1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   2   3   4   5   6   7   8   9   ...   23
Maldarliq

    Qaramalın bioloji xüsusiyyətləri. 

Qaramal heyvandarlığın əsas və çox dəyərli 

sahəsi olub, özünəməxsus bioloji xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər 

aşağıdakılardan ibarətdir: tipinə görə iri buynuzlu qaramal ot yeyən heyvanlar 

olub, qəbul edib, udduqları yemi yenidən ağıza qaytarıb, təkrar çeynəyərək 

udduqları üçün kövşəyən heyvanlar qrupuna aid edilirlər. Kövşəyən heyvanlar: 

inək, qoyun və keçi, dəvə, maral mürəkkəb, çox kameralı mədəyə malikdirlər. 

Buna işkənbə, torcuq, kitabça və qursaq aiddirlər. Bu heyvanların bağırsaq sistemi 

nisbətən uzundur. Bu onunla əlaqədardır ki, qəbul edilən çox həcmli qaba yem 

yaxşı həzm oluna bilsin.  

 

İri buynuzlu qaramalın mədə önlükləri çox tutumludur: işkənbəyə 150-180 litr 



mötəviyyat,  torcuğa  –  12  l,  kitabçaya  –  18  litr  mötəviyyat  yerləşir.  Mədə 

önlüklərinin  kövşəyən  heyvanlarda  belə  böyük  tutmlu  olması  imkan  verir  ki, 

kövşəyən heyvanlar çox miqdar və tutumda bitki mənşəli qaba yemlər – quru ot, 

saman,  küləş,  tərəvəz  bitkiləri  qalıqları  və  s.  qəbul  etsin  və  işkənbədə  olan 

mikroorqanizmlər həmin yemlərdə olan çox miqdar sellilozanı həzm edib, onun çox 

dəyərli qidalı maddəyə çevirə bilsin. Heyvanın ifraz etdiyi (sutkada 100 litrə qədər) 

tüpürcək  bu  yemləri  isladaraq  onları  horra  şəklinə  salır  və  bu  yemlər  mədə 

önlüyündən qurşağa asanlıqla keçirlər. Tüpürcək isə mədəönlüklərində zəif qələvi 

reaksiyası yaradır ki, bu da mikrofloranın çoxalmasına şərait yaradır.  

 

Qaramalın  belə  özünə  məxsus  qurluşda  həzm  sistemi  aparatının  olması 



sayəsində  qaramal  çox  böyük  miqdarda  qaba  yemi  həzm  edərək  onu  yüksək 

qidalılığa malik ət və süd məhsuluna çevirsin. Bu xüsusiyyət əsasən südlük mala 

daha çox xasdır. Hansı ki, bu heyvanlarda maddələr mübadiləsinin intensivliyi və 

konstitusiya xüsusiyyətləri ilə əlaqədar olaraq daha çox süd məhsulu ələmə gəlir.  




 

Qaramal nisbətən daha tez və yaxşı öyrəşmə qabiliyyətinə malikdirlər. Onlar 

yeni  şəraitə  tez  uyğunlaşmaqla  yanaşı,  bu  zaman  bir  sıra  dəyərli  xassələr  də 

qazanırlar. Odur ki, qaramalı dünyanın bütün hər yerində yetişdirmək mümkündür. 

Bununla yanaşı, qaramal bütün yetişdirilmə şəraitlərində yaxşı yemləməyə də yaxşı 

cavab verməklə, məhsuldarlığını artırır.  

 

Qaramalın  əsəb  sistemi  də  onların  əhliləşdirilməsi  ilə  əlaqədar  olaraq 



dəyişmiş,  daha  rahat,  dinc,  sakit  xarakter  almışdır.  Qaramalın  əcdadının  cinsi 

fəaliyyəti  fəsli  xarakter  daşısada,  ev  heyvanlarında  bu  xüsusiyyət,  demək  olar  ki, 

aradan qaldırılmışdır.  

 

Qaramal  tez  böyümə  və  inkişaf  etməyə  nail  olmuş,  az  məhsuldar  və 



gecyetişmədən yüksək məhsuldar və tez yetişən heyvanlara çevrilmişlər. Qaramalda 

olan  bu  bioloji  xüsusiyyətlər  çox  uzun  bir  dövrdə  baş  vermişdir.  Bunun  üçün  isə 

insanlar tərəfindən çox böyük əmək sərf edilməklə, əlverişli şərait yaradılmışdır.  

 

Tipinə  görə  iri  buynuzlu  qaramal  və  həmçinin  qidalanmasına  görə  onlar  ot 



yeyən  heyvanlar,  ağızda  çeynəyib  udulan  yemin  mənimsənilməsinə  görə  isə 

kövşəyənlərə  aid  edilirlər.  Gövşəyən  heyvanlardan  –  qaramal,  qoyun,  keçi,  dəvə, 

ceyran mürəkkəb, çox kameralı mədəyə malik olurlar. Onların mədə sistemi işkənbə, 

torcud,  kitabça  və  şirdandan  ibarətdir.  Bu  heyvanların,  qaba  yemi  yaxşı  həzm 

etmələri üçün, bağırsaq sistemi nisbətən uzundur.  


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə