1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


İşarəvermə, rabitə və elektrik təchizatının tikili və qurğuları (TİQ)



Yüklə 10,11 Mb.
səhifə35/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

87.İşarəvermə, rabitə və elektrik təchizatının tikili və qurğuları (TİQ)
Elektrik techizatı qurğulari e'tibarlı elektrik təchizatını tə'min edilməlidir:
- qatarların tələb olunan sayda (həreket miqdarında) müəyyən edilmiş qatarlararası intervalla, sürətlə və çəki normasında hərəkəti üçün elektrik hərəkət tərkibi;
IMB, rabitə və hesablama texnikası qurğularını I dərəcəli elektrik istehlakçısı kimi ADY nin icazəsi ilə yenidən qurma işləri başa çatana qədər bu qurğuların II-dərəcə üzrə elektrik təchizatına yol verilir.
Dəmir yolu nəqliyyatının bütün başqa istelakçılarının elektrik təchizatını ADY rəisi müəyyən edir.
Avtomat və yarımavtomat bloklama üçün ehtiyat akkumlyator qidalanma mənbəyi olduqda o, həmişə hazır vəziyyətdə olmalı, əgər ötən 36 saat müddətində elektrik qidalanması açılmamışsa, ən azı 8 saat ərzinde İMB və keçid işarəvermə qurğularının fasiləsiz işləməsini tə'min etməlidir.
Avtomat və yarımavtomat bloklama qurğularının əsas elektrik qidalanma sistemindən ehtiyata və əksinə keçmə vaxtı 1,3 saniyədən artıq olmamalıdır.
Elektrik təchizatının e'tibarlı tə'mini üçün elektrik təchizatı tikili və qurğularının vəziyyətinə dövri nəzarət, laboratoriya-vaqonları və diaqnostik cihazlar ilə onların parametrlərinin ölçülməsi vaxtaşırı yerinə yetirilməli və planlı tə'mir işləri aparılmalıdır.


88.Tikili və qurğulara baxış və onların təmiri (TİQ)
Tikililərə, qurğulara və xidməti-texniki binalara baxış bilavasitə xidmət edən işçilər, eləcə də bu tikili və qurğuların təbeçiliyində olduğu stansiya, depo, distansiya və sahələrin rəisləri tərəfindən uyğun əsasnamə və təlimatlarda müəyyən edilmiş vaxtda və qaydada aparılmalıdır.
Bundan başqa baş və qəbul-göndərmə yollarındakı yoldəyişənlərə ayda bir dəfədən az olmayaraq stansiya rəisi, yol ustası və IMB-ni elektrik mexaniki ilə birlikdə baxış keçirməlidir.
Baxışın nəticələri və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər, eləcə də nasazlıqların düzəldilmə müddəti və nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi xüsusi
jurnala yazılmalıdır.
ADY-nun birliklərinin (xidmətlərinin), və hissəsinin rəisləri və xətt müəssisələrinin rəhbərləri tabeçiliyində olan bölmələrdəki təsərrüfatların vəziyyətini, əmək və istehsalat intizamına riayət olunmasını müntəzəm olaraq yoxlamalı, bütün qurğu və tikililərin saz saxlanmasına təminat verən iş texnologiyasına, hərəkətin təhlükəsizliyinə və təhlükəsizlik texnikası qaydalarına əməl olunması üçün lazımi tədbirlər görməlidirlər. Tikililərə, qurğulara, xidməti-texniki binalara belə baxış-yoxlamalarının aparılması qaydasını və onların dövriliyini ADY rəisi müəyyənləşdirir.
Baxış yoxlamaları bilavasitə Yol rəisi tərəfindən ildə bir dəfə Yolun hissə rəisi tərəfindən isə ildə iki dəfə aparılır, ADY-nun tərkibində dəmir yol hissəsinin olmadığı halda Yol rəisinin təsdiq etdiyi cədvəl üzrə Yol rəisinin birinci müavini və ya Yolun Baş mühəndisinin apardığı baxış ildə iki dəfədən az olmamalıdır.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə