1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Maldarliq

Südün  əmələ  gəlməsi 

–  bir  sıra  görkəmli  heyvandarların  qeyd  etdikləri 

kimi… «inəyin südü onun ağzındadır…» bu fikiri isə belə aydınlaşdırmaq olur ki, 

süd heyvanın qəbul etdiyi qidadan əmələ gəlir. Yəni, heyvan qəbul etdiyi yemlərin 

tərkibindəki qidalı maddələrdən: zülalla, yağlar, sulu karbonlar, mineral maddələr, 

vitaminlər  və s.-  dən  süd  sintez  olunur.  Bu  qidalı  maddələr  yemlə  qəbul  edilərək 

qana sorulur və yuxarıda qeyd etdiyimiz kimi, qanla yelinə gətirilərək burada süd 

alveollarından sintez olunur. Yelindəki alveollarda mürəkkəb, biofiziki, biokimyəvi 

proseslərin getməsi nəticəsində alveolların epitelisi və qanın plazmasının qarşılıqlı 

təsirindən  onun  toxumalarında  südün  sintezi  baş  verir.  Bu  sintezin  baş  verməsi 

prosesi hələ də bu vaxta qədər tam aydınlaşdırılmamışdır.  

 

Südün əmələ gəlməsi prosesi intensiv surətdə  baş  verir.  Sutkada 20  kq süd 



verən  inək  700  q  zülal,  800  q  yağ  və  900  q  şəkər  əmələ  gətirir.  Bunun  üçün  isə 

yuxarıda qeyd etdiyimiz kimi, 1 litr südün əmələ gəlməsi üçün yelindən 450-500 litr 

qan  keçməlidir.  Süd  yelində  sağımlararası  fasiləsiz  olaraq  əmələ  gəlir.  İnəklərdə 

yeni miqdar süd süd çəninə sağımdan 5-7 saat sonra gəlir.  

 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə