2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,62 Mb.
səhifə5/7
tarix19.11.2017
ölçüsü0,62 Mb.
#11139
1   2   3   4   5   6   7
İslam Nəşidləri (Şerlər) Nəşid – şer və ya yüksək səslə şer söyləmək deməkdir158. Günümüzdə melodik şəkildə Nəşid oxumaq şer söyləmək kimidirmi?

“İslam Nəşidlərinin” qadağan olunması barədə Sələf alimləri arasında heç bir ixtilaf yoxdur. Sələflərdən heç kəs Nəşidləri Allaha dəvət, Allaha yaxınlaşmaq üçün bir vasitə (üsul) etməyi, həmçinin Nəşidlərdə cəlb edici gözəl (kişi və qadın) səslərində istifadə etməyi, başı əsdirərək, səsi incələdərək, qrup halında, xor şəkilində onları oxumağı, arxa plandan (fondan) sintezator, təbil (baraban) və s. alətlərdən istifadə edərək Nəşid (şer) söyləməyi qadağan ediblər.

Şer formasında olan mahılara gəldikdə isə: “Tələffüzü şer formasında olub, dəvət və ibadət vasitəsi kimi istifadə edilmirsə, xor və melodik (səsi incələdəcək, başı əsdirəcək) şəkildə oxunmursa bunda heç bir qadağa yoxdur”. İnsanların bu gün adlandırdığı “İslam Nəşidləri” çox yüzilliklər bundan qabaq da var idi. Lakin illər keçdikcə bu adlar dəyişməyə başladı. Əvvəllər bu Nəşidlər “Təqbir” “Qəsidə” adlanırdı. Onlar ortaya çıxdığı zaman ümmətin alimləri bu kimi əməlləri bidət və zəlalət adlandırdılar. İmam Əhməd – rahmətullahi aleyhi – dən soruşurlar ki: «Qəsidə oxuyan kimsələr barəsində sözün nədir?”. Şeyx: “Bu bir bidətdir və bu işlə məşğul olan kimsələrlə eyni məclisdə oturmayın” dedi159. İslam dinində “İslam Nəşidləri” deyilən bir anlayış yoxdur. Bu ifadənin özünü İslama nisbət etmək belə qadağandır. Lakin günümüzdə bir çox qadağan olunmuş şeyləri İslama nisbət edilər: İslam Fəlsəfəsi, İslam Musiqisi, İslam filimləri, İslam Teatırı və s. halbuki İslamın bunlarla heç bir əlaqəsi yoxdur.

İslam Nəşidlərinin” Qadağan Olunmasına Birinci Səbəb – “İslam Nəşidlərini” Dəvət Məqsədilə İstifadə Etmək Olarmı?: “İslam Nəşidlərinin” qadağan olunmasına başlıca dəlil günümüzdə onların Allaha və Onun dininə dəvət metodu (vasitəsi) kimi istifadə olunmasıdır. Onun vasitəsilə insanlar Allaha yaxınlaşmağı axtarırlar. Bir qrup oxuyur, digər qrup isə qulaq asır. Nə Quranda, nə də Sünnədə əsası olamyan istənilən bir şey (söz, əməl) Allahın dininə nisbət edilərsə Bidətdir və rədd olunandır.



Bidət – Bəd – sözündən götrülmüşdür. Uydurma, yeni bir şey irəli sürmək deməkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonra ibadət və Allaha yaxınlıq niyyətilə qondarılmış, lakin nə Quranda, nə də Sünnədə dəlili olmayan hər hansı bir etiqadi sözə və əmələ deyilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır160. İbn Ömər - radıyallahu anhu – deyir ki: «İnsanlar gözəl görsələrdə hər bir bidət zəlalətdir»161. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bizim bu işimizlə əlaqəli ondan olmayan bir şeyi sonradan ortaya çıxararsa o, rədd olunacaqdır (Başqa rəvayətdə: Hər kim bizim işimizə uyğun olmayan bir əməl etmiş olarsa o (əməl) rədd olunacaqdır)»162. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»163. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir ki: «Əgər Muhəmmədin səhabələri bir dırnağı belə məst etmişlərsə mən də onlara uymağın fəzilətini əldə etmək üçün (ayağımı) yumazdım»164. Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «İblis bidəti günahdan daha çox sevir. Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»165. Günah edən kimsə günah etdiyini bildiyi üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi umulur. Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də etməz, məğfirət də diləməz. İblisdən nəql edilən: «Adəm oğullarının belini günahlarla qırdım. Onlar isə tövbə etməklə, məğfirət diləməklə belimi qırdılar. Mən də onlar üçün məğfirət diləmələri, tövbə etməyəcəkləri günahlar ortaya qoydum. Bunlar isə ibadət şəkilində olan bidətlərdir». İbnul Məcisun – rahmətullahi aleyhi – deyir ki, İmam Malik – rahmətullahi aleyhi – belə dediyini dinlədim: «Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd – sallallahu aleyhi və səlləm – in risalətə qarşı xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim….». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz»166. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur (düzəlir). O, gün din olmayan heç bir şey bu gün də din olmaz»167. Şeyx İbn Qasım – rahmətullahi aleyhi – deyir ki: “Allaha dəvət metodunda iki qaydanın olması şərtdir (vacibdir). Birinci: Dəvət yalnız Allah rızası üçün olmalıdır. İkinci: Dəvət Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsinə uyğun olmalıdır. Birinci şərti itirən müşrikdir, ikinci şərti itirən isə bidətçidir”168. Həsənul Bəsri - rahmətullahi aleyhi - deyir ki: «Əməl olmadıqca söz səhih olmadığı kimi, niyyət olmadıqca da, əməl və söz də səhih deyildir. Bir kimsə sünnət üzərə olmadıqca da, nə söz, nə əməl, nə də niyyət səhih olur»169.

Artıq bizə bəlli oldu ki, dəvət qapıları bağlıdır. Allah və Rəsulunun əmr etdiyi (din etdiyi) yollardan başqa qeyri yollarla Allahın dininə dəvət etmək olmaz və heç kəsə də səlahiyyət verilməyib ki, özündən yeni dəvət üsulları icad etsin hansı ki, nə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu edib, nə də səhabələri. Çox böyük bir xəta edərək deyirlər ki, “İslam Nəşidləri” günümüzdə əcnəbi vətəndaşlar üçün ən yaxşı dəvət üsuludur. Allahu Əkbər! Nə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in, nə Səhabələrin, nə də ki, Tabiinlərin (dəvətdə) istifadə etmədiyi üsul necə yaxşı (gözəl) dəvət üsulu ola bilər?

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – xütbə verərkə ayaq üstə dayanan bir kimsəni gördü və onun kim olması barəsində soruşdu. İnsanlar: “O – Əbu İsraildir, günəş altında dayanmağı, oturmamağı, kölgələnməməyi, danışmamağı və oruc tutmağı nəzir etmişdir”. Peyğəmbər: “Əmr edin ona danışsın, kölgələnsin, otursun, lakin orucunu axıra çatdırsın”170. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm –o, kimsəyə bütün şeyləri qadağan etdikdən sonra yalnız oruc tutmağı (davam etməyi) əmr etdi. Çünki Oruc - Allahın sevdiyi bir ibadətdir. Orucdan qeyri etdiyi əməllər isə Allaha yaxınlaşdıran bir ibadət olmadığı üçün (qadağan edildi). Hətta kimsə bunları (ibadət) hesab etsədə belə”171. İmam Şatibi – rahmətullahi aleyhi – İmam Məlik – rahmətullahi aleyhi –sözlərini qeyd edərək deyir ki: “Diqqət edin! Necə İmam Məlik – rahmətullahi aleyhi – günəş altında dayanmağı, (bütün gün ərzində) susmağı, Şama və Misirə piyada getməyi nəzir etməyi qadağan edərək bütün bunları günahlardan saymışdır. Halbuki bu əməllər özü-özlüyündə icazəlidir. Lakin bu əməlləri İslam dininə nisbət etdikdə və bunlar vasitəsilə Allaha yaxınlaşmaq üçün ibadət edilməyə başladıqda İmam Məlik bunları günahlardan saymışdır”172. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Allaha ibadət məqsədilə yun gödəkçə geyinmək bidətdir”173.

Bütün bu misallardan bəlli oldu ki, istənilən əsli halal olan bir şeyi Allaha yaxınlaşmaq üçün ibadət üsulu edilərsə qadağandır. “İslam Nəşidləri” də belədir nə vaxt ki, onlar Allaha yaxınlaşmaq üçün bir üsul (vasitə) seçilərsə.

İslam Nəşidlərinin” Qadağan Olunmasına İkinci Səbəb: Kitab Əhlinə, Kafirlərə və Azğın Sufilərə bənzəmək olduğu üçün qadağan edilmişdir. Kitab Əhlinə gəldikdə Xristian Katoliklər öz kilsələrində Allaha yaxınlıq məqsədilə müəyyən mahnılar oxuyurlar. Bütpərəst olan Qirşnaçılarda Allaha yaxınlaşmaq üçün bu üsullara əl atırlar. Bidət əhli olan Sufilərə bənzəməyə gəldikdə isə: İlk olaraq İslam ümmətində Allaha yaxınlaşmaq üçün Nəşidlərdən istifadə edənlər onlar olmuşlar. Bununla Allahı zikr edir və Allaha yaxınlaşırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Kim bir qövmə bənzəmək istəyərsə o, da onlardandır»174. İmam Nəvəvi, əl-Munaui, əs-Sənani, İbn Abidin – Allah Onlrdan Razı Olsun - deyirlər ki: “Bənzəməyə gələn qadağa istənilən qövmə, cəmiyyətə, millətə aiddir. İstər kafirlər olsun, istər gühkarlar olsun, istərsə də bidət əhli olsun”175.

Lakin bəzi kimsələr qeyd edilər ki: “Biz Nəşidləri dinin bir parçası olaraq adlandırmırıq. Bu bizə atılan böhtandır”. Onlara demək istəyirəm ki, günümüzdə çox eşidirik: “Mən Nəşidlərə qulaq asdığım zaman imnım artır”, “Mən elə zənn edirdim ki, Nəşidlərə qulaq asmağa görə savab yazılır”, “Nəşidlər – dəvət üçün ən gözəl üsuldur” və s. Hətta bəzi ölkələrdə Nəşidlərlə bağlı kassetlərin çıxması və üzərində: Zikrullah – Allahı zikr etmək kimi sözlərin yazılması onu göstərir ki, İslam Nəşidləri Allaha yaxınlıq üçün bir vasitə edilmişdir.

İslam Nəşidlərinin” Qadağan Olunmasına Üçüncü Səbəb: Nəşidlərin oxunma tərzinə görədir. Buda günümüzdə olan Nəşidlərin melodik (Təlxin) və Xor şəkilində oxunmasıdır. Bununla da Nəşidlər İslam dinində qadağan edilmiş musiqiyə çevrilir ki, buna da əl-Ğinə deyilir. İmam Şatibi – rahmətullahi aleyhi – deyir ki: “Günüüzdə bir çox insanların etdikləri kimi (bədəvi) ərəblərdə melodik oxuma tərzi yox idi. Onlar şerləri mənalı (ifadəli, təsirli, aydın, səlis) surətdə söyləyər, indikilər kimi (səslərini gözəlləşdimək) üçün müəyyən kurslar keçməzdilər. Səslərini yumşaldar və uzadardılar, musiqidən xəbəri olmayan ərəblər kimi...”176.

Nəşidlərin qadağan olunmasına qarşı çıxan müsəlmanların bir çoxları görürsənki cahillikdə musiqi ilə yaşayan, nəfəs alan, musiqinin fanatı olan kimsələr olublar. Lakin tövbə edib İslamı qəbul etdikdən sonra, musiqinin haram olduğunu bildikdən sonra əvəz olaraq (nəfsi-istəklərini sakitləşdirmək) üçün Nəşidləri tapdılarr. Məst oxunma tərzinə (səsin gözəlliyiə) görə Nəşidlər bir çoxları üçün Allahın haram etdiyi musiqini əvəz etmişdir. Günümüzdə isə bir çoxları Nəşidlərin mənasını başa düşmədiyi halda belə onları dinləyirlər. Nəşidlərin mənasını bilməyən bir kimsə haradan bilə bilər bu Nəşidlərin nəyə dəvət etdiyini, kimləri tərif etdiyini. Məgər azdı müəyyən cəmaatlara çağıran Nəşidlər, İxvan əl-Muslimin cəmaatını onların başçılarını tərif edən nəşidlər. Lakin haqqı axtaran, öz nəfsi-istəklərinə qalib gələn bir kimsə üçün yuxarıda qeyd edilən dəlillər kifayət olmalıdır ki, bundan tövbə edib çəkinsin.



Səid b. Museyyib – rahmətullahi aleyhi – deyir ki: “Mən musiqiyə nifrət edirəm, lakin şeri sevirəm”177. İmam b. Abidin – rahmətullahi aleyhi – deyir ki:”Musiqi – haramdır”178. İmam b. əl-Həc əl-Maliki – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən şerlər qadağan olunur nə vaxt ki, onları uzada-uzada oxuyarlarsa”179.

Müasir Sələf Alimlərinin “İslam Nəşidlərinin” Qadağan olunması Barəsində Fətvaları: Onlar qeyd edirlər ki, Nəşidlər barəsində alimlər arasında fikir ayrılığı vardır. Lakin qeyd etmək istəyirəm ki, günümüzdə olan Nəşidlərin qadağan olunmasında alimlər arasında heç bir fikir ayrılığı yoxdur.

Şeyx əl-Albani – rahmətullahi aleyhi – dən “İslam Nəşidləri” barədə soruşduqda o, dedi: “İslam Nəşidləri” adlandırılan bu (şerlər) əvvəllər Sufilərin (digər məzhəb və təriqətlərdən) əsas fərqlənmə sifəti idi. Bir çox cavanlar da bu kimi Nəşidləri sözlərinə görə - Peyğəmbər sallallahu aleyhi və səlləm tərif etməkdə həddi aşdıqları və Ona sallallahu aleyhi və səlləm Allahdan qeyrisinə yönəldikləri üçün (dua etdikləri üçün) məzəmmət edirdilər. Sonra isə yeni Nəşidlər meydana çıxdı. Mən inanıram ki, bu Nəşidlər əvvəlki Nəşidlərdən qaynaqlanaraq meydana çıxdılar. Köhnə (Sufi) Nəşidlərində olduğu kimi bu Nəşidlərdə şirk və cahilik (bütpərəstlik) sözlərindən bir şey yoxdur. Lakin hər hansı bir kimsə Allahın Kitabına, Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsinə və Saleh Sələflərin yoluna baxdığı zaman orada günümüzdə olan “İslam Nəşidləri” adlandırılan Nəşidlərdən heç bir əsər-əlamət tapmaz. Hətta bu Nəşidlər dəyişilərək əvvəlki (Sufi) nəşidlərinə oxşamasa da belə, hansıki onların sözlərində Peyğəmbər sallallahu aleyhi və səlləm tərif etməkdə həddi aşmaq vardır, iki səbəb bu Nəşidlərin də qadağan olunması üçün bizə kifayət edər: 1. Bu Nəşidlər Sələflərin mənhəcindən (üsul, yol, qayda) deyildir. 2. Gerçəklik (həqiqət) – şahidi mən özüməm. Çox təhlükəlidir, artıq müşahidələrimizdən görürük ki, gənc müsəlmanlar daha çox Nəşid oxuyur və əylənirlər. Bu onları o, qədər məşğul edir ki, onlar Quran oxumaq, Allahı zikr etmək və Peyğəmbər sallallahu aleyhi və səlləm salavat gətirməkdən belə yayınırlar”180. Şeyx əl-Albani rahmətullahi aleyhi - «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «Bir neçə kəlimə söyləmək istəyirəm və Allahın izni ilə xeyirli və faydalı olan risaləni bu sözlərlə bitirmək istəyirən o, da “İslam Nəşidləri” barəsindədir: Yeddinci bölümdə söylənilməsi caiz olan və olmayan şer haqqında danışdıq. Eyni şəkildə ondan öncəki bölümlərdə də bayram (Ramazan və Qurban) və toy məclislərində qadınların dəf çalmalarından başqa bütün çalğı alətlərinin haram olduğunu da açıqladıq. Bu son bölümdən də aydın oldu ki, Uca Allaha yalnız Allahın şəriət etdiyi yollardan qeyri yollarla yaxınlaşmaq qadağandır. Allahın haram etdiyi bir yolla Allaha necə yaxınlaşmaq caiz ola bilər? Buna görə də elm adamları Sufilərin musiqilərini haram görmüş və bunu halal qəbul edənlərə qarşı da mübarizə aparmışlar. Oxuyucu bu qaydaları bildikdən sonra çox açıq bir şəkildə Sufilərin musiqiqsi ilə “İslam Nəşidləri” arasında hökm tərəfdən heç bir fərq olmadığını görər. Hətta bunda başqa bir müsibət də var: Əxlaqsız musiqilər kimi Nəşidlərin (Təlxin) oxunması, Ritm olaraq şərq və qərb musiqilərinə bənzəməsi, dinləyənləri hərəkətə gətirərək oynadan, coşduran olmasıdır. Bununla da aydın olur ki, onlara qulaq asmaqda məqsəd Nəşidlərin sözləri deyil, əyləncə və musiqidir. Bu da şəriətə zidd olan bir şeydir ki, bu da kafirlərə və həyasızlara bənzəməyə çalışmaqdır. Bundan sonra isə bir hərəkət də ortaya çıxa bilər: O, da Qurandan üz döndərmək və ondan uzaq düşmək. O, vaxtı bu nəşidləri dinləyənlər Peyğəmbər sallallahu aleyhi və səlləm in Uca Allahı buyurduğunda olduğu kimi Allahın ərz etdiyi şikayətinə daxil olmuş olurlar: «Allah Rəsulu: Ya Rəbbim! Həqiqətən mənim qövmüm bu Quranı büstbütün tərk etdilər, dedi». (əl-Furqan 30)181. Mən yaxşı xatırlayıram: Bura Əmmana hicrətimdən iki il öncə Dəməşqdə müsəlman gənclərdən birisi mənası etibarı ilə pislik olmayan bir neçə Nəşid söyləməyə başladılar. Bunu bir kassetə yazmışdılar. Aradan qısa bir müddət keçmişdi ki, onunla bərabər dəf də çalınmağa başlandı. Sonra bunu dəf halaldı deyə toy mərasimlərində qulaq asıldı. Daha sonra kassetlərə köçrülərək yayıldı. Bir çox nüsxələri çıxdı. Bir çox evlərdə dinlənilməyə başlandı. Bunun tək səbəbi nəfsin qalib gəlməsi və şeytanın hiylələrini bilməməkdir. Şeytan onları Quranı öyrənmək bir tərəfə, onu dinləməkdən, hörmət etməkdən də qoydu. Ayədə buyrulduğu kimi Quran onlar tərəfindən tərk edildi. «Kafir olanlar dedilər ki: Bu Quranı dinləməyin və oxunduğu zaman mənasız səslər çıxardın» (əl-Fussilət 26). Quran onlara oxunduğu vaxt çox danışar və mənasız sözlər deyərdilər ki, Quranı dinləməsinlər. Bu da Quranı dinləməyi tərk etməyin və ona iman etməyi tərk etməyin bir şəkilidir. Onu təsdiq etməyi tərk etməkdə onu tərk etməyin bir şəkilidir. Onun üzərində düşünməyi, onu anlamağı tərk etməkdə onu tərk etmək şəkillərindəndir. Lazımınca əməl etməyi, əmirlərinə uyub qadağalarından çəkinməyi tərk etmək də onu tərk etməyin bir şəkilidir. Quranı buraxıb şerə, hər hansı bir sözə, musiqiyə, əyləncəyə yönəlmək də onu tərk etməyin şəkillərindəndir». əl-Albani deyir ki: “Nəşidlər – bidətdir”182.

Daimi Fətvalar Komitəsi №3259, Hicri 1400-ci il, 30 il bundan qabaq deyirlər ki: “(Bir şeyi də unutmayaq ki, 30 il bundan qabaq olan Nəşidlərlər ilə indiki Nəşidlər arasında göylə yer qədər fərq vardır. Günümüzdə olan musiqi studiyaları, Nəşidlər bəstələnən kompyuterlər, arxa plandan (fondan) gələn müsiqi səsləri və s. 30 il bundan qabaq yox idi). Səhabələr şer və Huda adlanan şerlər söyləyərdilər. Xəndək döyüşündə, məscid tikintisində, cihada gedərkən”.

İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “İslam Anaşidləri (şerləri) müxtəlifdir. Əgər onların sözlərində xeyirə dəvətdən və onu xatırlamaqdan, Allaha və Rəsuluna itaətdən, vətəni düşmənlərin hiyləsindən qorumağa çağırışdan, düşmənlərə qarşı hazırlıq görməkdən və s. buna bənzər sözlər olarsa bunda heç bir qəbahət yoxdur. Lakin Nəşidlərin sözlərində günaha dəvət, kişi və qadınların bir məclisdə olaraq bir-birilərinin qarşısında soyunmalarından və s. günahlar olarsa bu zaman bunları dinləmək qadağandır”183. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidləri” barəsində olan sualın açıqlanmasına ehtiyac vardır. Bu suala bir mənalı cavab vermək olmaz. İstənilən şer və ya Nəşid, istər İslami adlansın istərsə də yox, vacib olan (nəşidlərin sözlərində) pak (saf) şəriətə zidd olan bütün şeylərdən uzaq olmasıdır. Əgər Nəşidlərin sözlərində xeyir olarsa – gözəl əxlaqı və mərhəmətli olmağı tərif edən, Allah yolunda cihad etməyə həvəsləndirən, ixlaslı olmağa, valideyinlərə və qonşuya qarşı gözəl münasibətdə olmağa və s. şəriətə zidd olmayan (sözlər) olarsa bunda heç bir problem yoxdur. Bu da İmam Şafii – rahmətullahi aleyhi – şerlər barəsində olan sözləri kimidir: “Gözəl olanı gözəl, çirkin olanı da çirkindir”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, şerin bir qismi hikmətdir»184. Həmçinin İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Mühümdür ki, hər bir Nəşid elm əhlinə və ya bir qrup elm əhlinə həvalə edilsin. Onlar da onun icazəli olub-olmadığını yoxlasınlar. Bu Nəşidləri bir başa hamıdan götürmək də olmaz. Vacibdir ki, onlara alimlər nəzər salsınlar”185.

Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Nəşidlər barəsində çox danışılıb. Lakin mən uzun vaxtdır ki, onları eşitmirəm. (Nəşidlər) ilk çıxdığı vaxt onlarda şərr olan bir şey yox idi. Nə dəf (qaval), nə də qaranlıq (qarmaqarşıqlıq) bir şey, nə də onlar qadağan olunmuş musiqiyə bənzəyirdi. Lakin vaxt keçdikcə (Nəşidlər) inkişaf edərək müsirləşdilər. İndi biz onlarda təbil (baraban) səsinə bənzər səslər eşidirik, bəlkə də bu təbil deyil (başqa bir musiqi alətinin) səsidir. Həmçinin onlarda gözəl, yoldan çıxardan səslərdən də istifadə edilməyə başlamışlar. Sonra onlar bir az da müsirləşərək qadağan olunmuş musiqiyə bənzədilər. Buna görə də Nəşidlərlə bağlı mənim qəlbimdə həyacan baş qaldırdı. İnsanlar içərisində heç kəs bütün Nəşidlərin halal olmasına fətva verə bilməz, həmçinin heç kəs də onların hamısının haram olmasına fətva verə bilməz. Yuxarıda xatırladıqlarımın heç biri (nəşidlərdə) olmazsa bu zaman onlar icazəlidir. Əgər (Nəşidlərdə) dəfdən (qaval), gözəl, cəlb edici səslərdən istifadə olunarsa və həmçinin də onlar musiqi kimi oxunarsa bu zaman onlara qulaq asmaq olmaz”186. Cəlb edici gözəl səsin təsiri barəsində İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən səsin insanın qəlbinə çox böyük təsiri vardır. İnsanı sevincə, kədərə, qəzəbə və qorxuya və s. sala bilər. Bura həmçinin daxildir səs ilə uşaqlara və heyvanlara təsir etmək. Məxluq nə qədər zəif olarsa səs ona bir o, qədər də çox təsir göstərər. Məs: Səs qadına daha çox təsir edir nəinki kişiyə, uşaqlara təsiri daha çoxdur nəinki böyüklərə, heyvanlara daha çox təsir edir nəinki insanlara. Bütün bunlar ona dəlalət edir ki, səsin gücü dərrakənin (ağıl, idrak) zəif olmasından aslı olaraq daha çox təsir edir. Bu təsirdə nə qədər xeyir olsa da, zərərləri daha çoxdur”187.

Şeyx Useymin – rahmətullahi aleyhi – dan Nəşidləri dinləmək barəsində şəriətin hökmünü soruşurlar o, deyir ki: “Bir çox illər bundan öncə Nəşidləri dinlədiyim zaman onlarda qadağan olunası bir şey yox idi. Lakin sonuncu dəfə onları eşitdikdə Nəşidləri melodik – musiqiyə bənzər (müsiqi alətləri) ilə müşayət olunduğunu gördüm və mən hesab edirəm ki, insanlar bu Nəşidlərə qulaq asmamalıdırlar”188. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidlərinə” gəldikdə isə mən hesab etmirəm ki, kimsə onları ibrət (fayda) kimi istifadə edə bilər. Birinci - Nəşidlər əsil olaraq Sufilərdən gəlmədir. Çünki ilk olaraq onlar Allahı zikr etmək üçün Nəşidlərdən istifadə ediblər. İkinci – Həqiqətən Nəşidlər insanın qəlbini ibrət alınası iki şeydən Quran və Sünnədən uzaqlaşdırır. Ona görə də bir kimsə bu Nəşidləri ibrət (fayda) mənbəyi seçməməlidir. Lakin bir kimsə şəriətə zidd olan melodik oxuma (sözləri uzadaraq, başı əsdirərək), musiqi alətləri olmadan Nəşidləri dinləyərsə bunda heç bir problem yoxdur. Əksi təqdirdə bu şərtlərə riayət edilməzsə Nəşidləri dinləmək haramdır”189. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Artıq mən görürəm ki, “İslam Nəşidləri” əvvəlki Nəşidlərdən çox fərqlənirlər. Əvvəllər onlarda gözəl, cəlb edici səslər yox idi, lakin idi Nəşidlərdə bu kimi səslərdən istifadə edilməyə başlanılmışdır. Həmçinin deyirlər ki, onlarda dəf (qaval) səsləri də müşayət olunur. Bütün bunlar bizə onu deməyə əsas verir ki, insan bu kimi şeylərdən çəkinməlidir. Lakin bizim yanımıza biri gəlib gözəl niyyət ilə, tək, öz səsi ilə, heç bir musiqi aləti olmadan, mənasız olan (sözlərdən) uzaq olaraq Nəşid (şer) söyləyərsə bunda heç bir problem yoxdur, çünki Həsən b. Sabit - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində şer söyləmişdir”190. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “İslam Nəşidləri” bidətdir və onlar Sufilərin dinə daxil etdikləri Nəşidlərin mislindədir (oxşarıdır)”191. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “(Ey Nəşidlərə qulaq asan kimsə!) Mən sənə nəsihət edirəm ki, Allahın Kitabına, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsinə və Onun həyatına (Sıra) qayıdasan. Vallahi, bunlar sənin üçün Nəşidlərə qulaq asmaqdan daha xeyirlidir. Eşitmişik ki, bu Nəşidlər dəyişilərək musiqi formasında oxunmağa başlanmış və onlarda ehtiras oyadan səslərdə vardır. Əgər məsələ belədirsə bu cür Nəşidlərə qulaq asmaq olmaz. Əgər onlarda təbil (baraban) olarsa bu artıq günahdır”192.

Bu Nəşidlərə qulaq asmaq və ya onlarla məşğul olmaq bir çox haramlara gətirib çıxarmışdı. Subhənəllah! Nəşidlərlə məşğul olan, oxuyan və yazanlar artıq bir müddətdən sonra disk buraxmağa başladılar, bir müddətdən sonra klip çəkməyə başladılar, bir müddətdən sonra diskin üzərinə şəkillərini vurmağa başladılar – Allah Qorusun – bir çox ölkələrdə artıq “İslam Repi” kimi nəşidlər də çıxmağa başladı. Bütüün bunlar da İslama nisbət edilir. Halbuki İslam bütün bunlardan uzaqdır.



Şeyx Tuveycri – rahmətullahi aleyhi - deyir ki: “Bir kimsə günümüzdə musiqi formasında yayılan Nəşidlər ilə səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidini tikdikləri zaman, Xəndək qazdıqları zaman və həmçinin səhabələrin səfərdə dəvələri qovduqları zaman söylədikləri şerlərlə müqayisə etməyə, (bənzətməyə) çalışarsa artıq bu müqayisə yalandır. Səhabələr - Allah Onlardan Razı Olsun – şerləri melodik formada Lyaxin kimi oxumazdılar necə ki, bunu tələbələr müəyyən yığıncaqlarda və yay düşərgələrində edirlər. Səhabələr şer söylədikləri zaman yalnız uca səslə söyləməklə kifayətlənərdilər. Səhabələrdən - günümüzdə olan tələbələrin etdikləri kimi xor şəkilində oxumaq varid olmayıb. Həqiqətən bu “İslam Nəşidləri” öz ardıyca bir çox şərrin gəlməsinə səbəbdir. Həqiqətən bu İslama nisbət edilən bir bidətdir”193.

Saleh əl-Fovzan – Hafizahullah - gəldikdə isə Nəşdilər barəsində ən şiddətli fətvalar ona aiddir. O, deyir ki: “Nəşidləri “İslami Nəşidləri” adlandırmaq xətadır. Bu sonradan uydurulmuş bir addır. Sələf kitablarında belə bir şey yoxudur. Alimlərə məlumdur ki, ilk olaraq Nəşidləri din olaraq Sufilər götürüblər. Günümüzdə isə partiya və cəmaatların sayı çoxaldığı üçün hər biri bu Nəşidlərdən istifadə etməyə, faydalanmağa başladılar və onları “İslam Nəşidləri” adlandırdılar. Bu adla adlandırmaq da qadağandır, Nəşidlərin özləri də qadağandır və onları insanların arasında yaymaq da qadağandır”194. Şeyx Fovzan – Hafizahullah - deyir ki: “Cavanlar arasında “İslam Nəşidləri” deyə adlanan və xor şəkilində oxunan Nəşidlərlə yazılı kassetlər geniş yayılmışdır. Bu da musiqi olan əl-Ğinənin bir növüdür və onlarda gözəl, cəlb edici səslər də ola bilər. Nəşidlər, Quran və Dini dərslər satılan maqazinlərdə satılırlar. Nəşidləri “İslam Nəşidləri” adlandırmaq xətadır. Çünki İslam, Nəşidləri bizim üçün şəriət etməyib, lakin şəriət edib Quran oxumağı, Allahı zikr etməyi və elm almağı. Nəşidlərə gəldikdə isə onlar bidət əhlinin dinidir – Sufilərin, hansıki öz dinlərini oyun-oyuncaq ediblər. Həmçinin Nəşidləri Dinə nisbət etmək Xristianlara bənzəməkdir. Çünki onlar qrup halında oxumağı dindən hesab ediblər. (Hər bir müsəlmana) Vacibdir ki, Nəşidlərin satışının və yayılmasının qarşısını alsın və (insanları) ondan çəkindirsin. Bundan da çox Nəşidləri dinləmək müsəlmanlar arasında qarmaqarışıqlıq, nifaq, kin-kudurət salır. Nəşidləri yayanlar onların icazəli olmasına dəlil gətirirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında şerlər oxunar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları bəyənər və heç bir söz də deməzdi. Buna cavab olaraq deyilir ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında oxunan şerlər xor şəkilində (qrup) halında oxunmaz, musiqiyə bənzəməz və “İslam Nəşidləri” də adlanmazdı. Bu özündə fayda və hikməti əhatə edən ərəb şerləri idi. Onlarda cəsarət və comərdlik vəsf edilirdi. Səhabələr də bu şerləri onlarda olan mənalara görə oxuyar və bunu da ayrı-ayrı edər, qrup (xor) şəkilində etməzdilər. Onlar şerləri ağır işlər zamanı və ya gecə ikən səfərə çıxdıqlarında oxuyardılar. Bütün bu hallar onu göstərir ki, bu növ şerlər məhz belə hallarda (vəziyyətdə) oxumaq olar. Bu rəvayətlərdə Nəşidləri dəvət və tərbiyə metodu kimi istifadə etməyə dair heç bir dəlil yoxdur. Lakin günümüzdə isə bunun əksini görürük. Tələbələr isə bu Nəşidləri yayır və onları İslami və dini adlandırırlar ki, bu da dində olan bidətdir. Bu azmış Sufilərin adətindədəndir. Onlar Nəşidləri din ediblər. Vacibdir ki, müsəlmanları bundan uzaqlaşdırmaq və onların (kassetlərin) satışını isə qadağan etmək lazımdır. Bu cür sualların açıqlanması mühümdür. Çünki şər kiçik olaraq başlayar və doğduğu zaman onun qarşısı alınmazsa böyüyər və yayılar”195. Şeyx Fovzan – Hafizahullah - deyir ki: “Əgər onları “İslam Nəşidləri” deyil, Ərəb Nəşidləri adlandırsaydılar daha doğru olardı”. Şeyx Fovzan – Hafizahullah - dan soruşurlar ki: “Nəşidlərin qadağan olunmasına səbəb Sufilərə bənzəmək olduğu üçün qadağandır, yoxsa digər səbəblər də var? Axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – və Səhabələr Xəndək günü şer söyləmişlər?”. Şeyx: “Sufilərə oxşamaq yeganə səbəb deyildir. Bu səbəblərdən yalnız biridir. Qadağan olunmasına səbəb – Nəşidlərin səsi uzadaraq (melodik) oxunmasıdır ki, bu da Ğinədir – haramdır. O, ki qaldı səhabələrdən Abdullah b. Ravaha - radıyallahu anhu – onlar fərd olaraq bir səslə bunu oxuyar, xor (qrup) halında oxumazdılar. Buda İnşad adlanır, Anaşid yox”196. Həmçinin ondan soruşurlar ki: İslamı yeni qəbul etmiş bir xanım soruşur ki: Bəzi bacılar qadağan olunmuş musiqini dinləməyin əvəzi olaraq mənə İslam Nəşidləri adlanan bir neçə (kassetləri) dinləməyi nəsihət ediblər. Mən onlara qulaq asdıqdan sonra musiqiyə bənzər olduğunu anladım. Adi musiqilər kimi onlar da məni Allahı zikr etməkdən və Quran oxumaqdan yayındırır. Mən sizdən həm özüm, həm də bacılar üçün bu Nəşidlərə qulaq asan və oxuyanlar üçün bir açıqlama və nəsihət etməyinizi xahiş edirəm”. Şeyx: “Mənim müsəlmanlara olan nəsihətim Nəşidlərdən uzaqlaşmaq, Allahı zikr etmək və Quran oxumaq ilə məşğul olmaqdır. Biz insanı günahdan çəkindirərək digər günaha salmamalıyıq. Əksinə biz insanı günahdan uzaqlaşdırıb onu Allaha tövbəyə və itaətə yönəltməliyik”197.

Şeyx Bakr Abu Zeyd – Hafizahullah - deyir ki: “Şer və Mahnıları - Allahı zikr etmək, dua və s. ibadət vasitəsi kimi istifadə edilərsə bu bidətdir”198.

Şeyx Əhməd ən-Nəcmi – Hafizahullah - deyir ki: “Nəşidlər vasitəsilə onlar çalışırlar ki, xeyiri və axirəti xatırlatsınlar, bu da ibadətdir və o, ibadət ki, Allah Rəsulu şəriət etməyib yenilikdir. Buna görə də biz deyir ki: Bu Nəşidlər – Bidətdir”199.

Şeyx AbduAziz Əli Şeyx – Hafizahullah - dan soruşrlar ki: “İslam Nəşidləri” ilə bağlı olan kassetləri qulaq asmağın hökmü nədir?”. Şeyx: “İslam Nəşidləri” adlanan bu Nəşidlərdən bəzilərinə mən qulaq asmışam. Çox təəssüf ki, mən onları musiqiyə bənzər gördüm. (İnsanların) Qəlblərinə təsir edən incə, gözəl və cəlb edici səslər seçilir. Bütün bunlar da Ğinədir. Bəzi səslər isə (insana) musiqini xatırladır. Bütün bunlara da İslam donu geydirirlər, halbuki İslam bütün bunlardan uzaqdır. İslam güclü və əzəmətli bir dindir. Nəşidlərlə maraqlananlara gəldikdə isə onlar Quran oxumaqdan uzaqlaşırlar. Çox təəssüf ki, bu Nəşidlər təbil, dəf və s. alətlərlə müşayət olunur və bunu da İslam adlandırırlar. Heç şübhə yox ki, bu xətadır və mən ümüd edirəm ki, qardaşlarımız bundan uzaqlaşarlar.”200.

Şeyx AbdulAziz ər-Racihi – Hafizahullah - deyir ki: “Günümüzdə cavanlar Nəşidlərə qulaq asır və deyirlər ki: “İslam Nəşidləri”, “İslam Nəşidləri”. Haradan götürülüb bu ad – “İslam Nəşidləri”. İslam dinində Nəşid yoxdur! Biri var ki, insan şer söyləsin, digərləri isə ona qulaq assınlar. Lakin qrup halında, xor şəkilində bu edilərsə bunda heç bir xeyir yoxdur. Günümüzdə olan Nəşidlər çox dəyişilmiş və onları musiqi kimi oxumağa başlamışlar. Bu gün sən musiqi ilə Nəşidi bir-birindən ayrıd edə bilməzsən. Mən cavanlara nəsihət edirəm ki, bu Nəşidlərə qulaq asmasınlar. “İslam Nəşidləri” deyilən bir anlam yoxdur, bunlar Sufi Nəşidləridir. Səhabələr belə edərdilər: biri Quran oxuyar, digərləri isə qulaq asar, niri hədis söyləyər, digərləri isə qulaq asar, biri şer söyləyər (faydalı) digərləri isə qulaq asardılar. Cavanlara vacibdir ki, bu Nəşidlərdən uzaqlaşsınlar. Sadə bir səslə, melodik, xor olmadan biri şer söyləyərsə bunda problem yoxdur. Nəşidlərə gəldikdə isə onu Sufilər edərlər”201.

Şeyx Racihi – Hafizahullah - dan soruşurlar ki: “Cavanların qulaq asdıqları “İslam Nəşidləri” barəsində olan suallar çoxalmışdır. Sizin buna olan fikriniz nədir?”. Şeyx: “Mən belə hesab edirəm ki, İslam Nəşidləri qadağandır. Günümüzdə yayılan Nəşidlərə gəldikdə onları elə bir melodik tərzdə oxuyular ki, (musiqidən) fərqləndirmək mümkün deyildir. Mənə çatan məlumatlara görə Nəşidlərdə musiqi alətlərindən istifadə olunur və hətta onlara ad günü mərasimlərində qulaq da asırlar. Bütün bunlar günahdır. Xor şəkilində Nəşidləri oxumağa gəldikdə, orada musiqi alətləri olmasa da belə bunda Sufilərə bənzəmək vardır. Çünki onlar Nəşidlər vasitəsilə ibadət edirlər. Bu Nəşidlərdə ehtiras oyadan səslər də vardır. Nəşidlərin sözlərində hikmət, fayda olsa da belə görürsən ki, bir kimsə sözləri (anlamadığı) halda və ya onlara əhəmiyət vermədən yalnız səsdən həzz alır”202.

Şeyx Cibrin – rahmətullahi aleyhi – dən soruşurlar ki: “Bir çox buraxılan kassetlərdə melodik və xor şəkilində oxunan Nəşidlər vardır. Onlara qulaq asmaq olarmı?”. Şeyx: “Əgər onlar melodik şəkildə oxunursa – Qadağandır”. Ondan: “Bəs xor şəkildə onunuşa nə deyirsiniz”. Şeyx: “Bu da – Qadağandır”. Ondan: “Cavanlar Nəşidləri dəvət vasitəsi kimi istifadə edirlər. Bu icazəlidirmi?”. Şeyx: “Qadağandır”.

Şeyx AbdurRahman əl-Barrak – Hafizahullah - deyir ki: “Nəşidlər – Sufi bidətləridir”203.

Şeyx Saleh Əli Şeyx – Hafizahullah - deyir ki: “Alimlərin sözlərindən və fətvalarından bildiyim qədər Nəşidlər qadağandır. Bu ümmətə Nəşidlər İxvan əl-Muslimin partiyası tərəfdən gəlmişdir. Çünki bu onlarda tərbiyyə üslubudur. Həmçinin bu Nəşidlər Sufilərin də dəvət üslubudur. Sonra onlar bu ölkəyə (Səudiyyə Ərəbitanına) daxil olaraq Nəşidləri kasset formasında buraxmağa başladılar. Onlar yayıldıqları zaman alimlər Nəşidləri qadağan olunması barədə fətvalar verdilər”204.

Kim istəsə yazılı və ya səsli formada bu kitab və kassetlərə qayıda bilər: İbrahim b. Abdullah əl-Mutlaq “Əqvalul Uləma Fil Anaşid Vət Təmsil”, “əl-Anaşid əl-İsləmiyyə Bəynə əl-İbəhə Vət Təhrim”, Usamə AbdulMunim “əl-Qovlu Mufid Fi hukmu Anaşid”, AbdulAziz ər-Reys b. Reys “Hukmu Mə Yusəmmə Bil Anaşid əl-İsləmiyyə”, “əl-Ədillə əş-Şəriyyə Fi Hukmu Anaşid əl-İsləmiyyə”.



Musiqi Aləti Olmadan Şer Söyləmək Artıq biz çalğı alətlərilə birlikdə mahnı söyləməyin haram olduğunu, bayram və toy mərasimlərində çalınan dəfdən (yalnız qadınlara icazəlidir) başqa bütün çalğı alətlərinin haram olduğunu, günümüzdə olan “İslam Nəşidlərinin” səsi incələdərək, melodik şəkildə, başı əsdirərək, qrup və xor şəkilində söylənilməsinin qadağan olunduğunu öyrəndik. Bəs, çalğı aləti olmadan şer söyləməyin hökmü nədir?

əl-Albani rahmətullahi aleyhi - deyir ki: «Bunun haram olduğunu kəsin olaraq söyləmək doğru deyildir. Çünkü belə bir qəti ifadənin söylənilməsinə dəlil yoxdur. Keçmişdə və indiki zamanda bəzi sufilər və bir qrup hava (bidət) əhlinin etdiyi kimi kəsin olaraq mubah olduğunu söyləmək də doğru deyildir. Çünki mahnı şer ilə olur. Şer də kəsin olaraq haram edilməmişdir”. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, şerin bir qismi hikmətdir»205. Peyğəmbər sallallahu aleyhi və səlləm dən şer haqqında soruşduqda o, buyurdu: «Şer bir sözdür. Gözəl olanı gözəl, çirkin olanı da çirkindir»206. Peyğəmbər sallallahu aleyhi və səlləm şer dinlədiyinə dair hədislər çoxdur. Sələmə b. Əkva - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Hudeybiyyəyə gəldik… Allaha and olsun ki, biz bu zu-Qarad səfərindən qayıtdıqdan sonra Mədinədə üç gün dincəldikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Xeybər istiqamətində yola çıxdıq. Əmim Amir - radıyallahu anhu qısa vəznlə şerlər deyirdi:



TƏLLAHİ! LƏVLALLAHU MƏHTƏDƏYNƏ

VƏ LƏ TƏSADDƏQNƏ VƏ LƏ SALLƏYNƏ

VƏNƏHNU AN FƏDLİKƏ MƏSTƏĞNƏYNƏ

FƏSƏBBİTİL ƏQDƏMƏ İN LƏQƏYNƏ

VƏ ƏNZİLƏN SƏKİNƏTƏN ALEYNƏ

Allaha and olsun ki, Allah istəməsəydi hidayətə yönəlməzdik biz,

Nə sədəqə verərdik, nə də namaz qılardıq biz,

Olmasaydı lütfün sənin, keçinə bilməzdik biz,

Sabit et qədəhlərmizi, düşmənlə qarşılaşdıqda biz,

Sakitlik (mənəvi bir qüvvət) nazil et Sən bizə!

Peyğəmbər: «Bu kimdir?» deyə buyurdu. Amir: «Mənəm Amir!» dedi. Peyğəmbər: «Allah sənə məğfirət etsin!» deyə dua etdi. Belə bir şey vardı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kimin üçün Allahdan xüsu-sən məğfirət diləyirdisə o, şəxs mütləq şəhid olurdu. Bu vaxt dəvə üstündə əyləşmiş Ömər b. əl-Xəttab - radıyallahu anhu dedi: «Ey Allahın Rəsulu! İzn ver Amir oxusun və bizi feyziyab etsin!». Biz Xeybərə çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:

QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB

ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!

Müharibə başlayıb, döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən!

Əmim Amir - radıyallahu anhu onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:

QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU

ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU

Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən,

Mahir silah ustası, çevik qəhrəmanam mən!

Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanına dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarını kəsdi. Amirin ölümü də bu yaradan oldu… Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm məni Əli - radıyallahu anhu nu çağırmağa göndərdi. Əli - radıyallahu anhu gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli - radıyallahu anhu nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gətirdim. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:



QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB

ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!

Müharibə başlayıb döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən.

Onun sözlərinə cavab olaraq Əli:

ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH

KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH

UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH

Anamın Heydər (aslan) adlandırdığı mənəm,

Meşələr aslanı tək zəhimli görkəmliyəm,

Düşmənləri pərən-pərən edib tez öldürərəm!

Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli - radıyallahu anhu nun iki əli ilə alındı207. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə Əbu Bəkr ilə Bilal - radıyallahu anhum xəstə idilər. Əbu Bəkr - radıyallahu anhu nun qızdırması yüksəldikdə deyərdi: Hər kişi öz ailəsi arasında səhəri açmaqdadır, Ölüm isə hər kəsə ayaqqabı bağından daha yaxındır…»208. «Şairlərə gəlincə onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit - radıyallahu anhum Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz şairik?» dedilər. Peyğəmbər sallallahu aleyhi və səlləm son ayəni oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227)209.

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»210. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Arc deyilən sahədə yeridiyimiz zaman şer yazan bir şairlə rastlaşdıq. Peyğəmbər: «Şeytanı tutun. Bir kimsənin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» deyə buyurdu211. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şairlərin söylədik-ləri ən doğru beyt Ləbidin: «Ələ Kullu Şeyin Mə Xaləllahə Batilu Xəbəriniz olsun ki, Allahdan başqa hər şey batildir» sözüdür212. Əsvəd b. Səri deyir ki, mən şair idim. Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlib dedim: «Rəbbimə təriflər dediyim mədhiyələri sənə oxuyummu?». Peyğəmbər: «Rəbbim həmd olunmağı sevir» deyə buyurdu və buna heç nə əlavə etmədi213. Aişə - radıyallahu anhə rəvayət edir ki, şerdən bir qismi yaxşı olur, bir qismi isə pis. Sən yaxşısını götür, pisini isə tərk et. Mən Kəb b. Məlik - radıyallahu anhu nun şerlərindən bəzisini rəvayət etdim. O, şerlərdən bir qəsidəsində 40 və bundan daha az beyt vardır»214. Miqdam b. Şureyh atasından rəvayət edir ki, mən Aişə - radıyallahu anhə yə dedim: «Peyğəmbər sallallahu aleyhi və səlləm şer deyərdimi?». Aişə: «Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah b. Rəvaha - radıyallahu anhu nun şerlərindən oxuyub deyərdi: Sənə xəbər gətirər, təmin etmədiyin kəs»215. Şərid rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məndən Umeyyə b. Səltin şerindən oxumağımı istədi. Mən də oxudum. Peyğəmbər: «Davam et, davam et» deyə buyurdu. Mən yüz beyt oxudum. Peyğəmbər: «Umeyyə az qala müsəlman olacaqdı» deyə buyurdu216. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanların ən böyük günah qazananı o, şairdir ki, bir qəbiləni (öz şerilə) pisləyir…»217.

Həmçinin Qəlbləri axirəti xatırlatmağa yönəldən «Zuhdiyyət» adını verdikləri şerlər də bu qəbildəndir. Məs:

Ey qəflət içində batan,

Nə vaxta qədər gözəl görəcəksən çirkinliləri,

Nə vaxta qədər, nə vaxta qədər qorxmayacaqsan,

Allahın əzaları danışdırdığı vaxt…

İmam Əhməd rahmətullahi aleyhi - dən soruşdular: Ey Abdullahın atası! Cənnət və Cəhənnəmi xatırladan, qəlbləri yumşaldan qəsidələr barədə nə deyirsən? O: Nə kimi? dedi. Məs:

Rəbbim mənə dediyi zaman,

Mənə üsyan etməkdən utanmadınmı?

Günahı insanlardan gizlədirsən,

Mənə üsyan etməkdən isə heç sıxılmadın.

Sonra: Mənə bir daha təkrar et! dedi. Mən də ona bir daha təkrar etdim. Qalxdı, evinə girdi, qapını bağladı. Evin içində bu iki beyti oxuyaraq ağladığını hiss etdim».

Alimlərin Sözlərinə Əsaslanaraq Nəşidlərə Qulaq Asmaq Üçün İcazə Verilən Zəruri Şərtlər:

1. Nəşidləri dəvət və ibadət məqsədilə istifadə etməmək.

2. Nəşidləri “İslami Nəşidləri” adlandırmamaq. Bunun qadağan olunması barədə alimlərin sözləri zikr edildi.

3. Vacibdir ki, Nəşidlərin sözləri özündə xeyirdən başqa bir şey əhatə etməsin və şəriət çərçivəsindən kənara çıxmasın.

4. Nəşidləri onlarda olan mənalara görə qulaq asmaq lazımdır, səsin gözəlliyinə görə deyil.

5. Nəşidlər musiqi alətləri ilə müşayət olunmamalıdır.

6. Nəşidlər Xor şəkilində oxunmamalıdır.

7. Nəşidlər şer formasında oxunsun, melodik şəkildə deyil.

8. Nəşidlərdə gözəl, cəlb edici (kişi və qadın) səsləri olmasın.

9. Nəşidlər qrup halında oxunmasın.



10. Bütün bu şərtlərə əməl edilsə də belə Nəşidlərlə çox vaxt keçirməmək. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»218.

Peyğəmbər Sallallahu Aleyhi Və Səlləm Nəyi Dinləyərdi? Bu ümmətin nümunəsi Peyğəmbər - sallallahu aleyhi və səlləm Allahın kəlamı olan Qurani Kərimi dinləyərdi. Qəlbi onunla rahatlanar, hüzn tapar və gözləri onunla yaşarardı. «Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)». (ər-Rəd 28). «Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik». (əl-İsra 82). İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm mənə buyurdu: «Ey İbn Məsud! Mənə Quran oxu» dedi. Mən: «Ya Rəsulullah! Quran sizə nazil olduğu zaman mən sizə Quran oxuyacağam?» dedi. Peyğəmbər: «Mən onu başqasından dinləməyi daha çox sevirəm» deyə buyurdu. Mən də ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: Hər ümmətdən şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin) halları nə cür olacaqdır». (ən-Nisa 41). Ayəsinə çatmışdım ki, Peyğəmbər: «Bu qədər kifayətdi» deyə buyurdu. Mən ona tərəf çöndükdə gördüm ki, gözləri yaşla dolub219. Bir gün Rəslullah - sallallahu aleyhi və səlləm – məscidin yanından keçərkən Əbu Musa əl-Əşari - radıyallahu anhu – nun Quran oxuduğunu eşidir, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah - sallallahu aleyhi və səlləm – Ona: «Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...» deyə buyurdu. Əbu Musa: «Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl edərdim». «Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır)». (əl-Həşr 59). «Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər)». (ər-Rəd 31). «(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!». (əl-Mursələt 50). Həsin b. AbdurRahman deyir ki, Əbu Bəkr - radıyallahu anhu – nun qızı Əsmə - radıyallahu anhə – dən soruşdum: «Quran oxuyarkən Rəsulullah - sallallahu aleyhi və səlləm – in səhabələri və Əhli Beyti nə edərdi?». O: «Allahın Quranda buyurduğu kimi idilər. Gözlərindən yaş axar və vücudları titrəyərdi» deyə cavab verdi. Ona: «Bizdə Quran oxuyan zaman özlərindən gedən kimsələr var» dedim. Əsmə: «Şeytandan Allaha sığınıram» dedi. Sad bə Əbu Vaqqas - radıyallahu anhu deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Quran vəhy olunduğu zaman O, Quranı insanlara oxuyardı. İnsanlar: “Ya Rəsulullah! Sən bizə (maraqlı) hadisələri danış” dedilər. Allah bu ayəni nazil etdi: Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin”. (Yusuf 1-3). Peyğəmbər - sallallahu aleyhi və səlləm – bundan sonra yenə də uzun müddət Quranı insanlara oxumağa başladı. İnsanlar: “Ya Rəsulullah! Sən bizə hər hansı bir hekayəni danışsaydın” dedilər. Allah ayə nazil etdi: Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi...”. (əz-Zumər 23)220.
SAQQAL

Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə qeyri müsəlman ölkələrindən və ya aramızdan onların ölkələrinə gedib, saleh keçmişlərinin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə gətrilmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir». «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır». (əl-Əhzab 36). «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).



Saqqal - Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bığlarınızı qısaldın və saqqalarınızı uzadın (buraxın)»221.

Kafirlərə Bənzəmək - Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın»222. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»223. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»224. Peyğəmbər sallallahu aleyhi və səlləm saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»225. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir»226. Bir Məcusi Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır»227. Kisranın Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu228. Vay! Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər sallallahu aleyhi və səlləm onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

Saqqal saxlamaq Peyğəmbər sallallahu aleyhi və səlləm in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər sallallahu aleyhi və səlləm isə uzun və gur saqqalı idi.



Qadınlara Bənzəmək Açıq-aydın bir həqiqətdir ki, Allah kişiləri qadınlardan fərqli olaraq yaratmışdır. Bu fərqlərdən biri də saqqaldır. Bunun qırxılması da kişilərin qadınlara bənzəməsi meydana gəlir. Kişilərdən qadınlara bənzəmək istəyənləri isə Peyğəmbər sallallahu aleyhi və səlləm dili ilə lənətlənmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişilərdən qadınlara bənzəməyə çalışanlar lənətlən-mişlər»229. Saqqalın kişilər üçün bir çox faydaları vardır ki, bunlardan: Kişinin zinətidir, kişini heybətli edir, qadından fərqləndirir və s.

Saqqalın Qırxılması Fitrətə Müxalifdir «(Ya Muhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30). Fitrət Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir rahmətullahi aleyhi - deyir ki: «Fitrət Peyğəmbər sallallahu aleyhi və səlləm in əməl etmək üçün əmr etdikləri sünnətlərdir»230. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…»231.

Allahın Yaratdığını Dəyişdirməkdir - «Allah ona lənət etdi. O, isə dedi: «Əlbətdə mən sənin bəndələrindən müəyyən qismini ələ alacağam. Onları hökmən sapdıracağam, xülyalara salacaq, heyvan-ların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişikliklər verməyi əmr edəcəyəm. Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbətdə açıq-aşkar ziyana uğramışdır». (ən-Nisa 118,119). «Allahın xəlqini (xəlq etdiyi sifəti) dəyişmək olmaz». (ər-Rum 30). Bu dəlillər açıq-aydın, şəri bir izn olmadan Allahın yaratdığını dəyişdirməyin, şeytanın əmrinə itaət olduğunu görstərməkdədir. Saqqalı qırxmaq isə şeytanın sevdiyi və əmr etdiyi bir yaradılışı pozma əmri olduğunda heç bir şübhə yoxdur. Abdullah b. Məsud - radıyallahu anhu deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürən, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incələdən qadınlara lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Umm Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mən nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin - sallallahu aleyhi və səlləm bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax!» dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyin kimi olsaydı bizimlə birlikdə olmazdılar»232. Saqqal qırxmaq da gözəllik üçün Allahın yaratdığını pozmaq olduğunda şübhə yoxdur. Saqqal qırxmaq Allahın yaratdığına etiraz etmək deməkdir və bu əməl də yuxarıda qeyd olunduğu kimi lənəti gətirən səbəblərdəndir. Çünki Allah insanı ən gözəl, mükəmməl bir surətdə yaratmışdır. «Sizə surət verdi və surətlərinizi gözəl yaratdı». (ət-Təğabun 3). «Biz Adəm övladını şərəfli və hörmətli elədik». (əl-İsra 70). «Biz insanı ən gözəl biçimdə yaratdıq». (ət-Tin 4). «Bu hər şeyi yerli-yerində edən Allahın gördüyü işdir». (ən-Nəhl 88). Şübhəsiz ki, saqqalı kəsilməsi (qırxılması) bu böyük neməti inkar etmək mənasına gəlir.

Sələm İmamlarının Bu Barədə Sözləri «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! deyəcəyindən qorxdum» (Ta ha 94). Şingiti rahmətullahi aleyhi - deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir». Cabir b. Səmura - radıyallahu anhu deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm in saqqalının tükləri sıx-sıx idi»233. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli - Allah onlardan razı olsun - saqqallarının çox və sıx olduğu qeyd edilmişdir234. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir»235. Hənəfilərdən İbn Abidin rahmətullahi aleyhi - deyir ki: «Kişinin saqqalını qırxması haramdır»236. İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır»237. İbn Abdul Bərr rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz»238. Cəmil Zeynu - Allah Ondan Razı Olsun - deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər - sallallahu aleyhi və səlləm in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməyimi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.
İSBAL

(İZARIN, PALTARIN UZUN OLMASI)

Burada söhbət geyimin topuqdan aşağı olmasından gedir. Bəzilərinin geyimləri yerə sürtülür, digərlərinin isə arxaları ilə sürünür. «Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)». (əl-Əraf 26). Əbu Zərr - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəklərini yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə»239. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu240. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir»241. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, göynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz»242. Rəsulullah sallallahu aleyhi və səlləm Əbu Curey Cabir b. Suleym - radıyallahu anhu ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlük əlamətidir. Allah da təkəbbürlüyü sevməz»243. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər ətəyi yerdə süründüyü halda namaz qıldı. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Get dəstəmaz al». Adam gedib dəstəmaz alıb qayıtdı. Peyğəmbər: «Təkrar get dəstəmaz al» deyə buyurdu. Adamlardan biri: «Ya Rəsulullah! Nəyə görə ona dəstəmaz almasını əmr etdin və səbəbini də demədiniz» deyə soruşdu. Peyğəmbər: «O, kişi ətəklərini yerlə süründürərək namaz qıldı. Allah ətəklərini yerlə süründürən kimsənin namazını qəbul etməz»244. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, bir gün Rəsulullah sallallahu aleyhi və səlləm in yanına gəldim. İzarım bir az aşağı enmişdir. Peyğəmbər: «Ey Abdullah! Geyimini yuxarı çək!» deyə buyurdu. Mən də çəkdim. Sonra: «Bir az da çək» deyə buyurdu. Mən bir az da çəkdim. Mən də izarımın uzunluğuna diqqət etdim. Cəmaatdan biri: «(Geyimini) haraya qədər qaldırım» dedi. Mən: «Diz qapaqlarımın yarısına qədər» dedim245. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlüklə paltarını yerlə sürükləyərsə Allah Qiyamət günü onlara nəzər salmaz». Ummu Sələmə - radıyallahu anhə dedi: «Qadınlar ətəklərini nə şəkildə edəcəklər». Peyğəmbər: «Onlar ətəklərini bir qarış uzadırlar» deyə buyurdu. Ummu Sələmə: «O, zaman qadınların ayaqları açılır» dedi. Peyğəmbər: «Bir qarış da uzadın, artıq yox» deyə buyurdu246.

«Ey qövmümüz! Allahın dəvətçisinə icabət edin». (əl-Əhqaf 31). Allahın və Rəsulunu sevən müsəlman qardaşım! Bu sözün sahibi olan Peyğəmbər sallallahu aleyhi və səlləm ə müxalif olmaqdan çəkin: «Kim mənim sünnəmdən üz çevirərsə məndən deyildir»247. Paltarını uzatdığın zaman kafirlərə bənzəmiş olursan ki, bu da Peyğəmbər sallallahu aleyhi və səlləm in bu sözünə bənzəmiş olursan: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»248. Ey Allahın qulu sənə bu hədisi də xatırlatmaq istəyitrəm! Əşaş b. Suleym xalasından rəvayət edir ki, əmim belə dedi: «Mədinədə gedərkən arxamdan bir insan: «İzarını yuxarı qaldır, belə təqvaya daha yaxındır» deyə buyurdu. Bir də gördüm ki, (söləri söyləyən) Peyğəmbər sallallahu aleyhi və səlləm dir. Mən: «Ya Rəsulullah! Bu uzun bir əbadır» dedim. Peyğəmbər: «Mən sənin üçün gözəl bir nümunə deyiləmmi» deyə buyurdu. İzarına baxdım dizi ilə topuqları arasında idi»249.

Ey geyimini uzadan, yerlə sürükləyən müsəlman! Peyğəmbər sallallahu aleyhi və səlləm sənə belə dediyi zaman nə edəcəksən? Mən sənin üçün gözəl bir nümunə deyildimmi? Daima axirəti düşün və keçici fitnələr diyarı olan dünya həyatına aldanma. Çünki dünya keçici, axirət isə əbədidir.



Saqqal Və İsbal Barəsində Digər Məzhəblərdə Keçən Hədislər - Saqqal saxlamaq yalnız Əhli Sünnə kitablarinda deyil digər məzhəb kitablarında da mövcuddur. «Saqqalı qırxmaq Allahın yaratdığını dəyişməkdir. Kim Allahın yaratdığını dəyişərsə Allah ona lənət etsin!»250. Müstədrək kitabında Müddəssir surəsinin 4-cü, «Paltarınıı təmizlə» ayəsinin təfsirində belə deyilir: Ayənin mənası paltarı qısa geyinmək deməkdir251. Muhəmməd b. Əli «Müddəssir» surəsinin 4-cü, «Paltarını təmizlə» ayəsi haqda soruşulduqda belə cavab vermişdi: «Yəni paltarını qısalt». Sonra isə dedi: «Paltarın topuqlarından aşağı düşməsin. Çünki paltarı topuqdan aşağı geyinmək Bənu Umeyyənin əməlindəndir»252.

Uzun paltar geyməyi və paltarın qollarının uzun olmasını məzəmmət ediblər xüsusilə hədisdə gəlib ki, paltarı təkəbbür üzündən yerlə sürükləyənlər və həmçinin paltarı topuqdan aşağı geyinənlər Cəhənnəm odundadırlar253. Əli - radıyallahu anhu - köynək geydiyi zaman köynəyinin qollarını yuxarı çəkər, barmaqlarından irəli çıxan hissəsini götürərdi254. Nəql edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Zərr - radıyallahu anhu - ya buyurdu: «Hər kim təkəbbür üzündən paltarını yerlə süründürərsə Allah Qiyamət günü ona rəhmət nəzərini salmaz»255. Həmçinin bu cür geyim Lut qövmünün əxlaqındandır. İmam Cəfər Sadiq rahmətullahi aleyhi - rəvayət edir ki, Əli - radıyallahu anhu - bir gün bazara gedir və özü üçün əşrəfiyə üç paltaq alır. O, belə idi: «Köynəyi qolunun biləyinə qədər, fitəsi baldırının yarısına qədər, əbası ön hissəsindən döşünə qədər və arxadan kəmərdən aşağı idi. Həzrət evinə qayıdana qədər əllərini göyə qaldırıb bu nemətə görə Allaha həmd etdi»256.

Bığı azaltmaq çox təkid olunmuş bir qanundur. Bu iş insandan qəmi və vəsvəsəni yox edər257. Bığı dəriyə qədər azaltmaq daha yaxşıdır. Həql edilir ki, İmam Cəfər Sadiq rahmətullahi aleyhi - bığını həmən miqdarda azaldardı258. İmakan yaratma ki, bığın çox uzansın, çünki bu halda şeytan orada özünə yer tapıb gizlənər259. Bir cümədən digər cüməyə dırnaq tutmaq və bığı azaltmaq insanı xora xəstəliyindən qoruyar və ruzisini çoxaldar. Cümə günü bu işi edərkən bu duanı oxuyun: «Bismilləhi Və Billəhi Və Alə Sunnəti Muhəmmədin Və Alə Əli Muhəmməd»260.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə