1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Maldarliq

Yelinin  qurluşu 

–  inəyin  yelini  dörd  paycıqdan  ibarət  olub,  hər  bir  payda 

axarları ilə bir-biri ilə birləşməyən əmcəklər olur. Yelinin ön hissəsi arxa hissəyə 

nisbətən kiçik olur. Yelinin xarici çox qırışlı, elastik dəri ilə örtülmüşdür. Yelinin 

hər bir payı bir-birindən arakəsmə ilə ayrılır və bu arakəsmə yelini saxlayaraq onu 

dəriyə bərkidir.  

 

Yelinin əzələ  hissəsi birləşdirici toxumadan təşkil olunmuş və bu birləşdirici 



toxuma kürəcikləri yelini ayrı-ayrı paylara ayırır. Bu paycıqlar külli miqdarda xırda 

alveollardan ibarətdir və bu alveolların diametri 0,1-0,4 mm-dir. Alveolların daxili 




vəzli bir təbəqəli epitelilərdən ibarətdir. Alveolların bu hissəsində süd əmələ gəlir. 

Alveollara isə çox sıx qan kapillyarları daxil olur.  

Alveolların  xarici tərəfində 

miepiteli

  toxumaları  vardır  ki,  bunlar  ulduz  şəklində 

olub, alveollardan südün çıxmasında böyük rol oynayırlar. Onlar yığılaraq alveolları 

sıxır və südün axarlara axmasını tənzimləyir.  

 

Alveollardan  çox  zərif  axım  boruları  çıxır  ki,  süd  bunlarla  axaraq  süd 



axarlarına, onlardan birləşərək süd boruları, süd boruları da birləşərək süd çənini 

əmələ gətirir. Bundan aşağıda isə əmcəklər yerləşir (şəkil…) 

 

Yelinin vəzli toxuması hər bir tərəfdən sıx birləşdirici toxuma ilə örtülü olur 



ki, bu qanla və sinirlə təchiz olunub. Ən əlverişli yelin qabaq və arxa tərəfə eyni 

bərabərdə  inkişaflı,  enli  və  dərin  olmaqla,  silindir  şəkilli  aşağı  yönəlmiş 

əmcəklərdən  ibarət  olmalıdır.  Belə  formalı  yelin  arzuolunan  sayılmaqla  fincana 

bənzər yelin adlanır.  

 

Arzuolunmaz formalı yelinin hər dörd payı eyni bərabər ölçüdə olmayır, yelin 



qabaq  və  ya  arxa  tərəfdə  çox  yerləşir,  əmcəklər  qısa  formada  olur,  yelində  vəzli 

toxuma əvəzinə piy toxuması çox toplanır, bəzi yelin həddən çox sallanmış olur ki, 

inəklərin qocalmasından bu vəziyyət alınır. Bəzi inəklərin isə əmcəkləri çox bərk 

olduğundan  belə  inəklər  çətin  sağılır.  Odur  ki,  bu  göstərilən  qurluşlu  və  formalı 

yelinə malik inəkləri sürüdən çıxdaş etmək lazımdır. Bəzi inəklərin isə əmcəklərinin 

ucundakı sfinktorlar çox boş olduğundan, yelin südlə dolanda ondan öz-özünə süd 

axmağa başlayır.  

 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə