161 Ədalət tahirzadə azərbaycan cümhuriYYƏTİ HÖkuməTİ heyəTİ-MÜRƏXXƏSƏSİ


Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix15.07.2018
ölçüsü2,62 Mb.
#55916
1   2   3   4   5   6   7

Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2018,  №1

163

şamil  edilməli və bütün bu xərclər Sizə verilmiş 

məbləğdən ödənməlidir  [9, v.5-5a].

İstanbul  Konfransına  göndərilmiş  Azər­

baycan  Heyəti-mürəxxəsəsinin  fəaliyyətindən 

söz  açılan  qaynaqların,  demək  olar  ki,  hamı­

sında S.b.Behbudov və Ə.b.Rüstəmbəyovun ad­

lan  çəkilsə  də  heç  bir  tarixşünaslıq  ədəbiyya­

tında onlann həyatı  haqqında hətta bir cümləyə 

də  rast  gəlmirik.  Bu  yazı  ilə  həmin  boşluğu 

doldurmaq istəyindəyik.

BEHBUDOV  Səlim  bəy  Mebrəli  bəy  oğ­

lu  [04  ( H İ .O b .m S 1 -04.01.1943]  Şuşa  qəza­

sının  Üçoğlan  kəndində  dünyaya  gəlib.  Sankt- 

Peterburq Mərkəzi Dövlət Tarix Arxivində sax­

lanılan  doğum  şəhadətnaməsində  oxuyuruq: 

“ Verilir bu şəhadətnamə Zaqafqazın Şiəməzhəb 

Müsəlmanlarının  İdareyi-Ruhaniyyəsindən  ol 

xüsusda  ki,  Yelisavetpol  quberniyası  Şuşa  şə­

hərinin sakini Səlim bəy Mehrəli bəy oğlu təvəl­

lüd edibdir  öz  sülbi  atası  Mehrəli  bəy  mərhum 

Abbas  bəy  oğlunun  mənkuheyi-şəriyyəsi1

 2  Səa­

dət xanım  Qəhrəman bəy qızından tarixi-hicriy- 

yənin min üç yüzümcü ilinin şaban ayının iyirmi 

altımıncı  günündə  ki,  mütabiqdir  tarixi-məsi- 

hiyyənin  min səkkiz yüz həştad üçümüncü  ilinin 

iyun ayının dördümüncü günüylə”  [14, v.5].

Behbudov  ilk  təhsilini  1  sentyabr  1897-18 

iyun  1903-cü  illər  arasında  Şuşa  edadi  (real) 

məktəbində alıb  [14, v.2-3].

30 iyul  1904-cü ildə Sankt-Peterburq İmpe­

rator  I  Nikolay  adına  Texnologiya  İnstitutunun 

direktoruna ərizə  yazaraq  kimya bölməsinin bi­

rinci  kursuna  götürülməsini xahiş  edib  və  3  av­

qustda  onun  adını  artıq  tələbələr  siyahısında 

görürük [14, v .l].

17  yanvar  1905-ci  ildə  1-ci  kurs  tələbəsi 

Behbudov  direktora  ərizə  yazaraq  bildirib  ki, 

mən dəniz kadet korpusunun kadeti Mixail Mes- 

sinqə  öyrətmərdik  (repetitorluq)  etməliyəm,  an­

caq  İnstitutdan  siyasi  etibarlılığım  haqqında  şə­

hadətnamə  olmazsa  məni  korpusa  buraxmaya­

caqlar,  ona  görə  də  həmin  sənədi  almağım  üçün 

sərəncam verməyinizi xahiş edirəm [14, v.25].

1 İstintaq işindəki bütün  sənədlərdə  doğum tarixi  1885-ci 

il göstərilib.

2 Şəriətlə nikahında olan.

İnstitutun direktoru ertəsi  gün -   18  yanvar­

da  dəniz  piyada  korpusunun  direktoruna  87 

saylı məktub göndərərək  1-ci kurs tələbəsi Beh­

budovun siyasi baxımdan qüsursuz olduğunu və 

heç  bir  yaramaz  işdə  bulunmadığım  bildirib 

[14,  v.26-26a].  Bu  sənədə  əsasən  Behbudov 

paytaxtda özəl dərslər verməyə başlayıb.

Həyatının  sonrakı  dönəmləri  haqqında  ən 

geniş  və  dəqiq  bilgini,  əsasən,  AR  DTX  Arxi­

vində  saxlanılan  istintaq  işindəki  bəlgələrdən 

öyrənirik.

24  yanvar  1942-ci  ildə  müstəntiqin  tələbi 

ilə  tərcümeyi-halını  danışan  Behbudov  bildirib 

ki,  mən  1885-ci  ildə  Şuşada  Ağdam  bəylərin­

dən və Üçoğlan kəndində  25  desyatin civarmda 

torpaq  sahəsi  olan  bir  həkimin  ailəsində  doğul­

muşam.  1903-1906-cı  illərdə  Şuşa  edadi  (real) 

məktəbində  oxuyaraq  1904-cü  ildə  Peterburq 

Texnologiya  İnstitutuna  daxil  olmuşam.  1905- 

ci  ilin  9  Yanvar  hadisələrindən  sonra  Texnolo­

giya  İnstitutu  bağlanıb.  1906-cı  ildə  atam  məş­

hur  Bakı  dövlətlisi  [İsa bəy]  Aşurbəyovla  danı­

şaraq onu mənə ayda 25  manat təqaüd verməyə 

razı  salıb  və  bundan  sonra  mən  Parisə  gedərək 

Ecole des Sciences Politiques-də (Siyasi  Elmlər 

Məktəbində)  1910-cu  ilədək oxuyub  diplomati­

ya  fakültəsini  bitirmişəm.  1907-ci  ildə  -   hələ 

tələbə  olduğum  zaman  işə  düzələrək  Parisdə 

yaşlılar  üçün  olan  “Berlits”  məktəbində  rus  və 

türk dillərindən dərs  demişəm (1913-cü ilədək). 

1913-cü  ildə  Şuşaya  qayıdaraq  fransız  dilindən 

özəl  dərslər  vermişəm.  1917-ci  ildə  Şuşa  edadi 

(real)  məktəbində  və  qadın  progimnaziyasında 

fransız  dili müəllimi kimi  işləməyə başlamışam 

[4,  v .l].  1918-ci  ildə  məktəbdən  uzaqlaşaraq 

yenidən  Şuşada  özəl  dərslər vermişəm.  1920-ci 

ildə  yeni  qurulmuş  sovet  hakimiyyəti  məni  in­

qilab komitəsinin katibi təyin edib.  1921-ci  ildə 

Azərb.  SSR Xalq  Ədliyyə  Komissarlığında tər­

cüməçilik  şöbəsinin  müdiri  idim .3  1922-1923- 

cü  illərdə  işsiz  olmuşam.  1923-1924-cü  ildə 

Ağdam  şəhərində  Azərbaycan  kənd  təsərrüfatı 

bankımın  şöbə  müdiri  işləmişəm.  1925-ci  ildə 

Ağdam  qəzasının  Hacallı  kəndində,  1926-cı 

ildə  Ağdam  qəzası  icraiyyə  komitəsində  torpaq 

şöbəsinin  müdiri  təyin  edilmişəm.  1927-ci  ildə

3  Zəhmət siyahısında (əmək kitabçasmda) göstərilənə görə, 

o, Ədliyyə Komissarlığında 1921-1922-ci illərdə çalışıb.



XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


164

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2018,  №1

Azərb.  SSR  Dövlət  Plan  Komitəsində  sosial- 

mədəni bölümün katibi  işləmişəm.  1930-cu ildə 

Azərbaycan  Sənaye  Şurasına keçərək  orada 6  il 

çalışmışam  [7, v.48-49].

Göründüyü  kimi,  Behbudov  1918-1920-ci 

illərdə  Azərbaycan  Cümhuriyyəti  dönəmindəki 

fəaliyyətini  “unudub”.  Ancaq  artıq  “yuxarılar­

dan”  məlumat almış  müstəntiq  1  fevral  1942-ci 

ildə bunu onun “yadına salıb” :  “Müsavat ağalı­



ğı  zamanı  Siz  nəçi  idiniz? 

Cavab  verməkdən 

yayınmağın mümkünsüzlüyünü görən müttəhim 

ən  “zərərsiz”  vəzifəsinin  adım  çəkib:  “1919-cu 



ildə  bir  neçə  ay  ərzində  hökumətin  qaçqınlar 

üzrə  müvəkkili  vəzifəsində  işləmişəm.  Mənim 

vəzifəmə  aran  və  dağlıq  Qarabağda  qaçqınla­

rın  yerləşdirilməsi  daxil  idi.  Qərargahım  A ğ­

dam  şəhərində  id i”.  Müstəntiqin  “Müsavat  dö­

nəmində  daha  hansı  vəzifələrdə  olmusunuz?” 

sualına “daha heç bir vəzifədə  olmamışam”  de­

yə hər şeyi boynundan atıb [7, v.  50].

1942-ci  ildən  25  il  geriyə  dönərək  Səlim 

bəyin gerçək tərcümeyi-halına nəzər yetirək.

1917-ci  ilin  fevralında  çar  mütləqiyyəti  yı­

xıldıqdan  sonra  Güney  Qafqazda  yaradılmış 

müvəqqəti  hökumət  Müəssislər  Məclisinə  seç­

kilər keçirməyə təşəbbüs  göstərdi.  Qafqazın hər 

yerində  milli  komitələr  və  siyasi  qurumlar  öz 

namizədlərini 

müəyyənləşdirməyə 

başladı. 

1917-ci  ilin  oktyabrında  Gəncədə  4  gün  çəkən 

gərgin  müzakirələrdən  sonra  Qafqaz  müsəl­

manlarından  19  namizədin  siyahısı  tutuldu. 

Türk  Ədəmi-Mərkəziyyət  Firqəsi  Müsavatın 

lideri  Məhəmmədəmin  Rəsulzadənin  səsləndir­

diyi,  ilk  6  yerdə  Özəl  Zaqafqaziya  Komitəsinin 

üzvü,  hüquqşünas  M əhəmmədyusif  Cəfərov,  I 

Dumanın  üzvü,  Güney  Qafqaz  Müsəlman  Ko­

mitəsinin sədri Əlimərdan bəy Topçubaşov, ju r­

nalist,  Müsavat  Firqəsinin  lideri  Məhəmməd­

əmin  Rəsulzadə,  Gəncə  Valiliyi  Ərzaq  İdarəsi­

nin  sədri,  Müsavat  Firqəsinin  lideri  Nəsib  bəy 

Yusifbəyli, həkim Həsən bəy Ağayev və həkim, 

Güney  Qafqaz  Qaçqın  Komitəsinin  müvəkkili 

Xosrov  bəy  Sultanovun  qərarlaşdığı  yekun  si­

yahıda  17-ci yeri “hüquqşünas”  Səlim bəy Beh­

budov tutmuşdu  [18].  Seçilənlər içərisində  onun 

adma  rast  gəlməsək  də  bu  faktın  özü  Səlim 

bəyin  o  dönəmdə  bütün  Qafqaz  müsəlmanları 

arasında “ 19 kişidən biri” olduğunu təsdiqləyir.

Bir  qədər  də  “hökumətin  qaçqınlar  üzrə 

müvəkkili” haqqında.

Azərbaycan  Cümhuriyyəti  ümuri-xeyriyyə 

(indiki  anlayışla:  sosial  müdafiə)  nazirinin  10 

sentyabr  1919-cu  il  tarixli  73  saylı  əmrində  [2, 

v,156-156a]  oxuyuruq ki, Nazirlər  Şurasımn bu 

ilin  17  iyulunda Parlamentin təsdiqlədiyi  qərarı 

ilə  indi  Zəngəzur,  Cəbrayıl,  Cavanşir  və  Şuşa 

qəzalarının,  Gəncə  valiliyinin  ərazilərində  m ü­

vəqqəti  yaşayan  qaçqınlara  yardım  göstərmək 

üçün  İdarələrarası  Komissiya  yaradılır;  onun 

məqsədi  həmin  qaçqınların  iqtisadi  durumunu 

yaxşılaşdırmaq,  onları  öz  yerlərinə  qaytarmaq 

və  mümkün  olan  boş  torpaqlarda  yerləşdir­

məklə  ümumən  qaçqın  məsələsini  həll  etməyin 

yollarım araşdırmaqdır.

Həmin  Komissiyaya  torpaq,  daxili  işlər 

(Qarabağın  müvəqqəti  hərbi  valisi  şəxsində)  və 

dövlət  nəzarəti  nazirlərinin  və  ictimai  təşkilat­

ların  bu  nümayəndələri  daxil  edilmişdi:  Mus­

tafa  bəy  Əlibəyov  (“Əhrar”  Firqəsi),  Zülfuqar 

Fərəc  oğlu  Məhəmmədzadə  (Müsavat  Firqəsi), 

İbrahim bəy Cavanşir (“İttihad” Firqəsi),  dövlət 

ümuri-xeyriyyəsi  Lənkəran  Dairəsi  üzrə  dairə 

müfəttişi  Mirkazım  xan  Talışinskinin  sədrliyi 

altında  üzvlər:  müvəqqəti  Qarabağ  hərbi  valisi­

nin  müvəkkili  Səlim  bəy  Behbudov,  Qarabağ 

üzrə  dairə  müfəttişi  Kərim  bəy  Əlibəyov  və 

onun köməkçisi Cavad bəy Cavanşir.

Qaçqınlara  yardım  üçün  Dövlət  Ümuri- 

Xeyriyyə  Nəzarətinə  (Nazirliyinə)  18.750.000 

manat  vəsait  ayrılmış,  dəftərxana  işlərini  apar­

maq üçün Komissiyaya bir neçə  işçi  götürməyə 

icazə verilmişdi  [2,  v.156].

Doğrudan  da,  “əlyazmalar  yanmırmış”, 

arxivlər hər şeyi qoruyub saxlayırmış!

9  may  1959-cu  ildə  Azərb.  SSR  Nazirlər 

Soveti  yanında  DTK-nm  tələbi  ilə  Oktyabr  İn­

qilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət 

Arxivi  (indiki  ARDA)  Səlim  bəy  Behbudovun 

“Müsavat  hökuməti”  dönəmindəki  fəaliyyəti 

haqqmda bu arayışı təqdim edib:



“1.  Azərbaycan  Müsavat  hökumətinin  İs­

tanbuldakı  nümayəndə  heyəti  üzvlərinə  20  iyul- 

15  noyabr  1918-ci  il  tarixdə  əlavə  gündəlik 

xərclik pulu verilməsi haqqında 5 mart 1919-cu 

ildə  tərtib  edilmiş  cədvəldə  heyətin  üzvü  Beh­

budov Səlim bəyin da adı keçir.

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 

•  

ИЗВЕСТИЯ


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə