1. Texniki mexanika haqqında məlumat


Statikanın əsas anlayışları



Yüklə 15,78 Mb.
səhifə3/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   2   3   4   5   6   7   8   9   ...   39
Texniki mexanika (1)

3.Statikanın əsas anlayışları

Statika bölməsində qüvvələrin xassələri və bərk cisimlərin müvazinət şərtləri öyrənilir.Statika bölməsində aşağıdakı anlayışlardan istifadə edilir.



Maddi nöqtə - ölçüləri nəzərə alınmayan cisimlərə deyilir.

Mütləq bərk cisim – elə cisimə deyilir ki,onun ixtiyari iki nöqtəsi arasındakı məsafə həmişə sabit qalsın.Cisimlərin mütləq qəbul olunması nisbidir.

Qüvvə - maddi cisimlərin qarşılıqlı təsirinə deyilir.

Bərk cisim müvazinətdədir,yəni bu cisim onu əhatə edən cisimlərə nəzərən tərpənməz ola bildiyi kimi,bərabərsürətli düzxətli hərəkətdə ola bilər.



Sərbəst cisim – fəzada istənilən istiqamətdə yerdəyişmə ala bilən cismə deyilir.

Qüvvələr sistemi təsiri altında sərbəst bərk cisim sükunətdədirsə,belə sistemə müvazinətdə olan və ya sıfıra ekvivalent sistem deyilir.

Qüvvələr sistemini bir qüvvə ilə əvəz etmək mümkündürsə bu qüvvəyə verilmiş qüvvələr sisteminin əvəzləyicisi deyilir.

Statikanın bir neçə aksiomu vardır.Aksiom öz-özünə aydın olan həqiqətlərdir ki,onların isbata ehtiyacı olmur. Onlar aşağıdakılardır.

aksiom:Mütləq bərk cismə təsir edən iki qüvvə yalnız o halda müvazinətdə olar ki,bu qüvvələr qiymətcə bərabər,istiqamətcə əks və bir düz xətt üzrə yönəlmiş olsunlar.



(F1 = F2)

 aksiom:Verilmiş qüvvələr sisteminə müvazinətdə olan qüvvələr sistemi əlavə etsək və ya çıxsaq bu sistemin mütləq bərk cismə təsiri dəyişməz.



Nəticə:Qüvvəni öz təsir xətti boyunca cismin ixtiyari nöqtəsinə köçürsək,onun mütləq bərk cismə təsiri dəyişməz.Deməli,qüvvə sürüşkən vektordur.




III aksiom:Mütləq bərk cismə bir nöqtədə tətbiq olunub, bir-biri ilə müəyyən bucaq əmələ gətirən iki qüvvənin əvəzləyicisi bu qüvvələr üzərində qurulmuş paraleloqramın diaqonalı ilə ifadə olunur və həmin nöqtədə tətbiq olunur.

R =F1 + F2

Yəni,R vektoru F1 və F2 vektorlarının həndəsi cəminə bərabərdir.




, və vektorlarının həndəsi cəminə bərabərdir. R - in qiymət və istiqaməti ardıcıl olaraq sinuslar və kosinuslar teoremindən tapıla bilər.


IV aksiom:İki cismin bir-birinə göstərdiyi qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabər olub,eyni düz xətt üzrə əks tərəfə yönəlirlər.(Təsir əks təsirə bərabərdir).

F1 = -F2



V aksiom:Verilmiş qüvvələr sisteminin təsiri altında müvazinətdə olan qeyri-mütləq bərk cisim bərkimiş kimi qəbul edilərsə,onun müvazinətinə xələl gəlməz. (Bərkimə aksiomu).

VI aksiom:Qeyri-sərbəst cismə sərbəst cisim kimi baxmaq olar,bunun üçün onu dayaqlardan azad edib,dayaqların cismə göstərdiyi təsiri uyğun reaksiya qüvvələri ilə əvəz etmək lazımdır.(Rabitələr aksiomu).

Reaksiya qüvvələrinin qiyməti əvvəlcədən məlum olmur,sərbəst cismə tətbiq olunan qüvvələrin müvazinət şərtlərindən tapılır.Bu statika məsələlərinin əsas metodur və konustruksiyanın möhkəmliyini hesablamaq üçün lazımdır.





Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə