1. Texniki mexanika haqqında məlumat



Yüklə 15,78 Mb.
səhifə16/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
Texniki mexanika (1)

31.Qüvvənin işi.
Cismin müəyyən yerdəyişməsində ona tətbiq olunan qüvvənin xarakteristikası onun işi ilə xarakterizə olunur. Maddi nöqtəyə tətbiq edilən qüvvə o vaxt iş görər ki, bu qüvvənin tətbiq nöqtəsi yerini dəyişsin. Əks halda onun işi sıfra bərabərdir.

Elementar fizika kursundan bilirik ki, düz xətt üzrə hərəkət edən maddi nöqtəyə həmin düz xətt üzrə sabit qüvvə tətbiq edildikdə qüvvənin işi A = F ·S düsturu ilə təyin edilir. Əgər qüvvə müəyən m1, m2 yerdəyişməsi edərsə bu düzxətli hərəkətdə sabit qüvvə təsiri altında görülən iş A = F · S cosα düsturu ilə ifadə olunur.

Məlumdur ki, α bucağı iti bucaq olarsa görülən iş müsbət, kor bucaq olarsa görülən iş mənfi, 900 olarsa görülən iş sıfra bərabər olar. Təcrübədə çox tez - tez qiymət və istiqamətcə dəyişən F qüvvəsinin təsiri altında M maddi nöqtəsinin əyri xətli hərəkətinə rast gəlirik. Biz F qüvvəsini əyri xətt üzrə toxunan və normal toplananlara ayırsaq, Fn^ υ olduğunu göstərək. Yalnız burada Ft qüvvəsi iş görər. Nəticədə elementar iş dA = Ft · ds ifadəsi ilə təyin edilir. Burada Ft = Fcosφ olduğunu nəzərə alsaq dA = F ·cosφ dt = F · dt

dA = F · dx + Fy dy + Fzdz - bu düstur elementar işin analitik ifadəsidir. İş vahidi olaraq texniki vahidlər sistemində iş kq/m - lə, [BS] - də Coulla ölçülür. 1 C = 1 N · m



32.Güc anlayışı
Qüvvənin vahid zamanda gördüyü iş onun gücü ilə xarakterizə olunur. ilə ifadə olunur. Ümumi halda olar. Bu ifadə də dA = Ft · ds olduğunu nəzərə alsaq alırıq.

Deməli, güc qüvvənin toxunan üzərindəki toplananın onun hərəkət sürətinə vurma hasilinə bərabərdir. Məhz bu səbədəndir ki, avtomobillərdə sürətlər qutusunun hesabına hərəkət sürətini dəyişərək dartıcıcı qüvvənin qiymətini dəyişmək olar. Yəni, yüksək sürətlərdə dartıcı qüvvə artır. Bu zaman güc sabit qalır. Texniki vahidlər sistemində güc vahidi olaraq kq/san ilə, [BS] - də isə 1 Vt - la ölçülür. 1 V = 1 C/san

Texnikada çox hallarda güc vahidi olaraq at qüvvəsindən istifadə edilir.

1 a.q = 75 kq m/san = 736 Vt









Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə