1. Rəsmi sənədlər



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
az dili imtahan sualları (1)

1.
 
Akademik kommunikasiyanın mahiyyəti və formaları 
Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin 
mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutur. Akademik 
kommunikasiya həm elmdə komunikasiyanı , həm də elmi kommunikasiyanı özündə birləşdirən 
mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi 
kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik , təcrübələrin 
ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir. Kommunikasiya 
məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə 
nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil 
olunmamış nitq və s.) mövcuddur 
4. Dialoji nitq 
Dialoji nitq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı 
ünsiyyətdir. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən 
dialoji nitqdə tərəflər daha fəal olurlar. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə 
digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya 
mühüm rol oynayır. 
Dialoji nitqin 5 forması var:
1. monoloji dialoq; 2. söhbət və danışıq dialoqu; 3. sual-cavab dialoqu; 4.müsahibə dialoqu; 
5.müzakirə dialoqu.
Dialoq mikrodialoq və makrodialoq formasında olur. Mikrodialoq bir necə nəfərin qisa söhbətindən 
ibarətdir. Makrodialoq bütövlükdə bədii əsərlərin quruluşunu əhatə edir.
2.
 
Monoloji nitq 
Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir.Monoloji nitqdə fikir bir nəfər 
tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Monoloji nitqdə məqsəd nitqin 
əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə 
hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, 
ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir.Bu, təşkil olunmuş, proqramlaşdırılmış 
nitqdir. Monoloji nitqin formaları: təsviri, təbliği, inandırma, lirik, daxili, dialoji. Şifahi monoloji nitq 
iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq. 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə