1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


MMəktəbə hazırlıq qrupunda aplikasiya



Yüklə 301,97 Kb.
səhifə55/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   51   52   53   54   55   56   57   58   ...   64
tesviriince

MMəktəbə hazırlıq qrupunda aplikasiya

Məktəbəhazırlıq qrupunun uşaqları üçün applikasiya işinin məzmunu zənginləşdirilir.

• Müxtəlif üsullarla kəsdikləri formaları məhdud sahə daxilində yerləşdirirlər.

• Müxtəlif növ materialların tətbiqi nəticəsində işin məz-munu zənginləşir. Məktəbəhazırlıq qrupunda applikasiya məşğələləri keçərkən tərbiyəçinin qarşısında aşağıdakı ümumi məsələlər durur.

• Müxtəlif həndəsi formaları kağız, karton, parça və s. yerlik üzərində yerləşdirmək:

• Ayrı-ayn hissələrdən əşya təsviri qurmaqla süjet təsvir etmək;

• Applikasiya işi üçün müxtəlif iş üsulu ilə hissələr almaq və onu yerlik üzərində yerləşdirmək;

• Rəngin hissini formalaşdırmaq əsas rəngləri və onların çalarlanni tanımaq:

• Forma, hissə münasibəti və kompozisiya duyumunu formalaşdırmağı inkişaf etdirmək;

• Bu yaş qrupu üçün ayrılmış pedaqoji tələblər:

• Sadə əl işlərinin hazırlanmasında emosional fəaliyyət göstərmək;

• Kağızla işə, əl əməyinə maraq tərbiyə etmək;

• Estetik hiss və qavrayışı inkişaf etdirmək, alınmış təsviri tanımaq, sevinmək, işindən ləzzət almaq.

Məktəbəhazırlıq qrupunun uşaqları kəsmə işinin daha mürəkkəb üsullarını simmetrik, siluet, çoxqatlı kəsmələr, “Cırma” və tutumlu applikasiya işini mənimsəmiş olurlar. İşin icrası üçün bir neçə vəsait növü: kağız, təbiət materialları və s. tətbiq edilir.

Uşaqlar hissələrin bərkidilməsində tikmə işindən istifadəni mənimsəyirlər. Bu halda təsvir daha ifadəli olur.Bu yaş dövründə applikasiya işinin məzmunu genişlənir. Dekorativ applikasiya işində tətbiq edilən naxış elementləri zənginləşir. Məzmunla bərabər tətbiq edilən vəsaitlər də müxtəlif olur. Kağızla bərabər parça, quru yarpaq və gül ləçəklərindən do istifadə edilir. Keyfiyyətli nəticə əldə etmək üçün applikasiya işində ardıcıllığa ciddi riavəl edilməlidir: Hissələrin yerləşdirilməsi və yapışdırma ilk öncə ümumi fon (torpaq, dəııiz, səma) alınır. Ardınca arxa, orta, ön planın təsvirləri (əşya və hissələr) yerləşdirilir.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə