1. Rəsmi sənədlər


Akademik nitq, kütlə qarşısında nitq



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
az dili imtahan sualları (1)

 
5. Akademik nitq, kütlə qarşısında nitq 
Akademik nitq elmi dünyagörüşün, yaradıcı düşüncənin inkişafına kömək edən nitq bacarığıdır. 
Akademik nitq idrak yönümlülüyü, məlumat vermə qabiliyyəti, ümumilikdə yüksək məntiq 
mədəniyyəti ilə yanaşı, intellektual səviyyəsi və estetik dizaynı ilə seçilir. Nitqlərdə hər şey 
mühümdür: məzmun, intonasiya, şərhin tərzi, jestlər, mimika. 
Kifayət qədər ucadan, aydın, ifadəli və anlaşıqlığı təmin etmək üçün sadə danışmaq lazımdır. Nitq 
monoton olmamalıdır, amma yuxugətirici «dalğalı» (yəni gah yüksək, gah yavaş səslə) da 
olmamalıdır. Çıxış prosesində nəfəsi tənzimləmək üçün düzgün nəfəsalmanı öyrənmək lazımdır. 
Bundan başqa, mətnin əzbərlənməsi metodu ona görə pisdir ki, nitqə auditoriyanın münasibətinə 
uyğun şəkildə dəyişikliklər etməyə imkan vermir 
Üzündən oxuyarkən danışanın gözləri mətnə zilləndiyi üçün o öz dinləyicilərinə baxa bilmir, yalnız 
hərdən nəzər salır. 
1.Nitq verbal ünsiyyət forması kimi
Hər bir milli dil onun sahibi olan cəmiyyətin şüurunda lüğət kimi mövcuddur. Nitq dilin təzahür 
formasıdır. Nitq ünsiyyət təşkilinin konkretləşdirilməsində özünü göstərir. Buna nitq prosesi deyilir. 
İnsan nitq prosesində özünün mənəvi varlığını əks etdirir.Nitq fəaliyyəti ünsiyyətdə əsas yer tutur. Nitq 
ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun 
funksiyalarında özünü aydın göstərir.
1.
 
Nitqin aydınlığı 
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. 
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır.


2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 
3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə 
çarpdırılmalıdır 
4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməlidir
5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə cəhd 
göstərilməlidir 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə