1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə11/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   7   8   9   10   11   12   13   14   ...   256

 

28

və beynəlxalq əməkdaşlığa ehtiyac artmışdır, ancaq uyğun tərəfdaş təşkilatların etibar-



lılığına quid pro quo (xidmətə görə xidmət)praktikası və şübhələrinə görə məhduddur; 

informasiya texnologiyası və informasiyadan necə istifadə olunması ilə bağlı dəyişik-

liklər hal –hazırda edilir. Başqa hökümət təşkilatları ilə bağlı tətbiq edilən demokratik 

nəzarət mexanizmləri kəşfiyyat üçün eyni ola bilməz və ona görə də xüsusi mexaniz-

mlər tələb olunur. Ancaq o nəzərdən qaçırıla bilməz. 

Hərbi təhcizatla bağlı mənim yazdığım yazıda qərar-qəbul etmədə ardıcıllıq və parla-

ment qəbulu modeli inkişaf etdirilir. O, həmçinin, Avropa Təhlükəsizlik və Müdafiə Si-

yasətinin meydan gəlməsini və 2004- cü ildə Avropa Müdafiə Agentliyinin (AMA)ya-

ranmasını mühüm addım sayır. AMA əməliyyat tələbatlarını, tədqiqat və texnologiyanı, 

inkişaf və təhcizatı birləşdirmək iddiasında çıxış edir və son məhsulun  ilkin( və dəyişən) 

tələbləri necə yerinə yetirməsini qiymətləndirir. Yazi “Nədən Ötrü” sualını qoyur və və 

bu suala cavab vermək üçün Avropa və Amerika modellərini analiz edir. 

On dördüncü Fəsildə Robert Pszczel, media və dövlətin mütləq bir- birinə zidd fir-

kirlərlə, köklü surətdə bir-birinə qarşı müxalifətdə olmalarının vacib olmadığını vurğu-

layır, əvəzində onlar rəmzi işgüzar münasibətlərin müsbət təsirindən faydalana bilirlər

xüsusilə  də, onların dövlət tədbirləri üçün ünsiyyətlərini artırmaqla ümumi axtarışda 

ola bilərlər. Harı Bukur Marku yenidən öz “ Hərbi Təsisatlar və İnformasiya Siyasəti” 

yazısında ictimaiyyətlə sonda xəbərləşmə qura bilən yaxşı hazırlanmış sistemin qurul-

masına çağırır. Hərbi məsələlər sözsüz qəbul edilməli deyil, onların hüquqiliyi,məhsul-

darlığı və hətta mənəvi tərəfi sual edilməlidir. İndiki dünyada informasiya paylaşması 

üçün çox mühüm alət olan İnternet-in sirli və həssas sayilmayan xəbərləri sürətlə və 

asan yolla inctimaiyyətə çatdirmaq imkanı vardır. 

Velizar Şalamanovun yazdığı sonuncu fəsil hərbi idarəetmə və islahata vətəndaş cə-

miyyəti çərçıvəsində baxır. Hərbi idarəetmədə ən yaxşı praktikaları analiz etmək üçün 

o  bir “işgüzar model” çəkir və höküməti icraçı direktorlar, baş naziri icraçı direktor, 

müdafiə nazirliyini baş idarəetmə və silahlı qüvvələri istehsalat idarəsi  kimi göstərir. 

Hətta hər bir müqayisənin məhdudiyyəti olmasına baxmayaraq, bu faydali analitik alət-

dir.İstənilən hərbi təşkilatın özündə ehtiva etməli olduğu funksiyaların, onun tərəfindən 

hazırlanan siyahısı, müdafiə nazirliyinin hökümətin tərkib hissəsi kimi həm daxil-

də,həm də xaricdə iş qaydası ilə tanış olmayan adamlar üçün faydalıdır. Medalyonun 

digər tərəfi isə şəffaflıq və hesabatlılıq prosesləri hesabına 1989 -cu ildən müdafiə və 

təhlükəsizlik sahəsinə ciddi surətdə girən vətəndaş cəmiyyətinin miqyasıdır. Vətəndaş 

cəmiyyətinin cari müdafiə məsələlərində iştirakı ictimai dəstək üçün ilkin şərtdir. Fakti-

ki olaraq, bu debatlar müdafiə nazilrliyi tərəfindən təşkil olunduğu hallarda yox, qeyri 

–hökümət təşkilatları,beyin mərkəzləri və tədqiqat mərkəzləri tərəfindən təşkil olundu-

ğu halda çox təsirlidir 

 

Dr. Willem F. Van Eekelen 



 

Cenevrə, Mart 2006 




 

29

I Hissə 



 

Məqalələr 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

30

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

31

1-ci Fəsil 



Müdafiə və Təhlükəsizlik Sahəsində  

Əmək Bölgüsü 

 

Albay Fred Şreyer 

 

 



Təhlükəsizliyin Dəyişən Siması 

 

Çox zaman təhlükəsizlik müdafiə məsələləri ilə qarışdırılır. Ənənəvi olaraq təh-

lükəsizlik birinci və başlıca olaraq “milli təhlükəsizlik” kontekstində başa düşülür: 

ölkənin ərazisinin başqa ölkələrin təhlükəsinə qarşı müdafiəsi kimi. Soyuq Mühari-

bənin bitməsi, qloballaşma,yeni risklər,təhlükələr və qorxular, həmçinin, daxili də-

yişikliklər dövlətlərin üzləşdiyi təhlükəsizlik mühitini dramatic olaraq dəyişdi. 

İndiki zamanda çoxlu sayda ölkələr çox- şaxəli təhlükəsizlik təhdidləri ilə üz-üzə 

durur və onların çoxu da hərbi xaraketrli yox, qeyri- hərbi təbiətə malik olub fərqli 

cavablar tələb edir. Təhlükəsizliyin hərbi və dövlət yönümlü konsepsiyalarının 

məhdudluğu daha da aydınlaşdıqca, təhlükəsizlik konsepsiyasının genişlənməsi və 

dərinləşməsi baş verir. Artıq təhlükəsizlik konsepsiyasi özəl olaraq sadəcə dövlətin 

və onun ərazisinin təhlükəsizliyinə köklənməyib, dövlətin vətəndaşının, icmaların, 

cəmiyyət və bölgələrin və ya hətta beynəlxalq sistemin təhlükəsizliyini də  əhatə 

edir. Təhlükəsizlik gundəminə hərbi təhlükələrdən əlavə risklər və qorxular da əla-

və edilmişdir: ekoloji deqradasiya, sosio-iqtisadi təhdidlər, infeksion xəstəliklərin 

yayılması, beynəlxalq terrorizm və mütəşəkkil cinayət də bu qəbildəndir. 

Təhlükəsizlik konsepsiyasına ən son əlavə edilmiş anlayış “insan təhlükəsizliyi” 

anlayışıdır

4

. Bu anlayış təhlükəsizliyin dövlət yönümlülüyündən, fərdə doğru dəyi-



şən köklü dəyişimini nəzərdə tutur. Bu yeni konsepsiyaya görə, dövlətin ayaqda 

durması yox, insanların firavanlığı əsas qayğıya çevrilməlidir və onun, insan haqla-

rı və ictimai inkişaf  kimi konsepsiyalarla çoxlu oxşarlıqları paylaşır. 1994- cü ilin 

İnsan Potensialı İnkişafı Hesabatının əsas komponentləri “qorxudan azad olmaq və 

aclıqdan azad olmaq”-dır. İnsan təhlükəsizliyi insanların “xroniki təhlükələrdən qo-

runması” kimi müəyyən edilir: məsələn, aclıq, xəstəlik və siyasi repressiyalar-

dan.“Gündəlik həyat zamanı qəfildən baş verən ziyanlı pozuntular”  da insan təhlü-

                                                            

4

  Bax: Human Security Nework, at URL http:/www.humansecuritynetwork.org/: and 



Bibliography on Human Security , Harvard program on Humanitarian Policy and Conflict 

Research: Cambridge,Mass Avg/ 2001,  

http:/www.hsph.harvard.edu/hper/events/hsworkshop/bibliography.pdf  



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə