1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə10/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   6   7   8   9   10   11   12   13   ...   256

 

26

Yan Trapan Latviayanın keçmiş müdafiə naziri kimi öz təcrübəsindən istifadə edir 



və təhlükə analizi prosesi ilə bağli və kiçik və böyük ölkələrdə risk qiymətləndirməsi 

ilə bağlı öz fikirlərini ifadə edir. O Baltik təhlükəsini və risk vəziyyətini həm hərbi, 

həm də siyasi düstur kimi qələmə verir. Silahlı qüvvələrin sayının və döyüş hazırlığının 

artması, ikitərəfli və çoxtərəfli müqavilələrlə, kollektiv müdafiə ittifaqına qoşulmaqla, 

həmçinin, qonşularla inam yaradıcı  tədbirlər qurmaqla əldə edilir. Altincı  Fəsildə, o 

təhlükəsizlik və müdafiə planlaşdırmasına demokratik kontekstdə baxır. O, Qərb plan-

laşdırma metoduna baxır, təhlükə qavrayışı anlayışından başlayır və sonra milli təhlü-

kəsizlik konsepsiyasının, müdafiə siyasəti və hərbi strategiya üçün əsas olduğunu gös-

tərən arqumentlər gətirir. Beləlikə, güc planlaşdirması  və uyğun olaraq doktrina və tə-

lim cədvəlləri inkişaf etdirilir. Ardıcıl planlaşdırma prosesi, şəxsi heyəti cəmləşdirmək 

və maddi tələbatlarını reallaşdırmaq üçün və öz növbəsində illik büdcəni müəyyənləş-

dirmək üçün vacibdir.Trapans, həmçinin, geniş miqdarda informasiyanın, o cümlədən, 

büdcə və siyasət üzrə illik hesabatların və həmçinin,orta müddətli proqramlar və uzun 

müddətli planlar üzrə hesabatların davamlı surətdə parlamentə göndərilməsinin mü-

hümlüyünü vurğulayır. Bu fəsil NATO-nun genişlənməsi ilə bağlı atılan addımları əha-

tə edərək başa çatır. 

Yeddinci Fəsildə Viktor-Yves Qebali (Victor-Yves-Ghebali)  ”ATƏT-in Davranış 

Kodeksində Təhlükəsizliyin Siyasi-Hərbi Aspektləri”-nin VII və VIII Bölmələrini izah 

edərək dovlət təhlükəsizliyinin yeganə təminatçısı güc-dür ideyası ilə beynəlxalq nor-

maların sıradan çıxarılması səylərindən danışır. 

Aydındır ki, kadr siyasəti demokratik ölkələrdə müdafiə siyasətinin başlıca elemen-

tidir. Bu gün,əsgər hərbi formada olan vətəndaş sayılır,mümkün qədər mülki hüquqları 

və açıq kriteriya ilə vəzifə pilləsində yüksəlməyə hüququ vardır. Ferens Molnar Maca-

rıstanın təcrübəsindən istifadə edərək, kadr siyasətinin prinsip və praktikalarını əhatə 

edir. Macarıstanın NATO üzvlüyü onun ordusunun transformasiyası üçün unikal im-

kanlar gətirdi, lakin əski praktikadan əl çəkmək də asan deyildi. Döyüş qabiliyyəti üzə-

rində qurulmuş NATO yanaşması və Praqa Zirvəsində götürülən öhdəliklər peşəkarlığı 

təkmilləşdirmək üçün mühüm stimul oldu və təlim və təhsilin hesabına  NATO prose-

dur və praktikalarına dərin inteqrasiyaya imkan yarandı.  

Maliyyə planlaşdırması və ehtiyatlar ayrılması müdafiə nazirliyinin dayaqlarıdır və 

təbiəti etibarı ilə çoxillik proqramların həyata keçirilməsindən asılıdır. Müdafiə “uzun 

yol” və yeni prioritetlərin həyata keçirilməsi uzun zaman alan məsələdir. Biz Şərqi və 

Qərbi Avropa ölkələrində iddialı proqramlarla rastlaşdıq, amma gözlənilən maliyyə re-

surslarının kəsintisi üzündən onlar həyata keçirilə bilmədi. NATO istəyir ki, onun üz-

vləri  öz ÜDM-nin 2%-ni müdafiə xərclərinə sərf etsin, ancaq onların bir  neçəsi bu tə-

ləbə xidmət edir. 

Harı Bukur –Marku Doqquzuncu Fəsildə resurs ayrılması dilemmasını analiz edir 

və o fikirdədir ki, sistemin içindəki tabeçilikdə olan elementlərin aşağıdan yuxarı büd-




 

27

cələmə sistemi ardıcıllığı pozar və hər bir büdcə tələbinin təcililiyi haqda lazımı infor-



masiya çatışmazlığına gətirər. Eynilə, büdcə hazırlığının bazarlıq dönəmində cari xər-

clərlə təhcizat  və şəxsi heyətin xərcləri, əməliyyat və qüvvələri saxlama xərcləri müda-

fiə nazirinin verməli olduğu ən sərt qərarlar sırasındadır. 

Mihal Zambori(Mihaly Zambori) bu məsələni Onuncu Fəsildə bir addım da irəliyə 

aparır və Macarıstan Hərbi Planlaşdırma Sistemində tapşırıq-yönümlü planlaşdırmanı 

analiz edir. Ən mühüm alınan nəticələrdən biri odur ki, yaxşı təşkil olunmuş, müstəqil 

və davamlı müfəttiş funksiyası, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsini qiy-

mətləndirmək üçün ən yaxşı alətdir. Onun məqaləsinə ordunu saxlamaq və inkişaf et-

dirmək üçün resursların ağıllı surətdə ayrılmasını nəzərdə tutan iqtisadi tapşırıqlardan 

ibarət geniş siyahı daxildir. 

Pal Dunay On Birinci Fəsildə Soyuq Müharibədən sonra meydana gələn əməkdaş-

lıq və yaxşı qonşuluq münasibətləri yaradan strukturları müzakirə edir. O,yaxşı qonşu-

luq siyasətinin tərkibi kimi bölgəsəl və bölgə içi silahlara nəzarət siyasətinə xüsusi diq-

qət yetirir. Qeyri- adi hərbi tədbirlər olduğu halda, 1990- cı ildə qəbul olunan Vyana 

Mexanizmi vasitəsilə  məsləhətləşmələr aparlması gözlənilməyən hallarla məşğul ol-

maq üçün əlavə mexanizm yaratmışdır.Cənubi-Şərqi Avropa üçün Stabillik Paktı böl-

gədaxili əməkdaşlığa təkan vermiş və eyni zamanda bu ölkələrin Avropa Birliyinə üz-

vlük  prosesinin davam etdirilməsini qonşu ölkələrlə əməkdaşlığın irəliləməsindən asılı 

etmişdir. Son zamanlarda hazırlanmış AB yaxın qonşuluq siyasəti –üzvlük üçün indiki 

zamanda adaylığı olmayan ölkələr üçün nəzərdə tutulmuşdur. Dunay analiz edərək 

mövzudan kənara çıxan iki mühüm fikir söyləyir. Birincisi, indiki dünyada baş verən 

hadisələrlə bağlıdır və burada ABŞ həqiqətən qüvvətli ordusu ilə super ölkə kimi aparı-

cı dövlətdir: iqtisadi baxımdan isə beynəlxaq sistem çox-qütblülük əlamətləri ilə ifadə 

olunur.  İkinci fikir isə tez-tez səslənən təhlükəsizliyin bölunməz olduğu  fikridir. Bu 

konsepsiyada avtomatik heç bir şey yoxdur və müəyyən mənada bölgəsəl əməkdaşlıq, 

hətta təhlükəsizlik strukturlarının strategiyasını  təkmilləşdirəcəkdir. Ancaq, ölkələrin 

bir-biri ilə artan asılılığı və qeyri-sabitliyin sərhədləri aşması daha çox qütbsüz əmək-

daşlıq elementlərinin dövrəyə salınmasını tələb edir. 

Fred Şreyerin müəllifi olduğu ikinci yazı kəşfiyyatın idarə olunması və nəzarəti ilə 

bağlıdır. Bu mövzu Avropada nisbətən az diqqət cəlb etmiş, lakin daxili və xarici təhlü-

kəsizliyin qovuşduğu bir zamanda bu məsələ artan əhəmiyyət kəsb edir.Son on beş ildə 

baş verən çoxlu sayda hərbi əməliyyatlar zamanı, mövcud kəşfiyyat ciddi tənqidə mə-

ruz qalmışdır.DCAF, doğru olaraq bu mövzuya öz işlərində geniş yer vermiş, çünki o 

demokratik ölkələr üçün bir çox dilemmalar yaratmışdır. Dövlət siyasəti aparmaq üçün 

gizli informasiyanın toplanması hesabatlılıqla bağlı  gərginlik yaratması mütləqdir və 

məsuliyyətin açıq bölünməsini tələb edir. Şreyer kəşfiyyatın idarəedilməsi ilə bağlı ye-

ni paradiqmaları dəyişə bilən bir neçə amilləri göstərir: bu mövzu nəhəng dərəcədə xü-

susilə də qeyri-dövlət subjektlərinin ortaya çıxması ilə artmışdır; kəşfiyyat paylaşması 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə