbul edər. Çünki yad bir qadına baxmaq və səsini dinləmək, harama gedən yolu bağlamaq üçün haramdır.

Şəriətin haram etdikləri iki qimdir: 1 – Bir qismi içində olan pisliklərə görə haramdır. 2 – Bir qismi də pislik olan bir şeyə aparan yol olduğundan haram edilmişdir.



Haram olan bu xüsusa baxar və nəyə səbəb olduğuna baxmayan bir kimsə bunun nə üçün haram edildiyini başa düşməkdə çətinlik çəkər və belə deyər: Gözəl bir surətə baxmaqda nə kimi bir pislik, günah vardır? Cuşa gətirən və bir alət ilə icra edilən bir səsdə, gözəl bir səslə söylənən vəzinli bir sözü dinləməkdə nə kimi bir pislik vardır? Belə deyənə bu şəkildə cavab verilir: «Surətlərə bu şəkildə baxmağın və cuşa gətirən bu çalğıları dinləməyin haram edilməsi şəriətin əksiksiz və mükəmməl olduğunu, onu ümmətin xeyirini səmimi olaraq istədiyini göstərməkdədir. Əgər pislikləri haram etməklə bərabər onlara aparan yolları mubah etsəydi bu ağla sığmaz olardı. (Necə ola bilər ki, bir şey haram olsun lakin ona aparan yollar isə mubah)… Harama götürən bir yol olduğu üçün bu yolu bağlamaq məqsədilə qadağan edilmişdir. Bu da onun hikməti, rəhməti və qullarını qoruması, onları pisliklərdən və pisliklərə aparan yol və vasitələrdən himayə etməsinin bir göstəricisidir. Ağlı başında və həqiqəti bilən bir kimsə musiqi və musiqi alətlərinin Allahın və Rəsulunun haram etdiyi şeylərə götürəcəyini bilir. Əgər onun səbəb olduğu pisliklər baxmanın səbəb olduğu pisliklərdən çox olmasa da, aşağı da deyildir. Musiqi çox vaxt içkinin səbəb olduğu pisliklərdən də artığına səbəb olur. Çünki içkinin sərxoşluğundan kişi tez ayılır. Lakin musiqi dinləməkdən sərxoş olan kimsə yalnız həlak olanlar arasında ayılır»108.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə