161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ


Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
1   2   3   4   5   6   7

Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1

165

2.  Behbudov Səlim  bəy  6 mart 1919-cu  ildə 

Şuşa,  Zəngəzur,  Cavanşir və  Cəbrayd qəzaları­

nın  hərbi  valisi  (general-qubernatoru)  yanında 

Qarabağ Dairəsi  üzrə  ümuri-xeyriyyə  nazirinin 

müvəkkili  təyin  edilib  (18  mart  1919-cu  il  ta­

rixli  1saylı əmr).

Müvəqqəti  Qarabağ hərbi  valisinin yanın­

da  müvəkkil  Səlim  bəy  Behbudov  10  sentyabr 

1919-cu  ildən  qaçqınlara  yardım  göstərmək 

üçün yaradılmış  idarələrarası  komissiyanın  üz­

vü təyin edilib.

4 oktyabr 1914-cü ildə Behbudov Səlim bəy 

işdən  öz  ərizəsinə  əsasən  çıxarılıb  (9  oktyabr 

1919-cu il tarixli 81 saylı əm r)”  [7,  v.184].

Bu,  Səlim bəyin Azərbaycan  Cümhuriyyəti 

nümayəndə  heyətinin  tərkibində  İstanbuldan 

Bakıya  döndükdən  sonrakı  fəaliyyəti  haqqında 

nadir bəlgələrdən biridir.

İndi yenidən  1942-ci ilə qayıdaq.  Behbudo­

vun istintaq  işini  vərəqlədikcə maraqlı  faktlarla 

da  qarşılaşırıq.  Məsələn,  müttəhimlərdən  biri 

belə  deyibmiş:  ‘‘Almanlarla müharibəni dayan­

dırmağın və onlarla sülh bağlamağın zəruriliyini 

söyləmiş Beriyanı Stalin güllələyib” [7,  v.55a].

Behbudovun  müstəntiqə  tərcümeyi-halı  ilə 

bağlı  dediklərinə  onun  ARDTXA-də  saxlanan 

zəhmət siyahısına (əmək kitabçasına) və bir çox 

arayışlara1  söykənərək  bunları  da  əlavə  edə 

bilərik ki,  o,  1  yanvar  1930-1  fevral  1931-ci  il­

lərdə  Azsənətbirliyi  təşkilat  şöbəsinin  təlimat- 

çısı,  1  fevral-1  may  1931-ci ildə Naxsənətbirliyi 

plan  şöbəsinin müdiri,  1  m ay-19  oktyabr  1931- 

ci  ildə  Şirvansənətbirliyi  plan  şöbəsinin müdiri, 

19  oktyabr  1931-1  sentyabr  1932-ci  illərdə 

Azsənətbirliyi təşkilat  şöbəsinin baş təlimatçısı, 

1  sentyabr  1932-1  fevral  1934-cü  illərdə  Azər- 

xalçaittifaqda  öncə  əmək  və  kadrlar  üzrə  iqti­

sadçı,  sonra  istehsalat  və  maliyyə  planlaşdırıl­

ması  bölməsinin  müdiri  işləyib.  1  fevral  1934- 

cü  ildən  Salyansənayeittifaqa  rayonlararası  sə­

naye  kooperativləri  birliyinə  plan-iqtisad  böl­

məsinin  rəhbəri  göndərilib  və  15  dekabrda  hə­

min  birlik  ləğv  edildiyinə  görə  vəzifəsindən 

azad  olunub.  3  iyul  1937-ci  ildə  Azərb.  SSR 

Xalq  M aarif  Komissarlığı  fransız  dili  dərsi

1  Bütün  bu  sənədlər  istintaq  işindəki  bir  zərfin  içinə 

yığılıb və səhifələri nömrələnməyib.

keçmək hüququ verməkdən ötrü ondan imtahan 

götürüb (Parisdə diplomat diplomu almış şəxsin 

fransızca savadım yoxlayırlar!).  Aldığı  şəhadət­

naməyə  əsasən,  o,  orta  məktəblərdə  bu  dildən 

dərs  demək  hüququ  qazanıb  (nə  böyük  “xoş­

bəxtlik” !).

Böyük  Salman  Mümtaz (1884-1941)  1932- 

ci ildə görkəmli yazıçı Hacı  İsmayıl bəy Qutqa- 

şmlının  (1809-1861)  1835-ci  ildə  Varşavada 

fransız  dilində  nəşr  edilmiş  “Rəşid  bəy  və  Səa­

dət  xanım”  hekayəsini  üzə  çıxarıb  və  onu  ana 

dilimizə  çevirdərək  nəşr  etdirmək  istəyib.  Əsə­

rin  tərcüməsini  o,  Qarabağdan  yaxşı  tanıdığı, 

dil  qabiliyyətinə  dərindən  bələd  olduğu  Səlim 

bəy  Behbudova  etibar  edib.  Mümtaz  “Ədəbiy­

yat qəzetəsi”nin  11, 24 mart  1936-cı il tarixli  5- 

6-cı  saylannda  “Yüz  il  bundan  əvvəl  Azərbay­

can nasiri.  (Hekayənin  əldə edilməsi  tarixçəsi)” 

adlı  məqaləsində  belə yazırdı:  “Mənim tövsiyə­

mə  görə  hekayənin  tərcüməsi  Səlim  Behbudov 

yoldaşa,  tərcümeyi-hal  isə  mənə  m ühəw əl 

edildi”.2

Doğrudur,  Mümtaza  “Rəşid  bəy  və  Səadət 

xanım”ın  kitab  şəklində  nəşrini  görmək  nəsib 

olmadı,  ancaq  o,  hekayənin  tərcüməsini  “Ədə­

biyyat  qəzetəsi”ndə  nəşr  etdirə  bildi.  Bu  tərcü­

mə ilə  Səlim bəy Behbudov fransızcadan mahir 

bir tərcüməçi  kimi tanındı və  “Azəməşr”  onun­

la  yaxından  əməkdaşlığa  başladı.  Çox  keçmə­

dən o,  başqa həmkarları  ilə birgə  “Azərbaycan- 

ca-fransızca-rusca  lüğət”  üzərində  çalışmağa 

başladı.  Daha  sonra  fransız  şairi  Pyer  Jan  Be- 

ranjenin  “Seçilmiş  şeirlər”  toplusunun  nəşri  də 

ona  tapşırıldı.  İşıq  üzü  görən  kitabın  üzərində 

tərcüməçinin  ad-soyadı  “B.Behbudov”  yazıl­

mışdı.  Bu  çevirmə  də  Səlim  bəyə  böyük  şöhrət 

gətirdi.  Ancaq  sonralar  Behbudov,  nədənsə, 

tərcümə işi ilə məşğul olmadı.3

Milli diplomat kadrlarının yetişməsinə düş- 

məncəsinə  yanaşan  sovet  rejimi  Səlim  bəy

2  Səlim  bəy  S.Mümtazm  xahişi  ilə  “Mütərcimdən”  adlı 

qeydlərini  qələmə  alıb.  Biz həmin əlyazmanı Əlyazmalar 

İnstitutundan taparaq Qutqaşınlının “Əsərləri”ndə vermi­

şik (bax:  12,  181-182).

3 Səlim  bəyin tərcüməçilik  fəaliyyəti  haqqmda  geniş  bil­

gini  Şamil  Zamanın  “Bəy  Behbud  kimdir?”  (“Azərbay­

can  gəncləri”  qəzeti,  14.02.1985)  və  Vasif  Quluyevin 

“Bəy  Behbud  Səlim  bəy  Behbudovdur”  (“Xalq  qəzeti”, 

26.04.2009) adlı məqalələrindən almaq olar.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ



166

Известия  НАН  Азербайджана.  Серия общественных наук,  2018,  №1

Behbudov  kimi  nadir  bir  kadrdan  nəinki  ya­

rarlanmadı, bu “sinfi düşmən”i 24 yanvar  1942- 

ci  ildə  “xalq  düşməni”  və  “vətən  xaini”  kimi 

həbs  etdi.  Bu  zaman  o,  Bakının  Oktyabr  rayo­

nundakı 25  saylı məktəbdə fransız dili müəllimi 

işləyirdi.

19  oktyabr  1942-ci  ildə  Azərb.  SSR  Xalq 

Daxili  İşlər  Komissarlığının  Hərbi  Tribunalı 

ona  güllələnmə  cəzası  kəsib  və  hökm  4  yanvar 

1943-cü  ildə  yerinə  yetirilib  [7,  v.153].  Ailə 

üzvlərinin  çoxsaylı  müraciətlərindən  sonra  ona 

yalnız  27 yanvar  1960-cı ildə bəraət verilib.

Səlim  bəy  Şəmsi  Murad  qızı  Behbudova 

(1907)  ilə  ailə  qurmuşdu.  İstintaq  işində  yalnız 

Dilsuz  (1930)  adlı  qızlarının  olduğu  göstərilsə 

də  19 dekabr  1956-cı ildə Azərb.  SSR Ali Məh­

kəməsinə  “Beybutova  Sədaqət  Səlim  qızı”nm 

yazdığı ərizə də var.

RÜSTƏMBƏYOV  Əsəd  bəy  İsgəndər 

bəy  oğlu  [10  (23).02.1878-1961]  Şuşa  şəhərin­

də  doğulub.  Atası  İsgəndər  bəy  Əsəd  bəy  oğlu 

Rüstəmbəyov (1845-1918) bu şəhərin ən nüfuz­

lu  bəylərindəndi.  Həqiqi  mülki  müşavir  Mogi- 

levski  və  polkovnik  Yermolovun  27  aprel 

1823-cü  ildə  tərtib  etdikləri  sənəddən  [19,  3-4] 

bu  nəticəyə  gəlmək  mümkündür  ki,  Qarabağ 

əməliyyatlarında ruslara xidmət göstərmiş kapi­

tan Rüstəm bəy və onun oğlu Əsəd bəy rusların 

dərin rəğbətini  qazamblar və  onlara  bir çox  gü­

zəştlər edilib.  “Qəhrəmanımız”  Əsəd bəyin  ata­

sı İsgəndər bəy kapitan Rüstəm bəyin nəvəsidir. 

Beləliklə,  Əsəd bəyə  babası  Əsəd bəyin  adı ve­

rilib.  23  sentyabr  1886-cı  ildə  verilmiş  arayışa 

görə,  İsgəndər  bəy  Qarabağın  köklü  bəylərin- 

dəndir,  kənd  sahibidir və  1873-cü il  əyal  dəftə­

rində  siyahıya  salınıb  [13,  v.12].  Əsəd  bəyin 

anası  Dilşad  ağa  isə  şahzadə  Rzaqulu  Mirzə 

Qacarın qızıdır  [13,  v .l 1].

Əsəd  bəy Rüstəmbəyov  1  sentyabr  1887-ci 

ildə  Şuşa  edadi  (real)  məktəbinə  daxil  olub  və 

oranı  5  iyun  1896-cı  ildə  bitirib.  Yaxşı  qiymət­

lərlə  oxuyub.  Müəllimləri  arasında  Əhməd  bəy 

Ağayevin də adım görürük  [13,  v.6].

Ərizəsinə  əsasən  qəbul  imtahanları  verdik­

dən  sonra  11  avqust  1897-ci  ildə  Sankt-Peter­

burq  İmperator  I  Nikolay  Texnologiya  İnstitu­

tunun  kimya  bölməsinə  qəbul  olunub.  İkinci

kursda  oxuyarkən  İnstitutdan  çıxarılıb.  Doğru­

dur,  çıxarılma  səbəbi  haqqmda  şəxsi  işində  sə­

nəd yoxdur,  ancaq 22 mart  1899-cu ildə  imzala­

dığı  bir  sənəddə  [13,  v .l5]  öhdəsinə  götürüb  ki, 

İnstituta  yenidən  qəbul  olunsam  icazə  verilmə­

miş heç bir yürüş və toplantıya qatılmayacaq, tə­

ləbələr üçün  müəyyən edilmiş  qaydalan  pozma­

yacağam;  buna  əməl  etməsəm  İnstitutdan  bir 

daha bərpa edilməməklə qovulacağam.  Bu sənəd 

Rüstəmbəyovun İnstitutdan məhz siyasətə qoşul- 

duğuna görə çıxarıldığını düşünməyə əsas verir.

Həmin  il  İnstituta  bərpa  edilən  Rüstəmbə­

yovun bəzi imtahanlarla bağlı problemləri  olub. 

O, 28 avqust  1900-cü ildə Yaltadan İnstitut rəh­

bərliyinə  yazdığı  ərizəsində  imtahanları  sərbəst 

verə  bilməsi  üçün  ona  yetərincə  vaxt  ayrılma­

sını xahiş edib  [13,  v . l 8].

Təhsilində  yaranmış  bütün  çətinlikləri  ara­

dan qaldırmağı bacarmış Rüstəmbəyov İnstitutu 

1903-cü  ildə bitirib  və  İmtahan  Komissiyası  31 

may  1903-cü  ildə  ona  texnoloq  mühəndis  rüt­

bəsi  verib.  Həmin  ilin  20  iyununda  2407  saylı 

diplom alıb  [15,  v.3].

Bakıda  Rüstəmbəyovun  elektrik  işləri  ilə 

məşğul olması gözlənilirdi və bundan ötrü onun 

elektrotexnik  mühəndis  diplomu  da  olmalı  idi. 

Belə  olduqda Rüstəmbəyov  Elektrotexnika İns­

titutunda oxumağa da ehtiyac duyub.  İş burasın­

dadır  ki,  Rusiya  İmperatoru  III  Aleksandrın  4 

iyun  1899-cu ildə təsdiqlədiyi Əsasnamənin 9-cu 

maddəsinə  görə,  bu  İnstituta  yalnız  xristian  di­

nindən  olan  rus  təbəələri  qəbul  edilirdi;  başqa 

södə,  müsəlmanların  burada  oxuması  yasaqdı 

[15,  v .l 5].  Ancaq  atası  İsgəndər bəyin Qarabağ­

dakı  nüfuzunu  nəzərə  alaraq  Rusiya  daxiü  işlər 

naziri  Pleve  Əsəd  bəyin  Elektrotexnika  İnstitu­

tuna qəbul edilməsinə icazə verməsi üçün şəxsən 

imperatora məruzə  edib və 26  iyun  1903-cü ildə 

Peterhofdan çarın icazəsi gəlib [15,  v.3].

1903-cü  ilin  iyununda  texnoloq  mühəndis 

Rüstəmbəyov  Şuşa  şəhərindən  Sankt-Peterburq 

III Aleksandr Elektrotexnika İnstitutunun direk­

toruna  ərizə  yazıb  ki,  cənab  daxili  işlər naziri­

nin  26  iyun  1903-cü  ildə  məruzəsi  nəticəsində 

Əlahəzrət  İmperatorun  ali  buyuruğu  ilə  “istisna 

şəklində”  Elektrotexnika İnstitutunun  III  kursu­

na  qəbul  edilməyim  haqqında  poçt  və  teleqraf 

baş  idarəsindən bildiriş  almışam.  Bundan  sonra



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə