2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN



Yüklə 0,62 Mb.
səhifə2/7
tarix19.11.2017
ölçüsü0,62 Mb.
#11139
1   2   3   4   5   6   7

BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN

HİCRİ 1427-Cİ İL CƏMƏDİƏL ƏVVƏL 26


HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)

MUSİQİ

Mahnı (Şer) Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan da ola bilər7. İbnul Əsir rahmətullahi aleyhi - deyir ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər»8.

Musiqi Yunan sözü olub Ud, Kamança, Tabur, Klarnet və s. kimi çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.

Musiqinin Dindəki İsimləri əl-Ləhv (əyləncə, vaxtı boşa keçirmək), əl-Ləğv (boş söz), əl-Batil (boş, dəyərsiz), əz-Zur (yalan), əs-Sumud (boş şeylə əylənmək), əl-Muka (fit çalmaq), ət-Tasdiyə (əl çalmaq), Ruqyətuz Zina (zinanın dəvətçisi), Savtuş Şeytan (şeytanın səsi), Məzmuruş Şeytan (şeytanın qavalı), Quranuş Şeytan (şeytanın Quranı), Muəzzinuş Şeytan (şeytanın müəzzini), Munbitun Nifaq (nifaq çıxaran, yetişdirən), Səvtul Ahmaq (axmaq səs), Savtul Facir (yalançı, rəzil səs)9.

Musiqinin Fərdlərə Olan Təsifri Musiqi harama təşviq edər və onu gözəl göstərər. O, haramları etməyə sövq edən bir vasitədir. Fısqı, fucuru (günahkarlığı), həyasızlığı və ədəbsizliyi əmr edər. Nəfsi şəhvətlərə (istək və arzuları) yerinə yetirməyə yönəldər. İnsanın şəxsiyyətini, ədalətini və hörmətini itirər. Ağlın və imanın gözəlliyini və üzdəki nuru itirər. İnsan nəfsindəki şeytani durumları gücləndirər. Qəlbi Quranı və Allahı zikr etməkdən yayındırar. Qəlbi korlayar və bundan sonra qəlb heç bir xeyiri görməz və heç bir pisliyi də inkar etməz. Qulu facirlərə və kafirlərə bənzəməyə sövq edər. Fərd və toplum üçün İlahi cəzaların gəlməsinə səbəbdir.

Musiqi İki Növdür:

1. Haram Olan Musiqi Bura qadınların və kişilərin musiqi alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmələri, qadınların kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.

Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın yolundan uzaqlaşmaqda və şeytanın yoluna düşməkdə və sonun pis qurtarmasına səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq, bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir. Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan bir parçadır. İbn Məsud radıyallahu anhu deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»10.



Musiqi Barəsində Qurani Kərimdə Keçən Ayələr - «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). İbn Məsud – radıyallahu anhu – dan ayədə keçən Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə təkrar etdi11. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur»12. İkrimə – rahmətullahi aleyhi - deyir ki: «Ləhvəl Hədisin – Musiqidir»13. İbn Ömər və Cabir b. Abdullah – radıyallahu anhum – rəvayət edirlər ki: «Bunlar səhabələrin böyüklərindən olan dörd kişidir ki, qəti olaraq Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) musiqi olduğu görüşündədirlər. Səhabənin təfsirinin mötəbər olduğu üsulda qəbul edilən şeylərdəndir. Səhabələr hər hansı bir təfsirdə icma edərlərsə, onların icması dəlil olur. Səhabə və tabiin Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) təfsirinin Musiqi olduğunda icma etmişlər. Bu görüşdə olduqlarını bildirən bəzi Tabiinlər: Mucahid, İkrimə, Məhkul, İbrahim ən-Nəhai, Ata əl-Xorasani, Həsənul Bəsri, Said b. Cubeyr, Qatadə b. Dəamə, Meymun b. Mihran, Həbib b. Əbi Sabit, Amr b. Şueyb, Said b. Museyyib, Abdulməlik b. Cureyh – Allah Onlara Rəhmət Etsin – bu ayədəki Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər14. AbdurRahman əs-Sədii – rahmətullahi aleyhi – deyir ki: “Bu ayə özündə bi çox qadağan olunmuş ifadələri əhatə edir. Boş-boğazlıq (naqqallıq, lağlağılıq), yalan, cəfəngiyat, qeybət, böhtan, təhqir, lənət, nə bu dünyada nə də axirətdə heç bir faydası olmayan şeytanın musiqisi və musiqi alətləri”15.

əl-Albani rahmətullahi aleyhi «İslam Fiqhində Çalğı Alətləri» kitabında deyir ki: «Sapdırmaq sözünün əvvəlində yer alan Ləm hərfini əl-Vahidi rahmətullahi aleyhi - öz təfsirində belə açıqlayır: Aqibət «Ləm»-idir. Yəni belə bir kimsənin sonda düşəcəyi yer sapmaqdır”. İbnul Covzi rahmətullahi aleyhi - deyir ki: «Ləm» illət (səbəb bildirmək) üçün deyildir»16. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Bunu belə açıqlaya bilərik – Musiqi və çalğı alətlərini dinləməyə həvəs göstərən bir kimsədə mütləq elm və əməl etibarıyla hidayət yolundan bir miqdar sapma vardır. Quranı dinləməkdən bir az üz çevirib, musiqi dinləməyə yönəlməkdir. Belə ki, əgər eyni anda musiqi dinləmək ilə Quranı dinləmək ilə qarşı qarşıya qalarsa onu buraxıb musiqiyə yönələr. Quranı dinləmək isə ona ağır gələr. Hətta Quran oxuyanı susdurmaq həddinə də çata bilər və Quran oxuyanın oxumasının uzun olduğunu gördükdə musiqinin daha da davam etməsini istər». İbn Abbas radıyallahu anhu deyir ki: «Dəf haramdır, çalğı alətləri haramdır, qaval (davul) haramdır, zurna haramdır»17. İbn Həcər rahmətullahi aleyhi müəllimi İbn Muvakkin rahmətullahi aleyhi bu ayəyə əsaslanaraq deyir ki: “Oxumaq və Musiqini dinləmək qadağan olunmuş əməllərrdəndir. Hətta musiqi alətlərilə müşayət olunmasa da belə”18.



«Onlardan kimi bacarsan səsinlə yerindən oynat». (əl-İsra 64). Mücahid rahmətullahi aleyhi - deyir ki: «İblisin səsi – musiqi, tütək, Ləhv əyləncə və batildir»19. Dəhhaq b. Muzahim rahmətullahi aleyhi - deyir ki: «O, tütəyin səsidir»20. əş-Şabi rahmətullahi aleyhi - deyir ki: «Suyun bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir. Şübhəsiz zikr də suyun əkini yetişdirdiyi kimi qəlbdə imanı yetişdirir»21.

«İndi siz bu kəlama təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Qəflət içində qalıb oynayır, əylənirsiniz». (ən-Nəcm 59-61). İbn Abbas radıyallahu anhu deyir ki: «Və Əntum Samidun – bu musiqidir. Onlar Quranı dinlədikdə musiqi söyləyər və oynayardılar. Bu Yəmənlilərin ləhçəsidir. Usmud Lənə bizə mahnı oxu deməkdir»22. Bir nəfər İbn Abbas radıyallahu anhu ya deyir ki: «Musiqi haqda görüşün nədir? O, halaldır, yoxsa haram?». İbn Abbas: «Mən yalnız Allahın kitabında haram olana, haram olduğunu söyləyirəm» dedi. Adam: «O, zaman halaldır?» dedi. İbn Abbas: «Bunu da söyləmirəm» dedi və əlavə olaraq: «Qiyamət günü gəldikdə, haqq ilə batili gördükdə musiqi harada olur?». Adam: «O, batil arasında olur» dedi. İbn Abbas: «Get, fətvanı özün verdin» dedi23.

«Onların Beytulhəramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı». (əl-Ənfal 35). İbn Qeyyim radıyallahu anhu deyir ki: «İbn Abbas, İbn Ömər, Atiyyə, Mucahid, əd-Dahhaq, Həsən və Qatadə Allah onlardan razı olsun ayədə keçən Muka fit çalmaq, Tasdiyə əl çalmaq mənasına gəldiyini söyləmişlər. İbn Abbas radıyallahu anhu deyir ki: “Qureyş Beytullahı çılpaq olaraq təvaf edir, fit verib əl çalırdılar». Mucahid radıyallahu anhu deyir ki: «Təvafda Peyğəmbər sallallahu aleyhi və səlləm in qarşısına çıxaraq təvaf və namazını pozmaq üçün fit verib, əl çalırdılar. Əl çalanlar, qamış və tütək, bənzəri şeylərə üfürərək səs çıxaranlar da bunlara bənzəyirlər. Bu sadəcə görünüşdə bir bənzəmə olsa da belə, onlara bənzəməyə çalışdığına görə qınanılır»24. Şeyx Əhməd b. Yəhya ən-Nəcmi deyir ki: «Allah əl çalan və fit verən Qureyşi pislədi. Allah birisini yalnız batil və boş bir davranışdan ötrü pislər. Başa düşülür ki, doğru və ya halal olsaydı Allah onları bundan ötrü pisləməzdi. Onları pislədiyinə görə bu onun haram və batil olduğunu göstərir. Eynilə haqqında hədd, cəza, lənət, qəzəb, atəş enən hər bir şeydə haramdır və böyük günahlardandır. Böyük imamlar belə söyləmişlər. Fit verib əl çalmaq pisləndi və bunlar əzabla yan-yana zikr edildi. Bu onların haram olduğunu ifadə edər. Böyüklərə hörmət əlaməti və şanlarını yüksəltmək üçün etdikləri alqış (əl çalmaq) da haramdır. Çünki o, Allahın kafirləri pisləməsinə səbəb olan əməllər-dəndir»25.

Musiqi Barəsində Sünnədə Keçən Hədislər - Musiqni halal görənlər deyirlər ki: Sünnədə Musiqini haram olması barəsində bir dənə də belə səhih hədis yoxdur və bu sözlərində İbn Həzm və İmam Qazali –Allah Onlardan Razı Olsun - əsaslanırlar. Əhli Sünnə alimləri qeyd edirlər ki, adı çəkilən bu alimlər hədis elimində mötəbər sayılmırlar. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Hədis elimindən anlayışı olmayan bir kimsənin sözlərinə etimad edilməz”. Həqiqətdə isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsində musiqi və musiqi alətlərinin qadağan olunması barəsində bir çox hədislər vardır. Başlayaq İmam Buxari – rahmətullahi aleyhi – nin “Səhih” əsərində keçən hədislə: Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. Onlardan bir qrupu hündür bir dağın kənarında məskunlaşacaqlar. Axşamı onların sürüsü yanlarına gətiriləcəkdir və kasıb birisi ehtiyacdan ötrü onların yanına gələcəkdir. Onlar: Get, sabah gələrsən. Buna görə Uca Allah gecə ikən dağı üzərlərinə endirib bir qismini həlak edəcəkdir. Digərlərini isə Qiyamət gününə qədər meymunlara və donuzlara döndərəcəkdir»26. İbni Munzir deyir ki: “Məazif – musiqi alətləridir”27. Hədisdə keçən Məazif – Cəvamiul kəlim (az kəlimə ilə çox mənanı ifadə edən sözlərdəndir). Yəni hər cür musiqi və əyləncə alətini əhatə etməkdədir. Məazif – dəf, zurna, qaval, gitara və s. çalğı alətlərinin adıdır28. Bu hədis musiqinin haram olmasını göstərən güclü bir dəlildir. Çünki hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Halal Sayan Kimsələr». Əsl olaraq dörd şeyin haram olduğunu göstərir. Əgər halal olsaydı belə söyləməzdi29. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Məazif – bütün çalğı alətləridir. Bu xüsusta dilçilər arasında görüş ayrılığı yoxdur. Əgər bunlar halal olsaydı, heç bir zaman bunları halal qəbul etdikləri üçün onları qınamaz və zinanın halal qəbul edilməsi ilə birlikdə söz etməzdi. Ayrıca bu hədisdə çalğı alətlərini halal qəbul edənləri Uca Allah yerin dibinə keçirməklə, onları meymunlara və donuzlara döndərməklə təhdit etmişdir…»30. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbər sallallahu aleyhi və səlləmxəbər vermişdi ki, son zamanlarda (ümmətimdən) içki, zina, ipək və musiqi alətlərini halal görən (icazə verən) kimsələr çıxacaqdır. Bu da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzələrindəndir ki, artıq baş vermişdir. Bu hədis musiqi alətlərinin qadağan olunması və həmçinin də buna icazə verənləri pisləyən açıq-aydın dəlildir, necə ki, içki və zinanı icazə verənləri pislədiyi kimi. Ayə və hədislər mahnı və musiqidən (insanı) çəkindirir. Bir kimsə - Allah musiqi və musiqi alətlərinin icazə vermişdir deyərsə artıq yalan və böhtan atmış sayılır...”31.

Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu32. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud)33 zühur edəcəkdir»34. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bəzi insanlar içki içib ona başqa adlar verəcəklər. Başlarının üzərində çalğı çalınacaq və qadınlar mahnı oxuyacaqlar. Allah onları yerə batıracaq və onlardan meymunlar və donuzlar edəcəkdir»35.



Bu çalğı alətlərinin qəlbləri ələ keçirib, vicdanlara sahib olduğu zaman olur. Bu günlər isə onların ən çox yayıldığı vaxtdır. Saatlarda, zənglərdə, uşaq oyuncaqlarında, komputerlərdə və teləfon cihazlarında və s. əşyalara musiqi qoyulması çoxalmışdır ki, bu da Qiyamətin əlamətlərindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah mənə içki, qumar, davul və gitaranı haram etdi (Başqa rəvayətdə: Allah mənə içki, qumar və davulu haram etdi. Hər sərxoşluq verən haramdır)»36. Hədisdə keçən əl-Kubə davul deməkdir. Davul əyləncədə önəmli alətlərdəndir. Musiqinin onsuz olması isə çox nadirdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim içində, yerə batrılma, heyvana çevrilmə və dənizə qərq olma olacaqdır». Səhabələr: «Ey Allahın Rəsulu! Onlar Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına şəhadət etdikləri haldamı?» deyə soruşdular. Peyğəmbər: «Bəli, çalğı alətləri, içki və ipək geyinmək yayıldığı zaman» deyə buyurdu37. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim altı şeyi halal qəbul edərsə artıq həlak olurlar. Aralarında lənətləşmə ortaya çıxarsa, içki içilərsə, ipək geyilərsə, oxuyan cariyələr əldə edilərsə, kişilər kişilərdən, qadınlar da qadınlardan kifayətlənərsə»38. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki səs vardır ki, bunlar dünya və axirətdə lənətlənmişdir. Sevinc anında zurna (musiqi aləti) və müsibət anında şivən səsi (ah-nalə, mərsiyə və s)»39. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Bu hədis musiqinin haram olmasına dair ən gözəl hədislərdən biridir. Cabir b. Abdullah radıyallahu anhu dan gələn məşhur ifadələrin birində deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: «Mən iki axmaq və facir (günah) səsdən nəhy (qadağan) edildim. Nemət əsnasında olan səsdən (əyləncədən) və bir də müsibət anında olan səsdən (yanaqları vurmaqdan, yaxa cırmaqdan, şivən qoparmaqdan). Müsibət anındakı səsi qadağan etdiyi kimi, nemət əsnasında çıxarılan səsi də qadağan etmişdir. Nemət əsnasındakı səs mahnı səsidir»40. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən ağlamağı qadağan etmədim. Lakin mən axmaq və günahkar iki səsi qadağan etdim: Oynamaq və əyləncə anında olan səs və şeytanın zurnası, digəri isə müsibət anında olan səs, üzə vurmaq, yaxanı cırmaq və şeytanın fəryadı»41. İbn Ömər radıyallahu anhu nun mövlası Nəfi deyir ki, İbn Ömər radıyallahu anhu bir musiqi (qaval) səsi eşitdikdə (duyduqda) barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»42. Abdullah b. Dinar rəvayət edir ki, mən İbn Ömər radıyallahu anhu ilə bazara çıxdım. İbn Ömər radıyallahu anhu çalıb-oynayan bir qız uşağının yanından keçdikdə (onu göstərib) dedi: «Əgər şeytan bir kimsədən əl çəkmiş olsaydı, bundan əl çəkərdi»43. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, Allah mənə şərabı, qumarı, kubəni (davulu) (Başqa rəvayətdə: Qınnin - Gitaranı) haram etdi. Sərxoşluq edən hər bir şey haramdır»44.

Mahnı Oxuyan Qadının Aldığı Qazanc Haramdır: Ənəs b. Məlik – radıyallahu anhu – deyir ki: «Ən pis qazanc mahnı oxuyan qadının qazancıdır»45. Əbu Umamə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mahnı oxuyan qadınların satılması və alınması, onların ticarətinin edilməsi halal deyildir. Onlar qarşılığında alınan pul da haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar…». (Loğman 6). Məni haqq ilə göndərənə and olsun ki, bir nəfər yüksək səslə mahnı oxuyarsa Uca Allah mütləq onun çiyinlərinə çıxan iki şeytan göndərər. Onlar da susana qədər onun köksünə ayaqları ilə vurarlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu arada sinəsinə işarə etdi»46. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mahnı oxuyan cariyənin qazancını yeməyi qadağan etdi»47. İbn AbdulBərr – rahmətullahi aleyhi - deyir ki: “Ümmətin alimlərinin ittifaq etdiyi haram olan qazancların içərisinə daxildir: Sələmçilik, fahişəlikdən gələn qazanc, rüşvət, ölü üzərində mərsiyə deyilərək qazanılan qazanc, kahinlik, falçılıq, musiqi alətlərindən ifadə edərək qazanılan qazanc və azart oyunlardan qazanılan qazanc”48. İsmail b. Əbu Xalid deyir ki, Şabi – rahmətullahi aleyhi - mahnı oxuyan cariyənin qazancını çirkin görmüş və: «Mən belə bir qazancı yeməyi sevmərəm» demişdir49.

Zınqırov Şeytanın Mizmarıdır: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»50. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zınqırov şeytanın tütəyidir (səsidir)»51. Əgər zınqırov rəhmət mələklərinin nifrət etməsinə səbəb olursa, günümüzdəki olan o, musiqi alətləri necə olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Adəm oğluna zinadan nəsibini yazmışdır. Bu ona mütləq çatacaqdır. Gözlərin zinası baxmaqdır, qulaqların zinası isə dinləməkdir…»52. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən çalğı alətlərini yıxmaqla görəvləndirdim»53. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahı zikr etmək növündən olmayan hər bir iş boş bir iş və bir aldanmadır. Bundan dörd şey müstəsnadır. Kişinin iki hədəf arasında gedib-gəlməsi (atıcılığı öyrənməsi), atını yəhərləməsi, kişinin qadını ilə oynaması və üzməyi öyrənməsi»54. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «İnsanın etdiyi hər bir əyləncə batildir. Batil isə haqqın ziddidir. Haqq olmayan, ona vəsilə və faydalı olmayan hər şey batildir, vaxtı boşa keçirməkdir, dini və dünyası üçün faydalı olacaq şeyləri itirməsinə səbəbdir. Dinin belə bir şeyi mübah sayması mümkün deyildir».

Sələf İmamlarının Musiqi Barədə Olan Sözləri - İbn Məsud radıyallahu anhudeyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»55. Ömər b. Abdul Aziz – radıyallahu anhu – musiqi haqqında deyir ki: «Başlanğıcı şeytandandır, sonu isə Rəhmanın qəzəbidir»56. İmam Əvzai – rahmətullahi aleyhi - rəvayət edir ki: “Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi - Ömər b. Validə məktub yazır ki, sizin aranızda İslamda bidət olan musiqi alətləri və tütək səsi yayılmışdır. İstərdim nümayəndəmi göndərim ki, sizi cəzalandırsın”57. Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: “Əgər qonaqlıqda musiqi olarsa ora dəvəti qəbul etməyin”58. Fudeyl b. İyad – rahmətullahi aleyhi - deyir ki: «Musiqi zinanı təşviq edəndir». Məkhul – rahmətullahi aleyhi - deyir ki: «Kim yanında bir müğənni qadın olduğu halda ölərsə ona cənazə namazı qılınmaz»59. İmam Əbu Hənifə – rahmətullahi aleyhi - musiqinin haram olduğunu sərt bir ifadəylə söyləmiş və onu dinləməyi günah saymışdır»60. İmam Əbu Hənifə – rahmətullahi aleyhi - deyir ki: “Musiqi – qəlbin şərabıdır”61. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “İmam Əbu Hənifə – rahmətullahi aleyhi – nin məzhəbi musiqi və musiqi alətlərinə qarşı ən sərt görüşdədirlər. Onun fətvaları ən sərt fətvalardır. Əbu Yusuf – rahmətullahi aleyhi – deyir ki: Əgər bir evdən musiqi səsini eşitsən sahibinin icazəsi olmadan evə daxil ol! Çünki munkəri aradan qaldırmaq vacibdir...”62. Hənəfi məzhəbindən olan İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: “Musiqi – haramdır”63. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Musiqi batil və məkruh64 əyləncədir. Onunla çox məşğul olanın şahidliyi qəbul olunmayan səfehdir»65. İmam Şafii - rahmətullahi aleyhi - deyir ki: «Mən İraqda
Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə