1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə3/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   2   3   4   5   6   7   8   9   ...   39
İnsan kompüter interfeysi - Konspekt

«İnformasiya» termini məlumat, izah, şərh mənasını verən «informatio» latın sözündən yaranıb. Bu terminin geniş yayılmasına baxmayaraq, informasiya anlayışı elmdə ən mübahisəli anlayışlardan biridir. İndiki zamanda elmdə informasiya anlayışı insan fəaliyyətinin müxtəlif sahələrində müxtəlif mənalarda başa düşülür:

Adi həyatda kimisə maraqlandıran məlumatları informasiya adlandırırlar. Bu mənada «informasiya vermək öncədən məlum olmayan nəyisə xəbər vermək» deməkdir;

Texnikada informasiya dedikdə işarə və ya siqnallar formasında ötürülən xəbərlər başa düşülür;

Kibernetikada informasiya dedikdə sistemin yadda saxlanması, təkmilləşdirilməsi, inkişafı məqsədilə istifadə olunan biliklər sahəsi başa düşülür (N. Viner).

Daha bir neçə tərif:



  • İnformasiya – ətraf mühitin obyektləri haqqında onlara dair əldə olan biliklərin natamamlığını azaldan məlumatlardır (N.V. Makarova);

  • İnformasiya – bizim xarici aləmə uyğunlaşmağımız prosesində xarici aləmdən alınan məzmunun və bizim hislərimizin ona uyğunlaşmasının işarə edilməsidir ( Norbert Viner );

  • İnformasiya – strukturların mürəkkəblik ölçüsüdür (Mol);

  • İnformasiya – seçim ehtimalıdır (Yaqlom).

İnsanlar xəbər formasında informasiya mübadiləsi edirlər. Xəbər informasiyanın nitq, mətn, əl-qol hərəkəti, baxış, təsvir, rəqəmli verilənlər, qrafiklər, cədvəllər və s. şəklində təqdim olunma formasıdır.

Eyni bir informasiya xəbəri müxtəlif insanlar üçün onların əvvəlki biliklərindən, bu xəbərin başa düşülmə səviyyəsindən ona maraqdan asılı olaraq müxtəlif miqdarda informasiyaya malik ola bilər.

Belə ki, yapon dilində tərtib olunmuş xəbər bu dili bilməyən insan üçün heç bir yeni informasiya daşımır, lakin yaponca bilən insan üçün yüksək informativ ola bilər. Əgər xəbərin məzmunu başa düşülmürsə və ya artıq məlumdursa, məlum dildə ifadə olunmuş xəbər də heç bir yeni informasiyaya malik deyil.

İnformasiya xəbərin xarakteristikası deyil, xəbərlə onun istehlakçısı arasında münasibətdir.



  1. Yüklə 75,94 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə