1
Mətnin ardı var
Simpozium
Azərbaycan xalçası üzrə V Beynəlxalq
Simpozium (AXBS) 17-20 oktyabr 2017-ci
il tarixində, dörd gün ərzində keçiriləcəkdir.
AXBS-nun sonuncu və ilk dəfə xaricdə
YUNESKO-nun Paris şəhərindəki baş
qərargahında təşkil olunan simpoziumdan
artıq on il ötmüşdür. Ilk simpozium isə
1983-cü ildə baş vermişdir.
17 oktyabr 2017-ci il (Çərşənbə axşamı)
simpoziumun ilk günü olaraq səhər açılış
mərasimindən və günorta keçiriləcək ilk
akademik sessiyadan ibarət olacaqdır.
Simpoziumun növbəti ikinci və üçüncü günləri
akademik sessiyalara həsr ediləcəkdir.
Simpozium Cümə günü - 20 oktyabr 2017-ci
il tarixində günün birinci yarısında keçiriləcək
sonuncu akademik sessiya və nahardan sonra
baş tutacaq bağlanış mərasimi ilə öz işini
tamamlayacaqdır. Simpozium çərçivəsində
təşkil olunacaq mədəni proqrama mövzuya
uyğun sərgilərin açılışı və digər tədbirlər
daxildir.
Təşkilatçılar
AXBS-2017 Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və “Azərxalça”
ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Akademik proqramın hazırlanmasına
rəhbərlik və texniki dəstək Şərq xalçaları
üzrə beynəlxalq Konfransı (İCOC)
tərəfindən aparılır.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm naziri cənab Əbülfəs Qarayev təşkilat
komitəsinin sədri, Əsli Səmədova layihənin
koordinatoru, Alberto Boralevi və Azərbaycan
Milli Elmlər Akademiyasının və Milli İncəsənət
muzeyinin əməkdaşı, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Toğrul Əfəndiyev Akademik
Komitənin həmsədrləridirlər.
Məkanlar
Azərbaycan Xalça Muzeyi daimi (AXM) və
Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM)
Bakıda təşkil olunacaq müvəqqəti sərgilərin
əsas məkanlarıdır.
Azərbaycan Xalça Muzeyinin ekspozisiyasında
muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Şirin Məlikovanın kuratorluğu altında
“Müasir incəsənət xalçalarda” adlı sərgi təşkil
olunacaqdır. Sərginin konsepsiyasına uyğun
olaraq yerli və xarici rəssamlar xalçanın
ənənəvi qavrayış hüdudlarını genişləndirməyə
çalışacaqlar.
Azərbaycan Milli İncəsənət Muzeyində
Alberto Boralevi və Əsli Səmədovanın birgə
kuratorluğu ilə milli tikmələrdən ibarət “İpək
xəzinələr” adlı sərgi təşkil olunacaqdır.
Sərgidə Viktoriya və Albert muzeyinin və
şəxsi kolleksiyaların, habelə Azərbaycan Milli
İncəsənət Muzeyinin əvvəllər sərgilənməyən
eksponatları nümayiş etdiriləcəklər.
Akademik sessiyaların təşkil olunacağı
məkanlar isə bir qədər sonra müəyyən
olunacaqlar.
Akademik sessiyalar və məruzəçilər
Akademik sessiyaların mövzuları və habelə
simpoziumun ümumi proqramı 2017-ci ilin
yay aylarının sonunda elan olunacaqdır.
Əgər Siz AXBS-2017-də məruzə ilə çıxış
etmək istəyirsinizsə,
lütfən saytımızda
ərizə üçün təqdimat
bölümünü oxuyan və
15 mart 2017-ci il tarixindən gec olmayaraq
çıxışınızın
tezislərini oraya ünvanlayın
.
Vizalar
Vizasız rejimi əldə etmək imkanı olan və
ya Heydər Əliyev adına Beynəlxalq Hava
Limanına yaxınlaşıb viza üçün müraciət
edə biləcək müəyyən ölkələrin vətəndaşları
istisna olmaqla, digər ölkələrin vətəndaşları
əvvəlcədən viza üçün müraciət etmələri
xahiş olunur. Viza sənədlərinin qəbulu üçün
ən yaxın Azərbaycan səfirliyindəki konsulluq
xidmətinə müraciət etməyiniz xahiş olunur.
Azərbaycana viza almaq məqsədilə “ASAN
Visa”
portalına
müraciət etməyiniz
tövsiyə
olunur. Onlayn ərizə səfərdən ən azı üç iş
günü öncə göndərilməlidir. Xidmət haqqı
20 USD təşkil edir. Daha ətraflı məlumat
almaq üçün
qurumun rəsmi səhifəsinə
daxil
olmağınız məsləhətdir.
17–20 oktyabr 2017-ci il
Bakı, Azərbaycan
AZƏRBAYCAN XALÇASI ÜZRƏ V
BEYNƏLXALQ SIMPOZIUM
“Ənənə və innovasiyalar”
Səyahət və yerləşdirilmə
Tezliklə rəsmi saytımızda AXBS qonaqları
və məruzəçilər üçün yerləşdirilmə
mehmanxanaları haqqında tövsiyələr və xüsusi
təkliflər təqdim olunacaqdır. Saytımızda yaxın
zamanlarda bu mövzuya həsr olunmuş bölmə
fəaliyyətlə başlayacaqdır. Əlavə məlumat üçün
bizimlə əlaqə saxlamağınız
məsləhətdir.
Heydər Əliyev adına Beynəlxalq Hava
Limanından tövsiyə olunan mehmanxanalara
çatdırılma məqsədilə xidməti avtobuslar təşkil
olunacaqdır. Bakıda “Uber” vasitəsilə etibarlı
taksi xidməti mövcuddur, lakin sürücülərin
böyük hissəsinin ingilis dilini bilməməsi nəzərə
alınmalıdır. “Uber” və digər analoji servislərə
öncədən müəyyən edilmiş tariflərin mövcud
olduğu halda, şəhərdə fəaliyyət göstərən
“Badımcan” adlanan avtomobillərində ödəniş
məqsədilə taksometrlər quraşdırılmışdır
(minimal gediş haqqı 3 AZN təşkil edir).
Milli valyuta
Milli valyuta Azərbaycan manatıdır (AZN) və
onun təxmini məzənnəsi aşağıdakı kimidir:
£1 = 2.15 AZN
€1 = 1.9 AZN
$1 = 1.8 AZN
Hava limanında quraşdırılmış bankomatlar və
şəhərdə fəaliyyət göstərən banklar
vasitəsilə
valyuta mübadiləsi və ya hesabdan pul çıxartma
əməliyyatlarını həyata keçirə bilərsiniz.
Hava durumu
Azərbaycanda doqquz müxtəlif iqlim
qurşağı vardır. Oktyabr ayında Bakıda orta
aylıq temperatur 13-15°C təşkil edir.
Praktiki suallar
ABXS-2017-də iştirak üçün heç bir
qeydiyyat haqqı tələb olunmur. İştirak üçün
Siz özünüzlə əlavə qonaq da dəvət edə
bilərsiniz. Belə olduğu halda
simpoziumun
qeydiyyat formasının müvafiq
bölməsinə
həmin şəxslər barəsində məlumatları
daxil edin.
HALI turu
Simpozium başa çatdıqdan sonra, 21-28
oktyabr 2017-ci il tarixlərində Azərbaycan
və Gürcüstan ərazilərində 8 (səkkiz) günlük
HALI turu təşkil olunacaqdır. “HALI” jurnalı
tərəfindən həyata keçiriləcək bu tur zamanı
bölgələrin xalça və tekstil ənənələri, onların
yaşadılması və dirçəldilməsi məsələləri
xüsusilə vurğulunacaqdır. Eyni zamanda
yerli mədəniyyətlərin maraq doğura biləcək
digər məsələləri də diqqət mərkəzində
olacaqlar.
Tur Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərindən – İçərişəhər ərazisində
piyada gəzintidən, daha sonra isə
muzeylərə ekskursiyalardan, tekstil və
arxiv fotomateriallara həsr olunmuş şəxsi
kolleksiyalarla tanışlıqdan başlayacaq.
Bakıdan sonra tur iştirakçıları şimal
istiqamətində hərəkət edərək və qədim
toxuculuq ənənələrinə malik kəndlərdən
keçərək Şəki şəhərində yerləşən Şəki Xan
Sarayını ziyarət edəcəklər.
Daha sonra tur Gürcüstan ərazisinə
istiqamətlənəcək. Burada Siqnaqi və
Mtsxeta kimi tarixi şəhərlərlə, Gürcüstan
Respublikasının paytaxtı Tbilisi şəhərində
fəaliyyət göstərən muzeylərin kolleksiyaları
ilə tanışlıq keçiriləcək və bununla da
səyahət başa çatacaqdır.
Turun qiymətinə aşağıdakılar daxildir:
yerləşmə və gecələmə, yemək və
planlaşdırılmış asudə vaxtın təşkili, ekspert
və könüllülərin müşayiəti ilə muzey və şəxsi
kolleksiyalarda saxlanılan və az bəlli olan
eksponatlarla tanışlıq imkanı.
Daha ətraflı məlumat əldə etmək və ya
qeydiyyatdan keçmək məqsədilə
tur
təşkilatçıları ilə əlaqə saxlamağınız
təklif
olunur.
www.ISACBaku.org
17–20 oktyabr 2017-ci il
Bakı, Azərbaycan
AZƏRBAYCAN XALÇASI ÜZRƏ V
BEYNƏLXALQ SIMPOZIUM
“Ənənə və innovasiyalar”
2