-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   21

5. 

İndi artıq mətni boş mətn çərçivəsinə “tökmək” üçün siçanın dolçaşəkilli

göstəricisini həmin çərçivənin içərisinə aparın və sol düyməni çıqqıldadın.

6. Əgər mətnin importu zamanı mətnin hamısı çərçivəyə sığışmırsa, onda ek -

rana avtomatik köçürmə funksiyasından istifadə edilib-edilməməsi haqqın-

da sorğu çıxacaq.  

İnformasiya bülleteninə lazım olduğu miqdarda mətn sahəsi əlavə etmək

olar. Belə zərurət yarandıqda:

1. 

Proqramın baş pəncərəsinin sol qırağı boyunca yerləşən 

Objects  alətlər

zo lağında   

Text Box düyməsini çıqqıldadın.

2. 

Siçanın göstəricisini bülletenin lazım olan yerinə aparın və sol düyməni

basılı saxlayaraq yeni çərçivə çəkin.

3. 

Redaktə rejiminə keçmək üçün mətn çərçivəsinin içərisində istənilən yeri

çıqqılda dın.

4. 

Zərurət varsa, Formatlama alətləri zolağından istifadə etməklə, mətnin üs -

lu bunu (simvolların şriftini, ölçüsünü və üslubunu) dəyişdirin, sonra isə

mət ni klaviaturadan daxil etməyə başlayın. 

Bülletendəki bəzi sahələr sizə gərək olmaya bilər. 

1.

Hər hansı bir mətn çərçivəsini uzaqlaşdırmaq üçün siçanın göstəricisini

onun üzərinə aparıb sağ düyməni çıqqıldadın. Açılan kontekst menyusun-

dan 


Delete Object komandasını seçin. 

ÇALIŞMA

5.

Mətn çərçivələrinin uzaqlaşdırılması



ÇALIŞMA

4.

Yeni mətn çərçivəsinin yaradılması

70



2.

Bir neçə obyekti uzaqlaşdırmaq üçün həmin obyektləri “lasso” üsulu ilə

seç dirin. Bunun üçün göstəricini həmin obyektlərdən kənar bir yerə aparın,

siçanın sol düyməsini basıb saxlamaqla, onu elə hərəkət etdirin ki, bütün

gərəksiz obyektlər çərçivəyə alınsın. 

3. 

Gərəksiz obyektləri uzaqlaşdırmaq üçün klavişini basın. Bunu

siçanın göstəricisini seçdirilmiş obyektlər  qrupunun istənilən yerinə aparıb

sağ düyməni çıqqıldatmaqla da etmək olar. Açılan kontekst menyusundan

Delete Object komandasını seçin. 

1. Publisher proqramının təklif etdiyi maketlərdən istifadə etməklə, ilin sevdiyiniz

fəsli haqqında informa siya bülleteni hazırlayın.

2. İstədiyiniz mövzuda informasiya bülleteni yaradın.

PRAKTİKUM. 

İNFORMASİYA BUKLETİNİN VƏ VİZİT KARTININ

YARADILMASI

• İnformasiya bukleti nədir

• Publisher proqramında informasiya bukleti necə hazırlanır

• Vizit kartının hansı növləri var

• Publisher proqramında vizit kartı necə hazırlanır

Bukletlər  populyar olan kiçik poli 

qrafiya


formalarından biridir. “Buklet” fransızca

“bouclett” sözündən olub, “halqacıq” kimi

tərcümə olunur. O, paralel qatlamaları olan

vərəqdir və şirma kimi bükülür. Bu cür

forma bukletə yığcamlıq verir və onu quru-

luşca informasiya bloklarına ayırır.

Bukletlər sərgilər, təqdimatlar, reklam kam-

paniyaları aparılan yerlərdə insanları məlu -

matlandırmaq üçün ideal vasitədir. Savadlı tərtib olunmuş bukletdə potensial

müştəriləri maraqlandıra bilən əsas sualların cavabı verilir. Bunlarla yanaşı, o,

orijinallığı ilə seçilərsə, onda bukletiniz sizi baş qa larından fərqləndirməyə kömək

edər. Bukletin dizaynını hazırlamaq üçün, əsasən, aşağıdakı ele mentlərdən isti-

fadə olunur: loqotip, əlaqə saxlamaq üçün məlumatlar, qrafik materiallar (slayd-

lar, fotolar, klipartlar) və mətnlər.

3.3.

3. 


NƏŞR MƏHSULLARININ 

YARADILMASI

71



1.

Microsoft Publisher proqramını başladın.



2.

Ekranın solunda əks olunan 

New Publication tapşırıqlar panelində nəşr

növləri siyahısından 

Publications for Print qrupunu, sonra isə Brochures

növünü seçin. 

Bu zaman pəncərənin sağ hissəsində informasiya buk-

letlərinin müxtəlif şablonları əks olunacaq. 



3. 

Lazım olan şablonu seçin. 

İnformasiya bukletinin yaradılması sehrbazı

baş ladılacaq.



4.

Sehrbaz ekrana 

Personal Information dialoq boksunu çıxararsa, Cancel

düyməsini çıqqıldadın.



5. 

Əgər bukleti poçtla göndərməli olacaqsınızsa, 

Brochures Options tap şı rıq -

lar panelinin 

Customer Address bölümündə Include variantını çıqqıldadın.

6.

Əgər bukletə hər hansı bir forma əlavə etmək lazımdırsa, 

Form

bölümündəki 



Order form (Sifariş forması), Response form (Cavab for-

ması), yaxud 

Sign-up form (İmza forması) variantlarından birini seçin.

ÇALIŞMA

6.

İnformasiya bukletinin yaradılması

72



7.

Mətn çərçivələrində olan mətnləri öz mətnlərinizlə əvəzləyin.



8.

Siçanın göstəricisini dəyişdirmək istədiyiniz şəklin üzərinə aparın və sağ

düyməni çıqqıldadın. Açılan kontekst menyusunda 

Change Picture bəndi-

ni, sonra isə bukletə yerləşdirmək istədiyiniz şəkli tapıb qoşa çıqqıldadın.

9. Bukletin rəng sxemi sizi qane etmirsə, onu dəyişdirə bilərsiniz.

Bunun


üçün 

Brochures Options tapşırıqlar panelində Color Schemes bəndini

çıqqıldadın. 

Bülletendə olduğu kimi, burada da ya təklif olunan rəng

sxemlərindən birini seçə, yaxud da 

Custom color scheme sətrinə daxil

olmaqla, öz rəng sxeminizi yarada bilərsiniz.     

Hər hansı bir insan və ya təşkilatla əlaqə saxlamaq üçün məlumatlardan ibarət

olan vizit kartları kağızdan, kartondan, yaxud plastikdən hazırlanır. 

Vizit kartında, onun sahibinin soyadı, adı, atasının adı, iş yeri və əlaqə saxla-

maq üçün məlumatları (ünvanı, telefon nömrələri, elektron poçt ünvanı) olur.

Məcazi mənada işlədilən “nəyinsə vizit kartı” ifadəsi, onun sahibini başqaların-

dan fərqləndirən və ona geniş populyarlıq qazandıran müsbət keyfiyyəti bildirir.

Vizit kartlarını şərti olaraq üç növə ayırmaq olar: şəxsi, rəsmi və korporativ.



Şəxsi vizit kartı fərdi olur və çox zaman qeyri-formal ünsiyyət zamanı isti-

fadə olunur. Adətən, belə kartda soyad, ad, ata adı və əlaqə saxlamaq üçün

məlumatlar göstərilir. Şəxsi vizit kartı, onun sahibinin arzusu əsasında, fərdi

maket üzrə hazırlanır. Bu növ vizit kartı, ilk növbədə, şəxsi imici formalaşdırmaq

üçün nəzərdə tutulur. 

Rəsmi (biznes) vizit kartı işgüzar münasibətlərdə olan tərəfdaşların, yaxud

potensial müştərilərin əlaqə yarada bilməsi üçün lazımdır. Belə kartlarda soyad, ad,

ata adı, iş yeri, vəzifə və əlaqə saxlamaq üçün məlumatlar göstərilir. Rəsmi vizit kart-

larında loqotip və şirkətin “simasını” müəyyənləşdirən digər elementlər də ola bilər.



Korporativ vizit kartında fərd haqqında məlumat olmur. Bu növ kartda

şirkətin fəaliyyəti və onunla əlaqə haqqında yetərli məlumat, eləcə də reklam

xarakterli informasiya olur.

Vizit kartından necə istifadə etməli? Beynəlxalq təcrübədə vizit kartlarından çox

zaman ölkənin hökumət, diplomatik və ictimai dairələri ilə əlaqələrin qurulması və

saxlanması üçün istifadə olunur. Lakin vizit kartından, onun sahibinin qiyabi təqdim

olunması məqsədilə də istifadə oluna bilər. Hər hansı əlamətdar hadisəni – milli, yaxud

başqa bayramları, ad günlərini, vəzifədə yüksəlməni təbrik edərkən hədiyyəyə vizit kart-

larını da əlavə etmək olar. 

Vizit kartlarının ölçüləri çox da böyük olmur (kişilər üçün, adətən, 5

×9 sm, qadınlar üçün

4

×8 sm). 


3. 

NƏŞR MƏHSULLARININ 

YARADILMASI

73



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə