161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ


Azərbaycan  MEA-nsn Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
1   2   3   4   5   6   7

Azərbaycan  MEA-nsn Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1

167

ərizəçi  bu  İnstitutun  tələb  etdiyi  sənədləri  gön­

dərdiyini  bildirərək  onların  qəbul  olunmasını 

xahiş  edib  [15,  v .l].  Yeri  gəlmişkən,  bu  haqda 

poçt  və  teleqraf baş  idarəsinin  özü  də  27  iyun 

1903-cü  ildə  İnstitut  direktoruna  rəsmi  məktub 

göndərib  [15,  v .l 4].

8  sentyabr  1903-cü  ildə  İnstitut  rəhbərliyi 

Rüstəmbəyova  1972  saylı  məktub  göndərərək 

onun  27  avqustdan  III  kursa  qəbul  edildiyini, 

məşğələlərin  15  sentyabrda başlanacağım  xəbər 

verib  [15,  v .l 6].  Göstərilən vaxtda Rusiya pay­

taxtına  gələn  Əsəd  bəy  evdən  ailə  ilə  bağlı 

teleqram  aldığına  görə  Şuşaya  getməkdən  ötrü 

15  oktyabr-20  noyabr müddəti  üçün  İnstitutdan 

icazə  istəyib  [15,  v .l 7].  Bundan  sonra  da  ona 

Şuşaya  getmək  üçün  hər  il  İnstitut  rəhbərliyi 

icazə verib.

Tələbə  Rüstəmbəyov  5  iyul  1907-ci  ildə 

xaricə  getmək üçün Novorossiyskdə  xarici  pas­

port  alıb.  Sənəddəki  qeydlərə  əsasən,  19  iyul-8 

dekabr  1907-ci  il  müddətində  xarici  səfərdə 

olub  [15,  v.3-9].

1910-cu  ildə  xəstəliyi  üzündən  təhsilində 

fasilə  yaranıb.  Dərslərdə  iştirak  etmədiyinə  görə 

İstitutdan  çıxarılıb  və  az  sonra  yenidən  bərpa 

edilib  [15,  v.39].  Ümumən  onun  tələbə  şəxsi 

işində xəstəliyi  ilə bağlı  çoxlu  sənəd var.  8  aprel 

1911-ci ildə isə direktordan xəstəliyinə görə İns­

titutdan çıxarılmasını və sənədlərinin ona göndə­

rilməsini  xahiş  edib.  Sənədlər  ona  26  apreldə 

təqdim  edilib  [15,  v.48].  Beləliklə,  bu  İnstitutda 

8 il oxusa da qurtararaq diplom ala bilməyib.

Mühəndis  Rüstəmbəyovun  1911-ci  ildən 

sonra  haralarda  və  hansı  vəzifələrdə  qulluq  et­

məsi  haqqında  geniş  məlumat  yoxdur.  Bildiyi­

miz budur ki,  o,  1918-ci  ilədək  özünü bacarıqlı 

mütəxəssis  kimi  tanıtmağı  bacarıb.  Dediyimizə 

sübut olaraq  bu  faktı  göstərə  bilərik ki,  1918-ci 

ildə  o,  Zaqafqaziya  hökumətində  mühüm  vəzi­

fələr  tutub.  Belə  ki,  Tiflisdə  çıxan  “Kavkaz- 

skoye  slovo”  qəzeti  1918-ci  ilin mayında “Xro- 

nika”  bölməsində  “Təyinat”  başlığı  altında  bu 

xəbəri  yerləşdirib:  “Vəzifəsini  tərk etmiş Mehdi 



bəy  Hacınskinin  yerinə  Ə. Rüstəmbəyov  ticarət 

və sənaye  nazirinin  m üavini  təyin  edilib”  [17]. 

Doğrudur,  26  mayda  Zaqafqaziya  Federativ 

Cümhuriyyətinin  dağılması  ilə  bu  vəzifə  də

aradan qalxdı,  ancaq  bu,  Rüstəmbəyovun  dövlət 

adamı kimi bacarığına, əlbəttə, kölgə sala bilməz.

28  may  1918-ci  ildə  Azərbaycan  Cümhu­

riyyətinin  qurulması  ilə  Rüstəmbəyovun  da hə­

yatında tam yeni məzmunlu bir dönəm başlanıb. 

Cümhuriyyət  illərindəki  (1918-1920)  fəaliyyəti 

Əsəd  bəyin  yaşamının  ən  şərəfli  səhifələrini 

təşkil  edir.  Ancaq  ən ürəkgöynədən cəhət bura­

sıdır  ki,  o,  sovet  dönəmindəki  bütün  yaşamı 

boyunca bu xidmətləri  hamıdan gizlədərək  sus­

mağa məcbur olub.

Özəlliklə  Osmanlı  dövlətində  Azərbaycan 

hökumətinin  nümayəndəsi  kimi  çalışmış  mü­

həndis  Rüstəmbəyov  özünü  bacarıqlı  diplomat 

və  iqtisadçı  kimi  göstərə  bilib.  Onun  qardaş  öl­

kədə  gördüyü  işlər  yenicə  dövlətçiliyə  qədəm 

basmış  Azərbaycan  üçün  çox  önəmli  idi.  Əsəd 

bəy  İstanbulda  dövlət  adamları  ilə  o  qədər  sə­

mimi  münasibətlər  qurub  ki,  Rüstəmbəyovlarla 

qohumluq  bağlan  olan1 böyük  Salman  Mümta- 

zın  (1884-1941)  nəvəsi  şərqşünas  Urxun  Qala- 

bəyovun  bizə  verdiyi  bilgiyə  görə,  o,  burada 

hətta  Sultan  Əbdülhəmidin  nəslindən  hansısa 

paşanın qızı  olan Fəridə xanımla nişanlanıbmış, 

evlənəcəklərmiş.  (Urxun bəy  Əsəd  bəyin  başqa 

fotoları  ilə  yanaşı,  Fəridə  xanımla  çəkdirdiyi 

şəklini də  lütfkarlıqla bizə bağışlayıb.  Onun de­

diyinə  görə,  Əsəd  bəy  Azərbaycana  qayıdaraq 

buradakı  bütün  torpaq  və  mülklərini  sataraq 

Türkiyəyə  dönmək,  bundan  sonra  evlənmək  is­

təyib,  ancaq  sovet  hakimiyyəti  onun  bütün 

planlarım  alt-üst  edib  və  paşa  qızı  ilə  izdivacı 

baş tutmayıb).

Türkiyədə  Məhəmmədəmin  Rəsulzadənin 

başçılıq  etdiyi  Azərbaycan  Heyəti-mürəxxəsə- 

sindəki  Maliyyə heyətinin üzvü kimi  Səlim bəy 

Behbudovla  birgə  çalışan  Rüstəmbəyov  bütün 

gücünü burada Azərbaycan pullarının kəsilməsi, 

gənc  Azərbaycan  dövlətinə  Osmanlının  maddi 

yardımının təşkil  edilməsi  və  b.  dövlət  əhəmiy­

yətli  məsələlərin  həllinə  yönəldib.  (Bu  haqda 

bir qədər soma geniş danışılacaq).

İstanbuldan  döndükdən  sonra  Azərbaycan 

Cümhuriyyətinin  torpaq  naziri  əvəzi  Hidayət

1 Əsəd bəy Rüstəmbəyov S.Mümtazm qızı Şəhla xanımın 

(1916-1996)  qayınanası  Zibəndə  xanım  Rüstəmbəyova­

nın (7-1954) dayısı oğludur və Bakıda yaşadığı vaxt daim 

Şəhla xammgilin qonağı olub.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



168

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2018,  №1

bəy  Sultanovun  39  saylı  əmri  ilə  Rüstəmbəyov 

25  fevral  1919-cu  ildən Azərbaycan  Cümhuriy­

yətinin  su  müfəttişi  təyin  edilib  [3,  v .l].  Bu 

vəzifədə onu sentyabr ayınadək görürük.

Azərbaycan  Cümhuriyyəti  təriqi-məabir 

(yollar)  naziri  X.b.Məlikaslanovun  22  sentyabr

1919-  cu  il  tarixdə  torpaq  nazirinə  göndərdiyi 

4585  saylı məktubda oxuyuruq:  “Tabeliyinizdə- 

ki  nazirlikdə  su  müfəttişi  vəzifəsində  işləyən 

mühəndis  Ə.b.Rüstəmbəyovu  dəmiryolları  üçün 

m üxtəlif material  və  avadanlıqlar  almaq  məq­

sədi  ilə  İstanbula  və  başqa yerlərə  ezam  etmək 

istəyirəm.  Tərəfinizdən  buna  etiraz  yoxdursa 

Ə.b.Rüstəmbəyovu yuxarıda göstərilmiş məqsəd 

üçün mənim sərəncamıma göndərməyinizi xahiş 

edirəm.  Onun  ezamiyyəti  2  aydan  az  çəkməyə­

c ə k ”  [3,  v.8].  Deməli,  o,  İstanbula  dövlət  işləri 

bağlı olaraq ikinci dəfə göndərilib.

Cümhuriyyət  devrildikdən  sonra  savadsız 

kommunistlərin  savadlı  “bəy-xan  övladları”na 

böyük  ehtiyacı  yaranmışdı.  2  may  1920-ci  ildə 

xalq  torpaq  komissarı  Ağamalıoğlunun  verdiyi 

16  saylı  şəhadətnamədə  Əsəd bəy Rüstəmbəyo- 

vun  Xalq  Torpaq  Komissarlığında  su  müfəttişi 

vəzifəsini  tutduğu  təsdiqlənib  [3,  v.10].  Komis­

sarlığın  su  şöbəsi  üzrə  26  may  1920-ci  il  tarixli 

101  saylı əmri ilə “Əsəd Rüstəmbəyov” su şöbə­

sinin  müdiri  təyin  edilib  [3,  v .l2].  Azərb.  SSR 

Neft  Komitəsinə  keçdiyi  üçün  o,  16  dekabr

1920-  ci ildə 242/972  saylı əmrlə Torpaq Komis- 

sarlığmdakı vəzifəsindən azad edilib  [3,  v.l4j.

Rüstəmbəyovun  Neft  Komitəsində  hansı 

vəzifəni  tutduğu  bəlli  deyil,  ancaq  1925-ci  ildə 

onu  yenidən  Torpaq  Komissarlığında  görürük. 

Belə  ki,  o,  Yessentukidəki  “Edem”  sanatorisin- 

dən  komissar  D.Bünyadzadəyə  teleqram  vura­

raq  məzuniyyəti  15  avqustda  bitsə  də  müali­

cəsinin  1  sentyabradək  davam  etdiyini  bildirib 

və  müalicəsinin  sonunadək  icazə  istəyib  [3, 

v .l 6].  Komissar  20  avqust  1925-ci  ildə  tele­

qramla “icazə verirəm” bildirib  [3,  v . l 5].

Əsəd  bəyin  həyatının  sonrakı  dönəmləri 

haqqında  geniş  bilgi  əldə  edə  bilməsək  də, 

onunla xeyli  ünsiyyətdə  bulunmuş  Urxun  Qala- 

bəyovun  bizə  bildirdiyinə  görə,  o,  1950-ci  illə­

rin  ikinci  yarısınadək  Rusiyada  (özəlliklə  Mos­

kva və  Leninqradda)  yaşayıb  və  işləyib,  burada 

ailə  qurub  (övladları  olmayıb),  sonra  isə

Azəmeftin  istəyi  ilə  Azərbaycana  gəlib  və  öm­

rünün  qalan  hissəsini  Azəmeft  sistemində  rəh­

bər vəzifələrdə çalışıb.  Bakıda ev verilmiş Əsəd 

bəy tənha yaşayıb və  ən  çox  Salman Mümtazın 

ailəsi ilə ünsiyyətdə olub.  Dünyasım dəyişərkən 

də  cənazəsi  Mümtazın  evindən  götürülüb,  dəf­

nini isə dövlət təşkil edib.

MALİYYƏ HEYƏTİNİN

FƏALİYYƏTİ RƏSULZADƏNİN 

MƏKTUBLARINDA

Azərbaycan hökumətinin İstanbul Konfran­

sına göndərdiyi Heyəti-mürəxxəsənin sədri Mə- 

həmmədəmin  Rəsulzadə  Gəncəyə  -   xariciyyə 

naziri  Məhəmmədhəsən  Hacınskiyə  4  avqust

1918-ci ildə göndərdiyi məktubda yazırdı:  “Bən 



bir  həftədən  bəri xəstə  olaraq yataqda yatıyor- 

dum.  Əsəd  bəylə  Səlim  bəy  [sədrəzəm]  Tələt 

paşa  ilə  -   ki,  eyni  zamanda  da  maliyyə  vəziri 

yerini  görüyor  -   görüşüb  bəzi  müqərrərat1  al- 

mışlardır.  2  milyon  lirə  bizə  avans  verəcəklər­

dir.  2  milyon  lirənin  üç  misli  əskinas  basdıra- 

cağız.  Vahidi-qiyasimizin  adı  “azəri”  olacaq. 

Bu  avans  6  ay  içün  olub  müddəti-tədiyyəsi  də 

on  y ıl  olacaqdır.  Əsasati-məzkurə  Heyəti-Vü- 

kəlaca təsdiqə  iqtiran  eyləmiş,  yalnız Avropada 

bulunan  maliyyə  vəziri  Cavid bəyin  də  ələlüsul 

rizasını  bilmək  içün  kəndisinə  bir  teleqraf çək­

mişlər dir.  Kəndisindən  cavab  alınınca  bir 

surəti-müqavilə  tərtib  olunacaq  və  tərəfimizdən 

imza ediləcəkdir ”  [11,  90].

Bu bəlgədə Maliyyə heyətinin üzvləri  Beh­

budov  və  Rüstəmbəyovun  gördüyü  işlər  haq­

qında  Azərbaycan  hökumətinə  qısaca  bilgi  ve­

rilib.  Ancaq Rəsulzadənin  sonrakı  məktubların­

dan  bu  haqda  daha  geniş  məlumat  ala  bilirik. 

Onun  2  eylül  (sentyabr)  1918-ci  ildə  xariciyyə 

naziri  M.Hacmskiyə  yazdığı  növbəti  məktubda 

Heyətin fəaliyyəti müfəssəl təsvir edilib.  Həcm­

cə  geniş  olsa da  tarixi  əhəmiyyətini  nəzərə  ala­

raq  onu  aşağıda qısaltmadan verməyi  məqsədə­

uyğun  sayırıq:  “Para  məsələsini  böylə  həll edə 



bildik:  Osmanlı  Şiməndüfərləri2 və  Əsgəri  Li­

manları  İdarəsi  ilə  Azərbaycan  hökuməti  na­

minə  bir  müqavilənamə  bağladıq.  Müqaviləna-

1 Qərarlar.



2 Dəmiryolu.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə