1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə9/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
İnsan kompüter interfeysi - Konspekt

Mobil interfeysi

Smartfonlar jest və toxunma interfeyslərini nəzərdə tutan toxunma ekranından istifadə edir. İstifadəçi elementlərə toxunur, ƏS və ya tətbiq ondan əmrlər alır və onları yerinə yetirir.

  1. İnterfeysin yaradılması və əsas prinsipləri

1.Təbiilik (intuitivlik) – Sistemlə iş zamanı istifadəçi qarşıya qoyulmuş məsələni həll etmək üçün lazım olan direktivləri (interfeysin elementlərini) tapmaqda çətinlik çəkməməlidir.

2. Razılaşma və uyğunluq – Əgər sistemlə iş zamanı istifadəçi sistemin bir hissəsində hər hansı hərəkəti yerinə yetirirsə, onda sistemin digər hissəsində də bu hərəkət eyni olmalıdır. Razılaşmanın aspektləri:

- Fiziki, əsasən texniki vasitələrə aiddir( klaviatura,mouse). Məsələn, F2 klavişi eyni yerdədir, mousenin düyməsi sol barmağın altındadır.

- Sintaksis, ekranda dialoq elementlərinin ardıcıllığı və yerinin təsvirinə aiddir. Məsələn, panelin başlığı həmişə yuxarıda və ortada olmalıdır.

- Semantik, interfeysin elementlərinin mənasını bildirir. Məsələn, “Çıxış” sorğusu həmişə eyni bir mənanı verməlidir.



3. Dost olma – İstifadəçi proqramın işini adətən sınaqlarla öyrənir. İşin hər bir mərhələsində İMİ istifadəçiyə uyğun fəaliyyətlər yığımı təklif etməlidir. İstifadəçini verilənləri korlaya biləcək fəaliyyət haqqında məlumatlandırmalı və ona fəaliyyətdən imtina imkanı verməlidir. İstifadəçi hər bir fəaliyyəti üçün vizual və ya səsli məlumat almalıdır.

4. Sadəlik – Sistemlə iş zamanı istifadəçi ancaq minimal məlumat daxil etməlidir. Məsələn, istifadəçi lazımsız rəqəmləri daxil etməyə vaxt sərf etməməlidir (00010-ın yerinə 10 daxil etsə kifayətdir). Analoji olaraq da istifadəçidən əvvəlcədən daxil edilmiş məlumatı təzədən daxil etməyi də tələb etmək olmaz. İnformasiyanın daxil edilməsini minimallaşdırmaq üçün əsasən susmaya görə olan veriləndən istifadə etmək məsləhətdir.


Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə