1. Texniki mexanika haqqında məlumat


Qüvvənin nöqtəyə nəzərən momenti



Yüklə 15,78 Mb.
səhifə7/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   2   3   4   5   6   7   8   9   10   ...   39
Texniki mexanika (1)

12.Qüvvənin nöqtəyə nəzərən momenti


Cismə tətbiq olunan F qüvvəsinin tərpənməz "O" mərkəzi ətrafında yaratdığı fırlanma effekti onun həmin mərkəzə nəzərən momenti ilə xarakterizə olunur

m0 ( ) = F · h m0 ( ) = - F · h



"O" - mərkəzi moment mərkəzi, h - qüvvənin qolu adlanır. Moment mərkəzindən qüvvənin təsir xəttinə endirilmiş perpendikulyar uzunluğu qüvvənin nöqtəyə nəzərən momenti m0( ) ilə işarə edəcəyik. Fırlanma effektinin miqdarca ölçüsü F · h - dır.

F - qüvvəsinin "O" mərkəzi ətrafında yaratdığı fırlanma effekti aşağıdakı faktorlardan asılıdır.


1. Momentin ədədi qiymətindən (F · h)

2. Qüvvə və momenti mərkəzindən keçən müstəvinin vəziyyətindən.

3. Fırlanma istiqamətindən.
Qüvvənin nöqtəyə nəzərən momenti vektorial kəmiyyətdir. Lakin bütün qüvvələr və moment mərkəzi eyni müstəvidə yerləşdikdə bu halda 2 - ci faktor, yəni müstəvinin vəziyyəti verilmiş hesab edilir və burada fırlanmanın istiqamətini moment işarəsi ilə əvəz etsək, nəticədə müstəvi qüvvələr sistemi üçün qüvvənin nöqtəyə nəzərən momentinin cəbri ifadəsindən istifadə etmək olar. Yəni, qüvvənin nöqtəyə nəzərən momenti müəyyən işarədə bu qüvvənin modulu ilə qolunun hasilinə bərabərdir.

m0 ( ) = ± F · h


Əgər qüvvə tətbiq olunduğu cismə moment mərkəzi ətrafında saat əqrəbinin hərəkətinin əksi istiqamətinə fırlanarsa momentin işarəsi +, əks halda - qəbul edilir. Qüvvənin nöqtəyə nəzərən momentinin aşağıdakı xassələri vardır:

1. Qüvvənin nöqtəyə nəzərən momenti bu qüvvənin öz təsir xətti üzrə istənilən yerə köçürtdükdə dəyişməz.



m0 ( ) = F · h

2. Qüvvənin nöqtəyə nəzərən momenti bu qüvvənin başlanğıc və son nöqtələrini moment mərkəzi ilə birləşdirdikdə alınan üçbucağın ikiqat sahəsi ilə müəyyən edilə bilər.





3. Qüvvənin nöqtəyə nəzərən momenti o vaxt sıfıra bərabər olar ki, onun təsir xətti həmin nöqtədən keçmiş olsun.



yəni (h = 0)


Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə