1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Aralıq stansiyaları. Dəmiryol qovşaqları



Yüklə 10,11 Mb.
səhifə31/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

7 7.Aralıq stansiyaları. Dəmiryol qovşaqları



78.Qatarların hərəkət qrafiki
Hərəkət qrafiki qatarların hərəkətinin əsasıdır. Qrafik stansiyaların, lokomotiv və vaqon depolarının, yol, işarəvermə və rabitə distansiyalarının işini əlaqələndir. Hərəkət qrafiki qatarların qəbul edilməsi, göndərilməsi və dayanacaqsız buraxılması vaxtlarını, mənzillər üzrə hərəkət müddətini, lokomtivlərin son stansiyalarda dayanacaqlarını müəyyən edir. Qrafik əsasında qatarların hərəkət cədvəli tərtib edilir. Hərəkət qrafiki qatarların hərəkətinin üfüqi zaman və şaquli məsafə koordinat oxlarında qrafiki təsviridir. Qatarların hərəkətinin qrafiki təsviri onların sahələr üzrə minimum dayanacaqlarla, yəni yüksək sürətlərlə təhlükəsiz hərəkətini təmin edir.
Hərəkət qrafikinə aşağıdakı tələblər irəli sürülür: sərnişinlərin və yüklərin böyük sürətlə daşınmasının təmin edilməsi; sərnişinlərin gedişi üçün əlverişli şəraitin yaradılması; lokomotivlərdən, vaqonlardan, dəmir yollarının qatarburaxma və stansiyaların emaletmə qabiliyyətindən yüksək istifadə səviyyəsi; lokomotiv briqadalarının fasiləsiz iş normalarına riayət edilməsi; vaqonların stansiyalarda emalının və sahələr üzrə işə buraxılmasının sürətləndirilməsi; hərəkətin təhlükəsizliyinin və daşımaların səmərəliliyinin təmin edilməsi.
Qrafikdə yolun, tikililərin, İMB və rabitə qurğularının cari təmiri üçün vaxt nəzərdə tutulmalıdır. Hərəkət qrafiki tərtib edildikdən sonra bir sıra istismar göstəriciləri təyin edilir: texniki və sahə sürəti, qatarların dayanacaqlarının sayı, lokomotivlərin orta sutkalıq yürüşü və s. bu göstəricilər sahələrin texniki təchizatı ilə yanaşı, hərəkətin təşkili üsulundan, yəni qrafikin tipindən də asılıdır.


79.Dəmir yollarının qatarburaxma və daşıma qabiliyyəti


8 0.Metropoliten xətlərinin qatarburaxma və daşıma qabiliyyətinin təyin edilməsi


81.Dəmiryolu nəqliyyatında yüklərin və yükdaşımaların növləri
Dəmiryolunda daşınan yüklərin aşağıdakı növləri vardır: - taralı - ədədi yüklər (ayrı-ayrı yerlərdə, bağlamalarda və konteynerlərdə daşınan yüklər; - dağılan yüklər (kömür, filiz, torf və s.) - səpələnən (dənəvər) yüklər (buğda, sement və s.) - maye yüklər (neft və neft məhsulları). Dəmiryol nəqliyyatında yükdaşımalar aşağıdakı qaydada təsbit olunur: 1) yerli daşımalar – bir dəmir yolunun sərhədləri daxilində yerinə yetirilir; 2) birbaşa daşımalar – iki və daha çox dəmir yolunun iştirakı ilə yerinə yetirilir; 3) birbaşa qarışıq daşımalar – iki və daha çox nəqliyyat növünün iştirakı ilə yerinə yetirilir; 4) birbaşa beynəlxalq daşımalar – iki və daha çox dövlətin dəmir yolları üzrə həyata keçirilir. Bir qaimə ilə təqdim olunan yükün miqdarından asılı olaraq daşımalar aşağıdakı göndərişlərlə yerinə yetirilir: a) xırda – həcmi vaqonun tutumunun 1/3-dən çox olmayan və kütləsi 20 kq-dan 5 t-a qədər olan yükün miqdarına deyilir; b) az tonnajlı - həcmi vaqonun tutumunun yarısından çox olmayan və kütləsi 10 t-dan 20 t-a qədər olan yükün miqdarına deyilir; c) vaqonlu – daşımaların yerinə yetirilməsi üçün ayrıca bir vaqon tələb olunur; d) qruplu - daşımaların yerinə yetirilməsi üçün bir vaqondan çox, bir qatarın çəki normasından az sayda vaqon tələb olunur; e) marşrutlu - daşımaların yerinə yetirilməsi üçün ayrıca bir qatar tələb olunur. Dəmiryol nəqliyyatı ilə yüklər aşağıdakı sürətlərlə daşına bilər: - yük sürəti – adi yük qatarlarında; - böyük sürət – təcili yük qatarlarında; - sərnişin (yük baqajı) sürəti – sərnişin qatarlarının baqaj vaqonlarında və ya poçt-baqaj qatarlarında. Yükün daşınma sürətini yükgöndərən müəyyən edir və daşıma sənədində qeyd edir. Daşıma planlarının əsas göstəricilərinə aşağıdakılar aiddir: daşınan yükün miqdarı, yük dövriyyəsi, orta daşınma məsafəsi, sutka ərzində yüklənən vaqonların sayı, vaqonların statik yüklənməsi, və s.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə