1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Maldarliq

Cinsiyyət sikli 

– heyvanlarda mayalanma hər bir vaxtda baş verməyib, yalnız 

cinsi oyanma dövrü – çərə axıtma zamanı (cinsi həvəs) baş verir. Bu proses inəklərdə 

20 saat çəkir ki, inəyi yalnız bu zaman mayalandırmaq lazımdır. Cinsiyyət həvəsi o 

dövrə deyilir ki, bu zaman dişi heyvanın bədənində mayalanma üçün şərait yaransın. 

Qaramalda cinsiyyət sikli dövrü olaraq orta hesabla hər 21 gündən bir təkrar olunur. 

Odur  ki,  heyvan  bu  müddətdə  mayalanmazsa,  onu  təkrar  21  gündən  sonra 

mayalandırmaq lazımdır.  

 

Cinsiyyət  sikli  bir  çərə  axıtmadan  başqa  çərə  axıtmanın  başlanğıcına  qədər 



davam edir. Bu zaman dişi heyvanda yumurta hüceyrəsi yetişir. Hər bir yumurta 

hüceyrəsi  follikuldan  ibarət  olub,  inəkdə  bu  follikulanın  sayı  balalıqda  yaşlı 

inəklərdə 2500 düyələrdə isə 75000-ə qədər olur. Cinsiyyət sikli zamanı follikullar 

yetişir,  həcmcə  artır,  yumurta  toxuması  isə  çox  miqdarda  follikul  toxumaları  ilə 

əhatə  olunur.  Yetişmənin  sonunda  yumurtalıqda  follikul  1,5  sm  diametrində, 

yumurta  toxuması  isə  0,2  mm-də  olur.  Cinsiyyət  sikli  zamanı  inəkdə  adətən  bir 

follikul yetişir, bəzən isə iki follikul yetişir və bu zaman ekiz doğma baş verir. Bu 

çox nadir halda olub, qaramalda 2% təşkil edir.  

 

Follikul  yetişərək  yumurtalığın  periferiyasına  doğru  hərəkət  edərək,  onun 



təbəqəsinə  yapışaraq  partlayır.  Yetişmiş  yumurta  hüceyrəsi  balalıq  yoluna  düşür. 

Yumurtalıqdan yumurta toxumasının ayrılması yumurtalama – 



ovulyasiya 

adlanır. 

Ovulyasiya  çərə  axıtma  ilə  müşahidə  olunur.  İnəklərdə  bu  proses  çərə  axıtmanın 

sonunda, orta hesabla çərə axıtma başlanmasından 25 saat sonra başlayır.  

 

Follikulun yetişmə sürəti orqanizmanın fizioloji vəziyyətindən, yaşından və 



ilin  fəslindən  asılıdır.  Follikulun  boy  və  inkişafı,  onda  follikulin  hormonunun 

toplanması  və  nəhayət  ovulyasiya  hipofizin  baş  beyində  olan  hormonu  ilə 

nizamlanır. Bu hormon qana sorularaq, yumurtalığa gətirilir və cinsiyyət siklində 

follikulun yetişməsini nizamlayır. Çərə axıtmanın başlanması, onun nizamlanması, 

cinsiyyət yollarındakı dəyişikliklər follikulin hormonu ilə əlaqədardır.  



 

Əgər  yumurtlama  baş  verirsə,  yetişmiş  yumurtanın  yerində  daxili 

sekresiyanın  vəzisi  olan 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə