1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Yükdaşımaların sıxlığı. Vaqonun statik və dinamik yüklənməsi



Yüklə 10,11 Mb.
səhifə32/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

82.Yükdaşımaların sıxlığı. Vaqonun statik və dinamik yüklənməsi
Dəmir yolunun 1 km istismar uzunluğuna düşən yük dövriyyəsi yük daşımalarının sıxlığı və ya yük gərginliyi adlanır:

B urada Li – dəmir yolunun istismar uzunluğudur, km. Yük daşımalarının sıxlığı hərəkət istiqamətləri üzrə müxtəlif olur. Çox yük daşınan istiqamət yüklü, əks istiqamət isə boş istiqamət adlanır. Daşımaların qeyri-bərabərlik əmsalı aşağıdakı düsturla hesablanır:

Burada Qm – maksimal iş yerinə yetirilən ay ərzində yük axınıdır, t;


Q0 – orta aylıq yük axınıdır, t. Vaqonun yükgötürmə qabiliyyətindən istifadə səviyyəsini statik və dinamik yüklənmə göstəriciləri xarakterizə edir. Vaqonun statik yüklənməsi yükləmə zamanı bir vaqona düşən yükün miqdarıdır:




83.Sutkalıq vaqon axını. Yük və kommersiya işləri
Sutkalıq vaqon axını aşağıdakı düsturla hesablanır:

Yük və kommersiya işləri
Dəmiryol nəqliyyatının fəaliyyəti iki hissədən ibarətdir: 1. Daşıma prosesinin təşkili ilə əlaqədar istismar işi; 2. Dəmiryol nəqliyyatının istehsalçılar və istehlakçılarla qarşılıqlı münasibətlərini tənzimləyən kommersiya işi. Dəmiryol nəqliyyatında yük və kommersiya işi daşıma prosesinin başlanğıc və son əməliyyatları – yükləmə və boşaltma, qabaqcıl daşıma növlərinin – paket, konteyner və marşrut daşımalarının təşkili ilə əlaqədar məsələləri əhatə edir. Yük və kommersiya işlərinin yerinə yetirilməsi üçün texniki bazanı yük həyətlərinin və konteyner məntəqələrinin anbar təsərrüfatı, yükləmə-boşaltma işlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələri, kommersiya əməliyyatlarının yerinə yetirilməsi üçün avtomatika və hesablama texnikası vasitələri təşkil edir. Dəmiryol nəqliyyatında yük və kommersiya işlərinə aşağıdakılar aiddir:  daşımaların operativ planlaşdırılması və səmərələşdirilməsi;  yüklərin və baqağın daşıma üçün qəbulu və təyinat stansiyalarında təhvil verilməsi;  daşıma sənədlərinin tərtib edilməsi;  qəbul edilən yüklərin və baqajın çəkilməsi və saxlanması;  yüklərin daşıma qaydalarının və texniki şərtlərinin tərtib edilməsi;  yüklərin bütövlüyünün təmin edilməsi və daşınmasının sürətləndirilməsi;  daşıma xərcinin hesablanması və qəbulu;  yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi;  yükgöndərənlərə və qəbul edənlərə nəqliyyat-ekspedisiya xidməti;  paket, konteyner və marşrut daşımalarının inkişafı;  sərnişin və baqaj daşımalarının təşkili;  beynəlxalq daşımalar və s. Dəmiryol nəqliyyatında yük və kommersiya işlərinin hüquqi əsasını “Dəmiryol nəqliyyatının Nizamnaməsi” təşkil edir. Bu nizamnamə 179 maddədən və 7 bölmədədn ibarətdir. Nizamnamə dəmiryol nəqliyyatı ilə daşıma planlarının tərtib edilməsi və yerinə yetirilməsi qaydalarını; yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınmasının əsas şərtlərini; sənaye dəmir yollarının istismarının əsas müddəalarını; dəmiryol nəqliyyatının digər nəqliyyat növləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Hər bir göndərişin daşınma üçün qəbulu yükgöndərənlə dəmir yolu arasında yükü qəbul edənin xeyrinə daşıma müqaviləsi tərtib olunur. Bu müqavilənin şərtlərinə görə, dəmir yolu yükü vaxtında və bütov təyinat stansiyasına çatdırılmalıdır. Yükgöndərən yükü daşımaya yayarlı şəkildə təqdim etməli və daşıma xərcini ödəməlidir. Yük qəbul edən yükü qəbul edib əlavə ödəmələri yerinə yetirilməlidir. Daşıma müqaviləsi qaimə ilə sənədləşdirilir. Beləliklə, yükgöndərən yükü daşıma üçün doldurulmuş qaimə ilə birlikdə təqdim etməlidir. Yük qaimə ilə birlikdə göndəriş stansiyası tərəfindən qəbul edildikdən sonra daşıma müqaviləsi qüvvəyə minmiş hesab edilir.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə