1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə14/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
İnsan kompüter interfeysi - Konspekt

İnsan kompüter interfeysi

İnsan kompüter interfeysi (İKİ) - texniki sistemlə operator arasında birbaşa qarşılıqlı əlaqəni təmin edən üsul və vasitələrdir. Bunlar operatora həm sistemi idarə etməyə, həm də ona nəzarət etməyə imkan verir. İKİ - proqram sisteminin işi zamanı predmet sahəsinin informasiya modelinin yaradılması üçün və onun istifadəçi ilə qarşılıqlı əlaqəsini təmin edən üsul və vasitələr toplusudur. İnterfeysə daxildir:

Formalar – interfeysin əsas elementidir. Formaların təyinatı – verilənlərin əlverişli şəkildə daxil edilməsi və avtomatlaşdırılmış sistemin vəziyyəti haqqında olan məlumatların baxışıdır. Formaların yaradılmasının əsas prinsipləri:

  • Forma anlaşıqlı şəkildə olmalıdır. Əgər forma kağız üzərində tərtib olunubsa, onda onu elə sadə şəkildə tərtib etmək lazımdır ki, istifadəçi onu kompüterə köçürərkən heç bir çətinliklə üzləşməsin .

  • Formanın sahələrində informasiya vahidləri elə seçilməlidir ki, gələcəkdə istifadəçi onu istifadə edə bilsin.

  • Formanın informasiya elementləri elə seçilməlidir ki, qarşıya qoyulan məsələni həll edərkən istifadəçinin diqqətini cəlb edə bilsin.

  • Qarşılıqlı əlaqəli və ya bir-birinə bağlı elementlər eyni bir formada təsvir olunmalıdırlar.


Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə