1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Maldarliq

Südvermə.

  Südvermə  dedikdə  südün  alveollardan,  süd  axarlarından,  süd 

borularından süd çəninə axıb, gəlməsi başa düşülür. Bu daxili sekresiya vəzlərinin 

və sinir sisteminin iştirakı ilə əmələ gələn reflektor aktdır. Südvermə bəzən şərtsiz 

refleks  yolu  ilə  də  baş  verə  bilir.  Bu  sağım  zamanı  əmcəklərə  edilən  mexaniki 

qıcıqlanma yolu ilə  baş verə bilər və həmçinin bu şərti refleks yolu ilə də baş verə 

bilir. Belə ki, sağımın vaxtının yaxınlaşması, sağıcının inəyə yaxın gəlməsi, sağım 

əşyalarının görünməsi və ya səsi və inəyin sağıma hazırlanması şərti refleksə səbəb 




olur. Şərti refleks zamanı yelinin alveolyar apparatı reflektor olaraq yığılır, sıxılır və 

süd çənlərinin tonusu zəifləyir və nəticədə südün çənə axıntısı başlayır. Bu proses 

sağım zamanı baş verir və adətən 4-6 dəqiqə davam edir. Daha doğrusu, yelindən 

sinir uçlarının qıcıqlanması impulsların əvvəlcə onurğa beyinə, sonra isə baş beyinə 

verilir. Buradan isə oyanma daxili sekresiya vəzinə – baş beyindəki hipofizə ötürülür 

və  onda 



oksitosin 

hormonu  ifraz  olunur  ki,  bu  qana  sorularaq  qanla  alveollara, 

axarlara və süd çəninə gətirilərək onların sıxılması nəticəsində süd əmcəklərə axır. 

Sonra oksitosin 4-6 dəqiqə fəaliyyətdə olub, get-gedə  onun fəaliyyəti zəifləyir və 

sönür. Odur ki, calışmaq lazımdır ki, inək 4-6 dəqiqə müddətində sağılsın.  

 

Sağım prosesinə də bir sıra emasional amillər təsir göstərir (səs-küy, zəng səsi 



və s.). sağım prosesinə həmçinin inəyin irsi xüsusiyyəti, fərdiyyəti, sutkalıq sağının 

sayı və s. amillər təsir edir.  

 

Sağım üsulları 

– Qaramalın sağılması üçün iki əsas üsuldan istifadə edilir: 

əllə  və  maşınla.  Əllə  sağım  az  miqdarda  sağmal  heyvanlar  olan  təsərrüfatlarda 

əsasən həyata keçirilir. Əllə sağım zəhmət tələb edən üsuldur. Bu zaman əmcəklərin 

kökündən başlayaraq  barmaqların köməyi  ilə əmcək  uca doğru sıxılır və  nəticədə 

sıxılma istiqamətinə doğru südün sıxılaraq axımı baş verir. Əllə sağım aparılarkən 

sağım cəld, sürətli və əmcəklər eyni bərabərdə sıxılmalıdır. Sağımdan əvvəl inəyin 

yelini isti su ilə yuyularaq quru  dəsmalla silinib, qurulanır. Sonra sağıma hazırlıq 

üçün  yelin  və  əmcəklərin  masajı  aparılır.  Masaj  yelinin  dərisini  qıcıqlandırır,  bu 

qıcıq baş beyinə ötürülür. Baş beyin və daxil sekresiya vəzlərinin köməyi ilə süd 

vəzlərində refleksii nizamlayır və süd ifrazını gücləndirir.  

 

Sağımdan  sonra  yelin  yükgülcə  massaj  edilir  və  sağım  sona  çatır.  Belə 



olduqda yelindəki süd tamamilə ifraz olunur. Həmçinin son damla süddə 10%-dən 

çox yağlılıq olur. Əllə sağımın  çatışmayan cəhəti onun bütün əmcəklərdə bərabər 

sağılmasına  nail  olunmamaq;  açıq  qaba  sağılan  südün  çox  zibillənməsi;  fiziki 

əməyin çox sərfidir.  

 

Maşınla sağım – əllə sağımda olan çatışmazlıqlar bu üsulda aradan qaldırılır. 



Ən  iri  südçülük  təsərrüfatlarında  maşınla  sağım  həyata  keçirilir.  Maşınla  sağım 

prosesi də  4-7 dəqiqə çəkir. Əllə sağıma nisbətən süd bakterioloji cəhətdən təmiz 

olur.  

 

Sağım müxtəlif maşınların köməyi ilə «karusel», «yoloçka», «tandem» və s. 



quluşlu maşınlarda həyata keçirilir.  


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə