Halal Qida Standartları və İslam maliyyələşməsi - Qarşılıqlı əlaqə və
perespektivlər.
Fuad Ağayev
Halal Konsaltinq Qrup
Müasir dövrün aktual və inkişaf edən mövzularından biri də İslam maliyyələşməsi,
“Halal” qida və ümumilikdə “Halal”konsepsiyasının özüdür. Bəs bu konsepsiyanın özü nə
dən ibarətdir və bu ad altında formalaşmış baxışlar, normalar necə başa düşülməlidir.
Mövzunu daha yaxşı anlamaqdan ötrü qısaca bəzi terminlərin mahiyyətinə diqqət yetirək.
“Halal” sözü özü İslam dininə məxsus termin olaraq, hərfi mənada “icazəverilən”
mənasına gəlir. Qeyri-ərəblər üçün adətən “Halal” sözü daha çox qida və ərzaq məhsulları ilə
əlaqədar olaraq işlədilir. Lakin Ərəb dilinin özündə “Halal” sözü icazə verilən bütün hərəkət
və davranışları, geyim tərzini, danışıq tərzini, maliyyəni və sairəni əhatə edir. Həmçinin qərb
ölkələrində də “Halal” termininə müsəlmanların qida qaydaları kontekstindən yanaşlılır,
xüsüsən də ət və ət məhsulları nəzərdə tutulur.
Əslində isə konsepsiyanın özü müsəlmanın həyatının İslam qaydaları ilə tənzimlənən
bütün aspektlərini nəzərdə tutur. Bu konsepsiyaya bütövlükdə tam bir sistem kimi
yanaşılmalıdır və sistemin hər hansı bir elementi çatışmırsa, təbii ki, bunu təkmil sistem
adlandırmaq olmaz.
Sözsüz ki, “Halal” konsepsiyasının əsas mənbəyi müqəddəs kitabımız “Qurani-
Kərim” və hədislərdir. “Halal” konsepsiyası ilk növbədə Allah-Təalanın və Məhəmməd
peyğəmbər(ə) icazə verdikləri deməkdir. Bir necə nümunəyə nəzər salaq:
“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin!
Həqiqətən, o
(Şeytan)
sizinlə açıq-aşkar düşməndir”
(2:168).
“Riba (sələm, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin
vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış veriş də, sələm kimi bir şeydir!” -
dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan)
etmişdir” (2:275).
Hər iki ayədən göründüyü kimi Halal tək qidaya deyil, maliyəyə, ticarətə də aiddir.
Müasir dövrdə Halal konsepsiyası İslam qanunlarının şərtlərinə uyğun şəkildə
hazırlanmış məhsul və xidmətlərə istiqamətlənmişdir. Məhsul və xidmətlər dedikdə
maliyyə, sığorta, qida, kosmetika, turizm və sairə sahələrlə əlaqədar məhsullar başa düşülür.
Hal-hazırda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzvü vardır. Dünya üzrə
müsəlmanların sayı 1.8 milyard olaraq qiymətləndirilir. Halal İqtisadiyyatın həcmi 2013-cü
ildə 3.5 trillion dollar təşkil etmişdir. Bu rəqəmin 2018-ci ilin sonuna 6.4 trillion dollara
çatması planlaşdırılır. Bu rəqəmin 634.6 milyard dolları yalnız halal qidanın payına düşür ki,
bunun da əsas hissəsi müvafiq olaraq Halal Turizm və İslam maliyələşməsinin hesabına
formalaşır.
Müqayisə üçün qeyd edək ki, dünya üzrə yəhudilərin sayı 2013-ci ilin məlumatına
görə 15 milyon olmuşdur. Dünyada 100 minə yaxın koşər məhsulları üzrə sertifikat almış
supermarket şəbəkələri mövcuddur. Koşər standartlarına uyğun məhsullar 100 milyardlarla
dollarla ölçülür. Son araşdırmalar göstərir ki, ABŞ-də cəmi 15 faiz yəhudi Koşər
standartlarına uyğun hazırlanmış məhsullardan istifadə edirlər. 55 faiz ABŞ əhalisi ona görə
Koşərdən istifadə edir ki, o daha təhlükəsiz və təmiz qida heasb olunur. 38 faiz ABŞ əhalisi
isə vegetarian qidalarından istifadə edir. ABŞ-də bir halal sertifikatlaşmadan keçən məhsulun
müqabilində 86 koşər sertifikatı almış məhsul mövcuddur. Müsəlmanlar il ərzində ABŞ-də 16
milyard dollar koşər məhsullarına pul xərcləyirlər.
Ancaq bütün bunlara baxmayaraq İslam maliyələşmə qurumları və vasitələri hələ ki,
halal qida sənayesində xüsusən kiçik və orta müəssilərdə aparıcı rol oynaya billməyib. İslam
dini elə bir dindir ki, onu hissəli deyil tam (bütöv) şəkildə qəbul etmək lazımdır. Son
araşdırmalar göstərir ki, qida sektorunda halal standartlara uyğun fəaliyyət göstərən kiçik və
orta bizneslərin yalnız 15-20 faizi İslam maliyələşməsindən istifadə edir. Əsasən kiçik və orta
biznesin təmsilçiləri Halal standartlara və normativlərə uyğun məhsul istehsalı dedikdə,
yalnız qida zəncirinin mərhələlərinin İslam şərtlərinə uyğun formada qurlmasını başa
düşürlər. Lakin, həmin kiçik və orta bizneslərin təmsilçilərini götürdükləri kreditlər, faiz
dərəcələri, ödədiklər və ya lizinq vasitəsi ilə əldə etdikləri avadanlıqların hansı prinsiplərə
əsasən götürüldüyü maraqlandırmır. Bu zaman məntiqi bir sual meydana cıxır. Bəs nəyə görə
halal məhsul istehsalçıları tamamilə halal təchizat zənciri yaratmirlar? Niyə görə ilkin
biznesin başlanmısından tutmuş, kreditlərin alınması və son qida məhsulunun çatdırılmasına
qədər olan bir proses eyni İslami dəyərlərə əsaslanmır?
Təəsüflər olsun ki, bu tip müəssilər və tədqiqat inistitutları yalnız istehsal edilən
məhsullar ucün kriteriyalar formalasdırıblar. Eyni sual islam maliyyələşməsi ilə məsğul olan
inistitutlara da aiddir.
Məsələn, gəlin baxaq İslam maliyələşməsi xüsusən bankçılıq sektoru kiçik və orta
biznesi hansı şərtlər daxilində malyələşdirirlər. İslam bankçılığında müştəriyə qoyulan əsas
kriteriyalar əsasən aşağıdakı kimidir:
1)
Donuz və onunla əlaqədar biznesin maliyələşdirilməməsi
2)
Alkaqollu içki biznesinin maliyələşdirilməməsi
3)
Kazino və qumar biznesinin maliyələşdirilməməsi və sairə.
Amma bu günki qida sənayesi çox mürəkkəb bir formatdadır. Xüsusən qida
qatqılarının çoxluğu və onlardan hansının halal mənşəli olub olmaması, eləcədə heyvan
kəsiminin hansı formada aparılması çox mürəkkəb bir məsələyə çevrilmişdir. Bütün bu adı
çəkilən sahələrin ciddi şəkildə audit olunmasına və sertifikatlaşdırılmasına ehtiyac vardır.
Halal sertifkatı olmayan qida sənayesinin, fabrik, restoran və sair müəssələrin İslam maliyəsi
ilə təmin edilməsi artıq şübhəli məsələ hesab edilməlidir. Çox təəsüf ki, hal-hazırda İslam
bankçılığı və sığortası ilə məşğul olan inistitutlar, halal sertifikatın olmasını məcburi kriteriya
kimi öz şərtləri siyahısına daxil etməyiblər.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, İslam maliyələşməsi və Halal Qida
standartları, eləcə də Turizm sektoru arasında koordinasiya əlaqələri zəifdir və burada
müəyyən boşluqlar vardır.
Bəs problemin həlli yolları və perspektivləri nədən ibarədtdir. Müəyyən təkliflər
əsasında bu prosesi sürətləndirmək olar. Məsələn,
1)
Şərti olaraq sahələri ilk növbədə təsnifatlandirmaq
Qida
Turizm
İstehlak
Maliyyə
İstehsal
Paylanma
Loqistika
Otel və digər
infrastrukturlar
Kosmetika
Bank
Nəqliyyat
Restoran
Farmakaloqiya
Media
Takaful (Sığorta)
Kapital Bazarı
Bu cür və buna oxşar təsnifatlaşdırma ümumi mənzərəni daha da konkretləşdirməyə
xidmət edə bilər ki, bu da öz növbəsində hər bir istqamət üzrə gələcək planların və
fəaliyyətlərin daha dəqiq şəkildə icra edilməsinə səbəb olar.
2)
Hər bir istiqamət üzrə mövcud olan standart və normativlərin bir-birinə
yaxınlaşdırmaq və əlaqəli şəkildə təkmilləşdirmək.
Hal-hazırda bu istiqamətlərin ayrı-ayrılqıda müəəyyən standartlara və normativlərə
malik olmasını görə bilirik. amma qarşılıqlı şəkildə ortaq kriteriyaların azlığını müşahidə
etmək olar.
Ümumiyyətlə qlobal halal iqtisadiyyatı şəriət prinsiplərinə əsaslanan bisnes
müəssisələri formalaşdırır. Baxmayaraq ki, halal dedikdə ilk növbədə İslam dini yada düşür
amma unutmaq lazım deyil ki, halal iqtisadiyyatın formalaşması ümumən qlobal şəkildə
dünya iqtisadiyyatı üçün faydaları var. Nəticə etibarı ilə İslam dəyərləri də ümumbəşəri
dəyərlər olduğu üçün halal məhsul və xidmətlər qeyri-müsəlman istehlakçıları üçün də
cəlbedicidir. Bu tendensiya son dövrlər qlobal şəkildə inanc, etik və sosial-ictimai dəyərləri
fonunda artmaq üzrədir. Bütün bunları nəzərə alaraq ayrı-ayrı sektorlarda standartları
təkmilləşdirən zaman digər sektorların da nümayəndələrinin iştirakını təmin etmək məhsuldar
nəticələrə gətirib çıxara bilər.
3)
Qanunvericilik bazasının təkmilləşdirilməsi.
İƏT-ə yə üzv olan 57 ölkədən bəzilərini çıxmaq şərti ilə digər ölkələrdə İslam
maliyyələşməsi, Halal qida standartları və sertifikatlaşdırma və sairə istiqamətlər qanun
səviyyəsində tənzimlənmir. Yalnız pərakəndə şəkildə və hansısa digər dövlətlərin hazırladığı
normativlərə əsaslanır. Bu isə bir sıra problemlərə gətirib çıxarır. Nəzarət və tətbiq
mexanizmlərinində boşluqlar əmələ gətirir. Hər bir ölkə bu sahədə qanunvericilik bazasını
genişləndirib təkmilləşdirsə çox sürətli və müsbət nəticələr əldə etmək olar.
4)
Halal zəmanət sisteminin yaradılması.
Yuxarıda təsnifatlaşdırdığımız kimi, həmin sektorlarda fəaliyyət göstərən hər bir
müəssisənin öz daxilində halal zəmanət sisteminin yardılması məqsədəuyğundur. Belə ki, bu
sistem yalnız istehsal edilən məhsul və xidmətlərə deyil, eləcə də idarəetməni, resursları və
digər məsələləri özündə əks etdirməlidir. Bu cür daxili sistemlərin yaradılması nəinki
müəssiələrin bir-biri ilə əlaqələrini həmçinin sektorlar arası əlaqələrin də yaxınlaşmasına
təkan verəcək. Bu cür daxili sistemlərin yaradılması dırnaqarası desək, hər kəsin eyni dildə
danışmasına və bir-birinin problemini asan başa düşməsinə gətirib çıxaracaq.
Bu təkliflərdən nəticə çıxararaq görürük ki, İslam maliyyə inistitutları halal sistem
yaratmaq istəyən müəssisələri dəstəkləmək baxımından ümidverici imkanlara malikdirlər.
Halal sənayedə fəaliyyət göstərən bizneslər digər sahədə fəaliyyət göstərən müəssisələr kimi
maliyyə, risk menecment, kapital, kredit və sairəyə ehtiyacları vardır.
Bundan başqa İslam maliyyələşməsi xalis mənfəətləri məhsuldar investisayaya
çevrilməsində əhəmiyyətli rol oynaya bilər. İslam maliyələşməsi və halal sənayeinin
qarşılıqlı əlaqəsi hər sektor üçün faydalıdır:
Bütün bunları ümumiləşdirirək qeyd etmək lazımdır ki, bu sektorlarda fəaliyyət
göstərən maraqlı tərəflər sinerji formatının yaradılmasını gücləndirməlidirlər və bu da öz
növbəsində hər sektordakı bizneslər üçün faydalar gətirəcək. Bu cür əməkdaşlığın nəticəsi
olaraq başdan ayağa İslam prinsiplərinə əsaslanan dəyər zənciri yaranacaq.
Əsas marqlı tərəflər bu cür işlərin həyata keçirilməsi üçün qanunvericiliyi, maliyyə
inistitutlarını, halal sertifikatlı müəssisələri həmçinin istehlakçıları da bu dəyər zəncirinə cəlb
etməlidirlər. İstehlakçıların da bu zəncirə cəlb edilməsi alıcılıq qabiliyyətnin artmasına gətirib
çıxaracaq.
İƏT təşkilatı çərçıvəsində gələcəkdə bu təşkilata üzv olan 57 ölkə bu sahəyə diqqəti
daha da artırmalıdır. Bu təşkilatın müvafiq struktrları səviyyələrində işlər daha da
sürətlənməlidir.
Sonunda unutmayaq ki, “qarşılıqlı əməkdaşlıq və həmrəylik” İslam norma və
prinsiplərindən biridir. Bu norma İslam dəyərlərində əsas yeri tutur. Müqəddəs kitabımız
Qurani Kərimin Maidə surəsində ikinci ayəsinin sonunda deyildiyi kimi:
“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə
və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli
cəza verəndir” (5:2).
Ədəbiyyat və istinadlar
1.
Qurani-Kərim
2.
Əl-Mizan fi Tefsir-il Quran, Əllamə Təbətəbai
3.
Halal Food Production, Mian Riaz, Muhammad Chaudry 2004
4.
Halal Qida Standartları, Fuad Ağayev, Bakı 2011
5.
Dünya Bankı, KFH Araşdırma Hesabatı
6.
ASEAN, KFH Araşdırma hesabatı
7.
www.ekonis-ukm.my
8.
Beynalxalq İslam İqtisadiyyatı Ölkələrinin Hesabatı
9.
www.mifc.com
İslam maliyə
l
əşmə
si üçün is
ə
ayırdıqları
maliy
ə
nin tamamil
ə
halal kriteriyalar
əsasında
işlə
y
ən müştə
ril
ə
r
ə
çatmasına yardım edir. Bu
da öz növb
ə
sind
ə
İslam maliyə
sind
ə
olan
boşluğu tamamlayır.
İslam maliyyə
l
əşməsi halal sektordakı
mü
ə
ssis
ə
l
ər üçün onların maliyyə
boşluğun
u
tamamlayır və
dig
ə
r m
ə
nb
ə
l
ə
r
ə
dn
maliy
ə
l
əşmənin qarşısın alır. Bu halal istehsal
mü
ə
ssis
ə
l
əri üçün faydalıdır.
Dostları ilə paylaş: |